Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Noy
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                                            SONUNCU TELEFON ZƏNGİ

    Haqqında yazmaq istədiyim şəhidimizin ailəsi ermənilərin qəddarlığı nəticəsində doğma dədə-baba yurdları olan Basarkeçər rayonunu qoyub çıxdılar. Özlərinə pənah yeri Tərtər rayonunun Bəyimsarov kəndini seçərək, orada məskunlaşdılar.
    Bu ailədə 5 uşaq böyüyürdü. Onların dördüncüsü olan Məmmədli Tural Aqil oğlu elə burada – Bəyimsarovda 1998-ci ildə dünyaya göz açmışdı. Uşaqlığı və yeniyetməliyi bu kənddə keçmişdi. Böyüdükcə öyrənmişdi ki, nəinki ailəsi, Daha ətraflı »

  • 29Noy
    Digər Doğma yurdlarımız üçün şərhlər bağlıdır

                                                                          QƏRBİ AZƏRBAYCAN DƏRƏLƏYƏZ MAHALI

    Dərələyəz mahalı şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.kmdir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərə-ləyəz və Şərurun dağlıq hissəsi.
    Türkmənçay müqaviləsindən (1828) sonra Ru-siyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Daha ətraflı »

  • 29Noy
    Digər ERMƏNİ RİYAKARLIĞININ SÜBUTU üçün şərhlər bağlıdır

                                                                         ERMƏNİLƏR ÖZLƏRİ HAQQINDA

    Erməni tarixinin atası sayılan MOVSES XORENASİ hələ 5-ci əsrdə öz qəbilədaşları haqqında deyirdi: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü millətdir”.
    PETRONİY QAY AMATUNİ – erməni sovet yazıçısı: “Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.
    KEROP PATKANOV, erməni şərqşünas alimi, erməni tarixi mənbələri üzrə mütəxəssis: “Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”. Daha ətraflı »

  • 29Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                     RUSLAR ERMƏNİLƏR HAQQINDA

    Rus şairi A.S.PUŞKİN: “Sən qulsan, sən qorxaqsan, sən ermənisən”.
    Ərzurum artilleriyasının komandanı və 2-ci Ərzurum qala artilleriya alayının komandiri, podpolkovnik TVERDOXLEBOVUN xatirələrindən: “Biz, Ərzurumda müsəlman əhali ilə, demək olar ki, iki il yaşamış və onlara yaxşı bələd olmuş rus zabitləri, üsyanın olmasına inanmırdıq və erməni qorxaqlığını açıq şəkildə lağa qoyurduq”. “Ermənilər, bu qaniçən və azadlıq uğrunda qorxaq mübarizlər, bizim arxamızdan türklərin aciz qoca, qadın və uşaqlarını doğrayaraq incitməyə başlayırlar”. “Mənfur ermənilər döyüş meydanındakı əsl əsgərlərdən qorxaqcasına qaçırlar, əsasən qocaların, qadınların, uşaqların və əliyalın insanların üstünə kütləvi hücumlarda mərd və cəsurdurlar”.
    A.QRİBOYEDOV, rus diplomatı, Rusiya imperatoruna göndərdiyi məktubdan: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin. Onlar elə bir qəbilədəndirlər ki, bir neçə onilliklər yaşayandan sonra bütün dünyaya çığıracaqlar ki, bu torpaqlar bizim ata və babalarındır”.
    A.QRİBOYEDOV 1819-cu ildə Mazareviçə raportunda yazırdı: “Bu ermənilər nə murdar adamlardır. Onlardan heç biri məni tanımaq istəmir. Ancaq həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Daha ətraflı »

  • 29Noy
    Ədəbiyyat Aşıq Ələsgər-200 üçün şərhlər bağlıdır

                                                               EL SƏNƏTKARININ QÜSSƏLİ HƏYATI

    Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
    Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini dolandırırdı.
    Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəməkdə maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayi Daha ətraflı »

  • 29Noy
    Ədəbiyyat SONRA ÖYRƏŞƏR üçün şərhlər bağlıdır

                                                                                               (Mini hekayə)

    İbrahim kişi kəndin sayılıb seçilən adamlarından idi. Həm saz çalıb aşıqlıq edərdi, həm də dəlləklik. Üzü-başı tüklü olanları elə öz evində abıra salardı. Elə ki, işini qurtardı, tükləri səliqə ilə yığışdırar, sonra da sazı sinəsinə basıb bir-iki ağız deyərdi.
    Bir gün ot biçinindən gələndə gördü ki, arvad yorğan-döşəkdədir. Rəngi də ağarıb. Düzü Səriyə arvad ölümdən çox qorxardı. Bir yeri ağrıdımı, rəngi cunadan da betər rəng alardı. Tez yapışardı kişinin yaxasından ki, mənə göz dəyib, ölüb eləməmiş özünü mollaya çatdır. Bu dəfə də İbrahim kişi içəri girən kimi bir şivən qopardı ki, eşidən-bilən deyərdi ki, bu dəfə deyəsən ölü düşüb. Zarıya-zarıya dedi:
    -Ay İbrahim, qadan mənə gəlsin, ölürəm, özünü mollaya çatdır!
    Səriyə arvad həkim-zad tanımazdı, inandığı bircə şey vardısa, o da mollanın duası idi. İbrahim kişi belə olanda sözü uzatmazdı. Bilirdi ki, nə desə də boş şeydir. Dinməz-söyləməz gedərdi mollanın yanına. Bu kəndin də mollası olmazdı. Gərək pay-piada qonşu kəndə gedəydi. Daha ətraflı »

  • 29Noy
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                                        İBADƏT NƏDİR?

    İbadət Allaha təzim etmək, sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirməkdir.
    Nə üçün ibadət edirik?
    Bizi yoxdan var edən və yaşadan Allahdır. Böyük Allah vücudumuzu görən gözlər, eşidən qulaqlar və danışan dil kimi mükəmməl orqanlarla təmin etdi. Digər canlılardan fərqli olaraq bizə ağıl verdi və varlıqlar arasında bizi seçkin bir vəziyyətə gətirdi. Bundan başqa yaşaya bilməyimiz üçün tənəffüs etdiyimiz havadan içdiyimiz suya qədər bizə saysiz-hesabsiz nemətlər verdi.
    Ayrıca bizi tək qoymadı, Peyğəmbərlər və kitablar göndərərək dunyada Daha ətraflı »

  • 26Noy
    Digər İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ, O CÜMLƏDƏN LAÇINDA HAVA LİMANININ İNŞASI BÖLGƏNİN BEYNƏLXALQ STATUSUNU ARTIRACAQDIR üçün şərhlər bağlıdır

    Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Həm təbii sərvətlərlə zənginliyinə, həm iqliminin gözəlliyinə görə seçilən Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.

    Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

    Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala Daha ətraflı »

  • 22Noy
    Digər BU GÜN İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARDA, O CÜMLƏDƏN KƏLBƏCƏRDƏ BƏRPA VƏ QURUCULUQ İŞLƏRİ SÜRƏTLƏ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Qədim yaşayış məskənlərindən biri olan Kəlbəcərə 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

    “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Daha ətraflı »

  • 19Noy
    Digər İŞĞALDAN AZAD OLUNMUŞ AĞDAM ERMƏNİ VANDALİZMİN ŞAHİDİDİR üçün şərhlər bağlıdır

     

     

     

     

    Ağdam ölkəmizin qədim yaşayış məntəqələrindən biridir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

    “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Daha ətraflı »