Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May
    Digər 2018-ci İL “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ”dir üçün şərhlər bağlıdır

    ŞƏRƏFLİ YOLUN DAVAMI

    1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın Milli Şurasının İstiqlal Bəyannaməsi elan edildi. Mayın 30-da isə Fətəlixan Xosyki radio vasitəsi ilə Azərbaycanın müstəqilliyini bütün dünyaya çatdırdı. Azərbaycana ilk qucaq açan Türkiyə dövləti oldu. Çox çətin bir şəraitdə yaranan AXC hökuməti qısa müddətdə Gəncəyə köçürüldü. Bakını Stepan Şaumyanın quldur dəstəsindən azad etmək üçün Osmanlı dövləti Nuri Paşanın başçılığı altında “İslam” ordusunu köməyə göndərdi. Stepan Şaumyan əvvəlcə mart qırğınlarını törətməklə “Müsavat”ın sosial bazasını sarsıtmaq istədi. Lakin əksinə, onların nüfuzu daha da artdı. Bunu görən Şaumyan daha bir fitnəyə əl atdı. Yeni yaranmış AXC-ni Gəncədə elə beşiyindəcə boğmaq üçün “ Göyçay əməliyyatı”na başladı. Arzusu gözündə qalan Şaumyan geri çəkildi. “İslam” ordusunun köməyi ilə AXC sentyabrın 15-də Bakını Şaumyanın quldur dəstələrindən azad edib, hökuməti Bakıya köçürdü və bütün Azərbaycanı əhatə edən hakimiyyətlərini bərqərar etdi.
    Qısa müddət yaşayan AXC milli ordumuzu, bayrağımızı, Azərbaycanın ilk universitetini və milli valyutasını yaratdı. Dövlət dilini türk dili elan etdi. O cümlədən müstəqilliyimizi tanımayan şimal qonşumuz Rusiyaya da dostluq əlini uzatdı və əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər QƏLBLƏRİ SIZLADAN XƏBƏR üçün şərhlər bağlıdır

    Xalqımızın yaddaqalan mənalı, gözəl bir deyimi var: “Filankəsə Allah rəhmət eləsin, el adamı idi. Eldən getdi”.
    El adamı idi ona görə deyirlər ki, həmişə elin hər işinə yarayır. Lazım gələndə insanlara dəyərli məsləhətlər verir. Belə insanlar onu tanıyanların qəlbində yaşayır, yaddan çıxmır, xoş xatirələrlə daim anılır.
    Belə insanlardan biri də rayonumuzda hamının yaxşı tanıdığı Əliyev Rəşid Şirin oğludu. Rayonda hamı ona “Rəşid müəllim” deyə müraciət edərdi. Rəşid Şirin oğlu Əliyev 1942-ci ildə Tərtər rayonunun Borsunlu kəndində ziyalı ailəsində anadan olub. Rəhmətlik atası Şirin kişi 4 kəndi birləşdirən “Özbəkistan” kolxozunda üzun illər baş mühasib işləyib. 1984-cü ildə dünyasını dəyişib. Rəşid Əliyevin həyat yoldaşı Barat müəllim 10 ildən çox şəhər 1 saylı tam orta məktəbində dərs hissə müdiri işləyib. Hazırda təqaüdçüdür.
    Rəşid müəllim bu ilin aprel aynda 76 yaşında dünyasnı dəyişdi. Bu bəd xəbər onu tanıyanların qəlbini sızlatdı, eşidib-bilən hamı ona rəhmət oxudu. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    1965-ci il fevral ayının 17-də Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi 1982-ci ildə bitirərək Səmərqənd şəhərində Ali hərbi məktəbə daxil olub. 1987-ci ildə Dalnereçensk şəhərinə təyinatla göndərilir və 1992-ci ilin sonunadək burada qulluq edir. 1992-ci il oktyabr ayının 14-də Qubadlı rayon polis şöbəsinə rəis təyin edilib. Qubadlının müdafiəsinin təşkilində əsl hərbçi kimi xüsusi fəallıq göstərir. 1993-cü il avqust ayının 31-də Qubadlının müdafiəsi zamanı həlak olur.
    Bakı şəhərində “Şəhidlər xiyabanı”nda dəfn olunub. Daha ətraflı »

    Teqlər:

  • 08May
    Digər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır

    HEYDƏR ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASINDA HÜQUQİ DÖVLƏTİN QURUCUSUDUR

    Azərbaycan Respublikasının dünya dövlətləri sırasında özünəməxsus yer tutmasında, ən nüfuzlu beynəlxalq təşkilatların üzvü olmaqla demokratik, dünyəvi, hüquqi bir dövlət kimi formalaşmasında əvəzsiz xidməti olan müstəqilliyimizin xilaskarı, dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin 2018-ci il may ayının 10-da anadan olmasının 95-ci ildönümü böyük coşqu, sevinc və hörmətlə bütün xalqımız tərəfindən qeyd edilir.
    Dövlətçilik və idarəçilik təcrübəsi, vətənpərvərliyi, ağlı, zəkası, siyasi bacarığı, xalqına təmənnasız sevgisi ilə Heydər Əliyev hər bir azərbaycanlı üçün böyük örnək olmaqla azərbaycançılığı, Azərbaycanı burada yaşayan bütün millətlər və xalqlar üçün Böyük Vətən kimi sevməyi əsas tutan əvəzolunmaz ideyanın müəllifi və yaradıcısıdır. Daha ətraflı »

    Teqlər:

  • 08May
    Digər 9 May faşizm üzərində Qələbə Günüdür üçün şərhlər bağlıdır

    XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
    İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb. Onlardan 300 mini bu müharibədə həlak olub, Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib.
    130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Daha ətraflı »

    Teqlər:

  • 08May
    Digər Redaksiyamıza məktub üçün şərhlər bağlıdır

    ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI MƏKRLİ SİYASƏTİ DAVAM EDİR

    “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən, nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

    Heydər Əliyev

    Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 08May
    Digər İŞĞAL OLUNMUŞ AZƏRBAYCAN ƏRAZİLƏRİ üçün şərhlər bağlıdır

    Xankəndi
    İşğal olunmuşdur: 26 dekabr 1991-ci il
    Ərazisi: 0,008 min kv. km.
    Əhalisi: 53 min nəfər
    • Sənaye və tikinti obyekti—29
    •Mədəni-məişət obyekti—80
    Xocalı
    İşğal olunmuşdur: 26 fevral 1992-ci il
    Ərazisi: 0,97 min kv. km.
    Əhalisi: 24,2 min nəfər
    Şəhid olmuşdur 613 nəfər. Əlil olmuşdur 657
    Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
    •Sənaye və tikinti obyekti — 29
    •Mədəni-məişət obyekti — 80
    Şuşa
    İşğal olunmuşdur: 8 may 1992-ci il
    Ərazisi: 0,29 min kv. km.
    Əhalisi: 25,1 min nəfər Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər Heydər Əliyev–95 üçün şərhlər bağlıdır

    MÜDRİKLİK VƏ UCALIQ SİMVOLU

    Zaman keçir. İllər bir-birini əvəz edir. Hər şey dəyişir. Dəyişməyən bircə həqiqət var: Heydər Əliyev həqiqəti. Bu həqiqət dövrümüzün yazılan, əsrlərlə silinməyən, bütün zamanlarda xatırlanan yaddaşıdır. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə müdrik, dahi şəxsiyyətlərdir.
    10 may 1923-cü il. Gözəl bir yaz günü. Həmin gün Naxçıvanda bir körpə dünyaya gəldi. Qayğılı, qayğısız günlər yaşaya-yaşaya böyüdü bu körpə. Vətənə, torpağa sevgi ilə böyüdü. Anasının südü ilə varlığına, ruhuna, canına hopdu bu sevgi. Özü də bilmirdi ki, bu sevgi sayəsində göz açdığı doğma vətənin taleyi bir gün onun dühası ilə bəlalardan nicat tapacaq.
    Vaxt, zaman yetişdi. O, şərəfli ömür yolu keçərək Azərbaycan tarixinə qüdrətli bir şəxsiyyət kimi daxil oldu.
    Bu, Heydər Əliyev şəxsiyyəti idi. Bu böyük insan Azadlıq və Ədalət uğrunda gedən savaşların xilaskarı kimi bir ömür yaşadı. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər TƏRTƏR RAYON QƏZETİNİN 84 İLLİYİ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır

    50 İLLİK BİRGƏ YOL

    –Məlumdur ki, bu il aprel ayında Tərtər rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxmasının 84 ili tamam olur. Sizin isə bu qəzetdə fəaliyyətinizin 50-ci ilidir. Bu barədə nə deyə bilərsiniz?
    –Ömrümün 16-cı ilindən başlayaraq, rayon qəzeti ilə mənim həyatım bir-birinə bağlı olub. Amma “Qızıl bayraq”la tanışlığım bir az da əvvələ gedib çıxır. Orta məktəbdə oxuyanda gənc səyyahların respublika toplanışında komandamız birinci yeri tutmuşdur. Rayon qəzetində şəklimiz və haqqımızda yazı dərc olundu. Bundan sonra mən də jurnalist olmaq istədim.
    1934-cü ildən müxtəlif adlarla nəşr olunan və hazırda “Yeni Tərtər” kimi fəaliyyətini davam etdirən qəzet bütün dövrlərdə rayonun güzgüsü olub və ətrafına minlərlə oxucu toplayıb. Bu, indi də belədir.
    –Jurnalist olmağınıza görə kimə və nəyə minnətdarsınız? Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Digər REKET JURNALİSTİKA VƏ ONUN TÖRƏTDİYİ FƏSADLAR üçün şərhlər bağlıdır

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bir çox sahələr kimi mətbuatda da islahatlar aparılmağa başlandı. Senzura aradan götürüldü, qəzet və jurnallara sərbəstlik verildi. İndi hər bir Azərbaycan vətəndaşı Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, müstəqil qəzet nəşr etdirə bilər.
    Lakin şərtlərin bu qədər asan olması cəmiyyətimizə fayda verməklə yanaşı, həm də “reket jurnalistika” kimi bir bəlanı meydana gətirdi ki, bu gün onunla mübarizə hər birimizi ciddi surətdə düşündürür.
    Reket jurnalistika nədir? Məlumdur ki, hər bir işi görməzdən əvvəl onun maddi bazası barədə düşünmək lazımdır. Bu baza necə yaranacaq, hansı yollarla tənzimlənəcək və s. Məsələn, rayon qəzeti olaraq biz abunəçilərimizin hesabımıza köçürdükləri vəsait hesabına fəaliyyət göstəririk. Bəs, heç bir abunəçisi, reklam bazarı olmayan mətbu orqanlar nə edirlər? Qapı-qapı düşüb, mədəni “dilənçilik” lə məşğul olurlar. Yəni hər hansı bir materialı yazmamışdan əvvəl bunun müqabilində müəyyən miqdarda pul tələb edirlər. Daha ətraflı »

    Teqlər: