Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl
    Digər 22 İYUL –MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ üçün şərhlər bağlıdır

    Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.
    “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.
    Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.
    XIX əsrin sonlarında “Ziya”(1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı.
    XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan “İşıq” jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi.
    Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Daha ətraflı »

  • 19İyl
    Ədəbiyyat İmadəddin Nəsimi–650 üçün şərhlər bağlıdır

    2019-cu il “NƏSİMİ İLİ”dir

    Prezidentimiz İlham Əliyev 2019-cu ili ilin başlanğıcında Azərbaycanda “Nəsimi İli” elan edib. Ölkə başçısı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib və bununla bağlı rəsmi sərəncam da imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rola malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tətbiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi nəşr olunaraq, ölkə kitabxanalarına hədiyyə edilmişdir. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır. Daha ətraflı »

  • 19İyl
    Digər 23 iyul Ağdamın işğalı günüdür üçün şərhlər bağlıdır

    KÖÇKÜN AİLƏSİ TƏRTƏRDƏ DOĞMALAŞIB

    1993-cü il iyulun 23-də Ermənistan Silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4 faizi, 1 şəhər və 87 kəndi ermənilərin əlinə keçib. O vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
    Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.
    Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Daha ətraflı »

  • 19İyl
    Digər ÜÇ DOSTDAN BİRİ–HABİL üçün şərhlər bağlıdır

    Fikrim-xəyalım yenə də şəhid ruhu üzərində cəmləşib. Yenə də qələm əlimdə titrəyir. Murdar məxluq olan ermənilərə qarşı qəzəbim aşıb-daşır. Nifrətimin gücündən əlimə düşsələr o mənfurların hər birini odda yandıraram! Gör nə qədər oğullarımız yırtıcıların caynağına tuş gəldi, ölümün ağzına atıldı. Vətən, torpaq qeyrəti neçə-neçə igidlərimizin şəhidlik yoluna çevrilərək, həyatına son qoydu. Nəydi onların günahı? Yüzlərlə pəhləvan cüssəli oğullarımızın, onların ata-analarının arzuları yarımçıq qaldı.
    Abdullayev Habil Kalam oğlu 1969-cu il fevralın 1-də rayonumuzun Dəmirçilər kəndində doğulmuşdu. Elə həmin kənddə böyüyüb, boya-başa çatmışdı. Ağlı, zəkası ilə qardaş-bacılarından fərqlənirdi, iti baxışı, inadkarlığı ilə seçilirdi. Ailədəki 4 övladın kiçiyi idi. Əsgəri xidmətini Sovet ordusu sıralarında çəkmişdi. Bir az da böyümüş, kişiləşmişdi.
    Təhsilini davam etdirirdi. Ağdam rayonunda Kənd Təsərrüfatı Texnikumunda elektrik fakültəsində təhsil alırdı. 4-cü kursda oxuyurdu, həm də Tərtər paylayıcı elektrik şəbəkəsində beşinci il idi ki, yüksək gərginlik xətləri üzrə usta vəzifəsində çalışırdı. Bu, 1993-cü il idi. Vətənimizin göylərini qara buludlar aldığı, torpaqlarımızın parçalandığı, igidlərin qanına boyandığı il idi. Əlinə silah alıb Vətənin müdafiəsinə qalxan yüzlərlə oğullara Habil də könüllü qoşuldu…
    Böyük qardaşı Əli ailəli idi. 2 övladı varıydı. Habil razı olmadı ki, qardaşı könüllü savaşa qoşulsun: “Mən onun uşaqlarını saxlaya bilmərəm”–dedi. Milli ordu sıralarında Habil döyüşdü. Özü də ürəklə, mərdliklə. Hətta azğın düşmənin atdığı mərminin qəlpəsi 2 dəfə onu yaralasa da döyüşdən aralanmadı, döyüş yoldaşlarını tək qoymadı. Ağdərəətrafı kəndlərin ermənilərdən təmizlənməsində var gücü ilə vuruşdu. Evlərinə gələndə fəxrlə danışıb ki, biz qalib gələcəyik, erməniləri yerində susduran oğullarımız var. Daha ətraflı »

  • 19İyl
    Digər KİTABLAR HƏYATIMIZIN BƏZƏYİDİR üçün şərhlər bağlıdır

    Dahi şair Nizami Gəncəvinin dediyi kimi: “hər bir kitab elmə yiyələnmək istəyən şəxs üçün bir xəzinədir”.
    Kitabları oxuduqca elmin sirlərinə daha yaxından bələd oluruq. İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasına səbəb yazı materialları olub.
    Müasir dövrdə bütün məlumatların elektronlaşması sayəsində insanlar az mütaliə edirlər. Hər hansı bir əsəri kitabdan oxuyarkən insanın təfəkkürü zənginləşir, dünyagörüşüşü artır. Psixoloqlar insanın kitab oxumaqla stresdən xilas olduqlarını deyirlər. İnsanın yaradıcılıq qabiliyyətinin artmasında kitabların böyük rolu vardır.
    Keçmişdə avam insanların təbiət hadisələrini şər qüvvələrlə əlaqələndirməsi onların təbiət elmlərindən bixəbər olmasının nəticəsi idi.
    Kitablar bizim həyatımızın bəzəyidir. Daha ətraflı »

  • 19İyl
    Təhsil MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ üçün şərhlər bağlıdır

    Müasir dövrdə aktual olan problemlərdən biri də müəllim-şagird münasibətləridir. Bir çox təhsil müəsisələrində müəllim-şagird münasibətləri normal qurulur. Bu isə tədrisin keyfiyyətinə, şagirdlərin tərbiyəsinə və elmlərin lazımınca mənimsənilməsinə şərait yaradır.
    Acınacaqlı haldır ki, bəzi məktəblərdə öyrədənin məsləhətinə qulaq asılmır, onların tapşırıqları yerinə yetirilmir. Buna bir səbəb də istər məktəbdə, istərsə də ailədə uşaqla düzgün məşğul olunmamasıdır. Bu işdə valideyn səhlənkarlığı da əsas şərtdir. Çünki şagird müəllimindən çox öz valideyninin yanında olduğu üçün ailədə məktəbliyə müəllimin dediklərinə məsuliyyətlə əməl etmək, təlim-tərbiyəyə düzgün riayət lazımlılığı öyrədilməlidir. Oğlan uşaqlarının çox vaxtlarını internet kulublarda keçirməsi, ümumiyyətlə, şagirdlərin 10-15 yaşlarından telefon işlətmələri onların təhsildən uzaqlaşmasına səbəb olur. Eyni zamanda məktəblilərdə ünsiyyət problemi yaranır və hətta özünə qapanma kimi hallar baş verir. Bu həm təhsilimizə, həm də gələcək nəslin sağlamlığına ciddi zərbə vurur. Daha ətraflı »

  • 19İyl
    Milli-mənəvi dəyərlər AİLƏLƏR NİYƏ DAĞILIR? üçün şərhlər bağlıdır

    Dünyada qarşısını almaq mümkün olmayan ciddi problemlərdən biri də boşanma hallarıdır. Bu bəla bəşəriyyətin yaşam tərzinə ağır zərbələr vurur və mənəvi fəsadlar törədir. Ən çox da bu zərbələri böyüklər deyil, uşaqlar alır, onların həyatında dərin izlər və şırımlar açır, göynəmləri yaraya çevrilir.
    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkədə 62 min 923 nikah və 14 min 514 boşanma halları qeydə alınıb. Rəsmi rəqəmlər boşananların nikaha girənlərin dördə birini təşkil ediyini deyir. Əslində isə qeyri-rəsmi evlənib boşananların sayı qat-qat çoxdur və bu, ciddi narahatlıq doğurmaya bilməz!
    2016-cı illə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb. Bu da ciddi siqnaldır.
    Statistika göstərir ki, 2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 min 191 nikah və 3972 boşanma halları qeydə alınıb.
    Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.
    Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
    Dünyanın bir çox ölkəsində boşanmalarla bağlı aparılan sorğular nəticəsində məlum olub ki, cütlüklərin boşanma səbəbləri heç də həmişə iqtisadi problemlərlə bağlı olmur. Əksinə, onlar aralarındakı şəxsi əlaqələrin daha çətin olduğunu düşünürlər. Bəs Azərbaycanda boşanmaya səbəb olan faktorlar hansılardır? Daha ətraflı »

  • 19İyl
    Digər “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    ÇARƏSİZLİK

    “Yeni Tərtər” qəzetinə abunə yazılışı başlayanda dostumuz “Bala Kirpi”nin də qarnı sancılanır: “Görəsən, bu dəfə necə olacaq?! Yazılacaqlarmı, yazılmayacaqlarmı?! Yazılmasalar, necə olacaq?!”…
    “Bala Kirpi” bu fikir-xəyalın içində gözünü açdı ki, gəlib durub redaksiyanın qapısının ağzında. İstədi geri qayıtsın. Sonra fikirləşdi ki, əşi, ta bura qədər gəlmişəm, içəri girim, bir hal-xoş eləyim, həm də görüm nə var, nə yox?
    İçəri girdi. Gördü ki, 4-5 nəfər işçi yığı-şıbdı baş redaktorun otağına, hamısının da qaş-qabağı yer süpürür.
    Salamsız-kalamsız soruşdu:
    – Nə olub?! Qalan işçilər hanı? 13 nəfər deyildinizmi?
    Baş redaktor cavab verdi:
    –Qalanı ixtisara düşdü.
    –Niyə?
    –Vəsait çatışmadı, əməkhaqqı verə bilmədik, ona görə. Belə olsa qalan bu 4-5 nəfərin 2-si–3-ü də gedəcək.
    “Bala Kirpi”nin marağını görüb, baş redaktor əlavə izahat verdi:
    –Minumum əmək haqqı 130-dan 180-ə qalxdı, DSMF-nin 22 faiz məcburi sosial-sığortası da bu hesaba artdı, çap xərci, işıq, qaz, dəftərxana ləvazimatı, kompyuterlərin saxlanması, tutulmalar, ödənişlər, Mətbuat Şurasına, elektron saytımıza üzvlük haqları, plyus nəzərdə tutulmayan xərclər, daha nələr… nələr… Hamısı artdı, abunə yazılışı isə, əksinə, azaldı. Bilmədik nə edək?!
    Yuxarı əlaqədar təşkilatlar üstümüzü kəsiblər ki, Prezidentin sərəncamıdır, mütləq yerinə yetirilməlidir, tez eləyin, artırın, yoxsa heç bir sənədiniz qəbul olunmayacaq, ya da… İşləməyin demək nə təhər olur?!
    Bu tərəfdən də bir mənbəmiz yoxdur ki, vəsait əldə edək, əmək haqqıları artıraq. Deyəndə də, cavab verirlər ki, özünüz bilərsiniz, biz onu bilirik ki, sərəncam var, onu yerinə yetirmək lazımdır, vəssəlam!
    Yazıq rayon qəzetləri! Di gəl “paraya dəymə, bütövə dəymə, doğra, doyunca ye”. Bu necə olur?!
    “Bala Kirpi” baş redaktorun əsəbləşdiyini görüb, ortaya “məzə qatmaq” istədi: Daha ətraflı »

  • 10İyl

    Digər üçün şərhlər bağlıdır

    Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

  • 10İyl
    Tərtər RİH-də SAKİNLƏR RAZILIQ ETDİLƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Kəbirli kəndinin 217 təsərrüfatı, 846 nəfər sakini var. Kənd camaatının əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 22 sentner günəbaxan, 29 sentner pambıq təhvil verdi.
    Bu il isə 51,40 hektarda pambıq, 52,23 hektarda taxıl, 15,65 hektarda arpa, 89,66 hektarda günəbaxan,106 hektarda yonca əkiblər. Daha ətraflı »