Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan
    Ədəbiyyat BİZƏ YAZIRLAR üçün şərhlər bağlıdır

    CAVİD ÖMRÜ

    32323Cavid ömrü. Tufanlara sinə gərib, şaxtalarda donan ömür. Qürbət eldə qürub edən, qərib kimi bitən ömür. Vətən adlı, xalq adlı bir sevdaya tutuşan, atəş ilə qovrulan, həsrət ilə yanan ömür.
    Xəyal!… Əvət. Yaşatan yalnız əhli-halı odur,
    Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
    (H. Cavid)
    Bəli, Cavid ömrü də azad bir ölkənin, əsarətin pəncəsində əzilməyən bir xalqın xəyalı ilə yaşadı. Lakin onu yaşadan bu arzu, bu xəyal onun ölüm fərmanına çevrildi. Bir şair və yazıçı kimi rəğbət qazanan, dövrünün qabaqcıl ziyalılarından olan, əsərlərində gözəlliyi, sevgini, azad ruhu vəsf edən, qaranlığa işıq tutan Hüseyn Cavid nədənsə sovet hökumətinin gözünə batmağa başladı. Hələ sağlığında yaradıcılıq gecələri təşkil olunan, dəyər verilib sağalması üçün Almaniyaya göndərilən şair birdən-birə düşmən qüvvəyə çevrildi. Təqiblərə məruz qaldı. Nəhayət, varlığından xofa düşənlər fətvasını verdi. İmperiyanın quzğun caynaqları Cavidi vətənin bağrından sökərək onun od nəfəsini, azad ruhunu dondurmaq üçün Sibirin şaxtasına təslim etdi. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Ədəbiyyat DUYĞULAR ALƏMİ üçün şərhlər bağlıdır

    BİR OCAĞIN ŞÖLƏLƏRİ

    runousŞairliyi Tanrı hər kəsə qismət eləmir və bu, həyatda qazanılan vərdişlərdən deyil. Şair gərək anadangəlmə şair olsun. Yəni Allahın bəxş etdiyi fitri istedad ana bətnində ikən lütf olunmalıdır, süddən və qandan qaynaqlanmalıdır, yoxsa sonradan şair olmaq mümkün deyil, istəyirsən on universitet bitir, məhşur alim ol, akademik ol. Şairlik sənə fitrən verilməyibsə, özünü yorub biabır eləmə, çıx get bacardığın işlə məşğul ol.
    Bir isti ocağın bir şair oğlu ilə tanışam. Onunla bir yerdə olanda rahatlıq tapıram, yazdığı şeirləri dinlədikcə poeziyaya ac qalan mənəvi dunyam doyur, qəribə duyğular çulğalayır məni, hisslərimə sığal çəkilir.
    Yurdumuzun bu şair oğlu hazırda Tərtər rayonunun İrəvanlı kəndində yaşayan əslən Qərbi Azərbaycandan olan Talıb Məmmədlidir (Həsənoğlu). Mənəviyyatı o qədər zəngindir ki, belə “var-dövlət” dünyanın ən varlı adamlarında ola bilməz. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat Yeni kitabın təqdimatı üçün şərhlər bağlıdır

    “ÖMRÜN MƏTBUATDA KEÇƏN 50 İLİ”

    DSC_7063DSC_7083İllərin qovuşuğunda “Yeni Tərtər” qəzeti redaksiyasında maraqlı bir tədbir keçirildi. Bu tədbir məzmun etibarı ilə əvvəlkilərdən bir qədər fərqlənirdi. Buraya kollektivə doğma olan insanlar dəvət olunmuşdular.
    “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini Svetlana Bağırovanın çapdan çıxmış “Ömrün mətbuatda keçən 50 ili” kitabının təqdimatı keçirildi. Kitabda olduğu kimi, tədbirdə də ön sözü həm “Yeni Tərtər” qəzetinin, həm də kitabın redaktoru, şair–publisist Tofiq Yusif söylədi. O, Svetlananın ilk tərtərli qadın jurnalist kimi fəaliyyətindən, ailədəki və cəmiyyətdəki rolundan, istedadlı qələm sahibi olduğundan ətraflı söhbət açdı. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat Payız etüdləri üçün şərhlər bağlıdır

    PAYIZ YARPAĞI

    01Bu gün sən budaqdan ayrılıb ehmalca yerə düşdün. Ətrafına baxıb özün kimi saralmış yarpaqları gördün və dərin fikrə getdin.
    Gözəl bahar günündə siz hamınız bar ağaclarının budaqlarında dünyaya gəlmişdiniz. Əsən bahar mehi sizə sakitcə laylay çalırdı, yaz yağışlarında islanıb daha da gözəlləşirdiniz. Sizi görənlər bu mənzərəyə heyranlıqla tamaşa edirdilər, Sizdən sonra budaqlarda dünyaya gələn çiçəklər aranızda gizlənərək ətirli meyvələrə çevrilirdilər. Bu meyvələri dərən insanlar hərdən sizi incidirdilər. Bəziləriniz hətta qırılan budaqlarla kənara atılırdınız. Amma sən yaşamısan, gözəlliklər içində yaşamısan, həyatından zövq almısan, payız yarpağı.
    İndi rəngin dəyişsə də, yenə göz oxşayırsan. Fərq bircə ondadır ki, daha heç kimə, heç nəyə gərək deyilsən. Bir zaman səndən həyat eşqi alan insanlar indi ömrün payızını xatırlamamaq üçün yanından tələsik ötüb keçirlər. Sanki siz heç olmamısınız. Amma, bu, mümkündürmü?

    Svetlana BAĞIROVA

     

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat AĞACLARIN PAYIZ ÖMRÜ üçün şərhlər bağlıdır

    Изображение 416DSC_7960 (Копировать)

     

     

     

     

     

    Fotolar KƏNANINDIR

    Teqlər:

  • 10Yan
    Ədəbiyyat KÖVRƏK DUYĞULAR üçün şərhlər bağlıdır

    Payız

    Köçüb getdi el-obası,
    O dağlar marala qaldı.
    Meşələrin rəngi soldu,
    Çəmənlər sarala qaldı.
    ***
    Xəzəllər–payızın şeiri,
    Qonaq duman döndü geri.
    Çobanların ocaq yeri
    Qarala-qarala qaldı.
    ***
    Başlandı göylərin toyu,
    Kiridi bulağın suyu.
    Qısaldı günlərin boyu–
    Darala-darala qaldı. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Ədəbiyyat Sədi Şirazi Həqiqət və gözəllik şairi, aşiqi üçün şərhlər bağlıdır

    saadiŞeyx Sədi Şirazi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, müəyyən baxımdan inqilab etmiş nəhəng sənətkardır.
    Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Şeyx Sədi Şirazi də dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutan cahanşümul və görkəmli şairlərdəndir. İran mədəniyyətinin dünya ədəbiyyatına vermiş olduğu bu qüdrətli söz ustasının ölməz əsərləri yüz illərdir əhəmiyyət və təsirini itirməyərək, oxuyucalarına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır.
    Sədinin sözlərinin əksəriyyəti sevinc gətirən və məftun edəndir. Odur ki, gözü götürməyənlər öz tənəli dillərini işə salıb deyirlər ki, nahaq yerə beyni yormaq və faydasız olaraq çıraq tüstüsünü udmaq ağıllı adamların işi deyil. Lakin arif adamlara aydındır ki, şəfaverici nəsihət inciləri zərif ibarə sapına düzülmüş və acı məsləhət dərmanları şirin zarafat balına qarışdırılmışdır ki, insanın yorğunluğa mail olan təbiəti bu sərvəti qəbul etməkdən məhrum qalmasın. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Ədəbiyyat Müdrik kəlamlar üçün şərhlər bağlıdır

    Dədə_Qorqud

    • Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
    • Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
    • Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
    • Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
    •Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
    • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
    • Cahil birinin yanında kitab kimi səssiz ol. Daha ətraflı »

    Teqlər:

  • 20Noy
    Ədəbiyyat GƏLİN VƏ QAYNANA üçün şərhlər bağlıdır

    (Rəvayət)

    arshin_mal_alan_04_bigNəql edirlər ki, bir gəlin qaynanası ilə heç yola getmirmiş, təbii ki, qaynana da öz növbəsində gəlinə “borclu” qalmırmış. Beləcə günləri çox cansıxıcı və darıxdırıcı keçirmiş. Bütün bunlardan bezən gəlin, ata-sının əczaçı dostunun yanına gəlib ağlaya-ağlaya dərdini danışır və ondan zəhər istəyir ki, qaynanasının yeməyinə qatıb ondan canını qurtarsın. Dünya görmüş kişi ona dərman verir və deyir ki, a qızım, sən bu dərmanla onu öldürsən işin üstü açılar və səni də edam edərlər. Sən belə et, bundan onun yeməyinə az-az qat, dilini də şirin et ki, o öləndə səndən şübhələnməsinlər. Gəlin evə gəlib kişinin məsləhətinə əməl edir. Nə hikmətsə qaynana bütünlüklə dəyişir, bunlar elə mehribanlaşırlar ki, necə deyərlər, aralarından su da keçməz olur. Gəlin yenə ağsaqqal əczaçının yanına gəlir və ona deyir ki, mən böyük səhv etmişəm, bu vaxta qədər onun ölümünü istəmişəm. İndi mənə dərman ver, aparım onun bədənini zəhərdən təmizləyim. Kişi gülür və deyir ki, qızım, sənə verdiyim yeməyi dada gətirən ədviyyat idi, zəhər deyildi, zəhər sənin dilin idi ki, o da düzəldi, indi gedin mehriban yaşayın. Dünya güzəşt dünyasıdır, güzəştsiz dünya qaranlığa qərq olar.

    Saleh ƏDİLOV

    Teqlər:

  • 27Okt
    Ədəbiyyat “ŞİL SÖYÜN” üçün şərhlər bağlıdır

    (HEKAYƏ)

    armenia-p10-02Kəndimiz ən ucqar dağ kəndlərindəndir. Hər tərəfdən yaşıl yamaclı silsilə dağlarla əhatə olunan bu kənd düzəngah sahədə yerləşir. Kəndin qarşı tərəfindən dağların dibiynən bir neçə bulağın birləşməsindən yaranan kiçik çay axır. Yaz vaxtları bu çay coşur, kükrəyib daşır, hətta mal-qara da apara bilir.
    Kəndimizdə yerli kənd sakinlərinin adlarıyla bağlı yer-yurd adları da olub və hələ də qalmaqdadır. “Səyadın yurdu”, “Qaman dərəsi”, “Seyid Əvizər bulağı” və s. Bu yerlərdə aparılan arxeoloji qazıntıların nəticələrinə görə buranın tarixi çox-çox qədimlərə söykənir. Kurqanlar və insanlar tərəfindən düzəldilmiş mağaralar bu dağlarda çoxdur. Əkin yerlərindən bir nəfərlik küp və ailə qəbirləri indi də çıxmaqdadır. Yaxın keçmişdə almanlar da burada yaşayıblar, işləyiblər və hətta dəmir yolu da çəkiblar. Bizim dağların sərvəti almanları da buralara qədər gətirmişdi. Ondoqqu-zuncu əsrin ortalarında qızıllarımızı, misimizi və digər yeraltı sərvətlərimizi çıxarıb aparırmışlar Almaniyaya. Daha ətraflı »

    Teqlər: