Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyl
    Milli-mənəvi dəyərlər Bərdə Regional Mədəniyyət İdarəsində media nümayəndələri ilə görüş üçün şərhlər bağlıdır

    Azərbaycanın səsini dünyaya yayanlar

    Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşəsi önünə gül dəstələri qoyublar. Sonra hərbi jurnalist Şöhrət Eyvazovun Vətən müharibəsində düşməndən qənimət olaraq götürülmüş “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış keçirilib.
    Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Media nümayəndələrinin Vətən müharibəsi dövründəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
    Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxışında Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq, mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arzulayıb.
    Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb. Bildirilib ki, media nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Birbaşa hadisə yerindən informasiyalar, foto və videolar yayımlayaraq, xalqımızı məlumatla təmin etdilər. Daha ətraflı »

  • 29İyl
    Xəbərlər İctimai şuranın yığıncağı keçirilib üçün şərhlər bağlıdır

    Hökumətlə vətəndaşlar arasında əlaqələr möhkəmlənəcək

    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İctimai şuranın üzvləri ilə görüşərək, onları dinləyib. Sonra şura üzvlərini düşündürən məsələlər barəsində müzakirələr aparılıb. Rayon rəhbəri ictimai şuranın vətəndaşlarla hökumət arasında bir körpü rolunu oynadığını, vətəndaşların arzu və təkliflərinin ictimai şura vasitəsi ilə açıq şəkildə çatdırıldığını qeyd edib.
    Söhbət zamanı rayonda baş vermiş erkən nikah, şəhid ailələrində ailədaxili münaqişələr, qazilərin intiharı, şəhid ailələri və qazilərin mənzillə təmin olunmaları, şəhərin küçələrinin abadlaşdırılması zamanı sakinlərin yaratdıqları süni maneələr, bir qrup gəncin gecələr bir yerə toplanması ilə bağlı bir sıra məsələlər müzakirə edilib, ictimai şura üzvlərinin bu məsələ-lərin həllində rayon icra hakimiyyətinə dəstək olmaları nəzərə çatdırılıb.
    Tədbirdə iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, ictimai şuranın üzvləri Rauf Həsənzadə, Svetlana Bağırova, Sətdar Nəcəfov, Emin Pənahov, şəhid atası Bəhruz İsgəndərov, Orxan Mustafazadə müzakirə edilən məsələlərlə bağlı öz fikir və mülahizələrini bildiriblər. Daha ətraflı »

  • 29İyl
    Hərbi vətənpərvərlik Döyüşən müəllimlərimiz üçün şərhlər bağlıdır

    Qalib Ordunun zabiti olmaq şərəfdir

    Baş leytenant Qoşqar Bayramov bu hissi yaşayan insanlardan biridir. Buruc kənd tam orta məktəbində ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fənnini tədris edir, Vətən müharibəsi veteranıdır. Qoşqar Bayramov bu gün müəllim kimi fəaliyyət göstərdiyi məktəbin məzunudur. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai hazırlıq və fiziki təlim fakültəsini bitirib. Elə o vaxtdan da təyinatla bu məktəbə gəlib.
    Qoşqar müəllim 2020-ci il sentyabrın 20-dən ordu sıralarına çağırılıb və həmin ilin 30 dekabrında, yeni ilə bir gün qalmış təxris edilib. Tağım komandiri olub. Əvvəlcə Ağdam istiqamətində, sonra Suqovuşanda xidmət edib. O deyir ki, Böyük Qələbədən sonra bir vətəndaş, zabit və müəllim kimi həyatı tamamilə dəyişib. Daha ətraflı »

  • 29İyl
    Digər Peşəkar olmağa çalışaq üçün şərhlər bağlıdır

    “Azərbaycan” qəzetinin 21 iyul 2022-ci il nömrəsində baş redaktor Bəxtiyar Sadıqovun “Mətbuatın və sosial şəbəkənin “muştuluq” xəbərləri” başlığı altında verilmiş yazısı bir jurnalist kimi mənim də “ürəyimdən tikanı” çıxartdı.
    Saytlar bir-birinin ardınca ölüm xəbərlərini elə sevinə-sevinə paylaşırlar ki, gəl görəsən. Hələ vəfat edən adamın yerinə hansısa bir aparıcının, müğənninin, yaxud hörmətli bir insanın şəklini belə qoyub paylaşırlar, baxış sayı çoxalsın. Ayıbdır, vallah, ayıbdır. Yazını “ açırsan ki, bəs” ölən şəkili verilən deyil, kimsə bir başqasıdır. Özünüzü şəklini verib, yalandan “öl- dürdüyünüz” o insanların qohum-əqrabalarının yerinə qoyun, bəlkə kiminsə yaxını oxuyub, ürəyi partlayacaq. Bu şəkildə izləyici toplamaqdansa əl açıb dilənmək yaxşıdır. Onsuz da belə saytlar bütün günü mədəni dilənçiliklə məşğul olurlar.
    Saytlar hələ qətllər və oğurluqla bağlı hadisələri o qədər təsvirlə verirlər ki, həmin oğurluq hadisələrinə baxıb eyni yolla oğurluq edənlərin də sayı artıb, necə ki, bu yaxınlarda bir məşhurun övladının toyunda toya salınan nəmərləri oğurlamışdılar.
    Şou yaratmaq, süni surətdə reytinq qazanmaq, izləyicilərin, oxucuların əsəbləri ilə oynamaq kimə, nəyə gərəkdir?
    Ayıbdır, vallah, belə işlər bizə hörmət yox, xəcalət gətirir. Bəxtiyar müəllimin jurnalistlərə çağırışına səs verərək, “gəlin ağıllı, peşəkar jurnalist olaq, sensasiya ardınca qaçmayaq”, – deyirəm.

    Svetlana Əzizova,
    Tərtər rayonu, jurnalist

  • 29İyl
    Xəbərlər Redaksiyaya məktublar üçün şərhlər bağlıdır

    Təşəkəkür

    Uşaqlar da razıdırlar, valideynlər də

    Prezident seçkiləri zamanı hər bir vətəndaşın prezidenti olacağını vəd edən dövlətimizin başçısı İlham Əliyev verdiyi sözə əməl edərək, ölkənin bütün vətəndaşlarının qayğı və diqqətlə əhatə olunmasına çalışır. Bu gün iri şəhərlərlə yanaşı, bölgələrimiz sürətlə inkişaf edir, insanların, xüsusən böyüməkdə olan nəslin rahat yaşaması üçün bir-birindən möhtəşəm layihələr həyata keçirilir.
    Biz bunu rayonumuzun timsalında da aydın görürük. Xüsusilə Tərtər İdman Olimpiya Kompleksinin ti-kilməsi və fəaliyyətə başlaması hər bir rayon sakinini ürəkdən sevindirir.
    Bu isti yay günlərində biz babalar nəvələrimizin əllərindən tutub buradakı üzgüçülük hovuzuna gətirəndə, qəlbimizdən sonsuz təşəkkür hissləri keçir. Uşaqlar burada üzgüçülüklə yanaşı, idmanın digər növləri ilə də məşğul ola bilirlər. Şərait çox gözəldir, işlər yaxşı qurulub. Bütün bunlar övladlarımızın fiziki inkişafına, sağlam böyüməsinə müsbət təsir göstərir.
    Onu da qeyd etmək istəyirik ki, Olimpiya Kompleksində şəhid ailələrinə və qazilərə böyük hörmətlə yanaşılır və güzəştlər edilir.
    Övladlarını idman məşğələlərinə gətirən valideynlərin, baba və nənələrin dincəlməsi üçün də burada lazımi şərait var.
    Tərtərlilərə, o cümlədən burada yaşayan şəhid ailələrinə, qazilərə göstərilən qayğıya, nəvələrimizin xoşbəxt böyüməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

    Ramiz Ələkbərov,
    Cəmil Hacıyev,
    Şəhid ataları

     

  • 29İyl
    Xəbərlər Təklif üçün şərhlər bağlıdır

    Gəlin şəhərimizin təmizliyini qoruyaq

    Tərtər həm təbii relyefinə, həm də son illər burada aparılan abadlıq, quruculuq işlərinə görə Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Lakin gözəlliyi yaratmaq rayonumuzun rəhbər işçilərinin və bu sahədə çalışan insanların vəzifəsidirsə, bunu qoruyub saxlamaq, xüsusən də təmizliyə, adi qaydalara əməl etmək biz sakinlərin sadəcə olaraq vətəndaşlıq borcudur.
    Adi bir məsələyə toxunmaq istəyirəm. Sübh tezdən axşamadək şəhərimizin küçələrində çalışan, buraları cənnətə döndərən insanların zəhmətinə necə qiymət veririk? Zibili hara gəldi atmaqla, çəkilən hasarları, səkiləri dağıtmaqla biz özümüz-özümüzə ziyan vururuq.
    Gəlin bu sahədə qaydalara əməl etməyi böyüyən nəslə öz nümu-nəmizlə aşılayaq.

    Bəhruz İskəndərov,
    Şəhid atası

  • 29İyl
    Xəbərlər Məmnunluq üçün şərhlər bağlıdır

    Qonaqların yanında üzümüz ağdır

    Xeyli vaxtdır ki, küçəmizdə əsaslı təmir işlərinə başlanılıb. Belə ki, burada istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, aqlay və bəzək daşları ilə üzlənir.Bununla yanaşı kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
    Görülən işlər sakinləri çox sevindirir. Cünki hər kəsin arzusu gözəl, təmiz və abad küçədə yaşamaqdır.
    Ümumiyyətlə, son illərdə şəhərimizin bir çox küçələri abadlaşıb, bəzilərində asfaltlanma işləri aparılıb, müxtəlif dekorativ və gül kolları əkilib.
    Hazırda isə bizim küçə ilə yanaşı Nəsimi küçəsində də təmir işləri görülür.
    Biz tərtərlilər öz şəhərimizi çox sevirik. Gələn qonaqların yanında da daim üzümüz ağ olur. Qəhrəman Tərtərin görkəmi də adına yaraşır.

    Elçin Məhərrəmov,
    Vasif Hüseynov küçəsinin sakini

  • 29İyl
    Digər Mən belə düşünürəm üçün şərhlər bağlıdır

    “Bəlkə də gözəl olardı”

    Səhər tezdən bu xəbəri oxumasaydım, “bəlkə də gözəl olardı” Orta məktəbi yenicə bitirmiş Laçın adlı bir qız yenicə qədəm qoymaq istədiyi gəncliyin asta-nasında intihar edib. Səbəb qəbul imtahanlarında az bal toplaması, valideynlərinin onun üstünə gəlməsi, təpkisi. Məktubunda atam işə gedəndə “mənə işdən gələnə qədər get özünü as, öldür”, – dedi yazıb. O da ailəsinə son məktubunu yazıb və intihar edib. Laçının məktubundan onun heç də savadsız olmadığı aydın görünür, Laçının yazdığı məktub övladlarına təpki göstərən bütün valideynlərə bir dərsdir. Qızcığaz bəlkə həyəcanlı olub, bəlkə… aşağı bal toplayıb. Bunun üçün övladın öz canına qıymasına təpki göstərməkmi lazımdır?
    Son vaxtlar artan intihar hadisələri valideynlər üçün bir həyəcan təbili deyilmi? Toy günü özünü asan gənc qız. Araşdırma zamanı məlum olub ki, qız nişanlısının onunla kobud rəftar etdiyini deyib, anası “artıq sənin toyundur, ayıbdır” – deyib, övladının arxasında durmadığı üçün o da çıxış yolunu intiharda görüb.
    Laçının məktubu məni o qədər kövrəltdi ki, söz tapa bilmirəm. Nə vaxta qədər laçınlarımız bizim təkəbbürümüzün, anlaqsızlığımızın qurbanı olacaq? Daha ətraflı »

  • 29İyl
    Xəbərlər, Milli-mənəvi dəyərlər Oxucu sevgisi üçün şərhlər bağlıdır

    Zəhmətimizə verilən dəyər

    Rəmziyyə Məmmədova rayo-numuzun ziyalı qadınlarından biridir. Uzun müddət Tərtərdə müxtəlif vəzifələrdə çalışıb, indi isə təqaüddədir. Həyat təcrübəsini nəvələrinə həvəslə öyrədir. Bunlardan biri də uşaqlara oxu mədəniyyətinin aşılanmasıdır.
    Özü də jurnalist ailəsində böyüyən Rəmziyyə xanım mətbuata böyük həvəs göstərir, uzun illərdir ki, bizim rayon qəzetinin oxucusudur. Onun qəzetimizə olan sevgisi nəvələrinə də keçib.
    Şəhər 1 saylı məktəbin şagirdi, dərs əlaçısı, nənəsinin adını daşıyan Rəmziyyə deyir ki, bizim evdə hamımız rayon qəzetini izləyirik. Təhsildə, idmanda qazandığımız uğurlar haqqında “Yeni Tərtər”də yazılar dərc olunanda, çox sevinirik.
    22 iyul – Milli Mətbuat Günündə nənə və nəvə redaksiyamızda olub, kollektivimizi peşə bayramı münasibəti ilə təbrik ediblər. Zəhmətimizə verilən bu dəyərə görə oxucularımıza öz təşəkkürümüzü bildiririk.

    “Yeni Tərtər”

  • 29İyl
    Digər İnternet: fayda, yaxud ziyan? üçün şərhlər bağlıdır

    İnternet – günümüzün ən populyar və hətta aktual nəsnəsi. Həyatımızın içərilərinə qədər sızmış və ya özümüzün izn verdiyimiz müasir texnologiyanın məhsulu. Etiraf edək ki, çox az zamanda sürətlə bütün dünyanı əhatə edən bu müasir yenilik özü ilə maraqlı faktları da gətirir. İndi nəsillərin dünyagörüş və davranış savaşı sanki beyinlərdə deyil, internetdə gedir. Kim ondan necə istifadə edirsə, internet onun üçün eyni qüvvəyə – mənfi və ya müsbət gücə çevrilir.
    İnternet – bu qlobal, geniş “tora” bir birilə optik, elektron, vayfay və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. Bildiyimiz kimi, internet bəzilərimizin, xüsusən də gənclərin həyatının ayrılmaz bir parçasına dönüb. Ətrafa nəzər salsaq azyaşlı uşaqlar belə telefon, kompüter və s. baxımlısı olduğuna şahid olarıq. Heç şübhəsiz ki, internetin bizə faydası zərərindən daha çoxdur. Ancaq, bu o demək deyildir ki, internetin bizə ziyanı da azdır. Əgər biz internetdən düzgün istifadə etməyi bacarsaq, günümüzü çox məhsuldar edə bilərik. Lakin adətən insanlar internetdən pis yönümlü, neqativ məlumatlarla, nifrət və xaos effekti verən informasiyalarla əhatə olunmuş şəkildə istifadə edirlər. Əlbəttə, artıq internet çağdaş dünyada həyatımızın bir parçasına çevrilib. Çünki yüksək texnologiyaların inkişaf tendensiyası o qədər sürətlə gedir ki, internetin həyatımızın önəmli hissəsinə çevrilməsi günbəgün daha da asanlaşır. İnternet insan həyatında çox böyük təsirə malikdir. Həyatımızın bir parçasına çevrilən internetin faydalı və ziyanlı tərəflərinə nəzər salaq: Daha ətraflı »