Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy
    Digər DÜNYASININ ŞAQRAQ SƏSLİ BÜLBÜLÜ üçün şərhlər bağlıdır

    img-20160401-wa0015Tərtər rayonunda çox az adam tapılar ki, Aytac Süleymanzadəni tanımasın. Onun elə də çox yaşı yoxdur. Hələ 5 yaşı olarkən rayonun mötəbər tədbirlərində öz çıxışı ilə hamını riqqətə gətirmişdi, ürəklərdə özünə yer eləmişdi.
    Aytac qaçqınçılığı dərk etməyən vaxtında Xocalı faciəsinin qurbanı olmuş, hər iki valideynini itirmiş azyaşlı uşaqların rolunu ifa etmişdi. Kiçik qızcığazın Xocalı dəhşətini ürəkdən yaşaması, onu tamaşaçıya çatdırması onun özü ilə birgə doğulmuş istedadından irəli gəldi.
    Aytac kimdir?
    Aytac Süleymanzadənin bütün doğmaları – ata-anası, nənə-babası, əmisi, dayısı, xalası, bibisi öz doğma yurd-yuvalarına, gözəl İstisu kurortuna, gül-çiçəkli dağlarına, saf bulaqlarına həsrət qaldığı Kəlbəcər rayonundan qaçqına çevrilərək, Tərtərdə məskunlaşmış bir ailənin övladıdır. Bəlkə də onun bu istedadı doğma yurdun bir nişanəsidir. Ulu Tanrı tərəfindən töhfə verilib?!
    Hazırda o, Tərtər şəhər 1 saylı tam orta məktəbin 6-cı sinifində oxuyur, musiqi məktəbinin 4-cü sinfində for-tepianodan musiqi təhsili alır. Ən fəal şagirdlərdən biridir. Onun ifasında səslənən “Ana Kür” “Anam Azərbaycan” mahnıları xüsusi maraqla qarşılanır. Daha ətraflı »

    Teqlər:

  • 11Noy
    Digər Azərbaycan multikulturalizmi  ABŞ mətbuatında üçün şərhlər bağlıdır

    1446398319_1avvvvBugünlərdə ABŞ-ın “Eurasia review- təhlil və xəbərlər jurnalı”nda və “Foreign policy news” xəbər saytında amerikalı siyasi analitik və araşdırmaçı jurnalist, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin İdarə Heyətinin fəxri üzvü Peter Teysin Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi dərs olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yazının tam mətninin tərcüməsini oxuculara təqdim edir.

                                                       Multikulturalizmin Azərbaycan modeli

    2016-cı ilin iyul ayında, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan yay məktəbində mühazirə ilə çıxış etmək üçün Azərbaycandan dəvət aldım. Mühazirəmin mövzusunu ABŞ və Paraqvayın mədəni müxtəlifliyi mövzusuna həsr eləmişdim. Mövzu Avropa və Asiyanın 15 ölkəsindən gələn gənc tələbələrin böyük marağına səbəb oldu.

    Daha sonra bu gənc tələbələrin təşəbbüsü ilə beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yaradıldı. Bu təşkilat hazırda Dimitrios Asproulis (Yunanıstan) və Salomeja Lukaitenin (Litva) həmsədrliyi və 100-dən çox üzvü ilə (Türkiyə, Almaniya, Çexiya, Polşa, İndoneziya, Gürcüstan, Qırğızıstan, İtaliya, İsveçrə, Azərbaycan, ABŞ, Misir, Yəmən) aktiv fəaliyyət göstərir. Bu iki gənc lider Azərbaycan cəmiyyətində multikulturalizmin rolunun, eyni zamanda başqa mədəniyyətlər tərəfindən öyrənilməsinin və örnək kimi seçilməsinin təbliği istiqamətində beynəlxalq konfranslar keçirməyi planlaşdırırlar. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir üçün şərhlər bağlıdır

    1460360532_2180414789396113204612725_1000x669Bu yaxınlarda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər ərzində ölkəmiz yüksək iqtisadi inkişafa nail olub, uğurlu daxili və xarici siyasəti ilə dünyada layiqli yer tutub. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu.
    Hazırda bütün dünyada hökm sürən böhran və inflyasiyaya baxmayaraq, ölkəmizdə müəyyən edilən uzunmüddətli proqramlar həyata keçirilməkdədir, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra çox mühüm layihələr icra olunur. Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın müasir tarixinin uğurlarına hələ də davam edən Ermənistanın hərbi təcavüzü, Dağlıq Qarabağ problemi şəraitində nail olunur.
    Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər AND YERİMİZ üçün şərhlər bağlıdır

    444Ulu Öndərimiz Heydər.Əliyev hakimiyyətə gələn zaman Azərbaycan Konstitusiyasına əlini basaraq and içmişdi. And yerimiz olan Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi hesab olunur.
    Azərbaycan tarixdə ilk dövlətdir ki, bir əsrdə iki dəfə müstəqillik əldə etmişdir. Birinci dəfə 1918-ci ildə müstəqil olduq və İstiqlal Bəyannaməsini qəbul etdik, qanunlarımızı yazdıq. Lakin bu müstəqillik bizə 23 ay nəsib oldu. 1991-ci ildə biz yenidən müstəqillik əldə etdik. Ulu Öndərin sözləri ilə desək: “Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir.” Biz yeni Konstitusiya qəbul etdik. Bu Konstitusiya xalqa xidmət edir və xalq tərəfindən səsvermə yolu ilə qəbul olunub.
    2016-ci il sentyabrın 26-da ölkəmizdə ümumxalq referendumu keçirildi. Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edildi. Bu əlavələr xalqın səsverməsi yolu ilə qəbul olundu. Bütün bunlar xalqın rifahının yaxşılaşmasına xidmət edir.
    Müstəqil Azərbaycan Konstitusiyasının 24 maddəsinə belə bir əlavə edilib: “İnsan ləyaqəti qorunur və ona hörmət edilir”.
    Bu sözlər Azərbaycan Respublikası vətəndaşlarına hörmətin rəmzidir. Konstitusiyamıza edilən bu cür yeniliklər üçün ölkə Prezidenti cənab İlham Əliyevə qəhrəman tərtərlilər adından təşəkkür edirəm.

    Kifayət Kərimova,
    Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbin tarix müəllimi

    Teqlər:

  • 08Noy
    Digər 16 NOYABR YUNESKO-nun TƏSİS EDİLDİYİ GÜNDÜR üçün şərhlər bağlıdır

    12316 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edil-diyi gündür.
    Bu qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanmış, bir il sonra–1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlamışdır. Hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.
    Ulu Öndər Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılmışdır. 2005-ci il sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
    Azərbaycanla YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur.
    Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində məxsusi xidmətləri vardır. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilmiş, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmış, İçərişəhər Qoruğu YUNESKO-nun təhlükədə olan ümumdünya irsi siyahısından çıxarılmışdır. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer almışdır.

    Teqlər:

  • 08Noy
    Digər AZƏRBAYCANIN MİLLİ DİRÇƏLİŞ GÜNÜ üçün şərhlər bağlıdır

    3wAzərbaycanın Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olunmuşdur. Bayramın tarixi isə 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan meydan hərəkatı ilə bağlıdır. O zaman Bakının əsas meydanı olan Lenin adına, indiki Azadlıq meydanında Ermənistanın torpaq iddialarına, SSRİ hökumətinin bu iddialara dolayı yolla dəstək verməsinə və Azərbaycan rəhbərliyinin bu məsələdə qətiyyətsiz mövqeyinə etiraz əlaməti olaraq başlanan tələbə hərəkatı ümummilli mitinqlərlə nəticələndi. Bu mitinqlərdə milyonlarla insan iştirak edirdi.
    Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qo-şunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
    1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı tarixdə görünməyən cinayət törədildi. Dinc insanlara ağır texnikadan və odlu silahlardan atəş açıldı. Lakin bütün bunlar xalqımızın müstəqillik, azadlıq əzmini qıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu.

    Teqlər:

  • 08Noy
    Digər UCALARDAN UCA BAYRAĞIM üçün şərhlər bağlıdır

    2224Müstəqil dövlətin rəmzlərindən biri də onun bayrağıdır. Üçrəngli ay-ulduzlu bayrağı.
    Bayrağımızın yaşı müstəqil Azərbaycanımızın yaşı ilə ölçülür. İlk dəfə 1918-ci il Xalq Cümhuriyyətinin bayrağı kimi qəbul edilib. Cəmi 18 ay dalğalanıb. 1920-ci ilin 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyəti ilhaq edilib. 70 il ərzində tabeliyində olduğumuz bir dövlətin rəmzlərinə hörmət etmək məcburiyyətində qaldıq. 1989-cu ildə isə üçrəngli bayrağımız yüz minlərlə insanların iştirak etdikləri meydan hərəkatında insanların əllərində görünməyə başladı. O zamanlar həmin bayraqları evlərdə analarımız tikib hazırlayırdılar.
    Əllərində üçrəngli bayraq, ürəklərində vətən eşqi, vətən məhəbbəti, dillərində azadlıq, istiqlal sözləri olan insanlar yaxşı bilirdilər ki, yenidən dövlətimiz, xalqımız öz müstəqilliyinə qovuşacaq.
    1990-cı ilin noyabrında Ümummilli Lider Heydər Əliyevin böyük fədakarlığı sayəsində üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevralın 5-dən etibarən müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı kimi dalğalanmağa başlayıb.
    Hələ zamanında Əlibəy Hüseynzadə bayrağın 3 rəngini 3 ideyanın vəhdəti kimi xarakterizə edirdi: türkçü-lük, müasirlik, islamçılıq. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Digər 44 İLLİK ŞƏRƏFLİ ƏMƏK YOLU üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-231RƏDD CAVABI, YOXSA UĞURLARIN BAŞLANĞICI? 

    Hamımızın həyatında təsadüflər çox olub. İllər ötür, biz bu hadisələrə yaşadığımız ömrün zirvəsindən baxır və düşünürük: əgər həmin vaxt bu təsadüf baş verməsəydi, həyatım necə olardı?
    Rayon subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyevin həyatında da belə bir hadisə baş verib. O, Azərbaycan Politexnik İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib, üstəlik, hərbi xidmətini Sovet dönəmində adı çox az çəkilən Baykonur şəhərində başa vurub, baş leytenant rütbəsi almışdı.
    Hərbidə nümunəvi xidmət etdiyinə görə onu Sov.İKP sıralarına namizədliyə qəbul etmişdilər. O zamankı Politexnik İnstitutunda hərbi kafedra vardı və oğlanlara orduda xidmətlərini başa vurduqdan sonra təyinat verilirdi. Ona görə də 1972-ci ildə institutu bitirən Əli Əliyev iki il sonra təyinatını alıb, böyük bir həvəslə göndərildiyi iş yerinə–Tərtərdə yerləşən 47 nömrəli səyyar-mexanikləşdirilmiş tikinti dəstəsinə gəldi. Rəisin rədd cavabı əvvəlcə onu çaşdırdı. Necə yəni gənc mütəxəssisə iş yoxdur? Axı o, bununla bağlı nə qədər xəyallar qurmuş, hətta mühəndis kimi inşasında iştirak edəcəyi binaları fikrində canlandırmışdı.
    İndi bu barədə söhbət edərkən Əli müəllim gülümsəyərək deyir:
    –O zaman baş vermiş hadisə məni incitsə də, indi düşünürəm ki, əslində rəisin rədd cavabı mənim müvəffəqiyyətlərimin başlanğıcı oldu. Axı, həyatda heç nə təsadüfən baş vermir. Bu da mənim qismətim, alın yazım imiş.

    KOMSOMOLUN YOXLAMASI
    Əli Əliyev tikinti idarəsindən birbaşa rayon partiya komitəsinə gəldi. Burada raykomun o zamankı birinci katibi Zülfiqar Abdullayevlə görüşüb vəziyyəti ona danışdı. Gənc mütəxəssis ilk baxışdan katibə yaxşı təsir bağışladı. Qısa söhbətdən sonra isə onun potensial imkanlarına bələd olan Zülfiqar müəllim dedi: Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Digər Bizim gənclər üçün şərhlər bağlıdır

    Yolun işıqlı olsun!

    13Gənclərimiz bizim sabahımız, gələcəyimiz, qürurumuz, fəxr yerimizdir. Belə gənclərimiz təkcə böyüyüb boya-başa çatdıqları ailələrə deyil, xalqımıza, dövlətimizə şərəf, şöhrət gətirir.
    Belə gənclərimizdən biri rayonumuzun yetirməsi, şəhər 1 saylı tam orta məktəbin 2010-cu il buraxılışının məzunu İlahə Əmrahlıdır.
    İlahə hələ orta məktəbin aşağı siniflərində oxuyarkən ailə uzvləri, xüsusilə nənəsi və babası onun gələcəyinə boyük ümidlər bəsləyirdilər. Arzular artıq həqiqətə çevrilib. İlahə bir neçə il əvvəl 536 balla Xarici Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olmuşdu. Qaynar tələbəlik illəri İlahəni özünə necə cəlb etdisə, universiteti müvəffəqiyyətlə bitirdikdən sonra İngiltərənin Kembric universitetinin bakalavrı oldu. Hazırda isə ADA universitetində təhsilin idarə edilməsi üzrə magistraturada təhsil alır. O, həmin ixtisas üzrə qəbul olunan 29 nəfərdən biridir.
    İlahə təhsil aldığı universitetlərdə həm də təşkilatçılığı ilə fərqlənir. Gözəl nitq qabiliyyətinə malikdir. Bu cəhətləri onu müəllim və tələbə kollektivinə daha çox sevdirir.
    Bu gənc qızın gələcək barəsində bitib-tükənməyən arzuları var. O deyir ki, Vətənimin layiqli övladı olmaq üçün gənclik dövründəki enerjimdən, gücümdən bacarıqla istifadə etməliyəm. Mənə əziyyət çəkən valideynlərimin və müəllimlərimin etimadını doğrultmalıyam. Ən başlıcası mən odlar yurdu Azərbaycanın övladıyam. Biz də bu qəlbi arzularla dolu gəncimizə uğurlar arzulayırıq.
    Yolun daim işıqlı olsun, İlahə!

    Elfuzə Vəliyeva

     

     

    Teqlər:

  • 29Okt
    Digər Retro yazılardan üçün şərhlər bağlıdır

    Unutmağa haqqımız yoxdur

    atam-ferruxSon vaxtlar qəzetimizin səhifələrində rayonumuzun sosial və iqtisadi inkişafında mühüm rolu olan həmyerlilərimiz haqqında dərc edilən yazılar bir oxucu kimi məni ürəkdən sevindirir. Rayonumuzun tarixini yaradan görkəmli adamlarımızın unudulmaması indiki mürəkkəb şəraitdə vacibdən vacibdir. Ona görə də mən bu yazını yazmağı özümə borc bildim.
    Sizə Tərtər mahalında ilk tibb ocağı yaradan Axundov Fərrux haqqında danışmaq istəyirəm.
    Axundov Fərrux Mirzəhəsən oğlu 1880-ci ildə Şuşada həkim ailəsində anadan olmuşdur. İlk savadı atasından öyrənən Fərrux, Şuşada onlara qonaq olan Azad ağanın təkidi ilə onun kiçik oğlu Rəşid ağa Cavanşirlə təhsil almaq üçün Peterburqa gedir. Peterburqda tibbi təhsil alaraq rus dilini də gözəl mənimsəyir. Rəşid ağa Cavanşirlə möhkəm dostluğunun nəticəsində Fərrux bəy Tərtər mahalına qayıdır. Tərtərdə ilk birsinifli rus məktəbini tərtərli faytonçu Əhmədin evində təşkil edir. Onun köməyi ilə F. Axundov Tərtərdə ilk tibb məntəqəsini də təşkil edir. Tərtərli Rəhim bəy, Əjdər Quliyev, Həmzə Əliyev, Musa Abdullayev Fərrux bəyin ilk şagirdlərindən olmuşlar. İnqilabdan əvvəl və sonra Fərrux bəy Tərtər rayonunun kəndlərində Evoğlu, Borsunlu, Azadqaraqoyunlu kənd tibb məntəqələrini yaradır. Onun Tərtərbasar qəzasında xalqın maariflənməsi və tibb elminin inkişafı, tibbi xidmətin genişlənməsi sahəsində böyük xidmətləri olmuşdur. Daha ətraflı »

    Teqlər: