Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May
    Digər ZƏNGƏZURU NECƏ İTİRDİK? üçün şərhlər bağlıdır

    “101 il əvvəl 1920-ci il noyabrın 30-da Azərbaycan xalqının iradəsi, rəyi nəzərə alınmadan Zəngəzur qəzasının yuxarı hissəsi Azərbaycandan qoparılaraq rəsmən Sovet Ermənistanına verildi.
    Tariximizin qara səhifəsi olan bu bədnam hadisə Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının həmin gün keçirilən birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur…Sovet Ermənistanının tərkibinə keçir. İlk mərhələdə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində saxlandı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Zəngəzur ən qədim dövrlərdən həmin tari-xədək hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların böyük çoxluğu da bu fikri təsdiqləyir.
    XVIII əsrdə Zəngəzur mahalı Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavet-pol) quberniyasının tərkibinə daxil olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk) kəndi vardı. Hətta indiki Türkiyə və İran ərazilərindən çox sayda erməni əhalisinin köçürülməsindən sonra belə, burada beş dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində ayrıca inzibati bölgə – qəza olub.
    Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən məharətlə istifadə edən Ermənistanın daşnak və bolşevik hökumətləri Zəngəzuru tam anneksiya etmək üçün hərbi-siyasi mübarizəni eyni israrla davam etdirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Daha ətraflı »

  • 31May
    Digər 28 MAY RESPUBLİKA GÜNÜ üçün şərhlər bağlıdır

    Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
    Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
    Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Daha ətraflı »

  • 31May
    Digər 31 MAY DÜNYA TÜTÜNSÜZ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Mayın 31-i Dünya Tütünsüz Günüdür. Bu gün 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə təsis olunub. DST və tərəfdaşları hər il bu günü qeyd edir, tü-tündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə ef-fektiv siyasət aparmağa çağırır.
    DST-nin məlumatına görə dünyada hər il təxminən 8 milyon insan “tütün epidemiyası” səbəbindən vəfat edir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan vəfat edir.
    Azərbaycanda tütün istifadəçilərinin sayı təxminən 1,3 milyona bərabərdir. Daha ətraflı »

  • 29May
    Digər AZƏRBAYCAN REGİONDA YENİ REALLIQ YARADARAQ DÜNYANIN SİYASİ XƏRİTƏSİNDƏ ÖZ STATUS VƏ ROLUNU ARTIRMIŞDIR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 May – Respublika Günü ilə bağlı ünvanladığı təbrik məktubunda bir sıra məqamlara xüsusi ilə diqqət yetirmişdir. Bildirmişdir ki, regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.

    İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

    Respublika Günü münasibətilə ABŞ Prezidenti Azərbaycan Prezidentini təbrik etmişdir. Bundan əvvəl ABŞ Prezidenti Azərbaycan Prezidentini Novruz bayramı Daha ətraflı »

  • 26May
    Digər İQTİSADİ LAYİHƏLƏR REGİONAL ƏMƏKDAŞLIĞI QAÇILMAZ EDİR üçün şərhlər bağlıdır

    Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Tədbirdə aktivliyi ilə diqqət çəkən Azərbaycan Prezidenti çıxışında yüksək məntiq və intellektini ortaya qoyaraq dünyaya mühüm mesajlar verib. Prezidentin müsahibələrində və mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı, onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, eləcə də dünyada, regionumuzda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığı informasiya meydanında qələbəmizi şərtləndirən əsas amillər kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışının əvvəlində bəyan edib ki, torpaqlarımız 30 illik işğal dövründə dağıntılara, erməni vandalizminə məruz qalıb. Genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

    Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını bildirən dövlətimizin başçısı deyib ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən biri də insanlar arasında təmaslardır. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir. Çinlə çox gözəl münasibətlər mövcuddur. Daha ətraflı »

  • 24May
    Digər İTİRİLMİŞ UŞAQLIĞIN SONRAKI SEVİNCİ üçün şərhlər bağlıdır

    Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.

    Lakin gördüklərimiz bir anda olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…

    O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan mərmilər, çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim son gecə idi.

    “Hamı səngərə!”– dedilər.

    Kişilər öz məhlələrində yığışıb əvvəlcədən səngər qazmışdılar.

    Bəli, səngərə gedirik. Saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu!

    O gecə hər şey ola bilərdi. –Evimiz yana bilərdi, dağıla bilərdi. Düşünün, insanın hansısa bir əşyası itəndə bütün günü onu axdarır, amma biz bir gecədə evimizi və içi dolu əşyalarımızı itirə bilərdik.

    Budur, səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır. Səngərə hər zamankı kimi ilk girən kişilər oldu, içərisinin təmiz olduğunu bildirib çıxdılar. Sonra qadınlar, uşaqlar, qocalar daxil oldular. Rütubətli, nəm və zülmət bir mağara… Çox qorxdum. Büzüşüb anamın qucağında oturmuşdum. Çıraq işığında ətrafa nəzər salırdım. Başımın üstündən sakıt bir zümzümə səsi gəldi: “Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın.” Bu mahnını zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə ön cəphədə vuruşurdu. Gəlin nigarançılıqla  yarının yolun gözləyirdi. Ertəsi gün  yarı gəldi, ağ kəfəndə, tabutun içində gəldi…

    Həmin gecə çox igidlər həlak oldu, qəhrəmanlar qazi oldu çox evlər dagığılıb xarabaya döndü!

    Həmin gecə səngərdə gecələmək məcburiyyətində qaldıq. Hamı susqun halda oturub gözləyir  xəsdə sağalmağını gözləyən kimi, yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm. Yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərini mənə yönəltmiş halda: “Allahım,  bu körpələrə yazığın gəlsin!” – deyirdi. O anda körpə görünə bilərdim, amma içimdə özümü bir qəhrəman kimi hiss edirdim. Çünkü torpağını sevən hər bir qəhrəman kimi öz torpağımda idim, qorxub qaçmamışdım . O gecə həmyaşıdlarım öz yataqlarında mışıl-mışıl yatarkən, mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım… Daha ətraflı »

  • 19May
    Digər NAXÇIVAN MUXTAR RESPUBLİKASI BÜTÜN İSTİQAMƏTLƏR ÜZRƏ DAYANIQLI İNKİŞAFA MÜVƏFFƏQ OLUB üçün şərhlər bağlıdır

    Ötən illər ərzində dünyada baş verən bir sıra təlatümlü hadisələrin, qlobal böhranların, pandemiyanın yaratdığı ciddi çətinliklərin özünü daha açıq şəkildə büruzə verdiyi bir vaxtda Azərbaycan və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası nəinki bütün bunların təsirlərini minimum həddə endirməyi bacardı, həm də dinamik inkişaf tempini qoruyub saxladı. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır.

    May ayının 10-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri edərək son vaxtlarda Muxtar Respubılikada görülən işlər, həyata keçirilən layihələrlə tanış olub və səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı öz geniş müsahibəsində qeyd edib ki, Daha ətraflı »

  • 18May
    Digər “XARIBÜLBÜL” FESTİVALI 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILMIŞ ZƏFƏRİN MƏDƏNİYYƏT SAHƏSİNDƏ DAVAMIDIR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsinin ardınca 12-13 may tarixlərində burada “Xarı bülbül” festivalının keçirilməsi bizim üçün ən dəyərli arzulardan olmuşdur. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bizə nəsib etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfərlə qayıdışımızın təcəssümü oldu. Hələ 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival ermənilərin şəhərimizi işğal etdiyi vaxtdan 32 il sonra yenidən Cıdır düzündə baş tutdu. Böyükdən kiçiyə hər bir soydaşımız bu möhtəşəm hadisəni böyük qürur hissi və sevinclə qarşıladı. Uzun illərdən sonra Xalqımız tarixi ədaləti bərpa etdi.

    Prezident İlham Əliyev festivalın açılışında çıxış edərək bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu, Böyük Qələbə üçün qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu qeyd etdi. Eyni zamanda növbəti ildə Şuşanın 270 illik yubileyinin qeyd olunacağı bildirildi. Bu məqəmda İlham Əliyevin “Əziz Şuşa biz qayıtmışıq”, “Əziz Şuşa biz səni dirçəldəcəyik” ifadələri ilə və böyük fəxarət hissi ilə Şuşanın azad olunması xəbərini xalqına çatdırdığı gün xatırlanır. Bəli artıq tarixi Qarabağımıza, o cümlədən doğma Şuşamıza xalqımızın milli-mənəvi dəyərləri qayıtmaqdadır. Cənab Prezidentin təbirincə desək Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə tədbirdə yer almışdılar. Bu bir daha sübut etdi ki, Azərbaycan multikultural ənənələrə sadiq bir ölkədir. Bundan əlavə Vətən müharibəsi də bir daha onu göstərdi ki, Azərbaycan bütün xalqların vətənidir, burada hər bir millətin nümayəndəsi dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Bizim ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Daha ətraflı »

  • 16May
    Digər ŞUŞANIN AZƏRBAYCANIN MƏDƏNİYYƏT PAYTAXTI ELAN EDİLMƏSİ TARİXİMİZİN SAXTALAŞDIRILMASINA “TÖHFƏ VERƏN” DİGƏR DÖVLƏTLƏRƏ MESAJDIR üçün şərhlər bağlıdır

    2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi.

    8 may – bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan xalqının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Azərbaycan Xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd etməyəcək.

    Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Daha ətraflı »

  • 07May
    Digər 10 MAY HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR üçün şərhlər bağlıdır

    10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. Bu il 98-ci ildönümü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.
    Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən
    Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən
    isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.
    Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. Daha ətraflı »