Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen
    Şəhidlər Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.

    Görüşdə rayon rəhbəri Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlardan, bu təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusunun şəhidlər verməsindən söhbət açıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı  zəfər kimi yenə də Azərbaycan əsgəri düşmənə layiqli cavablar verir. İcra başçısı 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən də söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Daha ətraflı »

  • 26Sen
    Şəhidlər Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının əməkdaşları  27 sentyabr  Anım günü ərəfəsində rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqlarının ətrafında təmizlik işləri aparmışlar üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur, “Şəhidlər ölməz, Vətən bölünməz” deyir.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa  versin!

  • 23Sen
    Şəhidlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov rayon rəhbərliyi ilə birlikdə şəhid Məftun Əhmədzadənin yeddi mərasimində iştirak edib üçün şərhlər bağlıdır

    Mərkəzi İcra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin yerlərdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq 22 sentyabr 2022-ci il tarixdə Tərtər rayonunda vətəndaşları qəbul edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov qəbuldan sonra rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanlarının və digər qrumların rəhbərləri ilə birlikdə rayonun Evoğlu kəndindən olan şəhid Məftun Əhmədzadənin yeddi mərasimində iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər.

    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.

    Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu Ermənistan tərəfindən 12-13 sentyabr 2022-ci il tarixində sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Daha ətraflı »

  • 22Sen
    Şəhidlər Tərtərdə Vətən müharibəsi şəhidi Rüstəm Hacıyevin ad günü məzarı önündə qeyd olundu üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Yuxarı Qapanlı kənd sakini Hacıyev Rüstəm Firqani oğlununun doğum günü məzarı önündə qeyd olunub.

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

    Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olmuşdur. Daha ətraflı »

  • 22Sen
    Şəhidlər 21 sentyabr 2022-ci il tarixdə Qəhrəman Tərtərin igid oğlu şəhid Verdiyev İsax Ədalət oğlunun doğum günüdür üçün şərhlər bağlıdır

    Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

     

  • 20Sen
    Şəhidlər Şəhid Məftun Əhmədzadə Tərtər rayonunun Evoğlu kəndində torpağa tapşırılıb üçün şərhlər bağlıdır

    Ermənistan tərəfindən sərhəddə törədilən geniş-miqyaslı təxribatın qarşı-sının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər, 1996-cı il təvəllüdlü Əhmədzadə Məftun Seymur oğlunun cənazəsi sentyabrın 16-da doğulduğu Tərtər rayonunun Evoğlu kəndinə gətirilib.
    Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər.
    Mərasimdə cənazə na-mazı qılınıb, şəhidin ruhuna dualar oxunub.
    Kənd qəbiristanlığındakı dəfndə izdiham yaşanıb və mərasim iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndiriblər. Dəfn mərasimində cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Daha ətraflı »

  • 20Sen
    Şəhidlər ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ! üçün şərhlər bağlıdır

    ”Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq, bu, xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır və əməyi, qəhrəmanlığı əvəzolunmazdır”.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    DUMAN, SALAMAT QAL…

    Borsunlu kəndinin sakini olan Elman Məmmədov mərmi yağışı altında – 1991-ci il avqustun 17-də dünyaya gəlmişdi. Elə müharibə də həyatına son qoydu – 2020-ci il noyabrın 4-də şəhidlik zirvəsinə ucaldı.
    Elman onu tanıyanların hər birinin xatirində qorxmaz, igid, eyni zamanda çox şən bir insan kimi qalıb. Anası ilə həmişə zarafat edib deyərmiş ki, gözümü açıb müharibə görmüşəm, onun başa çatmasında da özüm içtirak edəcəyəm.
    Borsunlu rayonumuzun ən gözəl kəndlərindən biridir. Təbiəti füsunkardır. Kəndin ətrafındakı təpələr bu mənzərəyə xüsusi yaraşıq verir. Elman da təbiəti, ümumiyyətlə gözəlliyi çox sevirdi. Böyüyüb orta məktəbi bitirdikdən sonra fotoqraf peşəsini seçmişdi. Adi gözlə görə bilmədiyini fotoobyektivinin gözü ilə görür və olduqca maraqlı şəkillər çə-kirdi.
    Günlərin birində onun fotoobyektivində bir qız göründü və Elman anladı ki, həyatında bundan başqa heç kəs ola bilməz. Rayonumuzun Ələsgərli kəndindən olan Xanımla o, çox az bir müddətdə xoşbəxt ailə həyatı yaşadı. Bundan sonra oğlu Adəm dünyaya gəldi, ancaq Xanımı itirdi. Həkimlər gənc ananın həyatını xilas edə bilmədilər. Daha ətraflı »

  • 20Sen
    Şəhidlər 19 yaşı tamam oldu, 4 gün sonra müharibə başladı… üçün şərhlər bağlıdır

    Rüstəmin anası Arifə xanım deyir ki, orduda xidmət edən oğlu ad gününə qalmış 4 gün müddətində hər axşam onlara zəng vururdu. Sanki ürəyini boşaltmaq istəyirdi. 19 ildə çox danışan olmamışdı. İndi isə ilk dəfə olaraq uzun müddət ailəsindən uzaq düşmüşdü. Atasına, anasına, qardaşlarına olan məhəbbətini onlara çatdırmağa tələsirdi. Komandirlərindən, yoldaşlarından danışırdı. Qardaşlarına tapşırırdı ki, özünüzü ordu həyatına hazırlayın, idmanla məşğul olun.
    Rüstəm 22 sentyabr 2001-ci ildə Yuxarı Qapanlı kəndində anadan olub.
    Sentyabrın 28-də valideynlərinə son zəngi gəldi. Həyəcanlıydı, amma bu həyəcanda bir fəxarət, qürur hissi də vardı. Dedi ki, narahat olmayın, az qalıb, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Nankor qonşularımız bir daha nə bizim kənd camaatının, nə də başqalarının rahatlığını poza bilməyəcəklər. Həmin gün Yuxarı Qapanlı kəndi ermənilər tərəfindən atəşə tutulurdu. Rüstəmin atası Firqani Hacıyev sanki bu səsləri eşitmirdi. Onun bütün fikri cəbhədə böyük oğlu Rüstəmin yanındaydı. Rüstəmin tərkibində olduğu hərbi hissə Kəlbəcər istiqamətində döyüşürdü. Daha ətraflı »

  • 20Sen
    Şəhidlər Beş oğuldan biri üçün şərhlər bağlıdır

    Onlar ailədə beş qardaş idilər. Hər birinin arzuları vardı. Talehin isə ən böyük arzusu anasının rahat və xoşbəxt yaşamasıydı. Həddindən artıq zəhmətkeş olan ana həm çöl işinə gedir, həm ailədə 5 oğul və ataya qulluq edirdi. Gecəsi-gündüzü olmurdu. Hərdən anasının işdən-gücdən başı açılanda, şirin söhbətlər edirdilər. Taleh anasına söz vermişdi ki, təzə ev tikdirəcək, özündən balaca qardaşlarını böyütməyə kömək edəcək.
    Məhərzadə Taleh Oqtay oğlu 1995-ci il dekabrın 10-da rayonumuzun Qaynaq kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra kənddə müxtəlif özəl təsərrüfatlarda çalışmışdı. 2013-cü ildə orduya çağırılmış, 2015-ci ildə nümunəvi əsgər kimi xidmətini başa vurmuşdu.
    Birinci Qarabağ müharibəsindən sonra doğulan Taleh atəşkəs dövründə yaşasa da, ermənilərin onun doğ-ma kəndinin sakinlərinə qarşı törətdikləri təxribatların şahidi olmuş, vətənpərvər ruhda böyümüşdü.
    Odur ki, 2020-ci il sentyabrın əvvəllərində o, Azərbaycan Ordusu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmək üçün müraciət edib. Bu vaxt qardaşı Sakit də ordudaydı, gizir işləyirdi. Daha ətraflı »

  • 20Sen
    Şəhidlər Babanın öyüdü ilə böyüyən nəvə üçün şərhlər bağlıdır

    Vətəni, milləti, bayrağı, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz şücaət və rəşadət göstərmiş və ən böyük fədakarlıq edərək canından keçmiş igidlərimizdən biri də Bəyimsarov kəndindən olan Tural Aqil oğlu Məmmədlidir.
    Onun ailəsi 1988-ci ildə bu kəndə Göyçə mahalından köçüb.Tural həmin hadisələri görməyib. O, 10 il sonra, 1998-ci ilin bayram günündə, martın 22-də dünyaya gəlib.
    Amma digər nəvələr kimi, babası Vəli kişinin söhbətlərini dönə-dönə dinləyib. O yerlərin vurğunu olub. Ev-eşiklərini dağıdan, doğmalarını elindən-obasından didərgin salan ermənilərə qarşı nifrət və qəzəb bürüyüb qəlbini.
    Tural uşaqlıqdan yaşıdları arasında seçilirdi. İdmanı çox sevir, at çapır, bir sözlə, sanki bütün hərəkətləri ilə özünü hərbçi həyatına hazırlayırdı.
    Həqiqi hərbi xidmətə böyük həvəslə yollandı. Əsgərlikdə baş atıcı idi. Anasının məhəbbətlə qoruyub saxladığı təşək-kürnamələr, Fəxri fərmanlar onun nümunəvi əsgər olduğunu göstərir.
    Müharibəyə də könüllü getdi. Dedi ki, üç qardaşıq. Birimiz getməliyik. Mən gedib Vətən qarşısında borcumu yerinə yetirəcəyəm. Getdi və sözünə də əməl elədi. Bütün varlığı ilə bu müharibənin tezliklə başa çatmasına çalışdı. Daha ətraflı »