Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar
    Xəbərlər AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN 65 İLLİK YUBİLEYİ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 210Изображение 203Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, qəhrəmanın büstü önünə tər gül dəstələri qoyublar.
    İştirakçılar öncə Milli Qəhrəmana həsr olunmuş videoçarxa baxıblar. Sonra onun həyat və döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, Elman Hüseynov 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
    1995-ci il yanvarın 15-də ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
    Sonra Elman Hüseynovun tələbə yoldaşı Əli Əliyev, döyüş yoldaşları Suliddin Yusibov, Nizami Heydərov onunla bağlı xatirələrini bölüşüblər. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Xəbərlər “BATALYON” SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLDU üçün şərhlər bağlıdır

    IMG_7408IMG_7379“Yaddaş” studiyasının tərtər Özünümüdafiə Batalyonunun keçdiyi döyüş yolundan bəhs edən “Batalyon” sənədli filminin təqdimatı oldu. Tədbirə filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri, rayon Ağsaqqallar şurasının üzvləri və ictimaiyyət nümayəndələri qatılmışlar. Öncə onlar Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Tədbiri giriş sözü ilə respublika Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə açaraq hər kəsi Tərtərin qəhrəmanlıq tarixini yazan özünümüdafiə batalyonunun şücaətindən bəhs edən filmə baxmağa dəvət etdi.
    Təqdimatdan sonra filmin rejissoru Nizami Abbas öz ürək sözlərini bildirərək, filmin çəkilişində onlara dəstək olmuş Tərtər Batalyonunun veteranlarına öz təşəkkürünü bildirdi. Sonra Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov veteranlar adından çıxış etdi. Daha ətraflı »

    Teqlər:

  • 15Mar
    Xəbərlər “TƏRTƏR-GORANBOY” YOLU YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Изображение 037Изображение 059Ulu Öndər Heydər Əliyev yolla bağlı deyib: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, hər şey deməkdir”.
    “Tərtər-Goranboy” asfalt yolunun yenidən qurulması barədə rayonun baş memarı Tofiq Kərimovla görüşüb söhbət etdik. O bildirdi ki asfalt yolun yenidən qurulması bizim rayondan başlanmış Goranboy rayonunun Qərvənd kəndinədək 18 kilometr məsafədə həyata keçiriləcək. Yolun asfalt örtüyünün eni 8 metr, hər iki tərəfdən çiyinlərinin eni 2,5 metr olacaqdır.
    Yolun Tərtərdən başlayan his-səsinin 1 kilometrinin ikitərəfli olması nəzərdə tutulub. Bu hissədə gecə işıqlandırılması da quraşdırılacaq.
    Layihə “Azəraftoyol” MMC-nin sifarişi ilə görülür. Yol çəkilişini Xocalı Yol İstismarı İdarəsinin kollektivi həyata keçirir.

    Mirzə Nəsir

    Teqlər:

  • 15Mar
    Xəbərlər YENİ OFİSİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Изображение 215Изображение 443Bu günlərdə 35/10 kV-luq «Sarıcalı» yarımstansiyasının və «Azərişıq» ASC-nin Tərtər Elektrik Şəbəkəsinin yeni ofis binasının açılış mərasimi keçirilib.
    Yeni inşa edilmiş yarımstansiya və ofis binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi
    təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd ediblər.

    Teqlər:

  • 07Mar
    Xəbərlər XX ƏSRİN DƏHŞƏTLİ FACİƏSİ üçün şərhlər bağlıdır

    Изображение 040Изображение 019XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı faciəsi şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə ümumrayon tədbiri keçirilib.
    Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri Şəhidlər abidə-kompleksi önünə tər qərənfillər düzdülər.
    Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxdılar.
    Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
    Sonra Xocalı faciəsi qurbanlarına həsr olunmuş videoçarx nümayiş olundu. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər VƏHŞİLİYİN SON HƏDDİ üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetirilmələrindən, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin qətiyyətsizliyindən, bu qanlı faciənin gələcək nəsillərə çatdırılması üçün partiya üzvlərinin məsuliyyətindən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər “NARKOMANİYAYA YOX DEYƏK” üçün şərhlər bağlıdır

    Изображение 098Изображение 102Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların zərərli adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədini daşıyan Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirdi.
    Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyətindən danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması hər birimizin vətəndaşlıq borcudur. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər AZTƏMİNATLI AİLƏLƏRİN ÖZÜNÜMƏŞĞULLUĞUNA HƏSR OLUNAN TƏDBİR KEÇ İRİLİB üçün şərhlər bağlıdır

    DSC_4468DSC_4526Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.
    Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fon-dunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ BEŞİNCİ İLDÖNÜMÜ QEYD OLUNUB üçün şərhlər bağlıdır

    DSC_4563DSC_4594Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 13 fevral–Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə onları təbrik etdi və səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Xəbərlər Ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları üçün şərhlər bağlıdır

    HESABAT DİNLƏNİLDİ

    Изображение 216Изображение 219Rayon Gənclər Mərkəzində keçirilən tədirdə təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev ötən il təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, təhsil şöbəsi yanında metotkabinetin direktoru İntiqam Nuriyev, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva çıxış edərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən və mövcud nöqsanlardan danışdılar.
    Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni tərkibi seçildi. İntiqam Nuriyev təşkilatın sədri, Rahil Şəldiyev sədrin müavini oldular. Təşkilatın qarşıdan gələn IX konfransa 26 nəfər nümayəndə seçildi.
    Təhsil ərazi ilk partiya təşkilatının 2017-ci ilə dair iş və tədbirlər planı təsdiqləndi.
    YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov yığıncaqda ətraflı çıxış etdi.

    “Yeni Tərtər”

    Teqlər: