Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Mar
    Xəbərlər Redaksiyada 8 Mart tədbiri üçün şərhlər bağlıdır

    DSC_0348“Yeni Tərtər” qəzeti redaksiyasında baharın müjdəçisi olan 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.Redaksiyada çalışan qadınları təbrik edən qəzetin baş redaktoru Tofiq Yusif onların timsalında  bütün Azərbaycan qadınları haqqında xoş sözlər söylədi. Bildirdi ki, ailə də, cəmiyyətdə də qadınlarımızın üzərinə məsul vəzifələr düşür Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Xəbərlər Dünyada ən uca zirvə anadır üçün şərhlər bağlıdır

    Dünyada ən uca zirvə anadır

    DSC_0218Rayonumuzdakı «Asiman» şadlıq sarayında 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunmuş bayram tədbiri məhz onlara–dünyanın ən uca zirvəsi olan ana və bacılarımıza həsr olunmuşdur. Zalda şəhid anaları, rayonumuzun tanınmış ağbirçəkləri, əmək də və ictimai həyatımızda fərqlənən tərtərli qadınlar əyləşmişdilər. Əlbəttə ki, onlarla bərabər bu tədbirdə qadınların daim həyatda arxalandıqları, «başlarının tacı» hesab etdikləri kişilər iştirak edirdilər. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəxsi iştirakı və tapşırığı əsasında onlar əllərindən gələni etmişlər ki, qadınlarımızın üzü gülsün, könlü sevinsin Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Xəbərlər Jurnalistlər cəbhəyanı kəndindəki məktəbdə və hərbi hissədə olublar üçün şərhlər bağlıdır

    Jurnalistlər cəbhəyanı kəndindəki məktəbdə və hərbi hissədə olublar

    Təhsil Nazirliyinin Müdafiə Nazirliyi ilə birgə kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin cəbhə bölgəsinə təşkil etdiyi səfərin ikinci günündə jurnalistlər Tərtər rayonunun cəbhə xəttində yerləşən Qapanlı kənd tam orta məktəbinə gəliblər. Jurnalistlərə məlumat verilib ki, Ermənistan hərbi birləşmələri tərəfindən rayonun digər cəbhəyanı kəndləri kimi Qapanlı kəndində də atəşkəs rejimi tez-tez pozulur. Lakin buna baxmayaraq kənddə vəziyyət sabitdir. Həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan ordusuna güvənərək gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olurlar.tartar-4

    Təmas xəttinə yaxın məsafədə yerləşən kənddə əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Hər bir evə içməli su və telefon xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Kənddə 240 şagird yerlik yeni orta məktəb binası inşa olunub, müharibə zamanı dağıdılmış evlər bərpa edilib, kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Hazırda kənd yolunun asfaltlanması davam etdirilir. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Xəbərlər Cinayət cəzasız qalmamalıdır üçün şərhlər bağlıdır

    Cinayət cəzasız qalmamalıdır
    455
    Rayonumuzun bir sıra idarə, müəssisə və məktəblərində olduğu kimi Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbində də Xocalı faciəsi ilə bağlı tədbir keçirildi.

    Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi.

    Aparıcılar–məktəbin VIII sinif şagirdləri Pərişan Həsənzadə və Aytac Muradlı Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər. Tarix müəllimi Kifayət Kərimova  o müdhiş gecədə erməni daşnaqları və onların havadarlarının Xocalıda dinc, əliyalın, köməksiz insanların başına gətirdikləri faciədən bəhs etdi.
    Rayon təhsil şöbəsində metokabinetin direktoru İntiqam Nuruyev də Xocalıların başına gətirilən müsi- bətlərdən bəhs etdi. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Xəbərlər Xocalı soyqırımı ilə bağlı ümumrayon tədbiri üçün şərhlər bağlıdır

    Xocalı soyqırımı ilə bağlı ümumrayon tədbiri

    sXocalı faciəsinə həsr olunmuş tədbirin iştirakçıları öncə şəhidlərin abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra «Gənclər Mərkəzi»ndə ümumtəhsil məktəbləri şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərinin sərgisinə və mədəniyyət evinin hazırladığı kompozisiyaya baxmışlar.

    Mərasim «Gənclər Mərkəzi»nin iclas zalında davam etdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 03Mar
    Xəbərlər TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI HESABAT VERDİ üçün şərhlər bağlıdır

    TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN  BAŞÇISI HESABAT VERDİ

    Bütün sahələrdə inkişaf davam etdirilmişdir

    DSC_4273Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun hesabat məruzəsi dinlənilmişdir .

    Yığıncağa həmçinin şəhər və kənd bələdiyyə sədrləri, YAP rayon təşkilatının aparatı və fəalları, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların rəhbərləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri dəvət olunmuşdular. Daha ətraflı »

    Teqlər: