Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan
    Digər HƏM KƏDƏRLİ, HƏM DƏ QÜRURVERİCİ XATİRƏLƏR üçün şərhlər bağlıdır

    06_baki_1990_ci_il_20_yanvar_faciasi20 Yanvar qırğınını törədənlər bu hadisələrin mahiyyətini xalqdan gizlətmək məqsədilə əvvəlcədən tədbirlər görmüşdülər. Həmin günlərdə respublikada televiziya və radio verilişləri dayandırılmışdı, mətbuat çıxmırdı. Amma onlar yanılmışdılar. Çünki heç bir tədbir, heç bir cəza ölkəni bürüyən azadlıq dalğasının qarşısını ala bilməzdi. Bu dalğa bizim Tərtər rayonunu da bürümüşdü. Bakıda baş verənlərdən xəbər tutan tərtərlilər şaxtalı qış günlərində indiki saat qülləsinin yanındakı tribunanın qarşısına toplaşaraq, mitinqlər keçirir, saxta və cinayətkar Qorbaçov rejiminə etirazlarını bildirirdilər. Bu rejimə inam itirilmişdi, ümidlər puç olmuşdu. Ona görə də insanlar illərlə əzizləyərək ciblərində gəzdirdikləri partiya biletlərini atırdılar. Bu, böyük imperiya buxovlarının qırılması, həm də azadlıq yolunun başlanğıcı idi. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər DƏHŞƏTLİ GECƏ üçün şərhlər bağlıdır

    150077171a2da5287f29b77474d8c4ac---htmlGecə saat 12-nin yarısı olardı. Eyvana çıxıb yuduğum paltarları sərmək istədim. Yol ayrıcında gur işıqlı boş bir avtobusun bizim evlərə tərəf gəldiyini gördüm. Avtobusda sürücüdən başqa bir kişi səsgücləndirici ilə binalarda yaşayan başıpapaqlıları yaxınlıqdakı hərbi məktəbin qarşısına köməyə çağırırdı. Əliyalın kişilər hərbi məktəbə tərəf yüyürdülər. Onlar şəhərə girən tankların qarşısını almaq istəyirdilər.
    Bakıda baş verən qandonduran faciəni səhər eşitdik. Dəhşətə gəldik. 100-dən artıq dinc sakin qanına qəltan olmuşdu.
    Səhər tezdən pay-piyada Azadlıq meydanına yola düşdük. Nəqliyyat iflic olmuşdu. Hamı şəhərə axışırdı.
    Bir təhər şəhərə çatdıq. Azadlıq meydanı insan selindən dəniz kimi dalğalanırdı. Şəhər əhli şəhidlərlə vidalaşıb, son mənzilə yola salmağa gəlmişdi. İnsanlar kimi hava da hüznlü və tutqun idi. Yol-iriz qırmızı qərənfillərlə örtülmüşdü. Meydandakı küknar ağaclarında qırmızı qərənfillər açmışdı. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər İlə yekun vurulur üçün şərhlər bağlıdır

    İŞİMİZİ MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ QURMAĞA ÇALIŞIRIQ

    DSC_7538 (Копировать)Yola saldığımız ötən ildə müəssisəmiz iş planına əsasən rayonda fəaliyyət göstərən idarə, müəsisə və təşkilatların sənədlərinin rayon dövlət arxivinə təhvil verilməsi üçün ardıcıl tədbirlər həyata keçirib. Görülən tədbirlər nəticəsində bir neçə müəssisə və təşkilatın fəaliyyəti nəticəsində toplanmış sənədlər arxivimizə qəbul edilmiş və lazımi qaydada işlənmişdir. Sənədlərin daimi və uzunmüddətli siyahıları Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialında Ekspert Yoxlama Komissiyasında təsdiq olunmuşdur.
    Mamırlı, Dəmirçilər, Evoğlu, Sarıcalı, Hacıqərvənd, Qapanlı, Buruc, Azadqaraqoyunlu, Qaradağlı, Ələsgərli İƏD-lərin, İsmayılbəyli, Sarov, Dəmirçilər bələdiyyələrinin, su-kanal idarəsinin və rayon icra hakimiyyətinin 2012-ci ilə aid sənəd materialları işlənilib qaydaya salınmışdır. Bütün bunlardan başqa, bir neçə idarə, müəssisə və təşkilatın sənədləri bu ildən arxivimizə təhvil veriləcək. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər POLKOVNİK ŞİKAR ŞİKAROV üçün şərhlər bağlıdır

    jggggGözəl insan, qayğıkeş zabit Şikar Şükür oğlu Şikarov 1953-cü ilin payızında, Bakıda zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1961-ci ildə 164 saylı orta məktəbə gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Lakin Şikar hərbiyə olan marağını gizlətmədi. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olundu. 1975-ci ildə məktəbi fərq-lənmə diplomu ilə bitirərək təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başladı.
    Şikar Şikarovun yüksək biliyə, savada malik olması komandanlığın nəzərindən yayınmırdı. Onu Moskvada Frunze adına Hərbi Akademiyaya göndərirlər. 1989-cu ildə akedemiyanı müvəffəqiyyətlə bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrin birinə qərargah rəisi təyin edilir.
    Şikar Şikarov 1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycana qayıtmağa qərar verir. Daha ətraflı »

    Teqlər:

  • 10Yan

    Digər üçün şərhlər bağlıdır

    Azərbaycanı işıqlı gələcəyə aparanlar

    y4

    Teqlər:

  • 10Yan
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Müstəqim Səyyad oğlu 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir.
    Müstəqim Məmmədovu bu münasibətlə təbrik edir, ona məsul işində uğurlar və cansağlığı diləyirik. Arzu edirik ki, 2018-ci ildə əldə etdiyi müvəffəqiyyətlərin sayı daha da artsın.

    “Yeni Tərtər”çilər

    Teqlər:

  • 10Yan
    Digər TƏŞƏKKÜR MƏKTUBU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova!
    Salam! Mən çoxdan idi Tərtər şəhərinə gəlmirdim. Bu günlərdə Sizin şəhərdə oldum. Deyirlər, abad kənd tüstüsündən bilinər. Gəncə–Tərtər istiqamətində yolların keyfiyyətli çəkilişi məni sevindirdi. Binaların dam örtüyünün yenisi ilə əvəz olunması, şəhər daxilində olan küçələrə asfalt döşənməsi təqdirəlayiq haldır. Məni sevindirən hallardan biri də o idi ki kəndlərdə əhali yolun qarşı tərəfinə keçmək üçün piyada zolaqlarından istifadə edir. İnanılmaz idi. Allah sizdən razı olsun. Təşəkkür edirəm.

    Rövşən Rəhimov

    Teqlər:

  • 10Yan
    Digər TƏBRİK üçün şərhlər bağlıdır

    Hörmətli Tofiq müəllim!
    Sizi 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
    Tarixi şəxsiyyətlər yetişdirmiş müqəddəs türk torpağı–“Odlar Yurdu”, “Şərqin Günəşi” sayılan Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların yerinə yetirilməsində Sizə və rəhbərlik etdiyiniz kollektivə səmərəli fəaliyyət arzulayıram.
    Qoy üzümüzə gələn illər həyatımıza yeni nəfəs və təravət bəxş etsin.
    Sizi daha xoş arzu və istəklərə qovuşdursun!
    Hörmətlə: şəhid gizir Aydın Abdullayevin atası

    Əmirsoltan Abdullayev
    Bakı şəhəri

    Teqlər:

  • 10Yan
    Digər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    SON GÖRÜŞ

    01111Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynov mənim şagirdim olub. V-VIII siniflərdə həm də onun sinif rəhbəri olmuşam. IX sinfi Şuşa internat məktəbində, X sinfi Tərtər şəhərində bitirib. İndiki texniki universitetdə su mühəndisliyi ixtisasını alıb, Tərtərə gəlib. Hərbi təhsilini Gürcüstanda alıb. Uşaqlıqdan hərbçi olmağa çox meyilli idi. Ataları Böyük Vətən müharibəsindən yaralı qayıtmışdı (6 bacı, 2 qardaş idilər). Elman ən kiçiyi idi. Rayonda öz işi ilə yanaşı, bütün ictimai vəzifələri daşıyıb. Uşaqlıqdan boylu-buxunlu, yaraşıqlıydı. Rayonda hərbi rütbəli çox az gənc vardı. Ermənilərin bö-yük Ermənistan yaratmaq iddiaları barədə artıq söz-söhbət gedirdi. Dünyanın hər tərəfindən qovulub İrəvan xanlığına toplanan ermənilər əvvəlcə Zəngəzura sahib çıxdılar. Əlbəttə, Rusiyanın havadarlığı ilə. Yavaş-yavaş İrəvan xanlığının əsl sakinləri olan azərbaycanlıları dədə-baba yurdlarından (1948-1950)-ci illərdə qovdular. 1988-1989-cu illərdə bu vəhşilik təkrar olundu. Bu vaxt Tərtər oğulları ayağa qalxaraq özünümüdafiə batalyonu yaratdılar. Onda Elman baş leytenant idi. 1988-ci ilin 22 sentyabrında texniki peşə məktəbinin binasınıda qərərgah yarandı. Elman da komandir oldu. Kəndimizdə 100-dən çox gənc batalyona könüllü yazıldı. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Digər VƏTƏNİ SEVMƏYİ RAFİQDƏN ÖYRƏNMƏLİYİK üçün şərhlər bağlıdır

    0111Şəhidlər dünyadan cavan köçsə də,
    Ömründə illəri daşıyanlardı.
    Əsrlər dolanıb, zaman keçsə də,
    Şəhidlər əbədi yaşayanlardır.
    Doğrudan da bu belədir. Şəhidlər cismən ölsələr də, həmişə xalqın qəlbində əbədi olaraq yaşayırlar. Mən Tərtərimin ilk şəhidlərindən biri olan Rafiq Nuriyevdən söz açmaq istəyirəm. Əvvəlcə onun məktəb illərini yada salaq. Müəllimlər Rafiqdən həmişə fəxrlə danışırlar. Mehriban, ağıllı və tərbiyəli bir şagird olduğunu, dərslərindən yaxşı qiymətlər aldığını qeyd edirlər.
    Şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva Rafiqi belə xatırlayır:
    –Mən ona 8-ci sinifdən, orta məktəbi qurtarana qədər dərs demişəm. Sakit, tərbiyəli və yaxşı oxuyan şagird kimi yaddaşımda qalıb. Yaxşı inşa yazardı. Bu inşalarda Vətəninə, elinə olan məhəbbəti öz əksini tapardı. İctimai işlərdə, idman yarışlarında fəal iştirak edərdi.
    Bu gün məktəbimizin Rafiq Nuriyevin adına olması bir müəllim kimi məni də qürurlandırır. Rafiq bu gün onu sevənlərin qəlbində yaşayır. Daha ətraflı »

    Teqlər: