Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan
    Digər TƏBRİK üçün şərhlər bağlıdır

    “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata-baba ocağıdır”
                                                                                                                                                                                Ümummilli Lider
                                                                                                                                                                               Heydər ƏLİYEV
    Hörmətli Tofiq Yusif!
    Sizi – Dünya Azərbaycanlılarının Həmrəylik Gü-nü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram!
    Tarixi şəxsiyyətlər yetişdirmiş müqəddəs türk torpağı “Odlar Yurdu”, “Şərqin Günəşi” sayılan müs-təqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların işıqlandırılmasında Sizə və rəhbərlik etdiyiniz kollektivə səmərəli fəaliyyət diləyirəm!
    Qoy üzünüzə gələn illər həyatınıza yeni nəfəs və təravət bəxş etsin, Sizi daha xoş arzu və istəklərə qovuşdursun!
                                                                                                                                                      Şəhid gizir Aydın Abdullayevin
                                                                                                                                                  atası Əmirsoltan Abdullayev 
                                                                                                                                                   Bakı şəhəri   

  • 17Yan
    Digər 20 YANVAR–ÜMUMXALQ HÜZN GÜNÜ üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
    Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
    Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar. Daha ətraflı »

  • 17Yan
    Digər QAN YADDAŞIMIZ üçün şərhlər bağlıdır

    Ölkəmizin qan yaddaşına yazılan faciələrdən biri də sovet ordusunun dinc əhaliyə qarşı 1990-ci il Yanvar ayının 19-dan 20-ə keçən gecə törətdiyi qanlı faciədir.
    Bu il 20 Yanvar faciəsinin 30 ili tamam olur. Ölkə əhalisi tərəfindən hər il bu faciənin qurbanları dərin hüzünlə yad edilir.
    Rayonumuzun ümumtəhsil məktəblərində də 20 Yanvar faciəsi ilə əlaqədar xüsusi dərslər və tədbirlər keçirilir. Daha ətraflı »

  • 17Yan
    Digər 20 YANVAR FACİƏSİNDƏN 30 İL ÖTÜR üçün şərhlər bağlıdır

    30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhi-fələrindəndir. Qaniçən ermənilərdən, peşəkar döyüş-çülərdən təşkil olunmuş “xilaskar qızıl ordu”nun hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan “paqonlular” qanlı qırğınlar törətdilər. 20 Yanvar faciəsi saxta Sovet ideologiyasının iç üzünü açdı, imperiyanın qanlar üzərində qurulduğu bütün dünyaya bəyan etdi. Həmin gün silahsız insanlar tankların qarşısına çıxaraq qanları ilə “biz varıq, olmuşuq, həmişə olacağıq!” –deməklə tarix yazdılar. Müstəqillik uğrunda həlak olan ilk mücahidlər şəhidlik zirvəsinə ucalmaqla xalqın yaddaşına həkk olundular. O dövrdə Azərbaycana rəhbərlik edən kəmsavad, başıpozuq rəhbərlər kimi, bütün dünya ictimaiyyəti də 20 Yanvar faciəsini susmaqla izlədi, öldürülən insanların haqqını tələb edən tapılmadı. Yalnız böyük şəxsiyyət, qəlbi hər zaman Azərbaycanla döyünən ulu öndər Heydər Əliyev xalqına təsəlli verdi. O günləri xatırlayan Prezident İlham Əliyev deyir: “Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək,–mən də onun yanında idim,–öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.” Daha ətraflı »

  • 17Yan
    Digər ŞƏHİDLƏR XATİRƏLƏRDƏ ƏBƏDİ YAŞAYIRLAR üçün şərhlər bağlıdır

    Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin avtomobilində şəhid ailəsi ilə görüşə gedirik. Bir zaman daşlı-kəsəkli yollardan əsər-əlamət yoxdur. Asfalt döşənmiş, hər iki tərəfi səliqə-sahmanlı kənd yolu ilə maşınlar şütüyür. Heç bir məlumatım ol-mayan şəhidi və onun ailəsini dü-şünürəm. Xəyalımda suallar bir-birini əvəzləyir. Nəhayət, maşın yaraşıqlı bir evin həyət darvazası yanında dayandı. Ətrafda sakitçilik hökm sürürdü. Nümayəndə ilə birlikdə evə daxil oluruq. Bizi görcək qarşımıza gəlib görüşürlər. Şəhidin anası Atlas xala, nənəsi Maya xala, qardaşı Maxsud, evin gəlini və nəvə. Dedilər ki, bacısı gəlsin sizə məlumat versin. Az keçməmiş digər qardaşlar Murad, Ülfət və bacısı Zülfiyyə gəlir. Söhbət zamanı məlum oldu ki, Seymurun haqqında dasnışmasını məsləhət bildikləri bacısı –Zülfiyyə Xoruzlu kənd tam orta məktəbində müəllim işləyir. O şagirdlərinə tez-tez kəndin şəhid oğ-lanları haqqında danışır, onların qəhrəmanlıqlarından söz açır. Elə qardaşı Seymurdan da. Bu gün də bizə danışdı. Daha ətraflı »

  • 17Yan
    Digər DOSTLUQ SARSILMAZ MÜNASİBƏTDİR üçün şərhlər bağlıdır

    Yaşından asılı olmayaraq hər kəsin əhatəsində məktəbdə, işdə və doğmaların arasında ona daha yaxın sirdaş və dost adamlar olur. Dostları bir-birinə bağlayan ən saf hiss hətta ailə üzvləri ilə paylaşa bilmədiklərini bir-biri ilə bölüşməkdir. Əsl dost bütün məqamlarda dəstəyini bizdən əsirgəməyən adamdır. Atalar məsəlidir: “Qardaşın necə adamdır?”
    Cavab verirlər: “Bilmirəm, yoldaş olmamışam”. Bəziləri də deyir ki, dost insanın ailəsidir. Bunu deyənlər yanlış fikirləşirlər. Dostluqda möhkəm olmaq lazımdır ki, bunu qarşı tərəfdən də görə biləsən. İnsani duyğu olan dostluqda vəfa, etibar, hörmət, səmimiyyət və məhəbbət hökm sürməlidir. Yaxşı dost öz yoldaşını da doğru yola dəvət edər, onun mənəviyyatının zənginləşməsi üçün əlindən gələn köməkliyi göstərər. Ağıllı adamlarla dostluq edənlər həyatda müvəffəqiyyətlər qazanırlar. Bu haqda hikmətli atalar sözləri vardır: “Ağıllı düşmən nadan dostdan yaxşıdır”; “Doğru dostluq qərəzsiz olar”; “Yoldaşını nişan ver, özünü tanıt”; “Ağac kökləri ilə insan dostları ilə var olar”; “Dost dosta tən gərək, tən olmasa gen gərək”; “Hər şeyin təzəsi, dostun köhnəsi”; “Dost dosta yaman gündə gərəkdir”; “Dost ziyankar olmaz, ziyankar da dost olmaz” “Dost yolunda boran olar, qar olar” və s. Ən şirin xatirələr dostlarla bağlı olan xatirələrdir. Dost seçəndə həmin insanı yaxşı tanımalıyıq. Dostluqda maddi tərəfdən deyil, gərək mənəvi cəhətdən bərabərlik olsun. Sözsüz ki, bu münasibətdə olan insanların xasiyyətində oxşarlıq vardır. Daha ətraflı »

  • 10Yan
    Digər 2020-ci İL “AĞ SİÇAN İLİ”dir üçün şərhlər bağlıdır

    Qoç
    2020-ci il Qoç bürcləri üçün möhkəmliyin yoxlanması və sınaq müddəti olacaq. Sıçrayış ili olacağını unutmayın, odur ki, Qoçların hədəflərinə nail olması asan olmayacaq. O, daha yumşaq və çevik olmalı, hədəflərinə qol gücü ilə deyil, diplomatiya ilə nail olmaq məcburiyyətində qalacaq. Sizi dinc dövr gözləmir, amma məqsədlərinizdən imtina etməsəniz və ya səbriniz tükənməsə, bu dövr müsbət notlarla və əlamətdar hadisələrlə başa çatacaq.
    Buğa
    Ulduzların bütün he-sablamala-rına görə, bu, sizin ilinizdir! Buğa bürcləri öz fayda və mənfəətlərini bilən və onu heç vaxt əldən verməyən məqsədyönlü bir insanlardır. Məhz elə bir dövr gəlir ki, şans əlinizin altında olacaq. Yalnız səy göstərməli və öz həyatınızı kökündən dəyişdirməlisiniz. Venera planeti dəyişikləri sevmir. Ancaq cəsarət və əzmkarlıq nümayiş etdirsəniz, yaxın 20 ildə inkişaf və uğur sizə himayədarlıq edəcək.
    Əkizlər
    2020-ci il Əkizlər bürcünün nümayəndələri üçün olduqca nikbin il olacağını vəd edir. Sizə yeni tanışlıqlar və cəlbedici təkliflər gətirəcək. Ailə vəziyyətinizin dəyişəcəyi və ya perspektivli bir iş təklifi almaq ehtimalınız var. Hər halda müvəffəqiyyətə vaxtından əvvəl sevinmək üçün hələ tezdir. Müəyyən bir statusa çatmaq üçün qabiliyyətinizin təsdiqlənməsini tələb edən çətin bir dövrdən ke-çəcəksiniz. Müvəffəqiyyətiniz Kainatın hədiyyəsini nə qədər düzgün istifadə edə biləcəyinizdən asılı olacaq. Daha ətraflı »

  • 10Yan
    Digər 2020-ci İL HƏR BİRİMİZƏ NƏ VƏD EDİR? üçün şərhlər bağlıdır

    Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq. Bu heyvan sürətli, cəsarətli, səliqəli və son dərəcə diqqətlidir. Bu keyfiyyətləri Siçan Öküz, Dovşan və Əjdaha ilində anadan olan dostlarına hədiyyə edəcək. Siçan ili onlar üçün xoşbəxtliklərlə yadda qalacaq. Bu dövr Ağ Siçan ilə səmimi münasibətdə olan İt, Donuz və Meymun ilindən olanlar üçün olduqca yaxşı keçəcək. Ancaq At və Xoruz ilindən olanlar ev sahibinin onlar üçün yaratdığı hər cür problemdən ciddi şəkildə qorxmalıdır.
    Siçan
    Gələn il Siçan ilində dünyaya gələnlərə kifayət qədər mə-suliyyətli olmağı tövsiyə edir. Bu, onların ilidir, odur ki, mümkün dəyişikliklərə, hətta həyatın zərbələrinə də hazır olmaq lazımdır. Bu mərhələnin necə yekunlaşması və uğur Siçan ilində dünyaya gələnlərin dözüm və mətanətindən asılı olacaq. Onların yaşadıqları yeri dəyişəcəkləri göz-lənilir, eyni zamanda yeni işə başlayacaq və bütün iradəni toplamağa məcbur edəcək çağırış alacaqlar. Alternativ olaraq, özlərində dünyagörüşlərini dəyişdirməyə məcbur edəcək yeni istedad kəşf edə bilərlər.
    Öküz
    Öküz ili üçün qızıl dövr baş-layacaq, yəni bu in-sanların ta-mamilə hər şeyi asanlıqa əldə edəcəyi zaman hesab olunur. Öküz-lərin özləri üçün ortaya qoyduğu hər hansı bir məqsəd gözlənilmədən gerçəkləşməyə başlayacaq və praktik olaraq heç bir səy göstərmədən həyata keçə-cək. Bu Zodiak işarəsinin nümayəndələri riskdən qa-çırlar, amma gələn il sər-güzəştlərə getməli və şübhəli əməkdaşlıqlara razılıq verməlisiniz. Şansınız sa-yəsində, şübhəsiz ki, uğur tərəfinizdə olacaq. Daha ətraflı »

  • 10Yan
    Digər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır

    TƏNHA YAŞAYAN ATA

    Qəzetimizdə öz poetik yazıları ilə çıxış edən imzalar sırasında bir ağsaqqal, ömrünün ahıl yaşlarını yaşayan Sabir Paprəvəndli imzası da var. İlk baxışdan övliyaları xatırladan bu insanın dilindən alqış, xoş sözlər axıb süzülür. Görkəmin-də həlimlik, mülayimlik bərqərar olub. Sifətində, sözlərində bu dünyada çox itkilər vermiş bir insanın ağrıacısı duyulur. Bu ahıl insanı yaxından tanımaq üçün onunla görüşüb, söhbət etmək qərarına gəldim. O, özü haqqında çox danışdı, çox dedi… Mən öz taleyindən küsmüş, lakin qədəri ilə razılaşan bir insanı duyğulandır-dığım üçün xeyli peşiman oldum. Özlüyümdə qərara gəl-dim ki, bəzən “qazanın ağzı örtülü qaynaması” daha məqsədə uyğun olur.
    Ocaqverdiyev Sabir (Paprəvəndli) Nəsir oğlu 1936-cı ildə Ağdam rayonunun Paprəvənd kəndində doğulub. Elə həmin kənddə böyüyüb, boya-başa çatıb. Anası Nazan Fərəc qızı o zamanlar “Qırmızı Əmək Bayrağı” ordenli, atası isə Bö-yük Vətən Müharibəsi veteranı olub. Ailədə 3 uşaq olublar–2 qardaş, 1 bacı. Həmin kənddə bu ailəni hamı din xadimi Kərbəlayi Teymurun nəticələri kimi tanıyıb. Sabir Ocaqver-diyev də həmyaşıdları kimi hərbi xidmət çəkib, Ukraynanın Taqanrok, Beleserkovski və Moskva ətrafı Radovski şəhərlərində xidməti borcunu yerinə yetirib. O, təhsilini də unutmayıb. Qayıtdıqdan sonra M.F.Axundov adına Bakı Xarici Dillər İnstitutunun rus dili fakültəsini bitirib. Yaşadığı Ağdam rayonunun kəndlərində –Şotlanlı, Nəmirli, Göytəpə, Eyvazlı, Xındırıstan kənd məktəblərində rus dili müəllimi kimi fəaliyyət göstərib. Son illərdə bəzi məktəblərdə rus dilinin tədrisi dayandırıldığından ixtisas dəyişimi edərək Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirib. Daha ətraflı »

  • 10Yan
    Digər UŞAQ SEVGİSİ ƏN MÜQƏDDƏS SEVGİDİR üçün şərhlər bağlıdır

    70-80 il əvvəl ailələrdə çoxuşaqlılıq bir adətə çevrilmişdi. Ən azı hər ailədə 4-5 uşaq tərbiyə olunurdu. Elə evlər va-rıydı ki, 9-10 uşaq, hətta 11-12 uşaq dünyaya gəlirdi və belə analara “Qəhrəman ana” adı verilirdi. Son illərdə isə bu adət dəyişməyə başladı. Əksər ailələrdəki uşaqların sayı 2-3 dəfə azaldı, təsadüfi ailələrdə ən çox 4 uşaq doğuldu.
    Bunlara baxmayaraq, dünyaya gələn hər körpə ailələrimizə xoşbəxtlik, sevinc gətirir.
    Müsəlman dünyasının Peyğəmbəri Məhəmməd Peyğəm-bər “Uşaq, Cənnət nemətlərindən biridir”, “Uşaq qoxusu, Cənnət qoxularındandır” söy-ləmişdir. Ulularımız isə uşaqsız evi məzarıstana bənzətmişlər. Müasir dövrümüzdə elə ailələr vardır ki, 1 uşaq dünyaya gətirmək üçün illərlə həkim müayinə və müalicələrindən keçməyə məcbur qalırlar. Lakin Allahın xoşbəxtlik bəxş etdiyi ailələrimiz var ki, heç bir müalicəsiz övlad sahibi olurlar.
    Təxminən 4 ay əvvəl internet saytlarında, televiziya kanalla-rında şad bir xəbər yayımlandı: cəbhə bölgəsində, düşmənlə 48 km təmas xəttində yerləşən – Tərtər rayonunun Qarağacı İnzibati Ərazi Dairəsinin Qaradağlı kəndində üçəmlər doğulub, üçü də oğlandır. Düşündüm ki, bu körpələri ziyarətə gedib, onların valideynləri ilə tanış olum. Bu görüşüm bir qədər uzandı… Daha ətraflı »