Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek
    Milli-mənəvi dəyərlər TOYLARIMIZDA MİLLİLİK OLMALIDIR üçün şərhlər bağlıdır

    Azərbaycanda toy adətləri – Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
    Toy adətlərinə zəmanənin təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildən-dir. Daha ətraflı »

  • 18Dek
    Milli-mənəvi dəyərlər DƏBDƏBƏLİ EHSAN SÜFRƏSİ DİNİMİZƏ ZİDDİR üçün şərhlər bağlıdır

    Koronavirus pandemi-yasından əvvəl Azərbaycanda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması haqda tövsiyələr ətrafında ajiotaj sanki azalmağa başlayırdı. Lakin cəmiyyəti bu məsələdə maarifləndirmək zərurəti nəinki qüvvədən düşmədi, hətta daha aktual forma aldı.
    Ailənin yaxın üzvünün son mənzilə yola salınması – mərhuma təkcə hörmət əlaməti deyil, eyni zamanda hansısa sosial aktdır. Amma zamanla bu ritualın mahiyyəti və ilkin səbəbləri sanki unudulur, bizim yaddaşımızdan silinir. Bu fonda bizim üçün çay, plov, halva ilə və nə gizlədək, bir-birini çoxdandır görməyən qohumlar və tanış-ların söhbətləri ilə ənənəvi olan yas mərasimləri təmtəraqlı, dəsgahlı yığıncağa çevrilir. Daha ətraflı »

  • 10Dek
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimiz üçün şərhlər bağlıdır

                                                                       KEÇMİŞLƏ GƏLƏCƏYİN ARASINDA KÖRPÜ

    Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində vacib məsələlərdən biri böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılmasıdır. Hər bir ailədə valideynlər bu hissləri övladlarına öz davranışları ilə göstərməlidirlər. Çünki, evlərdə böyüyən övladlar gələcəyin ailə başçılarıdır. Məlumdur ki, insanın hər zaman qayğıya və hörmətə ehtiyacı olur. Odur ki, böyüklərə hörmət, kiçiklərə qayğı hər birimizin mənəvi borcudur. Bu barədə dinimizdə də xəbərdarlıq edilir. “Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyildir” və ya “Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah da ona rəhm etməz”. Peyğəmbərimiz buyurmuşdur :“Valideyn razı qalarsa, Allah da razı qalar. Valideyn qəzəblənərsə, Allah da qəzəblənər”. Daha ətraflı »

  • 10Dek
    Milli-mənəvi dəyərlər QADIN ZORAKILIĞI DÜNYAMIZIN EYBƏCƏRLİYİDİR üçün şərhlər bağlıdır

    BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Baş katib Pan Gi Munun müraciətində deyilir: “Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”.
    Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır.
    O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb. Daha ətraflı »

  • 28Avq
    Milli-mənəvi dəyərlər MÜQƏDDƏS MƏHƏRRƏMLİK AYI üçün şərhlər bağlıdır

    Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayıb.
    Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edib.
    Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.
    Məhərrəm ayı və aşura günü nə deməkdir?
    Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Daha ətraflı »

  • 30İyl
    Milli-mənəvi dəyərlər MÜQƏDDƏS QURBAN BAYRAMI İSLAM DİNİNİN MÜHÜM BAYRAMLARINDAN BİRİDİR üçün şərhlər bağlıdır

    Həmin gün İbrahim Xəlil peyqəmbərin (ə) Allah taalanın “oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirsiniz ki, İbrahim peyğəmbər (ə) Qurani-Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyqəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında ovlad sahibi olduqdan sonra onu Allah taa-la yolunda kəsilmə əmri də məhz həmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çətin olmasını anlayarıq. Belə ki, o Həzrət, Allah taalanın əmrini yerinə yetirmək üçün oqlu İsmaili qurbangaha aparır və oqlunun başını Allah taala yolunda kəsmək üçün bıçaqı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah taaladan nida gəlir: “Ey İbrahim, sən bu İlahi sınaqdan layiqincə çıxdın” Daha ətraflı »

  • 30İyl
    Milli-mənəvi dəyərlər QURBAN KƏSMƏK üçün şərhlər bağlıdır

    Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
    Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

  • 20May
    Milli-mənəvi dəyərlər RAMAZAN AYI NƏ VAXT BİTİR? üçün şərhlər bağlıdır

    Ramazan ayının son günlərini yaşayırıq. Bu isə o deməkdir ki, yenə də bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müzakirələr gündəmi zəbt edir.
    Qəməri təqvimi aylarının, xüsusən isə Ramazan ayının başlanması və bitməsi üzrə rəy müxtəlifliyi İslamın ilk illərindən mövcud olub. Sonradan astronomiyanın inkişafı bu məsələyə yeni baxışlar da gətirib. Və bizcə bunların olması tam normal haldır. Astronomik hesablamalar yeni ayın başlanması barədə qərar vermək üçün kifayətdir. Astronomik ayın təzələnməsi, onun görünüb-görünməməsindən asılı ol-mayaraq, yeni ayın başlanmasına dəlalət edir. İkinci rəy belədir: əgər dünyanın istənilən nöqtəsində Ay görünərsə, artıq Daha ətraflı »

  • 09May
    Milli-mənəvi dəyərlər ORUCUN XEYRİ üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə təqvalı olasınız deyə. Oruc tutmaq sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa (tutmadığı oruc) sayısınca başqa günlərdə (tutmalıdır). (Oruc tutmağa) taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim xeyir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Əgər bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
    Ramazan o aydır ki, Quran onda nazil edilmişdir; İnsanlara doğru yol göstərən, doğru yolun və (haqqı batildən) ayırmanın açıq dəlilləri olaraq!… Daha ətraflı »

  • 18Mar
    Milli-mənəvi dəyərlər YURDUMUZA BAHAR GƏLİR üçün şərhlər bağlıdır

    BAYRAM SÜFRƏSİ

    Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olar-sa, il bir o qədər bərəkətli gələr.
    Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünü təsdiqindən xəbər verirdi. Novruz bayramının əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
    Niyə belədir? Daha ətraflı »