Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt
    Digər İŞ ÜÇÜN DARIXIRAM üçün şərhlər bağlıdır

    Yaxın günlərdə bir toy məclisində idim. Üz-gözündən nur tökülən bir kişinin oynamağa dəvət edilməsi və hörmətlə başına toplaşanları gördükdə özümu saxlamayıb soruşdum:
    – Kimdir o kişi?
    Yanımda əyləşənlərdən biri dedi: – Oğlanın dayısıdır.
    Sonra dedilər ki, Qaynaq kəndində yaşayır, iş görən zaman öz traktorunun altında qalıb, xeyli əzilmişdi, gözünü də o vaxt itirib.
    O vaxtdan onun haqqında yazmağı qarşıma məqsəd qoymuşdum. İş planındakı “Ahıllar günü” mövzusu sanki mənə yardımçı oldu. Görüşüb, söhbətləşdik.
    Bu mülayim danışıqlı insan Həmid Hüseynovdur. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər SU HƏYATIN ÖZÜDÜR üçün şərhlər bağlıdır

    Hər fəslin öz gözəlliyi var. Payızın gözəlliyi ondadır ki, əksər məhsullar payız fəslində hasilə gəlir, yığılır. İstər tərəvəz məhsulları olsun, istərsə də bağlardakı mer-meyvə, su olmasa, heç bir bolluqdan danışmağa dəyməz. Elə buna görə də əbəs yerə demirlər ki, su həyatdır. Susuz yaşamaq mümkün deyil.
    İnsanların tələbatını həm də kəndlinin becərib, hasilə gətirdiyi meyvə-tərəvəz, göy-göyərti məhsulları təmin edir. Ancaq bu il bazardakı qiymətlərin baha olmasının səbəblərindən biri də ermənilər tərəfindən Sərsəng Su Anbarından Tərtər rayonunu suvarma suyu ilə təmin edən su kanallarının qarşısının əkin-biçin vaxtı qəsdən kəsilməsidir. Buna görə də suvarma suyu bəzi kəndlərimizdə qıt olur və ya çatışmır. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Digər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır

    MÜXTƏLİF XALQLARIN AİLƏ BÜDCƏSİNƏ MÜNASİBƏTİ

    Məlumdur ki, azərbaycanlılar digər xalqlara nisbətən daha səxavətli, qonaqpərvər və əliaçıqdırlar. Ancaq bütün bunlar o zaman yaxşıdır ki, israfçılığa çevrilməsin. Bunun üçün hər bir ailədə düzgün planlaşdırma aparılmalıdır. Qənaət etmək xəsislikdən deyil, ağıldan irəli gələn bir xüsusiyyətdir. Bəzi insanlar bəhsəbəhsə girərək bahalı ad günləri, toylar keçirir, bunun üçün hətta borca girir və kredit götürürlər və bu məclislərdə həddən artıq israfçılığa yol verilir. Sonradan borcu qaytara bilmədikdə ciddi problemlər yaranır.
    Bu yaxınlarda Ukraynada olarkən onların mətbəxinin həm sadəliyinə, həm də insan orqanizmi üçün faydalılığına heyran qaldım. Bizdə isə tamamilə əksinədir.
    Fransızlar qonaqlığa öz şərab şüşələri ilə birgə gedirlər. Bu hədiyyə ev sahiblərinin çox xoşuna gəlir. Fransızların digər sevimli hədiyyəsi isə gül və çiçəklərdir. Daha ətraflı »

    Teqlər:

  • 10Okt

    Digər üçün şərhlər bağlıdır

    Son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir. Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 10Okt
    Digər “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” üçün şərhlər bağlıdır

    YÜKSƏLİŞ MƏRHƏLƏSİ

    Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində ta-rixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır.
    Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı.
    Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Digər DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QARŞISINDA üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN GÜCLÜ, MÜASİR DÖVLƏTƏ ÇEVRİLİB

    1991-ci ildə Sovet İttifaqı bir dövlət kimi dünya xəritəsindən silindi. Həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi və Azərbaycan Respublikası suveren dövlət kimi dünya birliyinə üzv oldu. Lakin Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
    Heydər Əliyev özü ilə bərabər ölkəmizə siyasi müdriklik gətirdi. Məhz bundan sonra vaxtilə Sovet İttifaqının ucqar bir respublikası sayılan Azərbaycanın sürətli inkişafı başladı. Daha ətraflı »

  • 10Okt
    Digər UCALIĞIN ZİRVƏSİNDƏ üçün şərhlər bağlıdır

    Yaxın günlərdə Siz də səksən yaşın əlini sıxacaqsınız, əzizim Rasim müəllim!
    Elə, belə götürəndə səksən yaş heç də az yaş deyil. Amma məsələyə məşhur yazıçı Viktor Hüqonun dedikləri baxımından yanaşsaq, bu yaş uzunömürlülər ölkəsi olan Azərbaycan üçün çox da böyük yaş deyil. Əgər Viktor Hüqo altmış yaşı qocalığın gəncliyi sayırsa, onda biz nə üçün səksən yaşı qocalıq hesab etməliyik?
    Özünüzü qoca bilməyə Sizin haqqınız yoxdur, Rasim müəllim! Bu səksən yaş böyük yaradanın Sizə bəxş etdiyi şərəfli ömür payıdı. Təsəllinizi hər şeydən əvvəl, onda tapa bilərsiniz ki, Siz yaşınızın üstünə yaş gəldikcə müdrikləşirsiniz. Hamıda belə olmur, axı! Yaşı artdıqca ağlı azalanlar az deyil. Bu fikri hamı təsdiq eləyə bilər.
    Mənim də az yaşım yoxdur, Rasim müəllim. Sizdən iki yaş böyüyəm. Yaşadığım bu uzun illər ərzində dünyaya insan adı ilə gəlib, insanlıqdan kənar olanları, “dünya beş gündür, beşi də qara” – deyib, ömrünü eyş-işrətlə keçirənləri, təkcə özü üçün yaşayıb nəfsinə və qarnına qul olanları az görməmişəm. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Digər 20 Oktyabr Energetiklər Günüdür üçün şərhlər bağlıdır

    “İŞIQ VÜQAR”

    1981-cı il oktyabrın 20-si ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bulokunun istifadəyə verildiyi gündür. Həmin gün Azərbaycan energetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. 2004-cü ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar – o cümlədən elektrik energetikası Azərbaycanın qüdrətlənməsindən xəbər verir. Energetiklərimiz çətin və şərəfli peşələrinin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Bayram günü münasibəti ilə əlaqədar onlardan biri– Vüqar Aslanovdan yazmaq məsləhət görüldü.
    Vüqarla görüşüb söhbət etdik. Peşəsinin çətin və məsuliyyətli olduğunu söylədi. Bildirdi ki, peşəsinin incəliklərini atasından öyrənib. Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Digər LƏTİFƏLƏR üçün şərhlər bağlıdır

    –Alo, Martindir?
    –Xeyir,-deyə xəttin o biri başında bir uşaq cavab verir.–Atam evdə yoxdur.
    –Bəs anan?
    –Anam da yoxdur. Kinoya getdilər. Qardaşımla mən evdə təkik.
    –Dəstəyi qardaşına verə bilərsənmi?
    –Bəli.
    Uzun bir səssizlik … Sonra:
    –Verə bilməyəcəyəm, çox çalışdım, ancaq onu beşiyindən götürə bilmədim…
    * * *
    Anası balaca qızına deyir:
    –Əgər ağıllı olsan cənnətə gedərsən, yox, əgər sözümə baxmayıb nadinclik eləsən cəhənnəmə gedəcəksən!..
    Qız: Daha ətraflı »

    Teqlər:

  • 10Okt
    Digər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır

    72 yaşlı bir yapon 24 saniyədə 206 söz deyərək qadınlar arasında rekord qazanmışdır.
    * * *
    Yaponiyada Kaqosima Yutaka Takaoka 2 saat 26 dəqiqə 31 saniyə fasiləsiz papiros çəkmiş və çempion olmuşdur. Onu şəhər papiros çəkənlər cəmiyyətinin sədri seçmişlər.
    * * *
    1964-cü ildə 48 yaşlı bir idmançı Los-Ancelesdən Nyu-Yorka qaçış edərək 5120 km məsafə qət et-mişdir. O, bu məsafəni 73 gün 8 saat 20 dəqiqəyə qət etmişdir. Yəni gündə 68,8 km yol qaçmışdır.
    Bu müddətdə o, 15 kq arıqlamışdır.
    * * *
    Təhlükəli yarışlardan biri köpək balığı ilə vuruşmaqdır. 1986-cı ildə Lond-Aylend sahillərində (ABŞ) amerikalı D.Bradik köpək balığı ilə iki saatlıq vuruşmada qalib çıxmış və dünya rekordu qazanmışdır. Onun gərgin vuruşda öldürdüyü köpək balığının uzunluğu 5,2 metr, çəkisi 1565 kiloq-ram olmuşdur. Daha ətraflı »

    Teqlər: