Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Avq
    Milli-mənəvi dəyərlər Qohumlar arasında evliliyin qadağan edilməsinə münasibət necədir? üçün şərhlər bağlıdır

    Azərbaycanda qohum evliliyinin qadağan edilməsinə münasibət birmənalı deyil. Bəziləri, xüsu-silə yaşlı nəslin nümayəndələri, öz fikirlərində qalaraq, belə evliliklərin tərəfdarı olduqlarını söyləyir. Onların da öz yanaşmaları var: qohumlar bir-birini tanıyır, bibi, xala öz qohumuna pis yanaşmaz və s. Lakin həyatda gördüyümüz hadisələr tamamilə bunun əksini söyləyir. Heç də həmişə bibi, yaxud xala yaxşı qaynana ola bilmir, üstəlik gənclərin böyüklərin məsləhəti ilə evlənməsi də bu nikahı qorumur, nəticədə ən yaxın qohumlar düşmən olaraq ayrılırlar.
    Böyüklərdən fərqli olaraq, gənclər Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanunun qəbul edilməsini alqışlayırlar. İlk olaraq ona görə ki, belə evliliklərdən çox vaxt xəstə uşaqlar dünyaya gəlir ki, bu da valideyn üçün ağır dərddir. İkincisi, əgər 60-70 il bundan əvvəl gənclər, əsasən öz kəndlərindən başqa heç yerə getmir, heç kimi tanımırdılarsa, indi belə deyil. Onların düzgün seçim etmək, bir-birini yaxşı tanımaq üçün bütün imkanları var. Lakin yaxşı olar ki, bu imkanlar da həddini aşmasın. Təəssüf ki, bəzi hallarda bir-birini tanıyan və bəyənən insanların da evliliyi uzun sürmür. Nəticədə isə bu nikahdan doğulan və ata və ananın arasında qalan, yarımçıq ailələrdə böyüyən uşaqların sayı artır. Daha ətraflı »

  • 16Avq
    Kənd Təsərufatı Tərtər rayonunda məhsul yığımına dair məlumat üçün şərhlər bağlıdır

    Rayonda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Avqust ayının 1-nə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 98,3 faizi, və ya 7800,0 hektarı biçilmiş və həmin sahələrdən 23689,5 ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30.4 sentner təşkil etmişdir. Bundan əlavə 171,0 hektar qarğıdalı sahəsindən 37,0 hektarı biçilmiş və 213,4 ton məhsul toplanmış, hər hektardan orta hesabla 57,7 sentner qarğıdalı dəni götürülmüş-dür. Qarğıdalı da nəzərə alınmaqla rayon üzrə dənli və dənli paxlalı bitkilərin istehsalı 23902,9 ton olmuşdur.
    Məhsul yığımı başlanandan avqust ayının 1-dək sahələrdən 9491,7 ton tərəvəz, 4946,2 ton kartof, 5464,0 ton meyvə və giləmeyvə və 62,0 min ton quru ot toplanmışdır.
    Məhsul yığımı davam edir.

    Tərtər Rayon Statistika İdarəsi

     

  • 16Avq
    Təhsil Onun həyatda qalan izləri silinməyəcək üçün şərhlər bağlıdır

    Tərtər təhsilinin inkişafında böyük zəhməti olan Maarif İbrahimov dünyasını dəyişib. Maarif müəllim dolğun, maraqlı, bəzən faciələrlə, bəzən sevinclə dolu bir ömür yaşayıb. Bütün məqamlarda əqidəsindən dönməyib. O, daim öz üzərində çalışan, biliyini təkmilləşdirən insan olub. Bədii ədəbiyyata və mətbuata böyük maraq göstərib, bunlara dəyər verib. Bunu başqalarından da tələb edirdi. Onu tanıyanlar söyləyirlər ki, Maarif İbrahimovun ixtisası fizika olsa da, Azərbaycan dilini və ədəbiyyatını gözəl bilirdi. Təhsil şöbəsinin nümayəndəsi kimi məktəblərdə olarkən, fizika fənninin tədrisi ilə yanaşı, kitabxanaların işi, müxtəlif bədii tədbirlərin təşkili ilə maraqlanır, müəllimlərə dəyərli töv-siyələr verirdi. O, bizim rayon qəzetini də çox sevir, vaxtaşırı maraqlı məqalələrlə çıxış edirdi.
    Hərtərəfli insan idi Maarif İbrahimov. Həm tələbkarlığı, həm də müsbət enerjisi ilə seçilirdi. Qısa bir söhbət zamanı da ondan nəsə öyrənmək mümkün idi. Daha ətraflı »

  • 15Avq
    İdman Azərbaycan idmançıları bütün xalqı sevindirib üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul edib. Qəbulda çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb.

    Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.

    Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.

    Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal.

    Qeyd olunub ki, Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.

    Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Daha ətraflı »

  • 12Avq
    Digər Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib.

    Avqustun 9-da isə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.

    Prezident İlham Əliyev çıxışında ötən il Tacikistan prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən sammitdə iştirakını xatırladaraq qeyd edib ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir:

    “Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

    Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir”. Daha ətraflı »

  • 06Avq
    Səhiyyə “Talassemiyasız həyat naminə” üçün şərhlər bağlıdır

    Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.
    Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 233 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Daha ətraflı »

  • 06Avq
    Kəndlərimiz MÜASİR KƏNDLƏRİMİZ: BURUC üçün şərhlər bağlıdır

    Buruc rayon mərkəzinə ən yaxın olan kəndlərimizdən biridir. Buranın gözəl təbiəti var.
    İnsanları isə qoçaq və zəhmətsevərdirlər. Hələ Sovet dönəmində Buruc kəndinin daxil olduğu keçmiş “Şəfəq” kolxozunun adı rayonda qabaqcıllar sırasında çəkilirdi. Dövlətə pambıq və digər kənd təsərrüfatı məhsulları satışında “Şəfəq” kolxozu yarış cədvəlinin birinci pilləsində yer alırdı. İndi isə kənd sakinləri öz pay torpaqlarında əkib-becərir, mal-heyvan saxlayırlar. Hazırda Buruc kəndi nəinki rayonumuzda, respublikada müasir infrastrukturu ilə seçilən yaraşıqlı və abad kəndlərdən biridir. Əhalinin sayı 1253-ə nəfərə çatıb. Kənd fasiləsiz olaraq elektrik enerjisi, mavi yanacaq və su ilə təmin olunur. Bura yeni internet xətti çəkilib. Kəndin 537 hektar ərazisi, 291 təsərrüfatı var. Ərazidə 1 məktəb, 1 kitabxana, 2 ticarət obyekti, 1 iaşə obyekti fəaliyyət göstərir. Kənd əhalisi əkinçilik və malıdarlıqla məşğul olurlar. Sakinlər 483 baş iribuynuzlu, 580 baş xırdabuynuzlu heyvan, 3120 baş quş, 92 arı ailəsi saxlıyırlar. Daha ətraflı »

  • 06Avq
    Hərbi vətənpərvərlik AVQUST, KƏDƏR AYINDAN, SEVİNC VƏ QURUCULUQ AYINA ÇEVRİLİB üçün şərhlər bağlıdır

    Bu ilin avqust ayını xalqımız yüksək əhval-ruhiyə ilə qarşıladı. Artıq biz işğal tarixlərini qeyd etmirik. Bütün dünya ilə bərabər işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işlərinin sürətini maraqla izləyir, Böyük Qayıdış prosesinə ürəkdən sevinirik.
    Prezident İlham Əliyevin söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlayıb və ikinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. İndi burada böyük quruculuq işləri görülür.
    İşğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin rahat yaşaması üçün burada hər cür şərait yaradılıb. İş yerləri açılıb. Əhali Böyük Qayıdış prosesini sürətləndirmək üçün tikinti-quruculuq prosesində yaxından iştirak edir.
    Cəbrayıldan sonra Füzuli düşməndən təmizləndi. Prezident İlham Əliyevin dediyi kimi, Füzuli işğaldan azad olunanda bayraq sancmaq üçün burada bir bina tapılmadı. Ancaq bu gün Füzulidə məktəb, inzibati binalar, digər çox mü-hüm obyektlər inşa edilməkdədir. Daha ətraflı »

  • 06Avq
    Xəbərlər Rayon rəhbəri şəhid Mirzəli Rəşad Hafiz oğlunun babası Yunis Məmmədovun yas mərasimində iştirak edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynovla birlikdə Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun babası Məmmədov Yunis Xanoğlan oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
    Qeyd edək ki, şəhid Rəşad Mirzəli 1995-ci ilin may ayının 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.
    Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Hacıqərvənd kəndində dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 06Avq
    Kənd Təsərufatı Tərtər rayonunda heyvandarlıq inkişaf edir üçün şərhlər bağlıdır

    Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
    2024-cü il iyul ayının 1-nə Tərtər rayonunda 33283 baş qaramal, 42079 baş qoyun və keçi mövcud olub. 2023-cü ilin müvafiq dövrünə nisbətən qaramalın sayı 4.1 faiz artmış, qoyun və keçilərin sayı 4.7 faiz azalmışdır.
    2024-cü ilin yanvar-iyun ayları ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2139 ton ət, 15273 ton süd, 6825 min ədəd yumurta, 88 ton yun istehsal olunmuşdur. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 4.1 faiz, süd istehsalı 1.5 faiz, yumurta istehsalı 2.6 faiz artmışdır.
    Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2024-cü ilin yanvar-iyun aylarında rayonda 955 baş inək və düyə süni yolla mayalandırılıb, 634 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmen-tal” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.