Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Mar
    Digər YAP ÜMUMXALQ PARTİYA OLARAQ, ÖLKƏMİZDƏ MİLLİ HƏMRƏYLİYİN YENİ İNKİŞAF MƏRHƏLƏSİNİN TƏCƏSSÜMÜNƏ ÇEVRİLİR üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VII qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın- Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı oldu. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Daha ətraflı »

  • 09Mar
    Digər BÜTÜN ÇƏTİNLİKLƏRƏ BAXMAYARAQ, AZƏRBAYCAN BEYNƏLXALQ ALƏMDƏ ZƏHMƏTLƏ FORMALAŞAN İMİCİNİ QORUYUB SAXLAYA BİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında verilən sualları cavablandırarkən bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.

    Vurğulayıb ki, Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb,
    bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi Daha ətraflı »

  • 09Mar
    Digər AZƏRBAYCAN ƏSKƏRİ QƏHRƏMANLIQ NÜMUNƏSİDİR üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın Müzəffər Ordusunun onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldiyindən də geniş danışdı. Qeyd etdi ki, Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik. Daha ətraflı »

  • 03Mar
    Digər İLHAM ƏLİYEV: BİRGƏYAŞAYIŞIN ƏSAS ÜSULU ƏMƏKDAŞLIQDIR üçün şərhlər bağlıdır

    Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında həm də birgəyaşayış zərurətindən də ətraflı bəhs etmişdir. O, göstərmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.

    Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır. Daha ətraflı »

  • 03Mar
    Digər BÖYÜK QAYIDIŞA GENİŞ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinyerli və xarici media nümayəndələri üçün keçirdiyi konfrans beynəlxalq müstəvidə geniş əks-səda doğurmuşdur.  4 saat davam edən konfransda 35 media təmsilçisinin 50 sualını 4 dildə cavablandıran ölkəmizin rəhbəri İlham Əliyevin məntiqli real faktlara söykənən fikirləri sözün həqiqi mənasında auditoriyanı heyrətə qoymuşdur. Dövlət başcısı suallara cavab verərkən Qarabağda icra olunacaq böyük iqtisadi layihələrdən də danışmışdır. Qeyd etmişdir ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər Daha ətraflı »

  • 02Mar
    Digər AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞI ƏBƏDİDİR üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün geniş mətbuat konfransı keçirmişdir. Ölkə rəhbəri bir çox məsələıərlə yanaşı Rusiya Rürkiyə Monitorinq Mərkəzinin fəaliyyərindən də bəhs etmişdir. Göstərmişdir ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı.  Artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın.

    Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir;

    Sonra Prezident qeyd etmişdi ki, Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək.Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış.

    Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın.

    Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Daha ətraflı »

  • 28Fev
    Digər “UŞAQ KİMİ DÜŞÜN”LAYİHƏSİ İCRA OLUNUR üçün şərhlər bağlıdır

    Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində qalib gəlmiş layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir. Tərtər rayonu üzrə bu müsabiqədə ilk qalib layihədir. Layihə hazırkı vəziyyətlə əlaqədar olaraq onlayn şəkildə həyata keçirilir. Layihədə müəllim və valideynlər üçün təlimlərin təşkili nəzərdə tutulub, təlimlərdə  layihə rəhbəri Nigar Hüseynzadə psixoloq Şirin Ələsgərova və müəllimlər psixoloqlar, valideynlər iştirak edəcəklər.

    Müəllimlər üçün növbəti təlim 28 fevral saat 16:00 da MS Teams platforması ilə həyata keçiriləcək.

    Təlimlərdə iştirak etmək istəyən şəxslər layihənin fb ünvanına  https://www.facebook.com/Uşaq-kimi-düşün-112539067270519/  müraciət edə və ya qeyd olunmuş formu   https://forms.office.com/Pages/ResponsePage.aspx?id=YAr8FHAQQkGfMRuUGHqWHzVBwrUBHy1Fghg1RANNBG9UQzdLT044R0JCNjRZWFBKTFZNU1JZVUMyQy4u   doldura bilərlər.

     

     

  • 27Fev
    Digər ŞƏHİD AİLƏLƏRİ VƏ MÜHARİBƏ ƏLİLLƏRİNƏ QAYĞI DÖVLƏTİN DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqın sosial güzəranın daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür. Ehtiyacı olan əhali qurupuna,  şəhid aillələrinə və əlillərə hərtərəfli dəstək göstərməyi dövlətimiz  mühüm vəzifə hesab edir. Ramanı kompleksində doqquzmərtəbəli 30 binanın tikintisi də bu qəbildəndir. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu, dünyada öz vətəndaşına göstərilən analoqu olmayan bir dövlət qayğısıdır. Daha ətraflı »

  • 26Fev
    Digər PREZİDENTİN VƏ AİLƏ ÜZVÜLƏRİNİN İŞĞALDAN AZAD OLUNMUŞ RAYONLARIMIZA SƏFƏRİ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
    Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi və burada təməlqoyma mərasimi keçirildi.
    Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Üçüncü Ağalı kəndində oldular.
    Prezident burada qeyd etdi ki, bütün şəhərlərimizin baş planları hazırlanır. Sonra bərpa işlərinə start veriləcək.
    Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.
    Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Daha ətraflı »

  • 26Fev
    Digər XOCALI FACİƏSİNDƏN 29 İL ÖTÜR üçün şərhlər bağlıdır

    1992-ci il 26 fevral hadisələrinin 29-cu il dönümü tamam olur.
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri mühasirəyə alındı və düşmən saysız-hesabsız texnika ilə hücuma keçdi. Mərmilərin partlayışından topların gurultusundan yer-göy titrəyir, qulaq tutulurdu. Hər tərəf od içində idi. Erməni vəhşiliklərindən yaxa qurtarmaq məqsədilə dağlara qaçan onlarla insan donaraq öldü, bir çoxları müxtəlif əzalarını itirərək ömürlük şikəst qaldı. Onların arasında qadın da vardı, qoca da, körpə uşaq da.
    Qəhrəman oğullarımız bu qeyri-bərabər döyüşdə qalib gəlməyin mümkün olmadığını yaxşı başa düşsələrdə, bir an olsun belə tərəddüd etmədən döyüşə atılır, qəhrəmancasına həlak olurdular. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Daha ətraflı »