Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn
    Milli-mənəvi dəyərlər “APREL MÜHARİBƏSİ”NİN AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ DOĞURDUĞU AB-HAVA üçün şərhlər bağlıdır

    55436atxem“Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir”.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Müharibə hər bir ölkə üçün fəlakət, faciə, iqtisadiyyatın zəifləməsi deməkdir. Ancaq müharibələr də bir-birindən fərqlidir. Xüsusən də cəbhə bölgəsində yaşayan insanlardan ötrü.
    Tərtərlilər I Qarabağ müharibəsini yaxşı xatırlayırlar. Elə gün olmurdu ki, hansısa bir evə, ailəyə şəhid, yaxud yaralı gətirilməsin. Bununla yanaşı şəhər və kəndlərimiz müntəzəm atəşə tutulur, evlər dağıdılır, dinc insanlar, hətta qocalar və körpələr belə həlak olurdular. O zaman milli ordumuz hələ formalaşmamışdı. Xarici havadarlarının köməyi ilə təpədən dırnağadək silahlanmış düşmənin qarşısında yerli özünümüdafiə batalyonunun döyüşçüləri yalnız öz qəhrəmanlıqları, sonsuz vətən sevgisi hesabına dayanır və onları qarış-qarış Tərtərdən uzaqlaşdırırdılar.
    İgid əsgərlərimizin şücaətinə baxmayaraq, mülki əhali arasında daimi olaraq ümidsizlik hissi hökm sürürdü. Dağlıq Qarabağın və ətraf 7 rayonun bir-birinin ardınca işğal edilməsi Tərtər üçün də real təhlükə idi.
    Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ilk növbədə cəbhədə atəşkəsin elan edilməsinə nail olundu. Bununla da müstəqil ölkə kimi kövrək addımlarını atan Azərbaycan qüdrətli milli ordunun formalaşdırılması üçün vaxt qazandı, həm də bütün sahələr üzrə quruculuq işlərinə başlandı. Ölkə iqtisadiyyatı günü-gündən möhkəmləndi, Azərbaycan regionda lider dövlətə çevrildi. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Milli-mənəvi dəyərlər PREZİDENTLƏ GÖRÜŞƏN MAYA NƏNƏ üçün şərhlər bağlıdır

    53945“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”,–deyən Prezident İlham Əliyev cəbhə bölgəsinə son səfəri ilə bunu bir daha təsdiq etdi. Onun Tərtərdə Maya nənə ilə görüşü, 80 yaşlı nənəyə doğru irəliləyərək əsl oğul məhəbbəti ilə ona əl verməsi öz səmimiliyi ilə hər kəsi həyəcanlandırdı.
    Prezident Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən rayonlara ölkənin birinci xanımı Mehriban Əliyeva ilə səfər etmişdir. Onlar bu addımları ilə bir daha sübut etdilər ki, ən çətin günlərdə xalqla bir yerdədilər.
    Maya nənə bu görüş barədə belə danışdı:
    –Prezidentimizlə Mehriban xanımı qızım Elmiranın ermənilərin atdığı mərmilər nəticəsində dağılmış evində görəndə, elə bildim ən əziz adamlarım gəliblər. İnsanın doğmalığı çətin gündə səninlə birgə olmasında sınanır. On-larla söhbətimdən sonra xeyli yüngülləşdim. Belə mətin, ağıllı rəhbəri olan xalqı sarsıtmaq olmaz. Biz inanırıq ki, tezliklə o nankor qonşularımız üzərində qələbə çalacağıq. İstər sülh yolu olsun, istərsə də müharibə.
    Bu sözləri təkcə Maya ana demir, bütün tərtərlilər söyləyirlər. Ermənilər daimi olaraq atəşkəs rejimini pozmağa cəhd göstərsələr də, əhali qüdrətli Azərbaycan Ordusuna güvənərək, öz evində-eşiyindədir, iş-gücü ilə məşğul olur.
    “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əhalinin ruh yüksəkliyini daha da artırmışdır.
    Aprel ayının çətin sınaqları xalqla Prezidentin, ordu ilə xalqımızın sıx birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

    Svetlana Bağırova

    Teqlər:

  • 01İyn
    Milli-mənəvi dəyərlər O GÜNÜ UNUDA BİLMİRƏM üçün şərhlər bağlıdır

    99019ddd854780313d9bb8990da33fdfQarabağ savaşında bütün Azərbaycan xalqı ağır itkilərə məruz qaldı. Torpaq, yurd, övlad, qardaş itkisi ilə üzləşdik. 20 ildən çoxdur ki, bu ağrılarla yaşayırıq. Qardaşım, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudov bu müharibədə böyük igidliklər göstərərək vətən, torpaq uğrunda şəhid olub.
    Aprel ayının əvvəllərində erməni faşistləri yenidən cəbhədə təxribat törətdilər. Lakin, vətənimizin mübariz oğlanlarının, güclü ordumuzun sayəsində düşmənə layiqli cavab verilərək geri oturduldu. Əlbəttə, bu cavab itkisiz ötüşmədi. Şəhidlərimiz oldu, şəhər və kəndlərimizdə cəbhə bölgə-sinə yaxın yerlər dağıntılara məruz qaldı. Lakin bunlar heç kəsi ruhdan salmadı, əksinə, insanlarda böyük inam yarandı. Bu inam əbəs deyildi.
    O günü heç unuda bilmirəm. Mayın əvvəlində ölkə Prezidenti İlham Əliyevin öz xanımı Mehriban xanım Əliyeva ilə Ermənistan ordusunun iriçaplı silahlarla, top və mərmiatanlarla dağıtdığı yerləri ziyarət etməsi insanlarda böyük inam və coşğu yaratdı. Dövlətin rəhbəri adi bir insan deyil. O, seçilmişlərin seçilmişi olan dahi bir siyasətçinin, Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı siyasi varisi İlham Əliyevdir. Prezidentin təmas xəttinin 200 metr məsafəsində yerləşən Qapanlı kəndində evləri bir-bir gəzməsi, sadə insanlarla səmimi görüşü, balaca uşaqları əyilib öpməsi necə səmimi, gözəl insan olmasından xəbər verirdi. Zərər çəkmiş insanlara öz səmimi qayğısı və sözləri ilə təskinlik verərək, əvvəlkindən də yaxşı şəraitdə yaşayacaqlarına ümid yaradırdı. Sonda camaatla birgə xatirə şəkli çəkdirməsi Prezidentlə xalqın birliyini əks etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Milli-mənəvi dəyərlər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    QƏHRƏMAN TƏRTƏRİN İSTEDADLI UŞAQLARI

    Изображение 011Изображение 01461950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
    Ölkəmizdə uşaqların problemləri həmişə diqqət mərkəzində saxlanılır, onların hərtərəfli inkişaf etməsinə, xoşbəxt böyümələrinə qayğı göstərilir.
    Ulu Öndər Heydər Əliyev uşaqları çox sevirdi və vaxtının az olmasına baxmayaraq, onların tədbirlərində məmnunluqla iştirak edirdi. Hazırda uşaqların sağlam və firavan böyüməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Azərbaycanın birinci xanımı və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu missiyanın həyata keçirilməsi üçün çox iş görür.
    Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, dövlətimizin və rayon rəhbərliyinin daimi diqqət və qayğısı sayəsində tərtərli məktəblilər təhsildə, idmanda və digər sahələrdə ürəkaçan nailiyyətlər qazanırlar. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər FAŞIZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 71-ci İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    DSC_4311 (Копировать)DSC_4321 (Копировать)1941-1945-ci illər müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qələbə bayramı münasibətilə veteranları təbrik etdi. Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi bəşər tarixində ən dəhşətli, qanlı və dağıdıcı müharibə olmuşdur. Bu müharibədə Sovet İttifaqı, alman faşizmi üzərində misilsiz qələbə çalmışdır.
    Bütövlükdə 1418 gün davam edən Böyük Vətən müharibəsində o zamankı Sovet İttifaqının 20 milyondan çox insanı tələf olmuşdur. Respublikamızdan cəbhəyə getmiş, döyüşlərdə hünər göstərmiş 130 nəfər ən yüksək ada –Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərlə soydaşımız orden və medallara layiq görülmüşdür. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər ULU ÖNDƏR VƏ AZƏRBAYCAN TƏHSİLİ üçün şərhlər bağlıdır

    Изображение 193DSC_3687 (Копировать)Rayon icra hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə rayon təhsil işçilərinin iştirakı ilə Gənclər Mərkəzində Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirmişdir. Tədbirdə əvvəlcə Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş məruzə söyləmişdir. Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğı nəticəsində tərtərli məktəblilərin cari dərs ilində qazandıqları uğurlardan bəhs etmişdir.
    Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, Əskipara kənd tam orta məktəbinin tarix müəllimi Dilguşə Aslanova çıxış edərək Ulu Öndərin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, onun söylədiyi kəlamları yada salmışlar: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəsindən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər ÜMUMMİLLİ LİDER VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ üçün şərhlər bağlıdır

    Изображение 003Tərtər YAP Rayon təşkilatında mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə məruzə ilə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarı var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.
    Tədbirdə mövzu ilə bağlı çıxışlar olub. Rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Ulduzə Qurbanova, mərkəzləşmiş kitabxana sisteminin işçisi Reyhan İsmayılova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Umudlu kənd mədəniyyət evinin direktoru Flora Manafova, rayon mədəniyyət şöbəsinin işçisi Sevda İsgəndərova, rayon musiqi məktəbinin direktoru Mahir Qədimov, müəllimlərdən Ziyafət Talıbova, Mirtağı Mənsimov, Mehriban Hüseynova, Arif Mahmudov, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ümummilli Liderin Azərbaycan mədəniyyəti sahəsində gördüyü işlərdən danışıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər ONLARA DÖVLƏT TƏRƏFİNDƏN QAYĞI GÖSTƏRİLİR üçün şərhlər bağlıdır

    Изображение 139Ikinci dünya müharibəsindən bizi 71 il ayırır. Illər ötdükcə müharibədə şücaət göstərib evlərinə qayıdan Böyük Vətən müharibəsi iştirakçılarının sayı azalır.
    Əgər 2012-ci ildə rayonumuzda 15 nəfər müharibə veteranı vardısa, indi onların sayı 7 nəfərdir. Ümumiyyətlə isə Böyük Vətən müharibəsi başlayanda Tərtər rayonundan mü-haribəyə 2417 nəfər getmişdi, onların 1650 nəfəri müharibədən qayıtmayıb.
    Azərbaycanımızın bütün bölgələrində ikinci dünya müharibəsinin sağ qalan iştirakçılarına dövlət tərəfindən daim lazımi diqqət və qayğı göstərilir.
    Həmişə olduğu kimi bu il də ölkə Prezidenti möhtərəm İlham Əliyev Qələbənin 71-ci ildönümü münasibəti ilə sağ qalan hər bir müharibə iştirakçısına 1000 (min) manat, onların dul qalmış qadınlarına 700 manat, müharibə vaxtı arxa cəbhədə işləyənlərin hər birinə 500 manat verilməsi haqqında sərəncam imzalamışdır.
    Bundan əlavə veteranların əksəriyyəti minik maşınları ilə təmin olunub. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər ƏMƏK VETERANININ HƏDİYYƏSİ üçün şərhlər bağlıdır

    Изображение 025Tərtər (o zamankı Mirbəşir) Elektromexanika Zavodunun keçmiş kollektivi–əmək vete-ranları Ulu Öndərin anadan olmasının 93 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinə gəlmişlər. Veteranlar əvvəlcə Ümummilli Liderin mərkəzdəki büstü önünə gül qoymuş, sonra “dəyirmi masa” ətrafında söhbətlərini davam etdirmişlər.
    Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açmışdır. Elektromexani-ka zavodunun keçmiş direktoru Rauf Həsənzadə Ulu Öndərlə bağlı xatirələrini danışmışdır. O göstərmişdir ki, vaxtilə rəhbərlik etdiyi müəssisə məhz Heydər Əliyevin yaxından köməkliyi və qayğısı nəticəsində nəinki Azərbaycanda, keçmiş SSRİ-də ən iri zavodlardan biri olmuşdur. Ulu Öndər dəfələrlə zavodun kollektivi ilə şəxsən görüşmüş, müəssisənin işinin daha da təkmilləşdirilməsi məqsədilə lazımi tədbirlər görmüşdür. O zaman zavodda min nəfərə yaxın tərtərli işləyirdi.
    Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan Rauf Həsənzadə göstərmişdir ki, Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanı xaos və anarxiyadan, parçalanmadan xilas etdi.
    Daha ətraflı »

    Teqlər:

  • 04May
    Milli-mənəvi dəyərlər HEYDƏR ƏLİYEV VƏ ORDU QURUCULUĞU üçün şərhlər bağlıdır

    1337154880_aliyev1Qəhrəmanlığına, sərkərdəlik məharətinə və hərbi bacarığına görə bir çox görkəmli şəxslərin adları (Cavanşir, Babək, Şah İsmayıl Xətai,Cəfərqulu ağa Bakıxanov, Əsəd bəy Talışxanov, Həsən bəy Ağalarov, Balakişi bəy Ərəblinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov, Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və s.) Azərbaycanın hərb tarixinə düşmüşdür. Xidmətlərinə görə Azərbaycanın hərb tarixinə düşmüş şəxsiyyətlərdən biri də Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyev SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik edərkən onu narahat edən məsələlərdən biri də hərbi kadrların çox az olması idi. Hələ Çar Rusiyası dövründə azərbaycanlıların azadlıq eşqinin məhv edilməsi üçün gənclər hərbi xidmətə cəlb edilmir, onlara mübarizə əzmini unutdurmağa çalışırdılar. Bu siyasət sovet hökuməti dövründə də davam etdirilirdi. Daha ətraflı »

    Teqlər: