Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen
    Milli-mənəvi dəyərlər AZƏRBAYCAN TOLERANTLIQ MƏKANIDIR üçün şərhlər bağlıdır

    Uzun illər Tərtərdə yaşayan qeyri millətin nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi göstərir, hansı millətə, dinə mənsub olmasına baxmayaraq, burada hamıya eyni münasibət, hörmət bəslənilir. Bizdən fərqli olaraq Ermənistan vətəndaşları ölkədən qaçıb digər yerlərə, o cümlədən Azərbaycana üz tuturlar. Bunun daha bir təsdiqi Ermənistan ”Milli Azadlıq Hərəkatı”nın lideri Vaqan Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsidir. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər Tərtərlilər Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyirlər üçün şərhlər bağlıdır

    BİRLİYİMİZİ SARSIDA BİLMƏYƏCƏKLƏR

    Azərbaycan günü-gündən inkişaf edir, şəhər və rayonlarımız abadlaşır, gözəlləşir. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, vətəndaşlarımızın yaşayış səviyyəsi yaxşılaşır. Yəni ölkəmizdə bütün sosial proqramlar həyata keçirilir: pensiyalar, müavinətlər verilir, yoxsulluq səviyyəsinin aşağı düşməsi üçün ardıcıl tədbirlər görülür. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin daimi diqqət mərkəzindədir. Bu təbəqədən olan insanlar üçün yeni qəsəbələr salınır, güzəştlər edilir. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Digər Qayğıya görə minnətdarıq üçün şərhlər bağlıdır

    apteka_bolnica_informerMöhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 25 avqust tarixli 6 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin ölkə ərazisində eyni qiymətə satılması hamıdan çox yaşlı adamları sevindirdi. Əvvəllər rayonumuzdakı apteklərdə eyni dərmanların qiymətləri müxtəlif olduğuna görə bir neçə yerə baş çəkir, axtardığımız dərmanları daha ucuz almaq üçün xeyli vaxt itirirdik. Artıq bunlar olmayacaq. Çünki dövlət öz vətəndaşlarını düşünərək lazımi tədbir görüb.
    Bu qayğıya görə dövlət başçımıza öz təşəkkürümü bildirirəm.

    Süleyman SADIQOV,

    Buruc kəndi

    Teqlər:

  • 21Sen
    Digər Razıyıq üçün şərhlər bağlıdır

    derman_vasiteleriRayonumuzda bir neçə aptek fəaliyyət göstərir. Indiyədək bunların hər biri eyni dərmanları müxtəlif qiymətlərlə satırdı. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Digər Prezidentimizə təşəkkurümüzü bildiririk üçün şərhlər bağlıdır

    kanonUzun illərdi ki, oğlum xəstəlikdən əziyyət çəkir. Vaxtaşırı onu Bakıya müayinəyə aparıram. Demək olar ki, ailəmizin büdcəsi həkimlərin yazdıqları reseptlər əsasında aldığımız dərmanlara xərclənir.
    Dərman vasitələrinin qiymətlərinin ucuzlaşdırılması, bütün apteklərdə eyni qiymətlərlə satılması bizim kimi insanların ürəyindən xəbər verdi. Bu, xəstə övladı olan ana üçün köməkdir, təsəllidir.
    Prezidentimizə minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı arzulayıram.

    Rəsmiyyə Bağırova,
    Azadqaraqoyunlu kəndi

    Teqlər:

  • 21Sen
    Digər Vacib məsələ üçün şərhlər bağlıdır

    Elimizdə toy olsun

    117450942Toy həm gənclərin, həm də onların valideynlərinin ən ülvi, müqəddəs arzularıdır. Həmin gün gənclərə ancaq xoşbəxtlik diləyir, onların gələcək həyatlarını gözəl və işıqlı görürlər. Amma bu, həmişə istənilən kimi olurmu? Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Digər Sülh bəşəriyyətin ali dəyəri kimi üçün şərhlər bağlıdır

    Prokurorluq1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında ona üzv dövlətlərin, bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin edirmiş və beləliklə, sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. Daha ətraflı »

    Teqlər:

  • 05Sen
    Digər TERRORÇULUĞA QARŞI MÜBARİZƏ üçün şərhlər bağlıdır

    Prokurorluq (1083 x 1083) (270 x 270)Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
    Terrorçuluğa qarşı mübarizə sahəsində istər universal, istərsə də regional təşkilatlar çərçi-vəsində əməkdaşlığı gücləndirməklə Azərbaycan Respublikası indiyədək terrorçuluğa qarşı mühüm beynəlxalq və regional konvensiyalara qoşulmuş, terrorçuluğa, mütəşəkkil cina- yətkarlığın digər növlərinə qarşı mübarizəyə dair çoxsaylı ikitərəfli saziş, protokol və memorandumlar imzalamışdır. Daha ətraflı »

    Teqlər:

  • 04Sen
    Digər AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA üçün şərhlər bağlıdır

    Mehriban Əliyeca1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək
    N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
    1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
    1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Ordudan tərxis olunanlar üçün şərhlər bağlıdır

    Həyəcan siqnalı

    dsgdnnzdSabahdan Cavidangilin ordu həyatı başa çatacaqdı. Əsgərlər bir-birinə telefon nömrələrini verir, ünvanlarını cib dəftərçələrinə yazır, baş vermiş bəzi incikliklərə görə üzrxahlıq edirdilər.
    …Həyəcan siqnalı hamını bir nəfər kimi ayağa qaldırdı. Hərbi hissə tam döyüş vəziyyətinə gəti-rildi. Əlində silah yoldaşları ilə birlikdə maşında əyləşən Cavidanın ürəyi quş kumu çırpınırdı: – “Nəhayət ki, verdiyim sözə əməl etmək üçün fürsət yarandı. Torpaqlarımızın azad olunmasında iştirak edəcəyəm”– deyə o, düşünürdü. Daha ətraflı »

    Teqlər: