Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Ədəbiyyat “ÖMRÜN MƏTBUATDA KEÇƏN 50 İLİ” üçün şərhlər bağlıdır

    Tərtər Rayon Gənclər Mərkəzində “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini, “Qızıl Qələm” mükafatı laureatı Svetlana Bağırovanın əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Ömrün mətbuatda keçən 50 ili” adlı tədbir keçirilib.
    Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin Qarabağ Bürosunun sədri Ziyəddin Sultanov, “Yeni Tərtər” qəzetinin kollektivi, jurnalistin keçmiş iş yoldaşları və ailə üzvləri iştirak ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 08May
    Digər Redaksiyamıza məktub üçün şərhlər bağlıdır

    ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI MƏKRLİ SİYASƏTİ DAVAM EDİR

    “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən, nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

    Heydər Əliyev

    Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 08May
    Digər İŞĞAL OLUNMUŞ AZƏRBAYCAN ƏRAZİLƏRİ üçün şərhlər bağlıdır

    Xankəndi
    İşğal olunmuşdur: 26 dekabr 1991-ci il
    Ərazisi: 0,008 min kv. km.
    Əhalisi: 53 min nəfər
    • Sənaye və tikinti obyekti—29
    •Mədəni-məişət obyekti—80
    Xocalı
    İşğal olunmuşdur: 26 fevral 1992-ci il
    Ərazisi: 0,97 min kv. km.
    Əhalisi: 24,2 min nəfər
    Şəhid olmuşdur 613 nəfər. Əlil olmuşdur 657
    Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
    •Sənaye və tikinti obyekti — 29
    •Mədəni-məişət obyekti — 80
    Şuşa
    İşğal olunmuşdur: 8 may 1992-ci il
    Ərazisi: 0,29 min kv. km.
    Əhalisi: 25,1 min nəfər Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər Heydər Əliyev–95 üçün şərhlər bağlıdır

    MÜDRİKLİK VƏ UCALIQ SİMVOLU

    Zaman keçir. İllər bir-birini əvəz edir. Hər şey dəyişir. Dəyişməyən bircə həqiqət var: Heydər Əliyev həqiqəti. Bu həqiqət dövrümüzün yazılan, əsrlərlə silinməyən, bütün zamanlarda xatırlanan yaddaşıdır. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə müdrik, dahi şəxsiyyətlərdir.
    10 may 1923-cü il. Gözəl bir yaz günü. Həmin gün Naxçıvanda bir körpə dünyaya gəldi. Qayğılı, qayğısız günlər yaşaya-yaşaya böyüdü bu körpə. Vətənə, torpağa sevgi ilə böyüdü. Anasının südü ilə varlığına, ruhuna, canına hopdu bu sevgi. Özü də bilmirdi ki, bu sevgi sayəsində göz açdığı doğma vətənin taleyi bir gün onun dühası ilə bəlalardan nicat tapacaq.
    Vaxt, zaman yetişdi. O, şərəfli ömür yolu keçərək Azərbaycan tarixinə qüdrətli bir şəxsiyyət kimi daxil oldu.
    Bu, Heydər Əliyev şəxsiyyəti idi. Bu böyük insan Azadlıq və Ədalət uğrunda gedən savaşların xilaskarı kimi bir ömür yaşadı. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər TƏRTƏR RAYON QƏZETİNİN 84 İLLİYİ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    50 İLLİK BİRGƏ YOL

    –Məlumdur ki, bu il aprel ayında Tərtər rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxmasının 84 ili tamam olur. Sizin isə bu qəzetdə fəaliyyətinizin 50-ci ilidir. Bu barədə nə deyə bilərsiniz?
    –Ömrümün 16-cı ilindən başlayaraq, rayon qəzeti ilə mənim həyatım bir-birinə bağlı olub. Amma “Qızıl bayraq”la tanışlığım bir az da əvvələ gedib çıxır. Orta məktəbdə oxuyanda gənc səyyahların respublika toplanışında komandamız birinci yeri tutmuşdur. Rayon qəzetində şəklimiz və haqqımızda yazı dərc olundu. Bundan sonra mən də jurnalist olmaq istədim.
    1934-cü ildən müxtəlif adlarla nəşr olunan və hazırda “Yeni Tərtər” kimi fəaliyyətini davam etdirən qəzet bütün dövrlərdə rayonun güzgüsü olub və ətrafına minlərlə oxucu toplayıb. Bu, indi də belədir.
    –Jurnalist olmağınıza görə kimə və nəyə minnətdarsınız? Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər REKET JURNALİSTİKA VƏ ONUN TÖRƏTDİYİ FƏSADLAR üçün şərhlər bağlıdır

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bir çox sahələr kimi mətbuatda da islahatlar aparılmağa başlandı. Senzura aradan götürüldü, qəzet və jurnallara sərbəstlik verildi. İndi hər bir Azərbaycan vətəndaşı Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, müstəqil qəzet nəşr etdirə bilər.
    Lakin şərtlərin bu qədər asan olması cəmiyyətimizə fayda verməklə yanaşı, həm də “reket jurnalistika” kimi bir bəlanı meydana gətirdi ki, bu gün onunla mübarizə hər birimizi ciddi surətdə düşündürür.
    Reket jurnalistika nədir? Məlumdur ki, hər bir işi görməzdən əvvəl onun maddi bazası barədə düşünmək lazımdır. Bu baza necə yaranacaq, hansı yollarla tənzimlənəcək və s. Məsələn, rayon qəzeti olaraq biz abunəçilərimizin hesabımıza köçürdükləri vəsait hesabına fəaliyyət göstəririk. Bəs, heç bir abunəçisi, reklam bazarı olmayan mətbu orqanlar nə edirlər? Qapı-qapı düşüb, mədəni “dilənçilik” lə məşğul olurlar. Yəni hər hansı bir materialı yazmamışdan əvvəl bunun müqabilində müəyyən miqdarda pul tələb edirlər. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər MİLLİ QƏHRƏMANLARIMIZ üçün şərhlər bağlıdır

    TƏRTƏRİN ÜÇÜNCÜ MİLLİ QƏHRƏMANI

    Biz indiyədək elə bilirdik ki, Tərtərin iki Milli Qəhrəmanı var–Vəzir Orucov və Elman Hüseynov. Lakin indilərdə öyrəndik ki, tərtərli 3-cü Milli Qəhrəman da olub. Bu, Füzuli Rüstəmovdur
    * * *
    İnsan dünyaya gələndə necə böyüyəcəyindən, həyatının necə davam edəcəyindən xəbəri olmadığı kimi, ömrünün də harada tamamlandığından xəbərsiz olur, yaşının hansı çağında bu dünya ilə vidalaşacağını düşünmür. Xoşbəxt insan odur ki, hansı yaşda, harada işıqlı dünyanı tərk etməyindən asılı olmayaraq, yaddaşlarda qalır, ürəklərdə anılır.
    Füzuli Salah oğlu Rüstəmov Tərtərin Hüsənli kəndində doğulmuşdur. O, 1965-ci ilin şaxtalı bir qış günündə – 25 dekabrda dünyaya gələndə ata-ananın sevinci, fərəhi yerlə göy arası olmuşdu. Füzuli bu sevinc və sevgi ilə böyüyürdü. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    HƏMİŞƏ HÖRMƏTLƏ YAD EDİLİR

    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də Həsənov Feyruz Nəbi oğludur.
    Feyruz 1962-ci ildə rayonumuzun Azadqaraqoyunlu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənd məktəbində alıb. Qohumları, doğmaları təhsil illərində onun yaxşı oxumasından, nümunəvi şagird olmasından həmişə danışırlar. Orta təhsilini başa vurduqdan sonra o zamankı Sovet ordusu sıralarında xidmət edib. Rayon polis şöbəsində işləyib. Öz çevikliyi, silahlardan yaxşı baş çıxarması dostları, yoldaşları arasında onun hörmətini daha da artırıb.
    O illərdə mənfur ermənilərin torpaqlarımıza göz dikməsi həmyaşıdları kimi bir polis nəfəri olaraq Feyruzu da ciddi narahat edirdi. Ermənilərə qarşı bir sıra döyüşlərdə yaxından iştirak etdi. 1992-ci ilin aprel ayında keçmiş Ağdərə rayonunun Marquşevan kəndi uğrunda gedən döyüşlərdə 30 yaşında şəhid oldu. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər HƏR BİRİMİZ VƏTƏNƏ XİDMƏT EDİRİK üçün şərhlər bağlıdır

    Hərb tariximizdən
    Hər birimiz vətənə xidmət edirik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Hərbçilərimiz isə vətənə, xalqa ikiqat məsuliyyət hissi ilə xidmət edirlər. Həm vətəndaş kimi, həm də əlində silah vətənin keşiyində dayanan əsgər və zabit kimi.
    Xoşbəxt o hərbçidir ki, öz müstəqil dövlətini və müqəddəs torpağını qoruyur. Çar Rusiyası dövründə azərbaycanlıların imperiya ordusunda xidmət etməsinə müəyyən məhdudiyyətlər qoyulurdu. Buna baxmayaraq, ötən əsrin əvvəllərində bu ordunun tərkibində öz peşəkarlığı, cəsarəti ilə seçilən azərbaycanlı zabitlər və generallar yetişdi. Məhz bu cür hərbçilərdən olan Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Demokratik Respublikanın ordu quruculuğuna mühüm töhfələr verdilər.
    Əslində isə Azərbaycanda ordunun təşkilatlanması bir az əvvəl, yəni 1917-ci ildə başlayıb. Belə ki, 1917-ci il dekabrın 11-də o zaman Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya Komissarlığı tərəfindən Müsəlman korpusunun yaradılması haqqında qərar qəbul edildi və sonradan bu korpusun əsasında Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradıldı. Həmçinin Müsəlman korpusunun formalaşması çərçivəsində 1918-ci il martın 1-də Azərbaycanda milli hərbi təhsilin əsası qoyuldu. Daha ətraflı »

    Teqlər:

  • 19Apr

    Digər üçün şərhlər bağlıdır

    XALQ ÖZ XOŞBƏXT GƏLƏCƏYİNƏ SƏS VERDİ

     

    Teqlər: