Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt
    Digər 25 YAŞINDA ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    sehid-2“Torpaq uğrunda ölən varsa, Vətəndir”–deyimini tez-tez işlədirik. Bu da əbəs deyil. Vətən, torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olur. Nəsildən nəsilə ötürülür.
    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də İbrahimov Oktay Qaçay oğludur. Oktay 1967-ci il noyabrın 24-də rayonumuzun Dəmirçilər kəndində anadan olub. 1984-cü ildə Dəmirçilər kənd tam orta məktəbini bitirib. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurandan sonra Gəncədə qaynaqcı peşəsinə yiyələnmişdi. 1993-cü il aprelin 5-də Tərtər Özünümüdafiə Batalyonuna yazılıb. Mayın 3-də Talış kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Bakıdakı hərbi qospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. Avqust ayının 17-də Ağdərə istiqamətindəki 3 №-li sovxoz ətrafındakı döyüşlərdə şəhid olub.
    Qardaşı Behbud deyir ki, ailədə çox uşaq olsaq da, atam Qaçay kişi Oktayı hamımızdan çox istəyirdi. Elə ona görə də düz 16 il atam “Oqtay” deyə-deyə dünyasını də-yişdi. Yəqin ki, bu da bir alın yazsı imiş. 25 yaşında şəhid oldu.
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
    Oktayın digər bir qardaşı Maarif İbrahimov da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. İndi İbrahimov Maarif Qaçay oğlu da Qarabağ müharibəsi veteranıdır. Onun döyüşçü yoldaşları Maarif haqqında həmişə xoş sözlər danışırlar. Çünki o da qorxmaz, igid oğlan olub.

    Mirzə Nəsir

    Teqlər:

  • 07Okt
    Digər VALİDEYNƏ HÖRMƏT HAQQINDA üçün şərhlər bağlıdır

    1.Bir kişi Rəsulullahdan soruşdu: “Valideynin övlad üzərində haqqı nədir,” Peyğəmbər (s) buyurdu: “Onlar sənin cənnətin və cəhənnəmindir.”
    2.Heç bir ata övladına gözəl tərbiyədən qiymətli şey verə bilməz.
    3.Allahın rizası (razılığı) valideynin rizasıyla, Allahın qəzəbi də valideynin qəzəbiylədir.
    4.Ömrünüzün uzanmasını və ruzinin artmasını istəyirsinizsə, ata-ananıza ehtiram edin, qohumlarınıza baş çəkin.
    5.Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar.
    6.Atası öldükdən sonra onu yad etmək istəyən kimsə qoy onun dostları ilə əlaqə saxlasın.
    7.Ataya itaət Allaha itaət, ataya üsyan Allaha qarşı üsyan deməkdir.
    8.Xeyir -bərəkət qocalardadı.
    9. Üç duanın olacağına şübhə yoxdur: məzlumun duası, qocanın duası, ata-ananın övlada etdiyi dua.
    10.Yaxşı övlad öz valideyninə gündə neçə dəfə hörmət və məhəbbətlə baxsa, hər baxışı üçün ona bir həcc savabı olar.

    Teqlər:

  • 07Okt
    Digər SOKRAT üçün şərhlər bağlıdır

    sokratesFilosof Antisfen Sokrata müraciət edərək:
    – Səni nə məcbur etdi ki, Ksantipp kimi deyingən arvadı aldın?- deyə soruşmuşdur.
    – Mən istəyirdim ki, Ksantippin deyinməsinə qulaq asa-asa vərdiş edəm, onunla yola getməyi öyrənəm və beləliklə də, başqaları ilə də yola gedə biləm! – deyə Sokrat cavab vermişdir.
    Məşhur yunan filosofu Sokrat demişdir:
    –Cahil şəxsin səhvini göstərmə, yoxsa səndən elm öyrənib öz səhvini düzəldər, sonra sənə düşmən olar.

    Teqlər:

  • 28Sen
    Digər ZIRRAMA SÜRÜCÜLƏR üçün şərhlər bağlıdır

    dsc_5902dsc_5907Qardaş, bu Tərtərin elə sürücüləri var ki, onlara “zırrama” deməkdən özümü saxlaya bilmirəm. “Zırrama” sözü də ki, çox ağır sözdür və bu sözə dözmək zor işdir. “Zırrama”, yəni “hır”nan “zır”ı qanmayan, “haho”, “hiş” bilməyən bir zaddır. Məsələn, bir komediyada deyildiyi kimi: “Özünə baxma, bu donuz ki, var, çox qanmaz heyvandır” və yaxud farslar belə ifadə işlədirlər: “Necəsən qanmayım, dədən yansın?!”. Bax, zırrama da bu qəbildəndir. Elə bil anadan olandan üzü bəri nə evdə, nə uşaq bağçasında, nə də məktəbdə tərbiyə verməyiblər. Abır bilmirlər, həya bilmirlər, ayıb bilmirlər, mədəniyyətləri də ki, yekə bir “SIFIR”dır. Adam gərək böyük-kiçik yeri bilə, ağsaqqal-ağbirçək tanıya. Yaxın keçmişinizə nəzər salın, görün onda nə təhər idi? Yol böyüyün olardı, su kiçiyin. Ağsaqqal-ağbirçək gələndə cavanlar ayağa durar, ehtiram göstərərdilər. Onların bir sözü iki olmazdı. Kiminsə ağzı nəydi özündən yaşca böyük adamın sözünün qabağına söz desin!
    Bəs indi necədir? Uzaq olsun! Elə uşaq-muşaq peyda olub ki, böyüklərə “nəsihət”, “öyüd” verir, onlara “ədəb-ərkan qaydaları” “öyrədir”, “ağıllı ol!”–deyir. Amma özünün adi tərbiyəsi yoxdur. Di gəl döz!
    Tərtər sürücülərinin əksəriyyəti də bu səviyyədədir, yəni zırramadır. Onların nəinki sürücülük mədəniyyəti, ümumiyyətlə, heç mədəniyyətləri yoxdur. Ağzında “zırrama” deyirsən, heç zırramanın da mədəniyyəti olar?! Xüsusilə də bir dana satıb, “yamağından cin ürkən” cındır bir maşın alan və onunla xaltura edən sürücülər!… Yoxlasan, bəlkə heç çoxunun sürücülük vəsiqəsi də yoxdur. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər GÖZƏLLİK USTASI üçün şərhlər bağlıdır

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-71Tünzalə Mustafayeva şəhərimizin Nizami küçəsindəki gözəllik salonlarından birində işləyir. Artıq on ildən çoxdur ki, bu peşədə çalışır. İlk ustasını, ona sənət öyrədən insanı heç zaman unutmur. Tünzalə xanım deyir:
    –Bu tövsiyəni mənə öz ustam vermişdir, mən də gənclərə deyirəm: qadınlarla işləyən insan ilk növbədə xoşxasiyyət və mehriban olmalıdır. İkinci mühüm şərt səbr və səliqəlilikdir. Bizim işimiz diqqətli olmağı sevir. Çünki qadınlar çox həssasdırlar. Əgər bir dəfə işimizdə kiçik bir nöqsan görsələr, ikinci dəfə müraciət etməzlər.
    Qeyd edək ki, salona gələnlərin sayı ildən-ilə artır. Tünzalə xanım isə yaratdığı gözəllik dünyasından zövq alır.
    O, bir oğul anasıdır. Soruşanda ki, gələcək gəlinini necə görmək istəyirsən, deyir:
    –Mənə elə gəlir ki, insanın xarici görünüşü daxili aləmi ilə tam vəhdət təşkil etməlidir. Ona görə də, yaşından, peşəsindən asılı olmayaraq, qadınlarımız daim öz görkəmlərinə fikir verməlidirlər. Mən də arzu edirəm ki, gələcək gəlinim belə olsun.

    Aysel Hüseynova

    Teqlər:

  • 07Sen
    Digər 2016-cı il “MULTİKULTURALİZM İLİ”DİR üçün şərhlər bağlıdır

    MULTİKULTURALİZM HAQQINDA FİKİRLƏRİM, YAXUD MAKSİM QORKİNİN “DANKO HAQQINDA ƏFSANƏ”Sİ

    428317_447778Rus mütəfəkkir yazıçısı Maksim Qorkinin romantik bir hekayəsi var: “Danko haqqında əfsanə”. Əsərdə göstərilir ki, öz yurdunda sağlam və firavan yaşayan xoşbəxt bir tayfa vardı. Bir gün daha güclü bir tayfa onlara hücum çəkdi, onları günəş işığı belə görməyən zülmət bir yerə qovdu, doğma yurd-yuvalarından didərgin saldı. Torpağından didərgin düşənlər isə xoşbəxt ola bilməzlər. Sarı bülbül haqqında deyimdə olduğu kimi: Sarı bülbülə şah sarayında qızıldan qəfəs düzəltmişdilər. Lakin o oxumur, elə hey göz yaşı tökür, ahu-zar edirdi. Şah bülbülü qəfəsdən buraxdırdı və onu izləməyi əmr etdi. Bülbül uçub gedib boz bir biyabanda qaratikan koluna qondu. “Oxqay, vətənə gəldim, imana gəldim”, – dedi və cəh-cəh vurmağa başladı.
    Yaxud bizim məşhur xalq bayatısında deyildiyi kimi:
    Əzizim, vətən yaxşı,
    Geyməyə kətan yaxşı.
    Gəzməyə qərib ölkə,
    Ölməyə vətən yaxşı.
    Mən, keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşam. Kəndimiz ermənilərin əhatə-sində yerləşirdi. Biz, azərbaycanlılar, rayonda azlıq təşkil edirdik, rayon rəhbərliyində yalnız partiya və komsomol komitələrinin ikinci katibləri ilə təmsil olunurduq.
    1992-ci ilin fevralında uzunmüddətli blokadadan sonra kəndimiz işğal olundu. Biz didərgin düşdük…
    Elə bil Qorkinin hekayəsini yaşayırdıq. Dünən bir tayfanın digərinə etdiyini bu gün bir millət digərinə etdi. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Digər “MƏN İSTƏRƏM GÜLLƏR AÇILSIN, GÜLLƏLƏR AÇILMASIN!” üçün şərhlər bağlıdır

    hqdefaultMərhum xalq şairimiz, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rzanın sözləridir. Gözəl sözlərdir, elə deyilmi? Məncə gözəldən də gözəldir! Bunun sübuta ehtiyacı yoxdur.
    Bu sözləri yada salanda istər-istəməz müasir dünyamızda baş verən qanlı-qadalı savaşları, mənasız, məntiqsiz terrorları, onların törətdikləri günahsız insan qurbanlarını xatırlamalı olursan. Xatırlayırsan, qanın qaralır, təəssuflənirsən, varından yox olursan.
    Bu hisslərlə yaşayarkən maraqlı bir sual da düşündürür səni. “Məgər insan dünyaya bunun üçünmü gəlib? Qan-qada törətmək, fitnə-fəsad yaratmaq, bir-birini günahsız yerə məhv etmək üçünmü?..”
    Axı, insanı xəlq edəndə ulu yaradanımız ondan heç nəyi əsirgəməyib. Lazım olan hər şeyi verib ona. Ən başlıcası bütün canlılardan fərqli olan şüur verib, ağıl verib, idrak verib ona. “Yaşa, yarat, hər şeyi yaxşı-yaxşı düşün, dərk et, – deyib. Sənə bəxş etdiyim bu dünyanı daha da gözəlləşdirməyə can at” –deyib…
    Bəs, biz necə əməl etmişik uca yaradanın bu göstərişlərinə? Ağlımız artdıqca ağılsızlaşmağa, elmin, texnikanın böyük nailiyyətlərinə yiyələndikcə onlardan məsrəfsiz yerə istifadə etməyə, icad etdiyimiz qırğın silahları ilə özümüz özümüzü məhv etməyə başlamışıq. Faciə burasındadır ki, hətta bununla öyünməyə, qürrələnməyə də çalışmışıq. Yaxın Şərqdə, İraqda, Suriyada, Əfqanıstanda baş verənlər dediklərimizin sübutu deyilmi? İblislərin, şeytanların fitvasına uyub özünü İslam dövləti adlandırdığı halda, “Allahu Əkbər” deyərək qan qardaşlarının başını kəsən İŞİD terrorçularının hərəkətlərinə nə ad vermək olar? Niyə xristianların müsəlman dünyasına qarşı düşünülmüş təxribatı hesab etmirik bunu? Bu gün kimi aydın həqiqəti nə vaxt dərk edəcəyik biz?!.. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Digər MÜHARİBƏ HƏLƏ DƏ DAVAM EDİR üçün şərhlər bağlıdır

    1459860771_ert26dsc_6183Multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Bu termin haqqında müxtəlif ölkələrdə müxtəlf təhlillər mövcuddur. Ümumilikdə multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyətdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşib. Azərbaycanın Asiya və Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynamışdır. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini-mədəni müxtəliflik və dəyərlər nəzərdə tutulur.
    Multikulturalizm tolerantlıq və qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, dostluq, dözümlülük üzərində qurulan mühitdir. Nəzərə alaq ki, Azərbaycan ərazisində çox qədim zamanlardan müxtəlif etnik millətlər – avarlar, ləzgilər, udinlər yaşayır və onların multikultural dəyərləri qorunub saxlanıldığı üçün “Azərbaycan multikulturalizm məkanıdır” deyə bilərik. Bu isə dünyaya yeni bir mesajdır.
    Multikulturalizm mühitinin formalaşmasında cəmiyyətdə qadınların rolu danılmazdır. Təmas xəttində yerləşən Qapanlı kəndinin bir sakini olaraq məcburən cəlb olunduğumuz müharibənin ən ağır faciələrini gözümlə görmüşəm. I Qarabağ müharibəsi zamanı erməni tanklarının kəndə girməsi, 21 yaşlı kənd sakininin erməni snayperçisi tərəfindən vurularaq şəhid olması, insanların minaya düşməsi, yol kənarlarında ağaclar altnda qalmaları, azyaşlı məktəbli uşaqların qətlə yetirilməsi gözlərim önündədir. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Digər TELEVİZİYA VERİLİŞLƏRİNDƏ UTANMAZLIQ üçün şərhlər bağlıdır

    metis1-az-cbefa2716b0d78537617021527768fe8İndiki zamanda bir çox televiziya verilişləri kal armuda dönüb tı-xanıb bu xalqın xirtdəyinə–nə uda bilir, nə geri qaytara bilir.
    Özəl kanallar lap şitin-şortun çıxarıblar. Neçə dəfə demək olar, neçə dəfə yazmaq olar: “Balam, bura Azərbaycandır, bu xalq Azərbaycan xalqıdır, onun öz tarixi keçmişi var, öz adət-ənənələri, öz mental dəyərləri var”?! Bura Fransa deyil ki, cinsi azlıqların hərəkətlərinə hüquqi və geniş meydan verilsin? Ya da eyni cinslilərin nigahını qanunla rəsmiləşdirsin! Və yaxud Afrikanın, Cənubi Amerikanın cəngəllikləri deyil ki, hamı lüt gəzsin və hamının gö-zü qarşısında kim nə istəyir, onu eləsin. Hər bir xalqın öz təməl prinsipləri var və bu əndazədən kənara çıxmaq həm eybəcərlik, həm də tərbiyəsizlik yaradır.
    Televiziya verilişlərinin çoxunu tapşırırlar “uşaq-muşağa”. Onlar da adımızı dünyada biabır edən yüz hoqqadan çıxırlar, əxlaqsızlıq təlqin edən hərəkətlərə yol verirlər, ağızlarına nə gəldi danışırlar, nə cür istəsələr, elə də geyinirlər (bəlkə də geyinməsələr ondan yaxşıdır). Ucuz, şit, düşük, bambılı davranışları ilə ikrah hissi oyadırlar. Camaatı güldürmək üçün meymunluq edən, hörmətsiz sözlər işlədən, qışqıran-bağıran bu yaramazlar, həqiqətən də, millətimizin abırlı təbəqəsini təhqir edirlər, onların əsəbləri ilə oynayırlar. İnkişaf etmiş ölkələrə inteqrasiya budurmu? Adını “Şou proqram” qoy, nə pəstaha çıxarırsan çıxar, hə?
    Bəzən “ ağsaqqal”, “ağbirçək” müğənnilərimiz də qoşulurlar bu “uşaq-muşağa”, biabır edirlər özlərini. Hələ onların əttökən geyimlərindən, dingiş hərəkətlərindən danışmıram, çünki bunları hamı görür və eşidir. Sadəcə olaraq deyirəm ki, ayıbdır! Onlar da azərbaycanlı olduğu üçün adam utanır. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Digər KÖHNƏ BAĞÇANIN SONRAKI SAKİNLƏRİ üçün şərhlər bağlıdır

    Изображение 053Dövrünün müasir tipli uşaq bağçası–körpələr evi idi bu bina. Tikildiyi zamanda yaraşıqlı görkəmi, müasir avadanlığı, mehriban tərbiyəçiləri və gələcəyin gül balalarından ibarət sakinləri vardı bu bağçanın. Bu gün də var. Amma necə və kimlər? İndinin sakinləri gül-çiçəkli, buz bulaqlı dağlarını, illərnən tikib-qurduqları ev-eşiklərini, var-dövlətlərini qoyub gəlmiş, Ağdam, Ağdərə, Kəlbəcər rayonlarından qaçqın-köçkün düşmüş vətən övladlarımızdır.
    Təzada bax! Dünənki sakinlər boy atıb böyüdükcə sabahın xoşbəxtliyinə doğru gedirdi. Bu günkü sakinlər isə yaşa dolduqca həsrətlərinə qovuşmaq ümidi ilə günlərini sayırlar. Düşən qaranlıq gecələr, açılan günəşli sabahlar bu sakinlərin ümidlərinə yeni ümidlər calayır. 20 ildən çoxdur ki, bu insanlar bax beləcə ümidlər içərisində günlərini bir-birinə calayırlar. Hətta bəzisi ömürlərini vətən, yurd niskili ilə başa çatdırdılar, “Ağdam”, “Kəlbəcər”, “Ağdərə” deyə-deyə dünyalarını dəyişdilər.
    Hamının hörmətini qazanmış Gəray kişi Ağdamdakı həyat-bacasının bir ovuc torpağını, bir dilim ətirli meyvəsini, Qaçay kişi ilə Firəngiz arvad Kəlbəcərin buz bulaqlarından bir qurtum su, dərdlərə dəva olan gül-çiçək ətri qoxuyan bir udum təmiz, saf hava istədilər, arzuladılar. Çox təəssüf ki, ömür onlara möhlət vermədi. Niskilləri özləri ilə bərabər bir dərdə, aşılmaz dağa çevrilərək əbədiyyətə qovuşdular.
    Günlər xatırlandıqca daha niskilli xatirələr yada düşür. Xəyanətkar ermənilərin hiyləsindən ailəsini qaçırdaraq bu bağçanın kiçik bir otağına sığınan Kəlbəcərli Əvəz müəllim çatar-çatmaz yeniyetmə oğlunu itirdi burada. Erməninin atdığı “Qrad” raketinin qəlpələri ata-ananın onsuz da dərdli ürəyinə oğul dərdi də əlavə etdi. Daha ətraflı »

    Teqlər: