Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl
    Digər “BALA KİRPİ”nin SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır

    REDAKSİYAYA “HÜCUM”

    kirpii_jurnali1DSC_2102“Bala Kirpi” “Yeni Tərtər” qəzetinin redaksiyasına gəldi. Gördü ki, hamının üz-gözündən zəhrimar yağır, baş redaktorun da səsi həmişəki kimi binanı “silkələyir”:
    –A kişilər, belə də iş olar?! Biz “şapalaqla üz qızardıb”qəzet çıxardırıq, amma bəziləri elə bilir ki, kef çəkirik. Ordan Dövlət Əmlak Komitəsi üstümüzü kəsib ki, çıxın redaksiyanızın binasından, bu bina bizimdir və onu hərraca qoymuşuq. Başa da sala bilmirik ki, axı, bu bina redaksiyanın “dədə-baba” binası olub, sonra rayon statistika idarəsi bura sahib çıxıb. İndi yenə qayıtmışıq öz ocağımıza. Bə nə baş verdi ki, bina sizin oldu?
    –Hətərən-pətərən danışmayın, çıxmalısınız, bina bizimdir, vəssəlam!
    O biri yandan rayon sukanal idarəsinin rəisi Elnur Abbasov 6 aydan çoxdur ki, redaksiyanın qarşısına çəkilmiş suyu bağlatdı-rıb ki, sayğaca 270 manat, texniki şərt alınmasına 300 manat pul verməsəniz, suyunuz gəlməyəcək! Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər “XALTURŞİK”lərin özbaşınalığı üçün şərhlər bağlıdır

    Изображение 038“Bala Kirpi” özünü zorla bu təhlükədən xilas edib, üz tutdu şəhərin küçələrinə. Hara baxdısa, gördü ki, yollarda maşın əlindən tərpənmək mümkün deyil. Elə bil bu rayonda “yol polisi” deyilən heç kim yoxdur. Kim nə cür istəyir, harda istəyir, lap yolun ortasında belə, maşınını park edir, saxlayır, heç bir yol hərəkəti qaydasını vecinə almır. Bu barədə söz deyənləri isə biabır edib, hörmətdən salırlar. Nə adam maşını sayır, nə maşın adamı, nə də maşın maşını. Deyən də yoxdur ki, a lotu, lisenziyan yoxdur olmasın, maşınını harda lazımdır orda saxla da, niyə qaydaları pozursan? Niyə hər an qəza şəraiti yaradırsan? Adamların üstünə niyə maşın sürürsən? Utanmırsanmı?!
    Şəhərin bəzi küçələrində elə əvvəllər olduğu kimi, yenə də bir qarışıqlıq, bir basa-bas var ki, “it yiyəsini tanımır”. Marşrut mikro avtobusları və “1 manatlıq xalturşiklər” düz işıq-forun altında, döngənin üstündə dayanıb. “kliyent” gözləyirlər. Bunların ucbatından irəlidən, geridən gələn nə maşını görə bilirsən, nə də adamı. Kimdir işıqforu vecinə alan-–nə piyadalar, nə sürücülər, nə də “QAİ”şniklər.
    “Bala Kirpi” suya düşmüş siçovul kimi əsə-əsə geri qayıtdı. Neyləyəydi ki?

    Qələmə aldı: Tofiq Yusif

    Teqlər:

  • 10İyl

    Digər üçün şərhlər bağlıdır

    prezident_sechkilar_xalqa_muraciat_091013_1Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 10İyl
    Digər 2017-ci İL “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR üçün şərhlər bağlıdır

    DİNİ VƏ MƏDƏNİ MÜXTƏLİFLİYİN HARMONİYASI

    79FC9316-1F37-48C0-A6DB-7CD1DD03819E_w1023_r1_sHazırda İslam dünyası çox ağır bir dövrünü yaşayır. Ayrı-ayrı ölkələrdə baş verən qanlı münaqişələr, terror aktları çoxlu sayda günahsız insanların ölümünə səbəb olur. Bunlar azmış kimi, bəzi Avropa dövlətləri İslamı terrorla əlaqələndirməyə cəhd göstərirlər. Halbuki, bu fikirlər absurddur. Çünki İslam dininin əsasını humanizm, insanlara ümumbəşəri sevgi hisslərinin aşılanması təşkil edir.
    Belə bir vəziyyətdə müsəlman dövlətlərinin birləşməsi çox böyük əhəmiyyət kəsb edir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib.
    Ölkəmiz müstəqil dövlət kimi gənc olsa da, tolerantlığın, dini dözümlüyün nümunəsi kimi onun təcrübəsi bütün dünyada geniş yayılır. İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində də Azərbaycanın xidmətləri böyükdür. Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri İslam aləmi ilə daha sıx münasibətlər yaratmaq, zülmə məruz qalan yüz milyonlarla müsəlmanın dərdinə şərik çıxmaqdır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    DSC_3307“VƏTƏN NAMİNƏ” MEDALI VƏTƏNİ CANINDAN ARTIQ SEVƏN İNSANA TƏQDİM OLUNDU

    Bu insan Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalovdur. Uzun illər Vətəninin hər daşının, hər ağacının, cığırının həsrəti ilə yaşayan Zabil müəllimin həyatda yeganə təsəllisi var: doğma Umudlunun düşmənlərdən müdafiəsində o, əlindən gələni əsirgəməyib, son məqamadək vuruşub. Lakin, görünür, məcburi köçkünlük həyatı onun alın yazısıymış və bu qismətdən qaçmaq mümkün olmayıb…
    Zabil Zeynalov 1988-ci ildən 1992-ci ilədək–münaqişə başlayandan Umudlu düşmən əlinə keçən günədək kənd özünümüdafiə dəstəsinin komandiri olub. Həmin illər ərzində, özünün kiçik dəstəsilə gecə-gündüz yatmayıb, dörd tərəfdən ermənilərin əhatəsində olan canından artıq sevdiyi Umudlunu göz bəbəyi kimi qoruyub. Bu məqsədlə bütün vasitələrdən istifadə edərək döyüşçülərinə silah-sursat alıb gətirib. Zabil müəllim o zaman Tərtər Elek-tromexanika Zavodunun direktoru işləyən Rauf Həsənzadənin onlara dörd ədəd minomyot verdiyini indi də sonsuz minnətdarlıq hissi ilə xatırlayır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər İYULUN 23-ü AĞDAMIN İŞĞALI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    ŞƏHİDİN ÖMRÜ KİMİ YAS MƏRASİMİ DƏ YARIMÇIQ QALDI

    0305023 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən genişmiqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan sonra ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Minlərlə sayı olan erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.
    Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə işğal altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    RABİTƏÇİ MALİK

    Изображение 342Malik 1978-ci ildə 18 yaşını yenicə adlamışdı. Rayon rabitə qovşağında onu telefon montyoru kimi işə qəbul etmişdilər. Lakin bu işin necə görülməsindən onun xəbəri belə yox idi. Çox tərəddüdlə işə gəldi. Bir-neçə gün beləcə davam etdi. Qovşaqda çalışan təcrübəli işçilər gənc oğlanın çəkindiyini görüb, ona kömək etmək qərarına gəldilər.
    Nəticə isə uğurlu oldu…
    O vaxtdan 39 ilə yaxın bir zaman keçib. Hüseynov Malik Məhəmməd oğlu rayon sakinlərinin və çalışdığı telekommunikasiya qovşağı kollektivinin hörmətini qazanıb. Malik ürəkdən vurulduğu işindən belə danışır:
    – Əvvəl vaxtlarda bu iş mənə çox çətin görünürdü. Lakin təcrübəli həmkarlarımın yaxından köməkliyi ilə bu peşədə uzun illərdir ki, çalışıram. Bu iş çox məsuliyyətli olmağı tələb edir. İndiki zamanda bütün avadanlıqlar müasirləşib, elektron sistemə keçib. Hazırda mən kabelçi vəzifəsini icra edirəm. Bu sadə peşəni mənə öyrədən hər kəsə öz minnətdarlığımı bildirirəm. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər TƏMİZLİK GÖZƏLLİKDİR üçün şərhlər bağlıdır

    IMG-20170314-WA0061Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində apa-rılan quruculuq işləri hər yerdə geniş vüsət alıb. Elə bizimTərtər rayonu da bu inkişafın bariz nümunəsidir. Görülmüş tikinti, abadlıq işləri şəhərimizin simasını gündən-günə dəyişdirib, gözəlləşdirir. Bu gözəlliyi qoruyub saxlayan zəhmət adamları sırasında kommunal müəssisələri kombinatının fəhlə və süpürgəçiləri də var. Bu zəhmət adamlarını hər gün iş başında görmək olur. Müəssisənin mühəndisi Adil Əhmədova belə sadə peşə sahiblərinin bir nümayəndəsi haqqında yazmaq istədiyimi bildirdim. Mühəndis bu insanların hər birinin zəhmətini dəyərləndirərək Hürü Meydanovadan yazmağı məsləhət bildi.
    Bu zəhmət adamı gülümsünərək öz işindən söz açdı: “Ay qadan alım, mənim işimin nəyindən yazacaqsan? Sadə bir süpürgəçiyəm. Amma elə bilmə ki, mən işimi sevmirəm. Hamı kimi mən də çörək pulumu qazandığım işimdə çox ürəklə çalışıram. Mənə tapşırılan işin məsuliyyətini dərk edirəm. Təmizliyinə baxdığım yolla tez-tez qonaqlar gəlib-gedir. Düşünürəm ki, onlarda şəhərimiz haqqında ilk təəssürat elə keçdikləri küçədən, yoldan başlayır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Digər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında üçün şərhlər bağlıdır

    İSTİQLAL MÜCAHİDLƏRİNİN XATİRƏSİ QƏLBİMİZDƏ YAŞAYIR

    Azeriflag1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədərki tarixi dövr Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Bu dövr bizim istiqlal tariximizdir. Məhz 99 il öncə M.Ə.Rəsulzadənin başçılığı ilə bir qrup Azərbaycan ziyalıları yoxdan bir dövlət qurdular. Şərqdə və müsəlman dünyasında ilk demokratik bir dövlət.
    Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini ilk olaraq 1918-ci il 4 iyun Batumi müqaviləsi ilə Türkiyə tanıdı. 1918-ci il 16 iyunda AXC Tiflisdən Gəncəyə, sentyabrın 15-17-də isə Gəncədən Bakıya köçdü. AXC-in süqutuna qədər də bundan sonra Bakıda fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli resbublika idi. AXC-nin dövlət quruculuğu sahəsində gördüyü ən böyük tədbirlərdən biri 1918-ci il 27 iyunda Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu.
    1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, türk mədəniyyətini, müasir Avropa demokratiyasını və müsəlman sivilizasiyasını təcəssüm etdirən üçrəngli, aylı-ulduzlu bayraq rəsmi dövlət bayrağı kimi qəbul edildi. Qısa müddətdə ordu quruculuğuna başlandı. Daha ətraflı »

    Teqlər:

  • 30İyn

    Digər üçün şərhlər bağlıdır

    İlham ƏLİYEV: “Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq… Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir”.

    Teqlər: