Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy
    Kənd təsərrüfatı Aktual sahə:pambıqçılıq üçün şərhlər bağlıdır

    YIĞIM SÜRƏTLƏNİR

    1474281939607026820_1000x669Əski Sovetlər dönəmində kəndimizin adı pambıqçılıq sahəsində həmişə qabaqcıllar sırasında çəkilərdi. Sonralar təsərrüfatın bir sıra sahələri kimi pambıqçılığa da maraq azaldı. Daha doğrusu, bu sahə tamamilə unuduldu.
    Ancaq son iki ildir ki, pambıqçılığa münasibət dəyişib. Elə bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əlıyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair Sabirabadda respublika müşavirəsi keçirildi. Ölkə Prezidentinin pambıqçılığın inkişafına xüsusi önəm verməsi bu sahədə çalışan insanların işə olan həvəsini birə on qat artırdı.
    Bizim kəndin fermer və ailə -fermer təsərrüfatlarının üzvləri ötən il 30, bu il isə 65 hektar sahədə pambıq becəriblər. Fermerlərdən Asif İbrahimov və Azad Məhərrəmov hər biri ayrı-ayrılıqda 3 hektar, Süleyman Qasımov 3,5 hektar sahədə “ağ qızıl” becəriblər. Tarlalarda becərmə, suvarma işləri normal keçirildiyindən sahələrdə bol məhsul əmələ gəlib. Artıq bir neçə gündür ki, sahələrdə pambıq yığımı sürətlənir. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı TƏSƏRRUFATIN GƏLİRLİ SAHƏSİ:TİNGÇİLİK üçün şərhlər bağlıdır

    333Yaşadığımız Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üç kəndi–Ələsgərli, Bayandur və Yenikənd kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrində 3 min nəfərə yaxın əhali var. Bundan başqa, ərazidə 250 nəfər də qaçqın və məcburi köçkün məskunlaşıb. Həmin insanlar da yerli camaata qaynayıb-qarışıblar.
    Kənd camaatının əsas məşğuliyyəti tingçilik (elə buna görə də rayonumuzda hamı bizim kəndləri, xüsusən də Ələsgərlini yaxşı ting becərən bir kənd kimi tanıyır), calaq-çılıq və heyvandarlıqdır. Burada torpağı sevən, ona ürəkdən bağlanan, ailəsinin dolanışıq xərclərini buradan çıxaran əmək adamları çoxdur. Bu yazımızda onlardan biri– tingçi-calaqçı Əbil Əliyevdən söhbət açacağıq. Əbil ting əkib becərməyi, sonra bunları calayıb təkcə Tərtər camaatına deyil, ölkəmizin digər regionları ilə yanaşı, Rusiya Federasiyasına, İrana, Türkiyəyə çalaq tinglər satmağı atası Məhəmməd kişidən öyrənib. Ona bu işdə ailə üzvləri ilə birlikdə kənddəki calaqçılardan Zakir Quliyev, Mövsüm Məmmədov, Brilyant Əliyeva, Məryəm Hüseynova, Lətifə Zöhrabova kömək edirlər. Hər il onlar 45-50 min ting calayıb satışa çıxarırlar. Həmin calaq sortlar─alma, armud, şaftalı, eləcə də xan çinarı, Eldar şamı, kiparis və müxtəlif gül kolları da satışa çıxarılır.
    Əbilin ailə üzvləri ilə yanaşı onunla birlikdə çalışan 20 nəfərdən çox calaqçı həmin sahədən gəlir götürür, ailə-lərinin dolanışıq xərclərini təmin edirlər.
    Budur, ilin payız fəsli başlayıb. Bu təsərrüfatda ting satışına hazırlıq görülür.

    Kamran Əhmədov,
    Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı İŞƏ HƏVƏS ARTIB üçün şərhlər bağlıdır

    don500Yaşadığımız Azadqaraqoyunlu kəndində fermer və ailə-fermer təsərrüfatlarının üzvləri son illər müxtəlıf kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə diqqəti xeyli artırmışlar.
    Elə mən özüm də əvvəlki illərdən fərqli olaraq bu il 10 hektar sahədə pambıq, 8 hektarda şəkər çuğunduru və 4 hektarda arpa əkmişəm. Kənd təsərrüfatı bitkilərinin becərilməsində öz ailə üzvlərimizlə yanaşı həm öz kəndimizdən, həm də qonşu kənd-lərdən insanlar iştirak edirlər. Bütün mövsüm ərzində bu insanlar tarlalarda bitkilərin becərilməsi ilə məşğul olur və ailə büdcəsini möhkəmləndirirlər.10 hektar pambıq sahələrinin 8 hektarında birinci üz pambıq yığımı başa çatıb.
    Qəbul məntəqəsinə birinci üzdən 27,6 ton “ağ qızıl” təhvil vermişik. Özü də pambığı maşınla toplayırıq. Müasir pambıqyığan maşının sürücü-mexaniki Rabil Məmmədov bu işdə bizə yaxından köməklik edir. O çalışır ki, gərgin zəhmət hesabına hasilə gətirdiyimiz məhsul itkisiz toplansın. Arpa sahəsinin hər hektarında 35 sentner məhsul götürdük.  8 hektar şəkər çuğunduru sahəsindən isə İmişlidəki şəkər zavoduna 50 ton keyfiyyətli məhsul təhvil verdik.
    İndi pambıq tarlalarında yığım davam edir. Məqsədimiz maşınla yığım başa çatandan sonra sahədə qalan məhsulu son qozasınadək əllə toplayıb itkiyə yol verməməkdir.
    Torpaq kəndliyə qaytarılandan sonra onun becərilməsinə həvəs artıb.
    Növbəti ildə əkin sahələrini daha da genişləndirəcəyik

    Natiq Əliyev, Azadqaraqoyunlu kəndində fermer

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı İSTEHSAL ÇOXALIR üçün şərhlər bağlıdır

    86970Cari ilin 9 ayında rayonda heyvandarlıq məhsullarının istehsalı haqqında rayon statistika idarəsinin məlumatında göstərilir ki, süd istehsalı (fiziki çəkidə sentnerlə) 153.010 sentner olmuşdur. Bunun 390 sentneri kənd təsərrufatı müəssisələrinin, 152.620 sentneri isə ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
    İstehsal olunan südün 151.706 sentneri inək, 111 sentneri camış, 1173 sentneri qoyun, 20 sentneri keçi südü olmuşdur.
    Həmçinin ilin 9 ayında yumurta istehsalı ( min ədəd) 7670 ədəd olmuşdur ki, bunun da hamısı ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
    Yun istehsalı (fiziki çəkidə, sentnerlə) 1246 sentner olmuşdur. Bunun 41 sentneri kənd təsərrüfatı müəssisələrinin, 1205 sentneri isə yenə də ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
    30 oktyabr 2016- cı il tarixə iribuynuzlu mal-qaranın baş sayı 26.665 baş olmuşdur. O cümlədən ana inək və camışlar 11918 baş, qoyun və keçilərin sayı isə 73105 baş olmuşdur. 2015-ci ilə nisbətən 2016-cı ildə süd istehsalı 13,6 % , yumurta istehsalı 0,4%, yun istehsalı 0,5% artmışdır. İribuynuzlu mal-qaranın sayı 1,2%, ana inək və camışların sayı 0,7%, qoyun və keçilərin sayı isə 0,8% çoxalmışdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı ŞƏKƏR ÇUĞUNDURU QİYMƏTLİ ƏRZAQ MƏHSULUDUR üçün şərhlər bağlıdır

    3-sSon zamanlar respublikamızda şəkər çuğunduru əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Buna görə də respublikamızın əksər bölgələrində olduğu kimi rayonumuzda da şəkər çuğunduru sahələri ilbəil genişləndirilir. Müqayisə üçün qeyd edək ki, ötən il rayonumzun təsərrüfatlarında 724 hektar sahədə çuğundur əkilmişdisə, bu il həmin sahələr artırılaraq 1187 hektara çatdırılmışdır.
    Bir sıra təsərrüfatlarımızda fermerlər və ailə-fermer təsərrüfatlarının üzvləri çuğundur əkini sahələrinin becərilməsinə xüsusi diqqət yetirirlər. Rayon statistika idarəsinin məlumatına əsasən, bu il Yuxarı Qapanlı kəndində 282 hektar, Köçərlidə 145 hektar, Azadqaraqoyunluda 105 hektar, Hüsənlidə 75 hektar, İrəvanlı və İsmayılbəyli kəndlərinin hər birində 60 hektar, Buruc və Qaynaq kəndlərinin hər birində 57 hektar sahədə şəkər çuğunduru becərirlər.
    Fermerlərin bu sahəyə maraq göstərmələrinin əsas səbəbi ondan ibarətdir ki, bu bitkinin bazarı var. Onlar əvvəlcədən İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Becərmə işlərində, mineral kübrələrin fermerlərə çatdırılmasında zavod insanlara lazımi kömək göstərir, tövsiyələr verir. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı HEYVANDARLIĞIN CİNS TƏRKİBİNİN YAXŞILAŞDIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    cows-grazing-on-the-beautiful-alpsSon illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Rayon baytarlıq idarəsinin rəisi Məhərrəm Əliyevin dediyinə görə, bu məqsədlə müxtəlif üsullardan – aqrolizinq yolu ilə sahibkarlara cins mal satılmasından, süni mayalanma və hibridləşmədən istifadə olunur. Son üç ildə rayonumuza 344 baş südlük istiqamətli cins mal gətirilmiş, bunun 266 başı Bəyimsarovda Habil İbrahimovun iri fermer təsərüfatına verilmişdir. İlk vaxtlar cins inəklərin yerli şəraitə uyğunlaşmasında bəzi çətinliklər olsa da, artıq bunlar arxada qalıb. İndi ana inəklərlə yanaşı onlardan alınan balalar da yüksək süd məhsuldarlığı ilə seçilir. Həm də xaricdən gətirilən mallardan fərqli olaraq yerli şəraitdə dünyaya gələn buzovlar daha dözümlüdür. Elə bu səbəbdən də hazırda rayonda süd istehsalının böyük hissəsi cinc malların hesabına yerinə yetirilir. Heyvandarlıqda daha yüksək nəticələr əldə etməyin ikinci yolu isə süni mayalanmadır. Məhərrəm müəllim bildirdi ki, cari ilin 9 ayında rayonda 286 baş inək və düyə süni mayalanıb.
    Dövlət başçısının sərəncamına əsasən süni mayalanma yolu ilə doğulan hər buzova görə vətəndaşlara 100 manat subsidiya veriləcək. Bu məqsədlə rayonda 6 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Bu iş onların nəzarəti altında aparılır. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı ƏLVERİŞLİ KEÇƏN GÜNLƏRDƏN İSTİFADƏ OLUNUR üçün şərhlər bağlıdır

    Kəndimizin camaatı tarixən pambıq əkib-becərməklə məşğul olublar. Həmişə də adımız qabaqcıllar sırasında çəkilərdi. Sonradan məlum səbəblərdən pambıqçılığa diqqət azaldı, daha sonra isə bu sahə tamamilə unuduldu.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün respublikada pambıqçılığın inkişafına diqqət artırıldı. Elə buna görə də kəndimizdə də bu il 28,9 hektar sahədə pambıq əkilib. Fermerlərdən Mütalib Ata-yev 7, Məzahir Sadıqov 6, Məzahir Həsənov isə 2,5 hektar sahədə “ağ qızıl” becərmişdilər. Məhsulu maşınla toplamaq üçün sahələrdə dərmanlama aparılmışdır. Son günlər havaların məhsul yığımı üçün əlverişlı keçməsi pambıqçıların işə həvəsini artırıb. İndi tarlalarda pambıqyığan maşınla yanaşı əllə yığım ustaları da işləyir, vaxtdan səmərəli istifadə etməyə çalışırlar.
    Az vaxt ərzində kəndimizdən qəbul məntəqələrinə 60 tondan çox pambıq təhvil verilib. Hələ sahələrdə məhsul boldur. Pambıq toplanışı davam edir.

    Şikar Əliyev,
    Mamırlı kənd İƏD üzrə nümayəndə

    Teqlər:

  • 07Okt
    Kənd təsərrüfatı 2016-cı il PAMBIQÇILIĞIN İNKİŞAFI ÜÇÜN HƏLLEDİCİ İL OLACAQ üçün şərhlər bağlıdır

    İLHAM ƏLİYEV: “BU, BİR BAŞLANĞICDIR VƏ ƏMİNƏM Kİ, BUNDAN SONRA PAMBIQÇILIQ AZƏRBAYCANDA SÜRƏTLƏ İNKİŞAF EDƏCƏK, GENİŞ VÜSƏT ALACAQ”

    AZƏRBAYCAN PREZİDENTİ PAMBIQÇILIĞIN İNKİŞAFI İLƏ BAĞLI DÖVLƏT PRİORİTETLƏRİNİ ELAN ETDİ:

    •Ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün Sabirabad rayonunu seçdim. Əminəm ki, pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik.
    •Pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə elməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək. Bu il bu sahədə dönüş ili olmuşdur.
    •İxracyöııümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlıgı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq.
    •Bu ıl pambıqçılığın sürətli inkişafı üçün 3700 kənd təsərrüfatı texnikası alınmısdıı. Dövlət büdcəsindən bu məqsədlər üçün kifayət qədər böyük maliyyə vəsaiti ayrılıb.
    •2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə biz 300 min ton pambıq istehsal edə bilərik. Gələn il pambıqçılıq 100 mindən çox iş yerinin yaradılmasına gətirib çıxaracaq. Gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdir.
    •Biz artıq pambıqçılığın inkişafı ilə bağlı uzunmüddətli strategiya üzərində işləyirik. Pambıqçılıq özündə bir çox önəmli amili birləşdirir. Bu, kənd təsərrüfatının sürətli inkişafı, yüz minlərlə iş yerinin yaradılması, ixrac potensialımızın inkişafı deməkdir və dövlətin özəl sektora praktiki diqqətinin, dəstəyinin təzahürüdür.
    •“Əmək” ordeni də təsis etməliyik. Birinci ordeni pambıqçılara təqdim edə bilərik.
    •Bu gün doğrudan da müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq. Çünki biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik.

    Teqlər:

  • 07Okt
    Kənd təsərrüfatı PAMBIQ YIĞIMI SÜRƏTLƏNİR üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-010Rayon statistika idarəsinin məlumatına əsasən, bu il rayonumuzun təsərrüfatlarında 1.035,1 hektar sahəyə yüksək məhsuldar çiyid səpilib. Səpindən sonra becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından, sahələrdə bol “ağ qızıl” hasilə gəlib. Artıq bir neçə gündür ki, pambıq tarlalarında məhsul toplanışına başlanıb. Bir sıra təsərrüfatlarda fermer və ailə-fermer təsərrüfatlarının üzvləri pambıq toplanışında yaxşı işləri ilə fərqlənirlər.
    Cəmi bir neçə gün ərzində qəbul məntəqəsinə 315 tona yaxın məhsul təhvil verilib. Sentyabrın 30-dək Azadqaraqoyunlu kəndində 48 ton, Qarağacıda 55 ton, Qaynaqda 36 ton, Əksiparada 19 ton, Köçərlidə isə 20 ton məhsul toplanaraq qəbul məntəqəsinə təhvil verilib. Pambıqçılığın əvvəlki şöhrətini özünə qaytarmaq məqsədilə ölkə Prezidenti möhtərəm İlham Əliyevin pambıqçılığın inkişafına xüsusi diqqət yetirməsi, bu sahədə çalışan insanlara subsidiyaların verilməsi barədəki Sərəncamı “ağ qızıl” ustalarının marağını qat-qat artırmışdır.
    Hamıya yaxşı məlumdur ki, tarixən Tərtər rayonunun pambıqçıları həmişə qabaqcıl olublar. Ulu Öndər dəfələrlə Tərtərdə olub, tarlaları gəzib, qabaqcıl əmək adamları ilə görüşüb, söhbət edib. Həmin insanların çoxu indi də bu görüşləri yaxşı xatırlayır. Elə buna görə də pambıqçılığın əvvəki şöhrətinin qaytarılması məsələsi bu sahədə çalışanların ürəyincə olub. Bu səbəbdən də gələn il rayonda pambıq əkini sahələrinin azı 2 dəfədən çox artırılması nəzərdə tutulub.

    Mirzə Nəsir

    Teqlər:

  • 07Okt
    Kənd təsərrüfatı TƏCRÜBƏMİZİ ƏSİRGƏMƏYƏCƏYİK üçün şərhlər bağlıdır

    111Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə mən rayonumuzda o zamankı Nəriman Nərimanov adına kolxozun sədri işləyirdim. İşinin çoxluğuna baxmayaraq, bu dahi şəxsiyyətin respublikada pambıqçılığın inkişafına nə dərəcədə önəm verdiyinin canlı şahidiyəm. Heydər Əliyev tez-tez rayonlara, o cümlədən bizim Tərtərə (o zamankı Mirbəşirə) səfərlər edər, “ağ qızıl” ustaları ilə tarlalarda görüşər, onların istək və arzularını öyrənib yerinə yetirərdi. Elə həmin illərdə bizim Seydimli kəndindən 4 nəfər–Qiymət Cəfərova, Rəşid Cəfərov, Sədr və Qəzənfər İsayevlər SSRİ-nin ən yüksək mükafatına–Lenin ordeninə layiq görülmüşdür. Onlardan 3-ü həmin mükafatı pambıqçılıq sahəsindəki nailiyyətlərinə görə almışdır. Mən özüm isə “Əməkdə igidliyə görə” medalı ilə təltif olundum. Qiymət Cəfərovanın Lenin ordenini və mənim medalımı Ümummilli Liderimiz 1981-ci ildə Bakıda keçirilən təntənəli tədbirdə öz əlləri ilə sinəmizə taxdı.
    Ümumiyyətlə, həmin illərdə pambıqçılıq kəndli ailəsinin dolanışıq yeri idi. Bu sahədən əldə olunan gəlirlə insanlar ev tikdirir, lazımi məişət avadanlıqları alır, uşaqlarını ali məktəblərdə oxutdururdular.Ona görə də hazırda bu məsələyə möhtərəm Prezident İlham Əliyev tərəfindən yüksək qayğı və diqqət göstərilməsi kəndimizdə hamının, xüsusilə də yaşlı nəslin ürəyincədir. Biz də öz növbəmizdə pambıqçılıq sahəsindəki zəngin təcrübəmizi əsirgəməyəcəyik. Dövlətimizin dəstəyi ilə pambıqçılıq sahəsi yenidən əvvəki kimi insanlarımıza xeyir-bərəkət gətirəcək.

    Sayəddin Musayev,
    Seydimli kəndi

    Teqlər: