Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan
    Xəbərlər Rayonun inzibati ərazi dairələrində hesabatlar davam edir üçün şərhlər bağlıdır

    LAQEYDLİK TƏNQİD OLUNDU

    DSC_7772 (Копировать)DSC_7774 (Копировать)Cari ilin yanvar ayının əvvəlindən başlayaraq Tərtər RİHB-nin şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir. Yığıncaqlarda görülmüş işlər tənqid və özünütənqid şəraitində təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Tədbirlərdə kənd sakinləri ilə yanaşı şura üzvləri, rayon icra hakimiyyəti aparatının nümayəndələri iştirak edirlər. Söylənilən hər bir fikir, təklif və tövsiyə diqqətlə dinlənilir və nəzarətə götürülür.
    Qaradağlı kənd İƏD üzrə icra nümayəndəliyində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
    Tədbiri giriş sözü ilə açan kənd icra nümayəndəsi Razil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, nümayəndəlik iki kəndi–Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1484 hektardır. Burada həmçinin 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşmışdır ki, onlar da 127 nəfər soydaşımızı özündə birləşdirir. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Xəbərlər ÖTƏN İL YADDAQALAN OLDU üçün şərhlər bağlıdır

    loqa-aq_c7915e55ece50ba027075ab74ab3b21aRayonumuzun ərazisində 12 sahə baytarlıq məntəqəsi fəaliyyət göstərir. Ötən ilin 12 ayı ərzində 10538 baş iribuynuzlu heyvanlardan və 1770 baş qoçlardan qan nümunəsi alınaraq baytarlıq laboratoriyasında yoxlanılmışdır.
    Bundan başqa, qarayara xəstəliyinə qarşı 26699 baş iribuynuzlu heyvanda, 73768 baş xırdabuynuzlularda və 933 baş atda profilaktika məqsədilə lazımi tədbirlər görülmüşdür. Dabaq xəstəliyinə qarşı 35956 baş iribuynuzlu heyvanda və 36529 baş xırdabuynuzluda peyvənd işi həyata keçirilmişdir. Vərəm xəstəliyinə qarşı 5961 baş iribuynuzlu heyvanda yoxlama tədbiri həyata keçirilmişdir. Bu yönümdə həyətlərdəki sahibli itlərdə quduzluq xəstəliyinə qarşı lazımi yoxlama tədbirləri görülmüşdür.
    3364 baş iribuynuzlu və 3996 baş xırdabuynuzlu heyvanlarda sarılığa qarşı lazımi tədbirlər aparılmışdır. Brüselyoz və çiçək xəstəliklərinin qarşısını almaq üçün peyvəndlər edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Xəbərlər “ŞƏHADƏT” SƏNƏDLİ FİLMİ NÜMAYİŞ ETDİRİLİB üçün şərhlər bağlıdır

    DSC_7513 (Копировать)DSC_8778 (Копировать)Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər rayon Seydimli kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Elvin Umudov açaraq “Şəhadət” filminin dini radikalizmə qarşı maarifləndirmə və gənclərin vətənpərvərlik ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır

    DSC_9729 (Копировать)herbi hisseAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
    Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
    Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Xəbərlər HƏMYERLİMİZ, AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, ŞƏHİD ELMAN HÜSEYNOVUN AİLƏSİNƏ BAKIDA 3 OTAQLI MƏNZİL VERİLDİ üçün şərhlər bağlıdır

    Svetlana Huseynova_1514481300Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarında təmir etdirilmiş 33 ədəd mənzil Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə təqdim edilib.
    Həmin binadakı 3 otaqlı mənzillərdən biri Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elman Hüseynovun ailəsinə təqdim edilib.
    Milli Qəhrəmanın oğlu Emin Hüseynov bununla bağlı ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib: “Mən öz adımdan, ailəmiz adından cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, bu işdə əziyyəti, əməyi olan hər kəsə təşəkkür edirəm!”

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Yan
    Xəbərlər “ŞƏHADƏT” SƏNƏDLİ FİLMİ NÜMAYİŞ ETDİRİLDİ üçün şərhlər bağlıdır

    DSC_8787 (Копировать)(1)sehadetTərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
    Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” Məscidi Dini İcmasının sədri Sadiq Cəfərov, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Elvin Umudov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, film gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Xəbərlər İTKİNLƏR ANILDI üçün şərhlər bağlıdır

    DSC_8918 (Копировать)itkinlerYeni il ərəfəsində rayonumuzun Tarix-Diyarşünaslıq Muzeyində “İtkinlər anılır” adlı tədbir keçirilib. Mərasimdə Tərtərdən və qonşu rayonlardan itkin düşmüş şəxslərin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə şəhid olanların və itkin düşənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin direktoru Aybəniz Məmmədova ölkəmizdə itkinlərin anılması, axtarışı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
    Bu mövzu ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Vaqif İsmayılov ətraflı məlumat verib. O bildirib ki, 2009-2011-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi itkinlərlə bağlı geniş proqram həyata keçirib. Bu işə yüzlərlə könüllü cəlb olunub. Onlar itkin düşmüş şəxslərin ailələrinə baş çəkərək, hər biri haqqında ətraflı məlumat toplayıblar. Hazırda işin növbəti mərhələsi davam edir. Daha ətraflı »

    Teqlər:

  • 29Dek
    Xəbərlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə üçün şərhlər bağlıdır

    ƏSGƏRLƏRLƏ GÖRÜŞ

    DSC_9836 (Копировать)Yeni Azərbaycan Partiyasının Nəsimi, Nərimanov və Nizami rayon təşkilatları ənənəvi olaraq qarşıdan gələn 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissədə olublar.
    Əsgərlərimizdə milli ruhun və döyüş əzminin yüksəldilməsi məqsədilə aprel döyüşlərində həlak olmuş Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov və Milli Qəhrəman Mahir Mirzəyevin atası Sabir Mirzəyev də tədbirdə iştirak ediblər.
    Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidmət, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər TƏRTƏR RAYONUNUN 11 KƏNDİNDƏ İCRA OLUNAN İÇMƏLİ SU LAYİHƏSİ UĞURLA YEKUNLAŞIB üçün şərhlər bağlıdır

    DSC_7904 (Копировать)Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda 11 kənddə icra olunan layihələr uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş tədbir İsmayılbəyli kəndində keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, cəbhə bölgəsi olan Tərtər rayonunun problemləri həmişə respublika Prezidentinin diqqət mərkəzində olub. İcra başçısı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
    “Azərsu” ASC-nin direktor müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Xəbərlər TƏRTƏRDƏ QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    DSC_71933 (Копировать)Bu günlərdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə 1100 nəfər könüllü olaraq iştirak edib.
    Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
    Aksiyada 201 nəfər qan verib. Daha ətraflı »

    Teqlər: