Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20May
    Xəbərlər “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə iştirakçılar ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoydular, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Dünyanın tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olan, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Daha ətraflı »

  • 20May
    Xəbərlər SİLİNMƏZ İZLƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatının iclas zalında rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyümələri üçün daim qayğı göstərməsindən danışdı və bu gün ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətini davamlı olaraq həyata keçirdiyini qeyd etdi.
    Məruzədə göstərildi ki, ulu öndərin istər birinci, istərsə də ikinci dönəmlərdə ölkəmizə rəhbərliyi dövründə həmişə gənclərin problemləri və onların həlli onun işinin əsas qayələrindən biri olub. Bildirildi ki, Heydər Əliyev müstəqillik dövründə də Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasını daim söyləyirdi. Bu gün gənclərimiz ümummilli lider, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, qüdrətlənməsi, müstəqilliyimizin əbədiliyinin təmin olunması üçün ölkə baş­­­çımız İlham Əliyevin işləyib hazırladığı daxili və xarici siyasətin müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini lazımi səviyyədə verməyə çalışırlar. Daha ətraflı »

  • 20May
    Xəbərlər KONSERT PROQRAMI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert oldu. Ulu öndərin adını daşıyan parkda təşkil olunan konserti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və minlərlə rayon sakini izlədi.
    Respublikanın xalq artisti Şahnaz Haşımovanın və oğlu, əməkdar artist Tural Abdullayevin, Tərtər Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin iştirakı ilə keçirilən konsert rayon sakinlərində xoş təəssürat yaratdı.
    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatdı.

    “Yeni Tərtər”

  • 20May
    Xəbərlər 9 MAY QƏLƏBƏ GÜNÜ üçün şərhlər bağlıdır

    Alman faşizmi üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidəyə gül-çiçək dəstələri qoyaraq, Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar–o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu öndərin təbirincə desək: “Veteranlar bizim canlı arxivimizdir”.
    Bu gün Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı var. Onların problemlərinin həlli, həyat səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
    Bu gün bu siyasi kurs ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Hər il olduğu kimi, bu il də Prezidentin sərəncamı ilə müharibə iştirakçılarının və onların dul qalmış arvadlarına birdəfəlik maddi yardım göstərilmişdir.

    Prezidentin bu sərəncamından Tərtər rayonunda 84 nəfər yararlanmışdır. Onlardan iki nəfəri Böyük Vətən müharibəsi iştirakçısı, on beş nəfəri həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxs, 67 nəfəri isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarıdır. Daha ətraflı »

  • 20May
    Xəbərlər İNTELLEKTUAL YARIŞ üçün şərhlər bağlıdır


    Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər 6 saylı tam orta məktəbdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgərlərinin iştirakı ilə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən intellektual yarış keçirildi. 3 mərhələdə keçirilən intellektual yarışda, ümumilikdə 8 komanda iştirak etdi.
    Yarışda rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi, yarış iştirakçılarına uğurlar arzuladı.
    Yarışın nəticəsinə əsasən l yeri rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin “Azimut” komandası, ll yeri “N” saylı hərbi hissənin “Mübarizlər” komandası, lll yeri isə Şəhər 5 saylı tam orta məktəbin “Qaliblər” komandası tutdular. Rayon Gənclər və İdman İdarəsi tərəfindən l yerin qalibi kubok və diplomla, ll və lll yerin qalibi olan komandalar isə diplomlarla mükafatlandırıldılar.

  • 19Apr
    Xəbərlər GƏNC KURSANTLARIN TƏRTƏRƏ EKSKURSİYASI üçün şərhlər bağlıdır

    Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə keçirilən vətənpərvərlik həftəsi çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib.
    Əvvəlcə kursantlar Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Kursantlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.
    Sonra kursantlar tarix-diyarşünaslıq muzeyində olublar. Muzeydə saxlanılan aprel şəhidlərinin hərbi formaları və əşyaları kursantlarda böyük maraq doğurub. Daha ətraflı »

  • 19Apr
    Xəbərlər 10 MİLYONUNCU AZƏRBAYCANLININ ŞƏRƏFİNƏ ŞƏNLİK TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Respublikamızın həyatında çöx mühüm və əlamətdar hadisə baş verib, 10 milyonuncu azərbaycanlı doğulubdur. Bu münasibətlə Tərtər rayonunda əvvəlcə ağacəkmə aksiyası keçirilib, axşam saatlarında isə konsert olub.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gələn 10 milyonuncu azərbaycanlının valideynləri bizim Ağdərənin sakinləri, hazırda Ağdam rayonunda Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlərdir. Doğulan körpə qız uşağıdır.
    Sonra 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsi münasibətilə konsert olub.
    Konsert proqramı atəşfəşanlıqla başa çatıb.

  • 19Apr
    Xəbərlər HESABAT-SEÇKİ YIĞINCAĞI üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
    Yığıncaqda ilk təşkilatın yanvar 2017-ci ildən aprel 2019-cu il tarixədək olan dövr ərzindəki fəaliyyəti barədə təşkilatın sədri Kənan Hüseynzadənin hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, Yemən Bəhmənli, Nübar Mehdizadə və Aysel Hüseynova çıxış edərək ilk təşkilatın dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər, mövcud olan nöqsanlardan danışıblar. Redaksiya ilk həmkarlar ittifaqı təşkilatının üç nəfərdən ibarət tərkib üzvləri seçilib.
    Kənan Hüseynzadə yenidən təşkilatın sədri, Bəxtilə Əliyeva isə sədr müavini seçiliblər. Daha ətraflı »

  • 10Apr
    Xəbərlər SOYQIRIM QURBANLARI YAD EDİLDİ üçün şərhlər bağlıdır

    31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər rayonunda anım tədbiri keçirilib.
    Şəhidlər abidə kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata Daha ətraflı »

  • 10Apr
    Xəbərlər Şəhidlər unudulmur üçün şərhlər bağlıdır

    AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərin ruhuna dua oxundu.
    Sonra tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş yolu barədə ətraflı məlumat verdi.
    Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində “Şəhidlər Xiyabanın”da dəfn edilmişdir.
    1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Daha ətraflı »