Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy
    Digər 20 NOYABR FACİƏSİ üçün şərhlər bağlıdır

    1-a25 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
    Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
    İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Digər Azərbaycan Yazarlar Birliyinin sədri Elçin Hüseynbəyliyə məktub üçün şərhlər bağlıdır

    DANIŞA BİLMƏDİM…

    mektubHörmətli Elçin müəllim!
    letter_loveSiz Tərtərdə olarkən keçirdiyiniz tədbirdə cəmi iki kəlmə söz dediyimə görə peşimançılıq hissi məndən əl çəkmir. Qarabağ mövzusu ola, Qarabağda yaşayan jurnalist ola və danışmaya. Ancaq qorxdum ki, kövrələrəm, belə bir tədbirdə isə kövrəlmək istəmədim.
    Özünüz də bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonundan biz bu odun-alovun içərisindəyik. 1993-cü ilin ilaxır gecəsi idi. Elə bil təbiət tərtərlilərin könlünü almaq üçün baharı vaxtından bir az da əvvəl gətirmişdi. Hər yan elə gözəl idi ki, belə bir vaxtda insan müharibənin dəhşətləri haqqında düşünmək istəmirdi. Amma müharibə gedirdi və bu, reallıq idi. Ona görə də biz Novruz bayramını nə qədər sevsək də, tək-tük adamlar həyətlərində tonqal qalamışdılar. Bayram aşı süfrələrə gəlməmiş, ermənilər şəhərimizi “Qrad” qurğularından atəşə tutdular. Səhəri necə açdığımızı bilmədik. Işə gələndə, redaksiyamızın binasını da, şəhərdəki bir çox evləri də darmadağın edilmiş gördük. Ölənlər də vardı.
    Çox təəssüf edirəm ki, o zaman redaksiyamızın arxivi də dağıldı. Mən onda məsul katib idim. Mos-kva televiziyası “Vremya” verilişində dağılmış iş otağımı, yanmış qəzet qovluqlarını göstərmişdi.
    Bir dəfə isə mərmi həyətimizə düşdü. Iki kiçikyaşlı qızımla evdəydik. Ayaqqabılarımızı geyinməyə macal tapmadıq. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Digər HEÇ KİM ÖZ XOŞU İLƏ PİS YOLLARIN QURBANI OLMUR üçün şərhlər bağlıdır

    publika-az1408466950insan-alveriimages25 ildən çoxdur ki, Azərbaycan müstəqillik şəraitində yaşayır. Bu müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə əsaslı islahatlar aparılmış, ölkəmiz bölgədə lider dövlətlərdən birinə çevrilmişdir. Hazırda dünyanın hər yerini bürüyən inflyasiyaya baxmayaraq, Azərbaycanda sabitlik, dayanıqlı inkişaf qorunub saxlanılır və biz öz yolumuzla inamla gedirik. Belə bir dövrdə cəmiyyətimizdə qadınlara qarşı zorakılıq hallarının müxtəlif formalarda təzahür etməsi dövlətin və cəmiyyətin inkişafına, ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna mane olur. Məhz bu baxımdan qadın hüquq və azadlıqlarının qorunması istiqamətində mübarizənin gücləndirilməsi hazırda qarşıda duran çox mühüm vəzifələrdən biridir.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, Azərbaycan bu sahədə bir sıra beynəlxalq sənədlərə imza atmış, konvensiyalara qoşulmuşdur.
    Belə ki, 1995-ci ildə Azərbaycan BMT-nin Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin” bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı imzalamışdır. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Digər Bizim istedadlılar üçün şərhlər bağlıdır

    “ÖZ BƏXTİNƏ HƏR KƏS BİR ÜLKƏR SEÇİR”

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-001Onun adı Ülkərdir. Cəmi 12 yaşı var. Amma artıq əsl ulduz kimi parlayıb. İstedadı ilə təkcə rayonumuzda deyil, respublikamızda tanınıb.
    Ülkər adının mənası ilə maraqlanıram. Bir rəvayət yadıma düşür. Deyilənə görə, Ülkər ulduzu vaxtı ilə gözəl bir qız imiş. Bir dəfə qışın oğlan çağında onlara məxsus mal-qaranın otu qutarır. Qışın bu vaxtında otu hardan tapmaq olar. Əyər belə getsə mal, qoyun tamam acından öləcəkmiş. Ülkərin atası gedib ağaya hal-qəziyyəni danışır. Bu qoca zalım ağa isə şərt kəsir ki, mən istədiyin qədər ot verərəm, ancaq sən gərək öz qızını mənə verəsən. Kişi çox yalvarır, ağa az eşidir, dediyindən dönmür. Axır naəlac qalıb razılaşır, gəlib vəziyyəti qızına danışır. Qız bütün günü göz yaşı tökür, öz halını düşünüb ağlayır.
    Ülkər gecə kədərli-kədərli göyə baxıb əhvalını danışır, kömək istəyir. Göydə ayın lap nazik olduğunu görür, gəlib atasını yuxudan oyadıb deyir:
    Ay göydə sallandı, ay dədə,
    Daha yaza nə qaldı, ay dədə,
    Vermə məni qənim əlinə. Kişi tez eşiyə çıxır. Gözlərinə inanmır. Hər yan dizə qədər boy vermiş göy otla dolu idi.
    Bundan bərk sevinir. Ancaq evə girib qızını görmür. Çünki onun gözəl qızı ulduz olub göyə çıxmışdı. O vaxtdan deyirlər, göydəki ən parlaq ulduz Ülkər ulduzudu. Atası yuxudan durana qədər göylərdən çəkilməyib yaza nə qədər qaldığını ona bildirir. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Digər DÜNYASININ ŞAQRAQ SƏSLİ BÜLBÜLÜ üçün şərhlər bağlıdır

    img-20160401-wa0015Tərtər rayonunda çox az adam tapılar ki, Aytac Süleymanzadəni tanımasın. Onun elə də çox yaşı yoxdur. Hələ 5 yaşı olarkən rayonun mötəbər tədbirlərində öz çıxışı ilə hamını riqqətə gətirmişdi, ürəklərdə özünə yer eləmişdi.
    Aytac qaçqınçılığı dərk etməyən vaxtında Xocalı faciəsinin qurbanı olmuş, hər iki valideynini itirmiş azyaşlı uşaqların rolunu ifa etmişdi. Kiçik qızcığazın Xocalı dəhşətini ürəkdən yaşaması, onu tamaşaçıya çatdırması onun özü ilə birgə doğulmuş istedadından irəli gəldi.
    Aytac kimdir?
    Aytac Süleymanzadənin bütün doğmaları – ata-anası, nənə-babası, əmisi, dayısı, xalası, bibisi öz doğma yurd-yuvalarına, gözəl İstisu kurortuna, gül-çiçəkli dağlarına, saf bulaqlarına həsrət qaldığı Kəlbəcər rayonundan qaçqına çevrilərək, Tərtərdə məskunlaşmış bir ailənin övladıdır. Bəlkə də onun bu istedadı doğma yurdun bir nişanəsidir. Ulu Tanrı tərəfindən töhfə verilib?!
    Hazırda o, Tərtər şəhər 1 saylı tam orta məktəbin 6-cı sinifində oxuyur, musiqi məktəbinin 4-cü sinfində for-tepianodan musiqi təhsili alır. Ən fəal şagirdlərdən biridir. Onun ifasında səslənən “Ana Kür” “Anam Azərbaycan” mahnıları xüsusi maraqla qarşılanır. Daha ətraflı »

    Teqlər:

  • 11Noy
    Digər Azərbaycan multikulturalizmi  ABŞ mətbuatında üçün şərhlər bağlıdır

    1446398319_1avvvvBugünlərdə ABŞ-ın “Eurasia review- təhlil və xəbərlər jurnalı”nda və “Foreign policy news” xəbər saytında amerikalı siyasi analitik və araşdırmaçı jurnalist, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin İdarə Heyətinin fəxri üzvü Peter Teysin Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi dərs olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yazının tam mətninin tərcüməsini oxuculara təqdim edir.

                                                       Multikulturalizmin Azərbaycan modeli

    2016-cı ilin iyul ayında, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan yay məktəbində mühazirə ilə çıxış etmək üçün Azərbaycandan dəvət aldım. Mühazirəmin mövzusunu ABŞ və Paraqvayın mədəni müxtəlifliyi mövzusuna həsr eləmişdim. Mövzu Avropa və Asiyanın 15 ölkəsindən gələn gənc tələbələrin böyük marağına səbəb oldu.

    Daha sonra bu gənc tələbələrin təşəbbüsü ilə beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yaradıldı. Bu təşkilat hazırda Dimitrios Asproulis (Yunanıstan) və Salomeja Lukaitenin (Litva) həmsədrliyi və 100-dən çox üzvü ilə (Türkiyə, Almaniya, Çexiya, Polşa, İndoneziya, Gürcüstan, Qırğızıstan, İtaliya, İsveçrə, Azərbaycan, ABŞ, Misir, Yəmən) aktiv fəaliyyət göstərir. Bu iki gənc lider Azərbaycan cəmiyyətində multikulturalizmin rolunun, eyni zamanda başqa mədəniyyətlər tərəfindən öyrənilməsinin və örnək kimi seçilməsinin təbliği istiqamətində beynəlxalq konfranslar keçirməyi planlaşdırırlar. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir üçün şərhlər bağlıdır

    1460360532_2180414789396113204612725_1000x669Bu yaxınlarda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər ərzində ölkəmiz yüksək iqtisadi inkişafa nail olub, uğurlu daxili və xarici siyasəti ilə dünyada layiqli yer tutub. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu.
    Hazırda bütün dünyada hökm sürən böhran və inflyasiyaya baxmayaraq, ölkəmizdə müəyyən edilən uzunmüddətli proqramlar həyata keçirilməkdədir, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra çox mühüm layihələr icra olunur. Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın müasir tarixinin uğurlarına hələ də davam edən Ermənistanın hərbi təcavüzü, Dağlıq Qarabağ problemi şəraitində nail olunur.
    Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Digər AND YERİMİZ üçün şərhlər bağlıdır

    444Ulu Öndərimiz Heydər.Əliyev hakimiyyətə gələn zaman Azərbaycan Konstitusiyasına əlini basaraq and içmişdi. And yerimiz olan Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi hesab olunur.
    Azərbaycan tarixdə ilk dövlətdir ki, bir əsrdə iki dəfə müstəqillik əldə etmişdir. Birinci dəfə 1918-ci ildə müstəqil olduq və İstiqlal Bəyannaməsini qəbul etdik, qanunlarımızı yazdıq. Lakin bu müstəqillik bizə 23 ay nəsib oldu. 1991-ci ildə biz yenidən müstəqillik əldə etdik. Ulu Öndərin sözləri ilə desək: “Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir.” Biz yeni Konstitusiya qəbul etdik. Bu Konstitusiya xalqa xidmət edir və xalq tərəfindən səsvermə yolu ilə qəbul olunub.
    2016-ci il sentyabrın 26-da ölkəmizdə ümumxalq referendumu keçirildi. Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edildi. Bu əlavələr xalqın səsverməsi yolu ilə qəbul olundu. Bütün bunlar xalqın rifahının yaxşılaşmasına xidmət edir.
    Müstəqil Azərbaycan Konstitusiyasının 24 maddəsinə belə bir əlavə edilib: “İnsan ləyaqəti qorunur və ona hörmət edilir”.
    Bu sözlər Azərbaycan Respublikası vətəndaşlarına hörmətin rəmzidir. Konstitusiyamıza edilən bu cür yeniliklər üçün ölkə Prezidenti cənab İlham Əliyevə qəhrəman tərtərlilər adından təşəkkür edirəm.

    Kifayət Kərimova,
    Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbin tarix müəllimi

    Teqlər:

  • 08Noy
    Digər 16 NOYABR YUNESKO-nun TƏSİS EDİLDİYİ GÜNDÜR üçün şərhlər bağlıdır

    12316 noyabr BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edil-diyi gündür.
    Bu qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanmış, bir il sonra–1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlamışdır. Hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.
    Ulu Öndər Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılmışdır. 2005-ci il sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
    Azərbaycanla YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur.
    Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində məxsusi xidmətləri vardır. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilmiş, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmış, İçərişəhər Qoruğu YUNESKO-nun təhlükədə olan ümumdünya irsi siyahısından çıxarılmışdır. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer almışdır.

    Teqlər:

  • 08Noy
    Digər AZƏRBAYCANIN MİLLİ DİRÇƏLİŞ GÜNÜ üçün şərhlər bağlıdır

    3wAzərbaycanın Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olunmuşdur. Bayramın tarixi isə 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan meydan hərəkatı ilə bağlıdır. O zaman Bakının əsas meydanı olan Lenin adına, indiki Azadlıq meydanında Ermənistanın torpaq iddialarına, SSRİ hökumətinin bu iddialara dolayı yolla dəstək verməsinə və Azərbaycan rəhbərliyinin bu məsələdə qətiyyətsiz mövqeyinə etiraz əlaməti olaraq başlanan tələbə hərəkatı ümummilli mitinqlərlə nəticələndi. Bu mitinqlərdə milyonlarla insan iştirak edirdi.
    Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qo-şunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
    1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı tarixdə görünməyən cinayət törədildi. Dinc insanlara ağır texnikadan və odlu silahlardan atəş açıldı. Lakin bütün bunlar xalqımızın müstəqillik, azadlıq əzmini qıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu.

    Teqlər: