Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Xəbərlər Polis işçilərinin peşə bayramı üçün şərhlər bağlıdır

    DSC_6354 Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi  Meydandakı  abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
    Tədbir Gənclər Mərkəzində davam etdirildi.
    Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir  iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, Azərbaycan Polisinin  keçdiyi tarixi yola nəzər saldı. Polisə Ulu Öndər Heydər Əliyevin  hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu siyasətin respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Xəbərlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçənin açılışı olub üçün şərhlər bağlıdır

    Изображение 084 Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilib.
    Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açaraq bildirib ki, Vəzir Orucov 1956-cı ildə rayonun Xoruzlu kəndində anadan olub. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər Rayonumuzun həyatından üçün şərhlər bağlıdır

    Qazlaşdırma işləri sürətlənib

    III Dövlət Proqramı çərçivəsində rayonumuzdakı yaşayış məntəqələrinin qazlaşdırılması işi sürətlənib. Belə ki, rayonun Evoğlu, İsmayılbəyli kəndlərində qaz çəkilişi başa çatdırılıb. Mamırlı, Poladlı, Alışarlı, Hacıqərvənd kəndlərində son tamamlama işləri aparılır. Yaxın zamanda bu kəndlərin sakinləri də təbii qaz yanacağından istifadə edəcəklər.
    Seydimli, Balakəngərli, Cəmilli, Kəngərli kəndlərində paylayıcı qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir.
    Kəndlərin infrastrukturunun yaxşılaşdırılması sosial-iqtisadi inkişafı sürətləndirir.

    Teqlər:

  • 02İyl
    Xəbərlər 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür üçün şərhlər bağlıdır

    Hərbi hissədə tədbir

    DSC_5768Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun və rayon ictimaiyyətinin nümayəndələri 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılması Günü münasibəti ilə “N” saylı hərbi hissədə olublar. Tədbiri hərbi hissə komandirinin vəzifəsini icra edən zabit açaraq əsgərləri Milli Ordumuzun yaranması günü münasibəti ilə təbrik edib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər Professor Rasim Axundov doğma məktəbində olub üçün şərhlər bağlıdır

    Q_1Bu görüş Azadqaraqoyunlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi üçün daha əlamətdar, yaddaqalan olub. Ona görə ki, həmişə olduğu kimi bu il də vaxtilə bu kənd məktəbində təhsil alan, texnika elmləri doktoru, professor Rasim Axundov onların görüşünə gəlib. Bu görüş həm müəllimlər, həm də şagirdlər və valideynlər tərəfindən böyük sevinclə qarşılanıb.
    Professor şagirdlərə daim elmli olmağı tövsiyə edib və müstəqil həyatda onlara uğur-lar diləyib. Orta məktəb illərində yiyələndikləri bilikləri ali məktəb auditoriyalarında daha da artırmağı arzulayıb. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər 26 iyun-Narkomaniya ilə mübarizə günü üçün şərhlər bağlıdır

    Silsilə tədbirlər

    IMG_8787Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun səhiyyə, mədəniyyət, gənclər və idman idarələri tərəfindən yerlərdə “Narkomaniyaya yox deyək” mövzusunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 02İyl
    Xəbərlər Növbəti səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    DSC_5564   Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
    Belə görüşlərdən biri də rayonun Söylən kəndində keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Xəbərlər Bayram konserti üçün şərhlər bağlıdır

    Изображение 079Tədbir Zəminə Kazımovanın söylədiyi “Xalq Heydər söyləyəcək” şeiri ilə başladı. Sonra Müşviq Qurbanovun, Vəliyəddin Qasımovun, Lalə Əliyevanın, Ülkər Abdullayevanın, İkram Əsgərlinin, İntiqam Qasımovun, Novruz Qorxmazoğlunun, Aytac Süleymanzadənin, Maarif Əsgərovun ifalarında muğam, təsnif və xalq mahnıları və Aşıq Ruhinin sazda çaldığı aşıq havaları ilə davam etdi. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Xəbərlər Gənclər Milli Qurtuluş Gününü qeyd etdilər üçün şərhlər bağlıdır

    Изображение 141Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş rayon gənclərinin yığıncağını keçirib
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstü önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
    Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açıb və Qurtuluş Gününün mahiyyətindən danışıb. Daha ətraflı »

    Teqlər:

  • 20İyn
    Xəbərlər Milli Qurtuluş Günü üçün şərhlər bağlıdır

    Xalqın nicat yolu

    Изображение 010Milli Qurtuluş Gününə həsr olunmuş tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyulması ilə başladı və Ümummilli Liderin adını daşıyan Mərkəzdə “Dəyirmi masa” ətrafında davam etdirildi.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açaraq məruzə etdi. Bildirdi ki, Azərbaycanın qurtuluşunda, anarxiyadan, parçalanmalardan, xaosdan xilas olmasında Ulu Öndərin mi-silsiz əməyi və xidməti olmuşdur. Daha ətraflı »

    Teqlər: