Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    Digər üçün şərhlər bağlıdır

    484e993c33bf69c700e46e33dfd865ffBu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 27Okt
    Digər BAYRAQ GÜNÜ üçün şərhlər bağlıdır

    baki3Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
    Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız–milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
    Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
    Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
    9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər ÜMUMDÜNYA GƏNCLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    img-20171019-wa0005_()10 noyabr Ümumdünya Gənclər günüdür. Bu barədə qərar Ümumdünya Demokratik Gənclər Federasiyasının 1945-ci ilin 29 oktyabrından 10 noyabrınadək Londonda keçirilən konfransında qəbul edilib. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, dini baxışlarından, milli mənsubiyyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatlarını birləşdirir. Federasiya bütün dünyada sülh, gənclərin hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda mübarizə aparır. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün daha qətiyyətlə həyata keçirilir.Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında üçün şərhlər bağlıdır

    TƏRTƏRLİ BEHBUD AĞA CAVANŞİR

    111111Stalinin: «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?»–sualının cavabında Məhəmməd Əmin Rəsulzadə demişdi: «Çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq».
    İnsan iki həqiqətə – təbiətə və tarixə xəyanət edə bilməz. Edərsə, böyük itkilər verər.
    1918-ci il mayın 28-dəıı 1920-ci il aprelin 27-nə qədər mövcud olan Azərbaycan Demokratik Respublikasının yada salınmaması üçün düz 70 il çalışdılar. Sonda isə həmin 70 ildə hegemonluq edən imperiyanın özü tarixin səhnəsindən düşürüldü və «Bir kərə yüksələn bayraq bir daha enməz!» amalı ilə yaşayan Azərbaycan xalqı yeni demokratik zəmində mübarizə meydanına atılıb mayın 28-nin Azərbaycan dövlətinin yaranması günü kimi elan olunmasını tələb etdi. Xalqın iradəsi qəbul olundu. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər DÜNYAYA SÜLH GƏRƏKDİR üçün şərhlər bağlıdır

    qusDünyanı inkişaf etdirənlər də, onu məhv edənlər də insanlardır.
    Ailə yarandığı andan, dövlətlər yarandığı vaxtlardan onların başında duranlar zəkalı olanda, sülh yaranır. Rus-yapon müharibəsində də, ikinci dünya müharibəsində də belə olub.
    İstər Napoleon, istərsə də Hitler yer kürəsinə ağalıq iddiasındaydılar. Napoleon deyirdi ki, göy Allahındır, amma yer üzünün tanrısı mənəm. Hitler isə bütün yer kürəsinə hökmranlıq etmək istəyirdi.
    İki əsr ərzində erməni vəhşilərinin başımıza gətirdikləri qırğınlar, talanlar böyük Ermənistan yaratmaq iddiasından irəli gəlir. Hazırda yer kürəsində təbii fəlakətlərlə yanaşı, insanların özləri də kütləvi qırğınlar törədirlər. Suriyada 5 ildən çoxdur ki, qardaş qırğınları davam edir. Böyük dövlət başçıları sülh yaratmaqdansa, qarşıdurma siyasəti yeri-dirlər. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər Baş redaktordan: “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    ÖTÜRHAÖTÜR OYUNU VƏ YAXUD “BERMUD ÜÇBUCAĞI”

    91_1443550800“Bala Kirpi” həmişə olduğu kimi yenə redaksiyaya baş çəkmişdi. Çöl qapını açıb, içəri girmək istəyəndə yenə də baş redaktorun əsəbi səsini eşitdi.
    –A başına dönüm, belə də iş olar?! Durduğumuz yerdə oyuna düşmüşük də! Kimə deyəsən, kimdən deyəsən? Hamı günahı boynundan atır. Ortada günah var, amma günahkar yoxdur.
    “Bala Kirpi” çəkinə-çəkinə baş redaktorun köməkçisi Nigar Əmrahovaya yaxınlaşdı:
    –Yenə nə olub?
    Köməkçi çiyinlərini çəkdi, yəni bilmirəm. “Bala Kirpi”nin təəccübü bir az da artdı. Qorxa-qorxa qapını azca aralayıb içəri baxdı. Gördü ki, “Yeni Tərtər”in baş redaktoru Tofiq Yusif əl-qolunu ölçə-ölçə var-gəl eləyir, redaksiyanın mühasibi Bəxtilə Əliyeva isə sakitcə ona qulaq asır.
    “Bala Kirpi” istədi qapını sakitcə örtüb, geri çəkilsin, alınmadı, baş redaktor onu gördü və içəri çağırdı. O da gəlib sa-kitcə mühasibin yanında dayandı. Daha ətraflı »

    Teqlər:

  • 20Okt

    Digər üçün şərhlər bağlıdır

    d990e511e22ad50e6ce30cf2902f31b2Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20Okt
    Digər BOLQARISTAN PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ üçün şərhlər bağlıdır

    15078884635927461239-1000x669Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana səfər edib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
    AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

    Teqlər:

  • 20Okt
    Digər AŞPA AZƏRBAYCANA QARŞI QƏRƏZLİ MÖVQEYİNİ BİR DAHA GÖSTƏRDİ üçün şərhlər bağlıdır

    ashpa iclas zaliAvropa Şurasında Parlament Assambleyasındakı son günlərdə Azərbaycanda demokratik təchizatlar və insan haqları ilə bağlı iki qərəzli qətnamə qəbul olunub.
    Belə görünür ki, Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlər AŞPA-dakı bəzi ermənipərəst qüvvələri çox narahat edir. Nəyə görə Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb? Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyəti hardan qaynaqlanır?
    Məruzələrin hazırlanmasında erməni lobbisinin dəsti xətti aydın görünür. AŞPA-da isə ağa qara demək siyasəti davam edir və qəbul edilən məruzələr AŞPA-ya utanc gətirən sənədlərdir.
    Azərbaycan müstəqil bir dövlət kimi bu cür qərəzli ittiham və böhtanları qəbul etmir və belə bir sənədlə işləyə bilməz.

    Teqlər:

  • 20Okt
    Digər RUSİYA ERMƏNİSTANI YENİDƏN SİLAHLANDIRIR üçün şərhlər bağlıdır

    img19386102015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

    Teqlər: