Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04Sen
    Digər AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA üçün şərhlər bağlıdır

    Mehriban Əliyeca1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək
    N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
    1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
    1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Ordudan tərxis olunanlar üçün şərhlər bağlıdır

    Həyəcan siqnalı

    dsgdnnzdSabahdan Cavidangilin ordu həyatı başa çatacaqdı. Əsgərlər bir-birinə telefon nömrələrini verir, ünvanlarını cib dəftərçələrinə yazır, baş vermiş bəzi incikliklərə görə üzrxahlıq edirdilər.
    …Həyəcan siqnalı hamını bir nəfər kimi ayağa qaldırdı. Hərbi hissə tam döyüş vəziyyətinə gəti-rildi. Əlində silah yoldaşları ilə birlikdə maşında əyləşən Cavidanın ürəyi quş kumu çırpınırdı: – “Nəhayət ki, verdiyim sözə əməl etmək üçün fürsət yarandı. Torpaqlarımızın azad olunmasında iştirak edəcəyəm”– deyə o, düşünürdü. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Bir dostum varıydı… üçün şərhlər bağlıdır

    dfdBir dostum varıydı… Təpədən –dırnağa səmimiyyət idi. Nə etsəydi, hamısı təbii alınardı. Onun gülüşündən tutmuş əsəbinə qədər hər şey özününküydü. Əlavə bir qondarması,” boğazdan yuxarı bir sözü” olmazdı. Nə cür görünürdü, o cür də varıydı, nə cür varıydı, o cür də görünürdü. İncikliyi də dost kimiydi. Dostluğu isə əvəzolunmazdı. Bir sözlə, mən belə təbii adam görməmişdim. Dünyanın bu anlaşılmaz, bu sərsəm vaxtında şükür edirdim ki, nə yaxşı belə insan var! Onun əsəbdən doğan acı sözləri də digərlərindən seçilirdi, sanki bal kimiydi. Elə bil bu istiotdan acı sözləri də ilıq bir istəkdən əmələ gəlirdi. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Gənclər siyasəti uğurla həyata keçirilir üçün şərhlər bağlıdır

    genclerHeydər Əliyev Azərbaycanın rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəsil yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. İkinci dəfə artıq Azərbaycan müstəqil ölkə olandan sonra hakimiyyətə gələn Ulu Öndər dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni hə-yatında gənclərin iştirakının təmin edilməsini vəcib məsələlərdən biri kimi qarşıya qoyub. Məhz həmin dövrdə gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı–Gənclər və İdman Nazirliyi yaranıb. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Qarpızın xeyirli tərəfləri üçün şərhlər bağlıdır

    1281465423_1185886717_qarpizYaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın əvvəllər sadəcə şəkər və sudan ibarət, qidalandırıcı dəyəri olmayan məhsul olduğu hesab edilirdi. Trendin məlumatına görə, aparılan araşdırmalar isə qarpızın əslində çox dəyərli bir giləmeyvə olduğunu göstərir.
    Qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir. Qarpız C, A vitaminlərinin və betakarotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Quşbeyinlik nədir? üçün şərhlər bağlıdır

    beyin6İnsanlar ağıllı heyvanlar haqqında fikirləşəndə quşlar yada düşən ilk heyvan olmurlar. İngilis dilində kimisə quşbeyin adlandırmaq həmin şəxsin axmaq olduğu anlamına gəlir. Bundan başqa nəyəsə «quşlar üçündür» demək həmin şeyin mənasız olduğun bildirir. Ancaq bu ifadə tamamilə səhv ola bilməz. Bəzi quşlar xüsusilə qarğalar son dərəcə ağıllı ola bilər. Əslində qarğaların problem həll etmə qabiliyyəti 7 yaşlı uşağınkından daha yaxşıdır. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Suyun insan orqanizminə faydası üçün şərhlər bağlıdır

    1363298990_waterSu içməyin faydası çox vaxt lazımınca qiymətləndirilmir və səhv başa düşülür. Su nəinki suzuzluğu yatırmaq üçün və bədənin bir çox biokimyəvi prosesləri üçün vacib elementdir, həm də makro qidadır. Bu o deməkdir ki, gümrah qalmaqdan ötrü çoxlu su içmək lazımdır. Karbohidrat, zülal və piy digər üç əhəmiyyətli qidaladırıcı kimi daha ayrı makro qidalandırıcılardır. Suyun belə mühüm dəstəyə aid olduğunu kim bilirdi? Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Məkkəyə getməyin qaydası üçün şərhlər bağlıdır

    1247985227_5004Məkkə müsəlmanların müqəddəs şəhəridir. Səudiyyə Ərəbistanının qərbində, Qırmızı dənizdən 100 km aralıqda yerləşir. Sahəsi 11,6 min kvadrat kmdir. Məhəmməd Peyğəmbər (s.ə.s) burada doğulub. Kəbə də burada yerləşir. Məkkəni hər il 1,5 mlndan çox müsəlman ziyarət edir. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər Torpağı sevən insan üçün şərhlər bağlıdır

    muelim 1Zabil Əli oğlu Abbasov. Bu ad rayonumuzda çoxlarına tanışdı. O, 1963-cü ildə Qaradağlı kəndində anadan olub. 1981-1983-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub.
    Nümunəvi əsgər olduğuna görə hərbi hissədən valideynlərinə təşəkkür məktubu gəlib.Ixtisasca avtomobil çilingəri olan Zabil mənfur qonşularımızın torpaqlarımıza hücumu zamanı milli ordumuzun sıralarına yazılıb. 1993- 1994-cü illərdə torpaqlarımızın bütövlüyü uğrunda Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Digər Yurd həsrətindən dərdə düşənlər üçün şərhlər bağlıdır

    ­­­­­­muelimAğdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il ötdü.
    1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində qanlı əməliyyatları artırmağa imkan yaratdı. Ağdam özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə döyüşlərə girdi. Ancaq heç bir yerdən kömək almayan batalyonun döyüşçüləri geri çəkilməyə məcbur oldular. 43 gun düşmənə sinə gərmiş Ağdam iyulun 23-də işğalçı erməni birləşmələrinin əlinə keçdi. Qaniçən düşmən ra-yonun mədəniyyət abidələrini dağıtdı, insanların yaşayış evlərini, əmlaklarını qarət etdi, şəhəri tərk edə bilməyən dinc əhaliyə divan tutdu. 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. Bu insanlardan biri də Hacıyev Tofiq Nəriman oğludur. Daha ətraflı »

    Teqlər: