İlk öncə Ümumilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirdi ki, Ümumilli lider Heydər Əliyev bütün Azərbaycan xalqının əbədiyaşar öndəri, dövlətimizin qurucusu və memarıdır. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Qüdrətli , şəxsiyyətilə seçilən, qeyri-adi istedada malik Heydər Əliyevi xalqına bağlayan tellər olduqca möhkəm idi. Demokratik inkişaf yolunu müəyyənləşdirilmiş Azərbaycan dövlətinin dünənində və bu günündə də dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyevin möhürü vardır. O, müasir Azərbaycan tarixini yaradan dahi şəxsiyyət , müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir. Gənclik xöşbəxtlikdir deyən Ulu Öndərimiz hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşırdı. Ulu öndər hər zaman qeyd edirdi ki, gənclər bizim bu günümüz və gələcəyimizdir.
Dahi Ümumilli liderimiz bütün gənclərin qarşısına bir vəzifə, öz xalqına, dövlətinə ölkəsinə sədaqətlə xidmət etmək , həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsinin olduğunu vurğulayırdı . Eyni zamanda Ulu Öndərimiz gənclərə uğurlu yaşamağın sirlərini də söyləyərək deyirdi ki, gənclər bilməlidirlər, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin , milli mənəvi dəyərlərinə sadiq olmaq, bu keyfiyyətləri ümumbəşəri dəyərlərlə birləşdirərək müasir həyat tərzi keçirmək lazımdır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətinidə önəmli yer tutur. Əsası Ümumilli lider tərəfindən qoyulan gənclər siyasətinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Daha ətraflı »
Yeni ismarıclar