Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
      SEVMƏYİ 

                                                                                   

    A xan çinar, xanlığını unutma,                                           

    Belə tənha hiss eləmə özünü,

    Toplaginən qanadının altına,

    Üstümüzdən əskik etmə gözünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Yıxılmazsan, torpaqdadır ayağın,

    Sənə verib ürəyinin o yağın.

     Sən torpağın, torpaq sənin dayağın,

    Dost vəfası ağ eləyib üzünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Ağrısını-acısını duymadıq,

    Ac qurd kimi çalıb-çapdıq, doymadıq.

    Bölüşdürdük, bir qarış da qoymadıq,

    Qopartmışıq yarasının gözünü,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    Xeyir tapmaz kim ki, ona xor baxdı,

    Məsəl vardır: “Ağac kəsmə bar vaxtı”.

    Sən xan çinar, xanım anam torpaqdı.

    Gərək öpüb, qucaqlayaq dizini,

    Öyrət bizə bu torpağı sevməyi.

     

    A xan çinar, bu dünyanın dərdi bol,

    Rafiqin qəm yükünə şərik ol.

    Son mənzildi, axır gedir ona yol,

    Vallah, bizdən döndərəcək üzünü,

    Öyrət bizə bu torpağı sevməyi!

     

    İLLƏRİ

     

    Tərlan könlüm qərar tutmaz bir yerdə,

    Əzəl gündən məskən etmiş elləri.

    Aşiqiyəm bir xınalı kəkliyin,

    Soraqlaşıb dolaşıram çölləri.

     

    Qəlbim çətin yad ellərdən yar uma,

     Dönük çıxsan, yar, eşqindən yarıma.

    Hansı namərd qıysa mənim yarıma,

    Tanrı çəksin gözlərinə milləri.

     

    Naşı, mənlə bəhsə girmə bir də ha!

    Köhlən atım mənzil döyər bir dəhə.

    Tale bizə ürcah etdi bir daha

    Qaymaqlanmış şirin-şəkər dilləri.

     

    Vaxt var idi ölmə-diril dolandıq,

    Bulud kimi boşalandıq, dolandıq.

    Axır biz də o bağçanı dolandıq,

    Manşırladıq qızqaytaran gülləri.

     

    Öyünmə ki, Rafiiq, könlüm da şaddı,

    Hacan dedim həyat mənə daş atdı.

    Gəncliyimi torba ilə daşıtdı,

    Deyin necə qınamayım illəri?!

     

     

    Teqlər:

  • 18Yan

    Ədəbiyyat üçün şərhlər bağlıdır
     

    MƏMMƏD ARAZIN

               (TOFİQ YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdədə ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Mun-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xinaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

        

     Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    İNCİMƏZ

    Ürəkləri sevdiyimi küləklər

    Gedib yara bildirməsə yaxşıdır.

                                          Vahid Əziz Vahid

    Əziz, belə dərddən çox ola,

    Çiçəklərin aşiqləri çoxala.

    Ürəyindən şübhələri qovala,

    Sev çiçəyi, yarın səndən inciməz.

          

    Eşqin ilə sal aləmə haray sən,

    Külək onu hər tərəfə qoy yaysın.

    Bu sevginə nə gileylən, nə vaysın,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

    Buz bulaqdan lilpar ilə dər su iç,

    Kəkotudan çay dəmlədib süfrə aç.

    Hər dərdimə hər çiçəyim bir əlac,

    Sev çiçəyi, yarın səndən inciməz.

           

     İlham pərim qızılgüldü, nərgizdi,

    Hər ləçəyi yüz mənalı bir sözdü.

    Ürəyinin lap başında dər gəzdi,

    Sev çiçəyi, yarın səndən inciməz

     

    Duyan olsa çiçəklərin sirrini

    Hər addımda ovsunlayar sirr onu.

    Nazlı yarın qədəminə sər onu,

    Sev çiçəyi, yarın səndən inciməz.

                      

    Rafiq, heyif, qəddimizi yaş əyir!

    Qocaltdıqca bizi, özün yaş öyür.

    Çiçək varsa dünyamız da yaşayır,

    Sev çiçəyi, yarın səndən inciməz.

     

     

    Teqlər:

  • 10Yan
    Xəbərlər TƏRTƏRLİLƏR 2018-ci İLİ UĞURLU NƏTİCƏLƏRLƏ YOLA SALDILAR üçün şərhlər bağlıdır

    Respublikamızın hər bir guşəsində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunub. Daha ətraflı »

  • 10Yan
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.
    Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Xəbərlər YENİ KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır

    Tərtər şəhər 4 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni inşa olunan bina istifadəyə verilib.
    Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib.
    Diqqətə çatdırılıb ki, son illərdə Tərtər şəhər 4 nömrəli, “Nərgizim”, Şıxarx qəsəbə uşaq bağçaları üçün yeni binalar inşa edilib, 2 nömrəli, Seydimli, Güləbatlı, Sarıcalı kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub.
    Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bölgələr üzrə layihə rəhbəri Vəli Albəndov agentlik tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib, uşaqları bağçanın açılışı münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Tərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ YUXARI QARADAĞLI KƏNDİNDƏ OLUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kənd İƏD üzrə nümayəndəliyin Yuxarı Qaradağlı kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Mədəniyyət AĞKƏND KƏNDİNDƏ YENİ KİTABXANA İSTİFADƏYƏ VERİLİB üçün şərhlər bağlıdır

    Yeni il ərəfəsində Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ağkənd kənd kitabxana filialı üçün yeni inşa edilən bina istifadəyə verilib.
    Bina Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun maliyyə vəsaiti və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni mədəniyyət müəssisəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edib. Ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb, mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Xəbərlər AYAP-ın 2018-ci İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ TƏDBİRİ üçün şərhlər bağlıdır

    BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) birgə təşəbbüslə Tərtər rayonunda “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin 2018-ci il üçün yekunlarına həsr olunmuş tədbir keçirib.
    Tədbirdə AYAP Məşvərət Şurası üzvlərinin sosial mövzular üzərində hazırladıqları forum teatrlar nümayiş etdirilmiş, ardınca isə forum teatrların mövzularına dair fikir mübadiləsi aparılmış və sonda məzunlara sertifikatlar təqdim olunmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Xəbərlər ŞURA İCLASI KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatının geniş tərkibli Şura iclası keçirildi.
    İclasda rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə təşkilatın sədri Ramiz Şabanovun hesabat məruzəsi dinlənildi.
    Qeyd olundu ki, hesabat dövründə rayon partiya təşkilatı, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinə daha dərindən nüfuz edib, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinin səmərəliliyi xeyli yüksəlib. Hazırda 83 ərazi ilk partiya təşkilatında 6351 nəfər üzv vardır ki, onların da 3415 nəfərini qadınlar, 1459 nəfərini gənclər təşkil edir.
    2018-ci ildə ayrı-ayrı sahələrdə çalışan insanların nümayəndələri, Heydər Əliyev ideyalarına sadiq olan 251 nəfər YAP sıralarına qəbul olunub ki, onların da 115 nəfərini və ya 46 faizini gənclər təşkil edib. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Sosial TƏRTƏRƏ GƏLƏNLƏR MÜASİRLİYİN, GÖZƏLLİYİN VƏ SƏLİQƏ-SAHMANIN ŞAHİDİ OLURLAR üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər şəhəri bu gün özünün yeni həyatını, çiçəklənən dövrünü yaşayır. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Tərtər şəhərinin siması büsbütün dəyişib. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan qəhrəman tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışırlar. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər şəhəri ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib. Daha ətraflı »

    Teqlər: