Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Kənd təsərrüfatı Tərtərli fermer: Yerli çiyələyi dadanlar keçmişi xatırlayır və hər il müştərimiz olurlar üçün şərhlər bağlıdır

    Çiyələkçilik son illərdə respublikamızda fermer və torpaq mülkiyyətçilərinin maraq göstərdiyi sahələr-dəndir. İstehsalçılar bol məhsuldarlığı və daha uzun müddət məhsul verimi ilə seçilən xarici çiyələk növlərinə üstünlük verir, eyni zamanda müasir becərmə texnologiyasının tətbiqi sayəsində yüksək məhsuldarlığa nail olurlar. Uzun illərdir Tərtər rayonunun İrəvanlı kəndində çiyələk becərən Mənzərə Məmmədova isə yerli çiyələyin istehsalı ilə məşğuldur.
    Mənzərə Məmmədova bildirib ki, yerli çiyələk təbii, dadlı və ətirli olması ilə seçilir: “Damaq dadını bilənlər gəlib bizim becərdiyimiz çiyələkdən alırlar. Yerli çiyələyin mürəbbəsi və kompotu da dadlı və ətirli olur. Odur ki, bu çiyələyi dadanlar keçmişi xatırlayır və hər il davamlı olaraq müştərimiz olurlar”.
    M.Məmmdova bildirib ki, yerli çiyələyin məhsuldarlığı xaricdən gətirilmiş növlərlə müqayisədə aşağıdır. Xarici çiyələk növləri aprelin sonundan noyabr ayınadək davamlı məhsul verdiyi halda, yerli çiyələk növü cəmi bir ay – may ayında məhsul verir. Bu çiyələyin dərildikdən sonra saxlama müddəti də azdır. Daha ətraflı »

  • 09İyl
    Digər XXI əsr Türk dünyasının inkişafı əsri olacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.

    Bildirilib ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

    Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

    Diqqətə çatdırılıb ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.

    XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

    Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Daha ətraflı »

  • 08İyl
    Digər Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxış edib.

    Qeyd olunub ki, son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

    Diqqətə çatdırılıb ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.

    Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.

    Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Daha ətraflı »