Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn
    Xəbərlər TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏ BAŞ KONSULU ORXAN İŞIQ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_6306Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan İşıq rayonumuza səfəri zamanı Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə tutması nəticəsində dinc əhaliyə dəymiş ziyanla tanış olub.
    Bu barədə qardaş ölkənin diplomatına Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ətraflı məlumat verib. Bundan sonra konsul Orxan İşıq rayon icra hakimiyyətinin başçısı ilə fikir mübadiləsi edib, müzakirələr aparıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 01İyn
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ ƏLİ HƏSƏNOV MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Изображение 214Изображение 139Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov rayonumuza səfəri zamanı məcburi köçkünlərlə görüşüb. O, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə aprel döyüşləri zamanı ermənilərin atdıqları mərmilərdən zərər çəkmiş evlərdə olub. Bildirib ki, bu evlərin hamısı əvvəlkindən də yaxşı bərpa olunacaq.
    Şıxarx qəsəbəsində olarkən Əli Həsənov xeyli hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa–150” abidəsinə baxıb. O deyib ki, erməni məkrini və yalanını ifşa etmək üçün bu abidənin böyük əhəmiyyəti var. Abidə tezliklə bərpa olunmalı, ölkəmizə səfər edən xarici nümayəndələr ermənilərin Qarabağda məskunlaşması münasibətilə ucaltdıqları bu abidədəki tarixi görməlidirlər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 01İyn
    Xəbərlər KƏBİRLİ KƏNDİNDƏ BU HADİSƏNİ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRDİLƏR üçün şərhlər bağlıdır

    DSC_6062 (Копировать)DSC_6075 (Копировать)“Tərtər rayonundakı 51 yaşayış məntəqəsindən 38-də əhali təbii qazdan istifadə edir. Kəbirli kəndinin qazlaşdırılması başa çatıb, bundan başqa daha 4 kənddə bu iş yekunlaşmaq üzrədir. Bu kəndlərdə də qazlaşma başa çatdıqdan sonra 15230 abonentə qaz verilmiş olur ki, bu da ümumi abonentlərin 92,7 faizidir”. Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Kəbirli kəndinə qaz verilməsi münasibətilə keçirilən açılış mərasimində söyləmişdir.
    Kəndlərdə sosial problemlərin həlli əhali tərəfindən böyük razılıqla qarşılanır. Bu barədə isə həmin tədbirdə iştirak edən Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə, kənd sakinləri Zakir Bayramov, Rafiq Səfərov, Aybəniz Məmmədova danışıblar.
    Rayon rəhbəri həmçinin Kəbirli kəndində səyyar görüş-qəbul keçirib, əhalini narahat edən məsələləri öyrənib, bunların həlli üçün konkret tapşırıqlar verib. O bildirib ki, Respublika Prezidenti İıham Əliyevin Tərtərə və tərtərlilərə daimi qayğısı var. Burada insanların rahat yaşaması üçün bütün işlər görülür və bundan sonra da görüləcəkdir. Düşmənlərimizin törətdikləri bütün təxribatlara baxmayaraq, tərtərlilər, o cümlədən Kəbirli kəndinin sakinləri,ölkə rəhbərinin ətrafında sıx birləşərək, əkin-biçin işləri ilə məşğul olur, rayonun iqtisadiyyatını möhkəmləndirirlər.
    Eyni zamanda rayonumuzun sakinləri böyük həvəslə dinc quruculuq-abadlıq işlərini həyata keçirir, şəhərimizin və kəndlərimizin simasını gözəlləşdirirlər. Bütün bunlar isə düşmənlərimizin gözünə ox kimi batır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Xəbərlər RAYONUMUZDA ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    DSC_4392 (Копировать)DSC_4420 (Копировать)Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mərasim keçirilmişdir.
    Minlərlə tərtərli rayonun mərkəzi meydanına gələrək, Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, ona öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə əklil qoymuşdur. İcra başçısının ardınca anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, minlərlə sadə tərtərli Azərbaycan xalqının Ümummillli Lideri Heydər Əliyevi hörmətlə anaraq, abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Abidənin ətrafı güllərdən düzəldilmiş kompozisiya və əl işləri ilə bəzədilmişdir.
    Tədbir rayon ərazisində iməcilik və ağacəkmə kampaniyası, Heydər Əliyevin adını daşıyan parkda kitab və rəsm müsabiqəsi ilə davam etdirilmişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Xəbərlər ELDƏN GEDƏN OĞULLAR üçün şərhlər bağlıdır

    LƏLƏTƏPƏ QƏHRƏMANLARI– İSGƏNDƏROV NİCAT BƏHRUZ OĞLU

    Изображение 215DSC_5189 (Копировать)12 may – həmin gün onun qırx mərasimi idi. Bütün tərtərlilər toplaşmışdılar şəhərin mərkəzi meydanına. Lələtəpə uğrunda gedən döyüşlərdə Nicat İsgəndərovun göstərdiyi igidliyə görə hər bir tərtərli qürrələnirdi. Şəhidin şəkli güllərlə bəzədilmişdir. Tədbirə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin nümayəndəsi, artıq bütün tərtərlilərin yaxşı tanıdığı və sevdiyi polkovnik Abdulla Qurbani, təhsil, səhiyyə, mədəniyyət işçiləri, N. saylı hərbi hissənin əsgərləri, şəhid Nicat İsgəndərovun ailə üzvləri və döyüş yoldaşları da qatılmışdılar.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Sonra rayon rəhbəri 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmənə layiqli cavab verməsindən, tərtərlilərin döyüş əzmkarlığından danışdı. Bildirdi ki, həmin günlərdə Tərtər camaatı ordu ilə monolit birlik nümayiş etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 93-cü İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ üçün şərhlər bağlıdır

    İMƏCİLİK KEÇİRİLMİŞDİR

    DSC_4467 (Копировать)DSC_4506 (Копировать)Rayonumuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş iməcilik keçirilmişdir. İməcilikdə 1150 nəfərdən çox sakin iştirak etmişdir. Onlar Tərtər-Bərdə, Tərtər- Ağdam, Tərtər-Goranboy magistral avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində 150 ədəd çinar, 2000 ədəd Eldar şamı, 500 ədəd küknar, 100 ədəd göyrüc, 300 ədəd sərv, 90 ədəd söyüd, 80 ədəd alma, 70 ədəd gavalı, 50 ədəd armud, 50 ədəd qoz, 50 ədəd qovaq, 10 ədəd zeytun, ümumilikdə 11 adda 3450 ədəd müxtəlif növ ağac, 100 min ədəd təkgöz kol bitkisi, 10000 ədəd gül və çiçək əkmişlər. Ağacların və güllərin suvarılması üçün yeni su xətləri çəkilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur.
    İməcilikdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlərlə birlikdə ağac əkmiş, gələcəkdə də ekoloji vəziyyətin yaxşılaşdırılması üçün iməciliklərin davam etdiriləcəyini bildirmişdir.

    Teqlər:

  • 04May
    Xəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    ilham 2600@0Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər rayonunda olmuşlar.
    Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedərək hərbi hissənin qərargahı ilə tanış olmuşdur.
    Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermişdir.
    Dövlət başçısı hərbi hissənin müasir standartlara cavab verən yeməkxanası, kazarması ilə də tanış olmuşdur.
    Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşmüşdür.
    Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Xəbərlər EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    3a6fe7c916a5b65cae673b84646a6ecd222222Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Tərtər rayonunun cəbhəyanı kəndlərində olmuşdu.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə Tərtər şəhərində və Qapanlı kəndində mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirmiş, ev sahibləri ilə görüşmüşdür. Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-də Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.
    Nazir jurnalistlərə ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələrinin sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir: “Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Daha ətraflı »

    Teqlər:

  • 04May
    Xəbərlər SAHİBKARLARA DƏSTƏK VERİLİR üçün şərhlər bağlıdır

    DSC_3109Изображение 248İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində Tərtər rayonunda tədbir keçirib.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, rayonda sahibkarlara göstərilən diqqət və qayğıdan, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, pambıqçılığın, baramaçı-lığın inkişafı üçün yeni tədbirlər həyata keçirilir.
    Rayon rəhbəri sahibkarlara göstərilən dəstəyə görə rayon əhalisi, o çümlədən rayon sahibkarları adından cənab Prezidentə öz minnətdarlığını bildirib. Daha ətraflı »

    Teqlər:

  • 30Apr
    Xəbərlər Ermənilərin bu cür hərəkətləri beynəlxalq konvensiyaya və insanlığa sığmır üçün şərhlər bağlıdır

    Изображение 143Изображение 157 Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-dən 28-nə keçən gecə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.

    Ermənilər həmçinin vaxtilə Azərbaycanın vəsaiti hesabına tikilmiş Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə edirlər. Daha ətraflı »

    Teqlər: