Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31İyl
    Xəbərlər MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ MÜNASİBƏTİLƏ REDAKSİYADA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında olub. Rayon rəhbəri qəzetin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlarla çay süfrəsi arxasında əyləşib.
    Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi.
    Baş redaktor qeyd edib ki, bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq uğrunda informasiya mübarizəsi aparmaq. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər 26 İLLİK ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar təşkilatın şura üzvləri, gənclər birliyi, qadınlar şurası, nəzarət-təftiş qrupunun üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla andılar.
    Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    YAP rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış etdi.
    Göstərdi ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsinə çalışır. Rayonda davamlı olaraq aparılan abadlıq-quruculuq işlərində sıralarında birləşdirdiyi 6489 nəfər partiya üzvünün fəallığını təmin edir.
    Bu gün rayon təşkilatının üzvlərinin 3489 nəfərini qadınlar, 1406 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər CANLI MÜZAKİRƏ üçün şərhlər bağlıdır

    Tərtər İƏD üzrə ərazi ilk partiya təşkilatında keçirilən iclasda cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov hesabat verdi.
    Sahib Həsənov qeyd etdi ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı tərəfindən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklənib, nitq və çıxışlarından irəli gələn vəzifələrin əhali arasında təbliği və izahı işləri davam etdirilib. Həmçinin, şəhərdə aparılan abadlıq, quruculuq işlərində partiya üzvlərinin fəallıqlarının artırılması diqqət mərkəzində saxlanılıb.
    Sonra məruzəçi göstərdi ki, inzibati ərazi dairəsinin tabeçiliyində olan müəssisələrdə çalışan, dövlətə, dövlətçiliyə sadiq olan 44 nəfər şəxs ötən dövr ərzində partiya sıralarına qəbul olunub. Daha ətraflı »

  • 31İyl
    Ədəbiyyat 1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Hər bir azərbaycanlı öz doğma dilinin zənginliyini və saflığını qorumalıdır.
    Altay dilləri ailəsinin türk qoluna daxil olan Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir. Səlistlik, rəvanlıq, axıcılıq məhz bu dilə məxsusdur. Dil bütün xalqın mədəniyyətinin, keçmişinin nümunəsidir.
    Azərbaycan dilinin mürəkkəb tarixi vardır. Qədim zamanlarda bir sıra ölkələrlə vətənimiz arasında münaqişələr yaşansa da ana dilimiz öz milliliyini heç zaman itirməyib.
    Eramızın V əsrində Azərbaycan dili təşəkkül tapdı. VI-VIII əsrlər şifahi ədəbi dilin, IX-XI əsrlər yazılı ədəbi dilin, XIII əsr anadilli ədəbiyyatın yarandığı dövrdür. Artıq XIII əsrdən etibarən anadilli ədəbiyyat fars və ərəbdilli ədəbiyyatı üstələmiş, klassiklərimiz doğma dilimizdə yazıb-yaratmağa başlamışlar.
    Ulu öndər Heydər Əliyev deyib: Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir.
    Məhəmməd Hüseyn Şəhriyar “Türkün dili”, Bəxtiyar Vahabzadə “Mənim ana dilim–mənim kimliyim” şeirlərində dilimizin gözəlliyindən bəhs etmişdilər. Daha ətraflı »

  • 31İyl
    Kənd Təsərufatı TAXIL BİÇİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Bu ilin məhsulu üçün rayonda 7093,9 hektarda payızlıq buğda, 3814 hektarda arpa səpilmişdir. Ümumilikdə rayonun təsərrüfatlarında 10907,9 hektar sahəyə taxıl bitkisi səpilmişdir. Yemləmə gübrəsinin vaxtlı-vaxtında verilməsi, vegetasiya suvarılmasının aparılması, eləcə də xəstəlik və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri yerinə yetirilmişdir. Asif Mehdiyev, Fazil Vəliyev, İlkin Qurbanov, Mirzə Cümşüdov kimi bacarıqlı və səriştəli fermerlərimiz bu il taxılçılıq sahəsində yüksək məhsuldarlıq əldə etmişlər. Ümumilikdə rayonumuzda taxıl yığımı 42351,9 ton olmuş, ümumi məhsuldarlıq isə hektardan 38,8 sentner təşkil etmişdir. Ondan buğda üzrə yığılan məhsul 29481,9 ton, arpa üzrə isə 12870 ton olmuşdur.
    Məhsulun yığım müddətində bacarıqlı və təcrübəli mexanizatorlardan Afiq Məmmədov, Səyəvuş Qənbərov, taxıl daşıyan sürücülərdən isə Cəlal Məmmədov, Maarif Sadıqov fərqlənmişlər.

    Arif BEHBUDOV,
    Tərtər DAİM-in bitkiçilik sektorunun müdiri

  • 31İyl
    Milli-mənəvi dəyərlər QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Bismilləhir Rahmənir Rahim
    Mehriban və Bağışlayan Allahın Adı ilə
    Rəvayət edirlər ki, bir nəfər Həzrəti Peyğəmbərdən(s) soruşur: “İslamda ən xeyirli əməl hansıdır?”. Peyğəmbərimiz(s) cavab verdi: “Kasıbları doyurmaq və tanıdığın-tanımadığın hər kəsə salam vermək”.
    Dinimiz ictimai dindir və dinimizdə bütün insanların bir-birinin üzərində insanlıq haqları var. Bunlardan biri də imkanlı şəxslərin imkansız şəxslərə yardım etməsi, onlara köməklik göstərməsidir. Bu cür köməklik dinimizdə zəkat və xüms, sədəqə, ehsanat və Qurban mərasimində imkanı olan müsəlmanın kasıb müsəlmanlar üçün ət tədarükü kimi qeyd olunur. Bu gözəl göstərişlərin içində Qurban mərasimi ələlxüsus diqqət çəkir. Rəbbimiz buyurur: “Biz hər ümmət üçün bir qurban ibadəti müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi heyvanların üstündə(onları kəsdikləri zaman) Allahın Adını çəksinlər(Bismilləh desinlər). Sizin Tanrınız yalnız bir olan Allahdır. Yalnız ona təslim olun! (Ya Rəsulum!) Sən də itaət edənlərə müjdə ver! (Həcc surəsi, ayə 34). Və yenə buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır(Allaha inamınızdır). Allah sizi doğru yola yönəltdiyi üçün Onu böyük tutasınız deyə, bunları sizə belə ram etdi. (Ya Rəsulum!). Ehsan edənlərə müjdə ver! (Həcc,37). Həzrəti Peyğəmbərimiz(s) buyurur ki: “İmkanı ola-ola qurban ayini yerinə yetirməyən kəs islamdan kənardır!”. Daha ətraflı »

  • 31İyl
    Digər “Yeni Tərtər”in 14 yaşı tamam olur üçün şərhlər bağlıdır

    14 İLLİK DOSTLUQ

    84 yaşlı babanın 14 yaşlı nəvəsidir “Yeni Tərtər”. 14 ildir ki, qolboyun yol gəlirik bu mehriban dostla. 14 ildir ki, hər cür çətinliyə, yuxusuz gecələrə, təntidiyimiz, tıncıxdığımız günlərə dözə-dözə, çiynimizdəki ağır yükü daşıya-daşıya gəlib bu günlərə çıxmışıq.
    84 il əvvəl “Kolxozçuların varlanması uğrunda” olan babasının adını 1937-ci ildə dəyişib elədilər “Qızıl bayraq”. O vaxt bayrağımız qızıldan-zaddan deyildi, rəmzi məna daşıyırdı bu ad, qırmızı sovet bayrağına “Qızıl bayraq” deyirdilər.
    1991-ci ilin yanvarında rayonun adını qoydular bu qəzetə–“Tərtər”. 1998-ci ilin oktyabr ayına qədər təkəm-seyrək də olsa işıq üzü gördü. Sonra isə nadanların və biganələrin laqeydliyi ucbatından yoluna sədd çəkildi, ağzına daş qapandı, zornan susduruldu, dar ağacından asıldı, cəllad balta-kötüyünün qurbanı oldu, qətlə yetirildi, qanına qəltan edildi. Beləcə düz 7 il susduruldu. Halbuki, keçdiyi ömür yolu onsuz da hamar olmamışdı, təlatümlü və keşməkeşli bir həyat yaşamışdı, rayonun tarixi salnaməsini yazırdı, müharibələrin gətirdiyi fəlakətlərdən söhbət açırdı, sadə zəhmət adamlarını tanıdırdı, dövlət siyasətini təbliğ edirdi… Daha ətraflı »

  • 31İyl
    Digər Azərbaycan Milli Mətbuatının 144 illiyi və “Yeni Tərtər”in 14 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır

    TƏBRİKLƏR

    Tofiq müəllim!
    Sizin hamınızı Milli Mətbuat Günü və “Yeni Tərtər”in 14-cü ildönümü münasibəti ilə Azərbaycan QMƏVŞAİB-nin Tərtər Rayon Şöbəsinin adından və şəxsən öz adımdan təbrik edirik!
    Sizə işlərinizdə yeni uğurlar arzulayırıq!
    Sizin uzun illər Vətən naminə çəkdiyiniz əziyyətlər çox olmuşdur. Gün o gün olsun ki, mətbuatda Qələbə müjdəsi çap edəsiniz.
    Allah hər birinizə uzun ömür versin! Qoy Tanrı sizi bütün arzulara çatdırsın, vətən oğlu!
    Bir daha sizi təbrik edirik!

    Rövşən MƏMMƏDOV
    Tərtər

    Əziz dostum Tofiq Yusif!
    Azərbaycan Milli Mətbuat və Jurnalistika Günü və “Yeni Tərtər”in ad günü münasibəti ilə sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edirəm.
    Sizin sayənizdə Tərtər rayon qəzeti ilə uzunmüddətli dostluğumuz davam edir.
    Siz Azərbaycan mətbuatının yükünü çiyinlərində daşıyan ziyalılarımızdan birisiniz. Bu şərəfli missiyanı həmişə layiqincə yerinə yetirmisiniz və indi də yerinə yetirirsiniz.
    Mübaliğəsiz deyirəm ki, Tofiq Yusif “köhnə kişilər”dəndir. Siz həm də dostluğa dəyər verən insansınız. Tanrı sizə və sizin şəxsinizdə bütün qələm sahiblərinə cansağlığı, yeni yaradıcılıq uğurları qismət etsin!

    Hörmətlə: Mərdan HƏSƏNZADƏ
    Bərdə Daha ətraflı »

  • 31İyl
    Digər Tərtər Qarabağ müharibəsi illərində üçün şərhlər bağlıdır

    NƏLƏR ÇƏKDİ BAŞIN SƏNİN…

    Qarabağ müharibəsi təkcə Tərtəri deyil, bütün Azərbaycanı çulğalayaraq, vəhşi yırtıcı kimi insanlarını, ərazilərini caynağına aldı. Saatları, günləri vahiməyə döndərib, hər kəsin başı üzərində bir kabusa çevrildi. Hələ də ağrı-acısı evlərdə, ürəklərdə qalıb. Nəydi bu insanların günahı?! Bir çox isti od-ocağın hənirtisi kəsildi, yurd yerləri yağı düşmənin oylağına çevrildi. Kəlbəcərdə mənfurlar evlərindəki kimi kef eləyir, Cıdır düzündə yeri-yurdu məlum olmayan dığalar at oynadır. Gözəl, hər cür sərvəti ilə tanınan dağlarımız bayquş yuvasına çevrilib. Niyə bizim mərd oğullarımız, igid ərlərimiz arxasız qalaraq şəhid oldular?! Axı, bizim xalqın dəyanətli, qorxubilməz, gücü-qüvvəti ilə tanınan babalarımız olub! Nə oldu bu yurdun qeyrətli oğullarına?!
    Fikrim, düşüncəm Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Ağdərədən, Zəngilandan, Zəngəzurdan, Qubadlıdan, başqa əsir torpaqlarımızdan keçir. Gözümün önündən o qanlı-qadalı günlər çəkilmir. Daha ətraflı »

  • 31İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    ZƏHMƏTKEŞ ANA

    Bir neçə il əvvəl su xətləri dəyişdiriləndə redaksiyanın qarşısındakı suyu kəsdilər. Səbəbi də o oldu ki, gərək yeni xətt çəkilə, sayğac quraşdırıla, dövlətə müəyyən məbləğdə vəsait ödənilə. Redaksiyanın isə vəsaiti yox. İşçilər qaldı naçar. Otaqların təmizlənməsi necə olsun, yayın qızmar günündə susuzluqdan iş gününü necə başa vurmaq olar? Lakin hər müşkülün bir həlli də olur. Bu çətin anlarda xadimə Zümrüd əlacsız qalan işçilərin su problemini öz üzərinə götürdü. Nə vaxt redaksiyanın qapısından daxil olanda hər yeri səliqə-səhmanlı və su qablarını su ilə dolu görərik. O gündən bu günədək Zümrüd özünə su ilə belə savab qazanır.
    Zümrüd Bayramova zəhmətkeş bir ailədə böyümüş, sadə ailənin gəlini idi. Hər iki ailədə öz halal əməkləri ilə qazanc gətirmək, bunun bəhrəsi olan təmənnasız ruzilərini alın açıqlığı ilə süfrəyə qoymağa nail olmuşlar. Övladlarına halal çörək yedizdiriblər ki, onlar da böyüyəndə zəhmətin, halallığın nə olduğunu anlasınlar. Belə də olub. Hazırda oğlu da, qızları da öz ruzilərini zəhmətləri hesabına qazanırlar. Daha ətraflı »