Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Dek
    Digər Məsuliyyət hissi ilə çalışırlar üçün şərhlər bağlıdır

    Şəhid adları müqəddəsdir. Onları əbədiləşdirmək, gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Bu istiqamətdə də şəhərimizdə çox işlər görülür. Tərtərin üç böyük küçəsinə 44 günlük Vətən müharibəsi şəhidləri Sənan Məmmədli, Azər Şəmilov və Qəmbər Qəmbərlinin adları verilib.
    Hazırda bu küçələrdə abadlıq işləri görülür, istinad divarları aqlay daşları ilə üzlənir. Bu işi yerinə yetirənlər xüsusi məsuliyyət hissi ilə çalışırlar.
    Biz də bu küçənin sakinləri olaraq öz ömürlərini xalqın xoşbəxtliyi naminə qurban verən oğulların xatirəsini daim ehtiramla anırıq.
    Qəhrəmanların adlarını daşıyan küçədə böyüyən uşaqlar onların həyatı haqqında məlumatlarla tanış olur və torpağımızı, vətənimizi sevməyi şəhidlərimizdən öyrənirlər.

    Mayıl Qarayev,
    Sənan Məmmədli küçəsinin sakini

  • 08Dek
    Digər İcra başçısı Yenikənd kəndində şəhid Qasımov Azərin ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub oğlunun  ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu  1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində  anadan olub.

    Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

    Şəhid Qasımov Azər Yaqub oğlunun xatirəsi doğulub boya-başa çatdığı kənddə əbədiləşdirilib. Onun adı Yenikənd kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağa və şəhidlər abidə kompleksinə həkk olunub.

    O, ailəli idi, 4 övladı yadigar qalıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

     

  • 08Dek
    Digər Rayon rəhbərinin Yenikənd kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Ələsgərli kənd İƏD üzrə nümayəndəliyinin Yenikənd kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 07Dek
    Digər Zəfər paradı ölkəmizin həyatında tarixi hadisədir üçün şərhlər bağlıdır

    “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”

    İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı

    Zəfər paradı ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisədir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş bu paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.

    Zəfərin rəmzi olan Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

    Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

    Zəfər paradında deyilib ki, 44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Daha ətraflı »

  • 06Dek
    Digər Tərtərdə Beynəlxalq Könüllülər Günü qeyd olunub. üçün şərhlər bağlıdır

     

     

     

     

     

    5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə gənclər “Kahoot” platforması ilə keçirilən intellektual yarışda bir araya gəlib.

    Komanda şəklində yarışdan sonra gənclər müxtəlif oyunlar oynayıb və əyləncə dolu gün keçiriblər.

    Sonda il ərzində fəaliyyətlərimizdə fərqlənən gənclər təşəkkürnamə ilə təltif olunub.

  • 30Noy
    Digər AZƏRBAYCAN TƏHSİLİNİN HİMAYƏDARI üçün şərhlər bağlıdır

    Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki Ulu Öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.
    Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əli-yev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü an-larında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
    Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi. Daha ətraflı »

  • 30Noy
    Digər RAYONUMUZDA ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB üçün şərhlər bağlıdır

    Ədliyyə işçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və YAP Tərtər rayon Təşkilatının sədri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bu tarixi günün Ulu Öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub. Daha ətraflı »

  • 30Noy
    Digər “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” üçün şərhlər bağlıdır

    YAP Tərtər rayon Təşkilatının inzibati binasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində ailə dəyərləri mövzusunda tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, məktəb, xəstəxana və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
    Təşkilatın sədri və layihə rəhbəri Lamiyə İsazadə açılış çıxışında layihənin donoru və məqsədi haqqında iştirakçıları məlumatlandırıb. Layihənin məqsədinin gənclərin milli-mənəvi dəyərlərlə bağlılıq, böyüklərə hörmət və digər milli dəyərlər işığında maarifləndirilməsi olduğunu diqqətə çatdırıb.
    Lamiyə İsazadə qeyd edib ki, “Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürməsi sual altındadır”. Daha ətraflı »

  • 30Noy
    Digər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    “Tərtərin tarix yazan oğulları”

    Onlar haqqında nə qədər yazılsa da, danışılsa da azdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Yeni Tərtər” qəzetinin redaktoru, “Qızıl qələm” mükafatı laureatı Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı olub.

    Təqdimatda Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət himni səsləndirilib.
    Svetlana Bağırova şəhidlərimizin xatirəsinə həsr etdiyi kitabı haqqında məlumat verib. Tarix yazan tərtərli oğullardan, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərdən danışıb. Deyib ki, Tərtər iki əsrə yaxın bir dövrdür ki, mənfur ermənilərlə qonşudur. Onlar həmin tarixi saxtalaşdırmaq istəsələr də, özləri də bilmədən rayonun Şıxarx qəsəbəsində “Marağa150” abidəsini ucaltmaqla bu yerlərə gəlmə olduqlarını birmənalı şəkildə təsdiq ediblər. Köç saldıqları torpaqlarla kifayətlənməyən, böyük xülyalarla yaşayan ermənilər daim bizə zərbə vurmağa çalışıblar. Hər zaman da Tər-təri möhkəm bir qala kimi qarşılarında görüb, geri çəkilməyə məcbur olublar. Birinci Qarabağ müharibəsində, Aprel hadisələrində, 44 günlük Vətən müharibəsində də belə olub. 30 ilə yaxın müddətdə atəşkəs olsa da, keçmiş cəbhəyanı kəndlərdə atəş səsləri bir gün də kəsilməyib. Buna baxmayaraq, Tərtərdə bir ailə də evini tərk etməyib, yanan işıqlarımız ermənilərin gözünə ox kimi batıb. Birinci Qarabağ müharibəsində tərtərlilər ermənilərə nəinki bir qarış torpaq belə veriblər, əksinə, onları oğrucasına yiyələndikləri torpaqlarımızdan uzaqlaşdırıblar. Prezident, Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində, düş mənlə üz-üzə dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir. 2016-cı ilin Aprel günlərini biz heç zaman unutmayacağıq. O vaxt atəşkəs rejimin dən sonra ilk dəfə olaraq Ermənistan ordusu bizdən güclü zərbə almışdı”. Daha ətraflı »

  • 30Noy
    Digər Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır! üçün şərhlər bağlıdır

    Noyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsində yürütdüyü hərbisiyasi yolun davamı olaraq bir güllə atılmadan Kəlbəcər azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir.
    1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Erməni qəsbkarları tərəfindən bir çox faciələrə, vəhşiliklərə məruz qalmış Kəlbəcər rayonunun sakinləri bu gün rahatdırlar. Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ətrafında birləşən Ordumuz şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi və bu gün xalqımız böyük qürur hissi ilə işğal yox, Qələbə tarixini qeyd edir. Kəlbəcərlilərin bugünkü əhval-ruhiyyəsini öyrənmək üçün rayon sakinlərindən Tapdıq Qasımovu və Vəsilə Cəmilovanı redaksiyamıza dəvət etmişdik. Aşağıda onların ürək sözlərini oxucularımıza təqdim edirik.

    Tapdıq Qasımov: Ata yurdum Kəlbəcərin Ağdaban kəndidir. Dədə Şəmşirin vətəni olan bu kəndin yalnız adını çəkmək kifayətdir ki, göz önünə insan şüurunun dərk edə bilmədiyi qanlı faciələr, döyüş səhnələri gəlsin. Ağdaban ermənilərin yaşadığı Çapar kəndi ilə qonşu olub. Özümüzü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etsək də, o zamankı respublika rəhbərliyindən kömək ala bilmədik. 1992-ci il aprel ayının 8-də səhər saat 5-6 radələrində kənd üç tərəfdən mühasirəyə alındı və biz bunu təsadüf nəticəsində bildik, yoxsa namərdlər bütün kəndi məhv edəcəkdilər.
    Ağdabanlıların başına gələn müsibətlər dünyaya məlumdur. Böyük Qələbəmizlə şəhidlərimizin qisası alınsa da, biz ermənilərin törətdikləri hərəkətlərə görə beynəlxalq hüquq çərçivəsində cavab verəcəklərini gözləyirik. Əminik ki, Qələbə günü kimi, həmin gün də gerçəkləşəcək. Daha ətraflı »