Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Digər Tərtərin övladları qəhrəman atalarına layiq böyüyürlər üçün şərhlər bağlıdır

    Şəhər 5 saylı uşaq bağçasının yetirmələrinin qəzetimizin 90 illik yubileyindəki çıxışı hər kəsdə xoş duyğular oyatdı.Yəqin bu uşaqlar da həmin çıxışlarını uzun müddət unutmayacaq və xoş xatirə kimi yaşadacaqlar. Axı, uşaqlar gələcəyə yalnız yaxşı xatirələri aparırlar.
    Qəhrəman Tərtərin övladları qəhrəman atalarına layiq böyüyürlər.
    Gözəl təbrikə görə qəzetimizin əməkdaşları adından 5 saylı bağçanını kollektivinə təşəkkürümüzü bildiririk.

    “Yeni Tərtər”

  • 08May
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB

    Tərtər şəhərinin Heydər Əliyev prospektində yerləşən Ana abidəsində və Bayraq meydanında növbəti iməcilik keçirilib.
    İməcilikdə Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
    İməcilik çərçivəsində əvvəlcə ərazidə təmizlik işləri aparılıb, qazon hissələr biçilərək təmizlənib, ağaclar və gül kolları mövsümə uyğun olaraq budanıb formaya salınıb, ərazidə olan məişət tullantıları Kommunal Təsərrüfat idarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb.
    İməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

     

     

  • 06May
    Mədəniyyət Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub üçün şərhlər bağlıdır

    1 may 2024-cü il tarixdə Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək bildirib: “Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir”.

    Dövlətimizin başçısı çıxışında qeyd edib: “Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil”.

     

  • 02May
    Digər Heydər Əliyev və Azərbaycan mətbuatı üçün şərhlər bağlıdır

    1875-ci ildə ”Əkinçi” qəzeti  ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”  Fərmanı ilə birdəfəlik senzuradan azad edildi. Beləliklə də azad sözün rolunu həmişə yüksək qiymətlənditən Ulu Öndər milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Daha ətraflı »

  • 02May
    Xəbərlər Media sahəsində islahatlar üçün şərhlər bağlıdır

    Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140, 145  illik yubileylərinin dövlət səviyəsində qeyd olunması, bu münasibətlə media nümayəndələrinin təltif edilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi dövlətimiz tərəfindən jurnalistlərin əməyinə verilən yüksək qiymətdir. Daha ətraflı »

  • 02May
    Digər Dəyərli nümunə üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Birinci vetse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva jurnalist əməyinə daim yüksək qiymət verir. Cəmiyyətdə mətbuatın xüsusi rolu olduğunu qeyd edən Mehriban xanım deyib:  “Son illər, müstəqillik illərində,  digər sahələrdə olduğu kimi, jurnalistikada da böyük dəyişikliklər baş verib. Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil. Söz və mətbuat azadlığı, ən kəskin məsələlərə dair diskussiyalar, cəmiyyəti narahat edən problemlərin obyektiv işıqlandırılması – bütün bu sahələrdə medianın rolu əvəzsizdir. Hər bir mətbuat qurumu ilk növbədə obyektiv və qərəzsiz olmalıdır, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir”. Daha ətraflı »

  • 02May
    Digər Adı tariximizə qızıl hərflərlə yazılan qəzet üçün şərhlər bağlıdır

    Milli mətbuatımızın banisi olan Həsən bəy Zərdabi Azərbaycan xalqının maariflənməsi yolunda böyük çətinliklərdən keçmiş, lakin bir an belə əqidəsindən dönməmişdir. Gəncləri savadlanmağa, təhsil almağa dəvət edən bu fədakar insan onlara müraciət edərək deyirdi: “Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şüarələr bizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın. Siz millət üçün əziyyət çəkirsiniz.”

    Öz milləti yolunda əzab və əziyyətlərə qatlaşan Həsən bəy Zərdabi xalqını zülmətdən xilas etmək üçün 1875-ci il iyulun 22-də Bakıda Azərbaycan dilində ”Əkinçi” qəzetinin nəşrinə nail olmuşdur. Bununla da o, Azərbaycanda ilk milli mətbuatın əsasını qoymuşdur. Görkəmli maarifçinin  “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” sözləri bu gün də aktuallığını itirməyib. Daha ətraflı »

  • 02May
    Digər “Yeni Tərtər”qəzetinin 90 illik yubileyi münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qəzetin kollektivinə T Ə B R İ K İ üçün şərhlər bağlıdır

     Əziz “Yeni Tərtər”in kollektivi!

    Sizi çalışdığınız qəzetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

    “Qəzet ictimai-siyasi həyatın güzgüsüdür,”– deyirlər. Zaman-zaman rayon qəzeti də Tərtərin ictimai-siyasi həyatını işıqlandırıb, onun səhifələrində oxucular öz maraq dairəsinə uyğun yazılar görüb, oxuyub, yaddaşına həkk edib.

    Bu gün informasiya bolluğudur. Onlarla saytlar fəaliyyət göstərir. Bu qədər informasiya bolluğunda “Yeni Tərtər” yenə də öz aktuallığını qoruyub saxlayır. Sözsüz, maddi çətinliklkər istisna deyil. Ancaq qəzetimizi susmağa qoymur, onu yaşatmaq  üçün əlimizdən gələni əsigəmirik. Daha ətraflı »

  • 02May
    Digər 90 illik şərəfli yol üçün şərhlər bağlıdır

    Qəhrəman Tərtərin 90 illik salnaməsi

    90 illik şərəfli bir yol haqqında danışmaq böyük məsuliyyətdir. Mən bunu bir növ həyat imtahanı hesab edirəm.

    1975-ci ildə belə bir imtahanı universitet auditoriyasında vermişdim. Universitetin jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alır, həmçinin “Qızıl Bayraq” qəzetində çalışırdım. Daha ətraflı »

  • 02May
    Digər Ənənələr yaşayır üçün şərhlər bağlıdır

    Qəzetimizin bugünkü kompüterçisi Ülviyyə Quluyeva Tərtərdə ilk mətbəənin təşkilatçısı Mirməhəmməd Seyid Hüseynoğlu Babayevin nəvəsidir. Atası Akif də mətbəədə linotipçi işləyirdi. Hər ikisi ilə uzun illər bir kollektivdə çalışmışıq. Həmişə də o insanları minnətdarlıq hissi ilə xatırlayır, Allahdan onlara rəhmət diləyirik.

    Ülviyyə də babası və atası kimi zəhmətkeş, məsuliyyətli, qəzet işini sevəndir. Ailədən gələn bu məhəbbət qızı Səbinəyə keçib. Hal-hazırda o, jurnalistika ixtisası üzrə təhsil alır.

    “Yeni Tərtər”