Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Dek
    Xəbərlər İLHAM ƏLİYEV TƏRTƏR ŞƏHƏRİNDƏ İNŞA EDİLMİŞ 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASININ AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır

    0205Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.
    Hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin
    gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Daha ətraflı »

    Teqlər:

  • 06Dek
    Xəbərlər İLHAM ƏLİYEV TƏRTƏR RAYONUNUN SARICALI KƏNDİNDƏ TƏRTƏR ÇAYI ÜZƏRİNDƏ İNŞA EDİLMİŞ YENİ KÖRPÜNÜN AÇILIŞINDA İŞTİRAK ETDİ üçün şərhlər bağlıdır

    45ab2f1511c9d3ec739d2d1e186e82cdPrezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak etdilər.

    08“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi. Bildirildi ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib. Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb. Daha ətraflı »

    Teqlər:

  • 06Dek
    Xəbərlər İLHAM ƏLİYEV APREL DÖYÜŞLƏRİNDƏ ERMƏNİLƏRİN ATƏŞLƏRİ NƏTİCƏSİNDƏ TƏRTƏRDƏ ZİYAN DƏYMİŞ EVLƏRDƏ APARILAN TƏMİR-BƏRPA İŞLƏRİ İLƏ TANIŞ OLDU üçün şərhlər bağlıdır

    (Əvvəli 3-cü səhifədə)
    1480784783178862740_1000x66914807847831076859262_1000x669Bu il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində
    mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəyib.
    Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və Sərəncam imzalamışdır. Rayon icra hakimiyyətləri və müvafiq dövlət qurumları həmin Sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirləri görüblər.
    Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva apreldə ziyan dəymiş evlərdə aparılan tikinti, bərpa və təmir işləri ilə tanış oldular. Daha ətraflı »

    Teqlər:

  • 06Dek
    Xəbərlər İLHAM ƏLİYEV TƏRTƏRDƏ YERLƏŞƏN “N” SAYLI HƏRBİ HİSSƏDƏ OLDU üçün şərhlər bağlıdır

    1480786717264286842_1000x66914807867171263254858_1000x669Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tərtərdə yeni inşa olunmuş “N” saylı hərbi hissədə oldu.
    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
    Məlumat verildi ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb
    məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.
    Qərargah binasında Ulu Öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Xəbərlər “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır

    dsc_0001“Dəyirmi masa” Tərtər rayonunda “Əmək bazarının sosial-iqtisadi inkişaf tempinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusuna həsr olunmuşdu.
    Tədbirə Tərtər rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələridsc_0007
    dəvət olunmuşdular.
    “Dəyirmi masa”nı giriş sözü ilə Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açdı. Mövzu haqqında ətraflı məlumat verərək bildirdi ki, əhalinin məşğulluğunun təmin olunmasında işəgötürənlərin fəaliyyəti çox səmərəli olduğundan bu tədbir 13-cü dəfədir ki, rayonumuzda təşkil olunur. Keçirilmiş dəyirmi masalar nəticələri işəgötürənlərlə məşğulluq xidməti arasında əlaqələrin daha da yaxşılaşdırılmasına öz töhfəsini verir. Belə ki, sosial tərəfdaşların məşğulluq mərkəzi ilə daha sıx əlaqə saxlamaları buna əsaslı sübutdur. Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Xəbərlər MƏKTƏBLİLƏR “ÖLKƏMİZİ TANIYAQ!” TUR-AKSİYADA İŞTİRAK ETDİLƏR üçün şərhlər bağlıdır

    olkmizjpgAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq!” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-055 Tərtər rayonunun məktəbliləri də qoşulublar.
    Rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
    Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
    Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.

    Teqlər:

  • 18Noy
    Xəbərlər Heydər Əliyev Mərkəzində üçün şərhlər bağlıdır

    BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ QEYD OLUNUB

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-004YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul olunmuş qərarına əsasən quruma üzv ölkələr hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edir.
    Bu münasibətlə rayonumuzdakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycan xalqının digər millətlərin, dinlərin və konfessiyaların nümayəndələri ilə ortaq dil tapması bacarığı ölkəmizdə millətlərarası sülh və rifah şəraiti yaratmağa imkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”.
    Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Təsadüfü deyil ki, hazırda ölkəmiz multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Xəbərlər NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    dsc_9632-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-270ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
    Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
    Monitorinq insidentsiz başa çatıb.

    Teqlər:

  • 18Noy
    Xəbərlər KONSTİTUSİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    9cff36b9e6f99e504c15393cd2f2ef6fimg_19361Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas et-diyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Xəbərlər “GƏLİN NARKOMANİYAYA YOX DEYƏK!” üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-023Bu günlərdə rayon polis şöbəsinin bir qrup əməkdaşı Gənclər Mərkəzində “Narkomaniyaya yox deyək!” və “Qızlar arasında erkən nikahların bağlanması və onun ciddi zərəri” mövzularında tədbir keçirmişlər.
    Toplantıda şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdləri, məktəb direktorlarının müavinləri, müəllimlər, təhsil şöbəsinin nümayəndələri iştirak edirdilər.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-024
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov müzakirəyə çıxarılan hər iki mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Azərbaycan Respublikasında narkomaniya və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli qanunla qoyulmuşdur. Daha ətraflı »

    Teqlər: