Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq
    Digər XARİCDƏ YAŞAYAN HƏMYERLİLƏRİMİZ üçün şərhlər bağlıdır

    ÜRƏKLƏRİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR

    Həyatda sevdiklərimiz çoxdur. Analar, atalar, qardaş-bacılar, övladlar, qohum-əqraba, qonum-qonşu, dost-yoldaş, yaşadığımız doğma ocağımız, kəndimiz, şəhərimiz, dağımız-bağımız, gül-çiçəyimiz və ila-xır. Sevgimizin ən ulusu Allahımıza və vətənimizə aiddir. Allahımız itaət və and ye-rimizdir, vətənimiz isə qürur yerimiz, toxunulmaz-bölünməz məkanımızdır. Harada yaşamağımızdan asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsi ilə qürurlanır. Vətənimiz evimizdən, küçəmizdən, kəndimizdən, şəhərimizdən başlayaraq bütöv ölkəmizlə tamamlanır, doğma Azərbaycan deyilən bir məmləkətə çevrilir. Bu məmləkətin övladları təkcə ölkəmizdə yaşamırlar. Minlərlə soydaşımız xarici ölkələrdə yaşayırlar, ölkəmizin təmsilçisinə çevrilirlər. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər UŞAQLARDA ASILILIQ NECƏ YARANIR? üçün şərhlər bağlıdır

    Bu yaxınlarda bir evə qonaq getmişdim. Ailədə kiçik yaşlı uşaqlar vardı. Gənc ana nə qədər çalışırdısa, onları sakitləşdirə bilmirdi. Balacalar bir-biriləri ilə aqressiv davranır, tez-tez ağlayırdılar. Bunu görən nənə uşaqları qonşu otağa apardı və bununla da bütün səs-küy kəsildi. Sanki heç bu evdə uşaq yox imiş. Təəccübləndiyimi görən nənə dedi:
    –Uşaqlara cizgi filmi qoymuşam, baxırlar. Evdə sakitçiliyi ancaq bu yolla yarada bilirik.
    Söhbətimiz bir saatdan artıq davam etdi. Bu müddətdə uşaqlar televizorun qarşısından durmadılar.
    Psixoloqlar deyirlər ki, 2-6 yaş arasındakı uşaqlar erkən yaş qrupuna aiddirlər. Bu dövrlərdə əsasən əzələlərin inkişafı başlayır. Ona görə də oyaq olan vaxtlarını onlar oynamaqla keçirməlidirlər ki, həmin oyunlar böyümələrinə və inkişaf etmələrinə səbəb olsun. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    Qərib

    ÖMÜRLƏRİN FƏRQİ

    Elə bil dünənmiş əlli il qabaq,
    Ayaqyalın, başıaçıq qaçardıq.
    Nə dünya bilirdi onda biz varıq,
    Nə də biz dünyadan söhbət açardıq.

    Ürək istəyəni söz deyə bilmir,
    İsti də, soyuq da keçir ömürdən.
    Zaman yaddaşında saxlamaq üçün
    Ən gözəl illəri seçir ömürdən.

    Nağıl kimi şirin olur hər anı
    Andıqca arxada qalan illəri.
    Bəzən təəssüflə yad eliyirəm
    Saçıma ağ ləpir salan illəri. Daha ətraflı »

    Teqlər:

  • 30Avq
    Digər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır

    Azərbaycanda ilk dəmir yolunun çəklişinə 1878-ci ildə başlanılmış və 20 yanvar 1880-ci ildə başa çatdırılmış, uzunluğu 20 kilometr olan Bakı– Sabuncu–Suraxanı dəmir yolu xətti olmuşdur.
    Bu dəmir yolunun çəkilişində əsas məqsəd Bakı limanından neft məhsullarının və eləcə də neft sənayesində çalışan işçilərin daşınması olmuşdur.
    * * *
    Azərbaycan Respublikası quruda 5 dövlətlə: Şimaldan Rusiya (289 km.), Şimal–Qərbdən Gürcüstan (340 km.), Cənub-Qərbdən Türkiyə (13 km.), Cənubdan isə İranla (618 km.) həmsərhəddir. Şərqdən 825 km məsafədə Xəzər dənizi ilə əhatə olunan Azərbaycan Respublikası 4 dövlətlə: Rusiya, Qazaxstan, İran və Türkmənistanla su sərhəddinə malikdir. Daha ətraflı »

    Teqlər:

  • 20Avq

    Digər üçün şərhlər bağlıdır

    İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
    Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 20Avq
    Digər AZƏRBAYCAN PROKURORLUQ ORQANLARININ YARANMASININ 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    MÜSTƏQİL AZƏRBAYCANDA QANUNÇULUĞUN TƏMİN EDİLMƏSİNDƏ AZƏRBAYCAN PROKURORLUĞUNUN ROLU DANILMAZDIR

    “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Heydər Əliyev.

    Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulmuşdur.
    Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri olduğunu bütün dünyaya sübut edən Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu qeyd etmişdir. Azərbaycan Prokurorluğunun tarixi də məhz Cümhuriyyət dövründə prokurorluğun yaranmasından götürülmüşdür.
    Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması və fəaliyyətə başlaması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınmışdır. 1 oktyabr 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100-cü ili tamam olur. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Digər “Yeni Tərtər”in 13 yaşı tamam olur üçün şərhlər bağlıdır

    ACILI-ŞİRİNLİ GÜNLƏR…

    Qəzetimizin əməkdaşı Elfuzə Vəliyeva baş redaktor Tofiq Yusifdən “Yeni Tərtər”in 13 illiyi ilə bağlı müsahibə almışdır.
    İlk sualımıza baş redaktoru olduğunuz “Yeni Tərtər”dən başlayaq. Məlumdur ki, rayon qəzeti 7 ildən artıq bir müddətdə susdu. Bildiyimizə görə Siz həmin vaxtlar ayrı sahədə çalışırdınız. Necə oldu ki, redaktorluğa məhz Siz namizəd göstərildiniz? Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Digər 13 İL NƏ TEZ KEÇDİ?! üçün şərhlər bağlıdır

    Qəzetçini qəzetsiz təsəvvür etmək, balığı susuz təsəvvür etmək kimi bir şeydir. Elə biz də 7 il beləcə susuz balıq kimi yaşadıq.
    2005-ci ilin isti avqust günləri kollektivimiz üçün çiçəkli bahara döndü. Rayon qəzetinin ikinci həyatı başladı, uzun fasilədən sonra onun çapı bərpa olundu. 13 il əvvəl o zamankı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin otağında kollektivi-miz bir yerə toplaşanda, hamı-mız həyəcanlıydıq. Bu, sevinclə yanaşı, həm də məsuliyyət hissindən doğan həyəcan idi.
    Artıq geriyə baxmaq, görülmüş işlərə qiymət vermək olar. Özümüzdən əvvəl işə, əlbəttə, bu qiyməti oxucular verir. Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Digər HƏYATIN DONMUŞ ANLARI üçün şərhlər bağlıdır

    Daha ətraflı »

    Teqlər:

  • 20Avq
    Digər MARAQLI ADƏTLƏR üçün şərhlər bağlıdır

    Danışanda ən az söz işlədən xalq Mərkəzi Afrikada yaşayan qəbilələrdən biridir. Çünki onların dilində cəmi 26 söz var.
    Yaponiyanın bəzi adətlərində adamın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə anadan dekabr ayının 31-də doğulan uşağı yanvarın birində 1 yaşlı hesab edirlər.
    Yaponiyanın bəzi yerlərində kişilərə belə hüquq verilir ki, əgər gecələr onun arvadı xoruldayırsa, onu boşaya bilər. Burada qadının xoruldaması valideynin qızını pis tərbiyə etməsi əlaməti kimi qiymətləndirilir
    Yaponiyada qadın kişinin arxasınca gəlməlidir, kişidən qabağa keçməyə ixtiyarı yoxdur.
    Şimali Amerikanın bəzi xalqlarında (hindularda), habelə İndoneziyada, Okeaniya adalarında başqa qəbilədən qız alan kişi həmin qızın evinə getməlidir. Daha ətraflı »

    Teqlər: