Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt
    Digər BEYNƏLXALQ HÜQUQUN NORMALARI VƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN QƏRARLARI İLƏ BAĞLI İKİLİ STANDATRTLAR VƏ SELEKTİV YANAŞMANIN TƏTBİQİ DÜNYADA MÜNAQİŞƏLƏRİN ƏDALƏTLİ HƏLLİNƏ MƏNFİ TƏSİR GÖSTƏRİR. üçün şərhlər bağlıdır

    Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı sülh və ədalətin əsas təsisatçılarından biridir
    Azərbaycan Respublkikasıın Prezidenti cənab İlham Əliyev 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Hərəkatın sədri olaraq çıxış etmiş, beynəlxalq arenada baş verən və təşkilatın gündəliyində duran əsas məsələlər ilə bağlı açıqlamalar vermişdir.

    Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təsis olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olun bu qurum, qlobal sülh, həmrəylik və ədalət naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. Hərəkata 120 üzv ,17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilat daxildir ki, üzvlərinin hər biri heç bir bloka daxil olmadıqlarını və tərəfsiz olduqlarını bəyan etmişlər. Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə hər zaman öz aktuallığını və vacibliyini qoruyub saxlayan suverenlik və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, təcavüz aktlarından çəkinmə kimi prinsiplərin yer aldığı Bandunq prinspilərini qəbul etmişdir. Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüquq və ədalətin qorunması prinsipləri əsasında qurulan Hərəkata töhfə vermək məqsədilə 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmağa qərar vermişdir. Daha ətraflı »

  • 18Okt
    Digər HADRUT BEYNƏLXALQ MƏDƏNİYYƏT VƏ TURİZM MƏRKƏZİ OLACAQDIR üçün şərhlər bağlıdır

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrut əməliyyatının əhəmiyyəti barədə söhbətini davam etdirərkən söyləyib ki. , hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”. Hadrutun strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı deyib: “Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”. Daha ətraflı »

  • 18Okt
    Digər PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ HƏR BİR VƏTƏNDAŞ SOSİAL MƏSULİYYƏT DAŞIYIR üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi hal-hazırda ölkəmizdə və dünyada koronavirus (COVID-19) epidemiyası ilə mübarizə tədbirləri davam etməkdədir və ölkə ərazisində yarada biləcək təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin intensivləşdirilməsi və effektivliyinin yüksəldilməsi gündəmdədir.

    Vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Çünki bu, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan vaksinasiya çərçivəsində “Sinovak”, Daha ətraflı »

  • 18Okt
    Digər NÜSTƏQİLLİK DÖVRÜNÜN ƏN BÖYÜK NAİLİYYƏTLƏRİNDƏN BİRİ AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ SABİTLİYİN YARADILMASIDIR. üçün şərhlər bağlıdır

    Bildiyimiz kimi 20-ci əsrin əvvəllərində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 1991-ci ilin oktyabırın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konistitutsiya aktı qəbul edildi. Ölkəmizin müstəqilliyi ilk olaraq qardaş Türkiyə Respublikası tərəfindən tanındı. Sonralar Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya kimi dövlətlər dövlət müstəqilliyimizi tanıdılar. Eyni zamanda 1992-ci ilin mart ayının 2-də Azərbaycan müstəqil bir dövlət olaraq BMT-yə üzv qəbul edildi.

    Dövlət müstəqilliyimizin bərpası o dövrdə Sovetlər Birliyinin dağılması ilə əlaqədar yaranmış tarixi şəraitlə yanaşı, xalqımızın bu yolda apardığı mübarizə hesabına reallaşdı. Elə ilk vaxtlardan çətin siyasi şərait meydana çıxdı. Ən əvvəl heç bir iqtisadi potensialın olmaması ölkəmizi çətin sınaq qarşısında qoymuşdu. O cümlədən xarici qüvvələrin hesabına fəallaşan daxili çəkişmələr vəziyyəti bir qədər də çətinləşdirirdi. Bundan əlavə Sovetlər Birliyinin bizə miras qoyduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də bu məqamda alovlanmağa başladı. Hərbi əməliyyatlar genişlənərək Birinci Qarabağ müharibəsinin Daha ətraflı »

  • 16Okt
    Digər FÜZULİ UĞRUNDA APARILMIŞ DÖYÜŞLƏR VƏTƏN MÜHARİBƏSİ ZAMANI ƏN AĞIR DÖYÜŞLƏRDƏN OLMUŞDUR üçün şərhlər bağlıdır

    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmdə əməliyyatı ilə rəşadətli ordumuz düşmənə ilk gündən başlayaraq ağır zərbələr vuraraq, öz torpaqlarını erməni təcavüzündən azad etdi.

    O torpaqlar ki, 30 ilə yaxın idi ki, erməni faşistlərinin tapdağı altında inləyirdi. Şəhid oğullarının qanı ilə suvarılan torpaqlarımız, əzəli Qarabağ torpaqlarının azad olunduğu günlərdən bizi bir il ayırır.

    Məlum olduğu kimi, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

    Xatırlatmaq yerinə düşər ki, Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Daha ətraflı »

  • 16Okt
    Digər 2003-CÜ İLDƏN ETİBARƏN PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI SOSİAL SİYASƏTİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən artıq 18 il keçir…
    Həmin seçkilərdə İlham Əliyev seçicilərin 76 faizdən çoxunun səsini qazandı. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.

    Hələ, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin Daha ətraflı »

  • 09Okt
    Digər 5İL ƏRZİNDƏ ELƏ BİR YENİ AZƏRBAYCAN, YENİ ZƏNGƏZUR QURACAGIQ Kİ, BÜTÜN DÜNYA BİZƏ QİBTƏ EDƏCƏK üçün şərhlər bağlıdır

    Ölkə başçısı azad olunmuş bölgələrə səfərlərində olduğu kimi, Cəbrayılda da bir çox layihələrin, o cümlədən Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməllərinin qoyulmasında iştirak edib. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdəki çıxışı bu dəfə də maraqlı dairələrə siyasi mesajlarla yadda qaldı: “Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”. Daha ətraflı »

  • 09Okt
    Digər SUQOVUŞANIN AZAD OLUNMASI VƏTƏN MÜHARİBƏSİNDƏ BÖYÜK QƏLƏBƏNİ TƏMİN ETMİŞ ÖNƏMLİ UĞURLARDANDIR üçün şərhlər bağlıdır

    Suqovuşan 3 oktyabr 2020-ci il, Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olundu. Həmin gün Azərbaycan tarixinə qələbə sevinci ilə yazıldı. Şanlı Azərbaycan bayrağı kənddə ucaldıldı. Bu şad xəbəri xalqa Cənab Prezident İlham Əliyev çatdırdı. Azərbaycan xalqı bu qələbə xəbərinə sevindi, bayram etdi. Zəfər tariximizin ən gözəl gününə çevrildi. Suqovuşan qəsəbəsi əvvəllər Ağdərə rayonun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan qəsəbəsi isə Tərtər rayonuna birləşdirilib.

    Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Lakin 1994-cü ilin aprel ayında mənfur ermənilər yenidən Suqovuşanı işğal edib. Ermənilər kəndi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən düşmən yerləşmişdi. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük Daha ətraflı »

  • 08Okt
    Digər REGİONLARDA NƏŞR OLUNAN QƏZETLƏRİN BAŞ REDAKTORLARI İLƏ ONLAYN GÖRÜŞ üçün şərhlər bağlıdır

     

     

     

     

     

    7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.

    “Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib. Daha ətraflı »

  • 08Okt
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV OKTYABRIN 3-də TƏRTƏR RAYONUNDA SƏFƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    Dövlətimizin başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.­ Dövlətimizin başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb.