Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen
    Xəbərlər “Kainat” Tədris Mərkəzi üçün şərhlər bağlıdır

    “Kainat” Tədris Mərkəzi 1993-cü ildə Bakı şəhərində təhsil və sosial layihə kimi təsis olunub. Mərkəz azyaşlıların məktəbəqədər, orta məktəbə şagird, ali məktəbə abituriyent, magistraturaya tələbə, dövlət qulluğuna kadr hazırlığı, xarici dil kursları, eləcə də müxtəlif yaş qruplarına aid məntiq və təfəkkürün inkişafına yönəlmiş çoxşaxəli tədris prosesini cəmləşdirən bir təşkilatdır. “Kainat” Tədris Mərkəzi Bakıda beş filial olmaqla ölkənin müxtəlif regionlarında filial və nümayəndəliklə fəaliyyət göstərir. Kursun qəbul imtahanına hazırladığı məzunlar adətən 600-dən yüksək bal toplamaqla seçilirlər. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Xəbərlər 21 sentyabr– Beynəlxalq Sülh Günü üçün şərhlər bağlıdır

    325a82bce56c2c36c22ccb2e6efbcab8sulh-beynelxalq21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT bu günü 1981-ci ildə təsis edib Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”- deyə dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Xəbərlər 27 sentyabr–Ümumdünya Turizm Günü üçün şərhlər bağlıdır

    qalaalti-resort-127 sentyabr Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilib. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Xəbərlər 20 sentyabr – Azərbaycanda Neftçilər Günü üçün şərhlər bağlıdır

    neftAzərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
    Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. “Neftçilər günü”ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

    Teqlər:

  • 21Sen
    Xəbərlər Cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyətlərinin başçıları ilə birgə müşavirə keçirilib üçün şərhlər bağlıdır

    c88a43689074d15b7141a5737fd3babbAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, bu günlərdə komanda qərargah hərbi oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Xəbərlər 1 noyabr Milli Məclisə seçkilər günüdür üçün şərhlər bağlıdır

    KURSLAR TƏŞKİL OLUNUB

    DSC_80702015-ci il noyabırın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə hazırlıqla bağlı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabır tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət proqramı”-nın seçki komissiyalarına aid olan hissəsi ilə əlaqədar 21 avqust 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Müşavirədən sonra 24-26 avqust 2015-ci il tarixlərdə 95 saylı Tərtər Dairə Seçki Komissiyası Dairə Seçki Komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı ilə tədris cədvəli üzrə 3 günlük kurslar təşkil edib. Kurslarda Dairə Seçki Komissiyasının 9 üzvü və 38 seçki məntəqəsinin sədrləri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Xəbərlər Avropa Şurasının Parlament Assambleyasının məruzəçisi Tərtər rayonunda olub üçün şərhlər bağlıdır

    ATETAvropa Şurası Parlament Assambleyasının Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məh-rum edilməsi” üzrə məruzəisi xanım Milisa Markoviçin Azərbaycanda fakt-araşdırıcı səfəri çərçivəsində cəbhə bölgəsi olan Tərtər rayonunda görüşü keçirilib. Səfər çərçivəsində gələn nümayəndələri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm- mədov qarşılayıb. Sonra görüş proqrama uyğun rayon icra hakimiyyəti başçısının otağında davam etdirilib. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Xəbərlər Fövqəladə hallar naziri Tərtərdə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    TARTAR-FHN-2Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tap- şırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Tərtər şəhərində bölgə vətəndaşlarını qəbul edib. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Xəbərlər “Yeni Tərtər”in 10 illik yubileyi üçün şərhlər bağlıdır

    DSC_737020 avqust 2015-ci ildə 7 illik fasilə-dən sonra rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxması təkcə redaksiya kollektivi üçün deyil, rayon sakinlərindən ötrü çox sevincli bir hadisəyə çevrildi. Bu münasibətlə yaxından-uzaqdan hamı bizi təbrik etdi, işimizdə uğurlar arzuladı. Həmin tarixdən 10 il ötüb. Bu günlərdə redaksiyamızda keçirilən yubiley tədbirində ötən illərə bir daha nəzər salındı, uğurlarımızdan və qarşıda duran vəzifələrdən danışıldı. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər İŞLƏR BAŞA ÇATMAQ ÜZRƏDİR üçün şərhlər bağlıdır

    DSC_7207“Tərtər– Bərdə” magistral yo-lunun sağ tərəfində kənd təsərrüfatı idarəsinin laboratoriya binasında işlər başa çatmaq üzrədir. Bina ikimərtəbəli olmaqla, sanitar qovşaqları ilə birlikdə 36 otaqdan ibarətdir. Üst örtüyü müasir mansard üsulu ilə vurulub.
    İş icraçısı Əflatun Əmrahov bildirdi ki, hazırda tikintidə 50 nəfər usta və fəhlə işləyir.

    “Yeni tərtər”

    Teqlər: