Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen
    Ədəbiyyat VƏTƏN OĞLU üçün şərhlər bağlıdır

                                                          (Şəhidlərimizə)

    Ana vətən:”Oğul!”-deyib, ağlayır,

    Yaraları sinəsini dağlayır.

    Neçə ildir şəhid yası saxlayır…

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

    Əsir tək ölənlər qalır kəfənsiz,

    Vətəni sevənlər indi Vətənsiz.

    Qaçqınlar,  köçkünlər doğma məskənsiz…

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

     

    Gəl, yenə yurduna xidmət eylə sən,

    Küləkdən Vətənə salam söylə sən.

    Gəl çevril tufana, oda, selə sən,

    Gəl , Vətən çağırır, ey Vətən oğlu!

     

     

    Vaxt gələr sovuşar, bitər bu həsrət,

    Bu eldən, obadan ötər bu həsrət.

    Vətənin köksündən itər bu həsrət,

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

    İgidlər səngərdə, əllərdə silah,

    Gəl ki, qoy açılsın nurlu bir sabah.

    Qarabağ sinəmdə qəlpədir Vallah!

    Gəl, Vətən çağırır, ey Vətən oğlu!

    Vüsal ƏDİLZADƏ

    Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi.

     

  • 30İyl
    Ədəbiyyat YAYLAĞA KÖÇ üçün şərhlər bağlıdır

                                                                                    (Hekayə)

    Qış çıxmışdı. Yaz Qarabağın aran bölgəsinə özünəməxsus bütün gözəllikləri gətirib gəlmişdi. Təbiət yaşıllığa bürünmüş, quşların səsi kəndin içi ilə axan böyük arxın zümzüməsinə qarışmışdı. Kənd camaatının həyatına rəng qatan bu arx Nəsir ağanın məhləsini iki yerə ayırırdı. Arxın bir tərəfində Ağanın mülkü, o biri tərəfində heyvanlar üçün tikilmiş tövlə, çobanlar və nökərlər üçün olacaq-lar var idi. Nəsir ağa dövlətli olmaqla yanaşı, həm də ədalətli bir kişi idi, kimsənin haqqını ayaqlamazdı. Ağanın bir xasiyyəti də var idi, bəzən gözlənilməz qərarlar verərdi. Bu səhərdə heç kimin gözləmədiyi, ev adamlarını da təəccübləndirən bir göstəriş verdi. Tezdən heyvanları yemləyib tövlədən çıxan Zərbəli ağanın gur səsinə diksindi. Daha ətraflı »

  • 30İyl
    Ədəbiyyat TƏNHA ULDUZ üçün şərhlər bağlıdır

    (Hekayə)

                                                                            4 İL KEÇSƏ DƏ…
    2016-cı ilin yayı idi. Həmişə redaksiyamıza hekayələr göndərən Əntiqə Məmmədova bu dəfə “Tənha ulduz”adlı bir hekayə yollamışdı. Oxumuşduq və qəzetimizdə dərc olunmasını məsləhət bilmişdik. Lakin aradan 4 il keçsə də, o hekayə hansı səbəblərdənsə dərc olunmamışdı.
    Bu günlərdə köhnə yazılar qovluğuna baxanda, Əntiqə Məmmədovanın “Tənha ulduz” hekayəsinə rast gəldim və günahımızı yumaq üçün o hekayəni dərc etməyi lazım bildik.
    Onu da qeyd edim ki, 4 ildir ki, Əntiqə Məmmədova ilə redaksiyamızın heç bir əlaqəsi yoxdur.
                                                                                                                           Tofiq Yusif

    Hörmət bəslədiyim bir qadına
    Gecə yarıdır, göydə ulduzlar sayrışır. Ulduzların bəziləri elə işıq saçırdı ki, sanki, Ay ilə yarışırdı. Mən maraqla yanıb-sönən, bir-birinə, “göz vuran” ulduz-ları seyr edirdim. Aya baxmaqdan isə özümü güclə saxlayırdım. Ta uşaqlıqdan ürəyimdə bir qorxu yaranmışdı…
    Bir dəfə başıma qəribə bir hadisə gəlmişdir. Pəncərədən aya tamaşa edirdim. Rəvayətlərə görə güya ki, Ay oğlandır, Günəşsə qız. Mən bunu yalanmı, ya gerçəkmi olduğunu bilmək istəyirdim. O qədər aya diqqətlə baxdım ki, onun qaş, göz, ağız, burnunu gördüm. Üzümə deyən qəfil sillə məni qəribə aləmdən ayırdı. Yan-yörəmə baxdım, heç kimi görmədim. Amma, həqiqətən məni vurmuşdular. Işığı yandırıb sifətimə baxdım. Üzümdə beş barmağın izi vardı. Sillənin yeri qızarmışdır. Daha ətraflı »

  • 10İyl
    Ədəbiyyat ALLAHLA “KƏLMƏ KƏSƏN” ŞAİR üçün şərhlər bağlıdır

    Əminəm ki, oxucular bu ifadələri qeyri-səmimi qarşılamayacaqlar. Lakin qınaqlara tuş olmayım deyə kəlmə kəsən sözlərini dırnaq arasında yazıram.
    Bu şair xalqımızın, xüsusilə şeirsevərlərin yaxşı tanıdığı, haqqında dönə-dönə yüksək fikirlər deyilmiş, məqalələr yazılmış, təbriklər söylənmiş, adına çox sayda şeirlər həsr edilmiş, xatirələr danışılmış ölməz xalq şairimiz Məmməd Arazdır.
    Dəyərli hikmətləriylə, gözəl poeziya nümunələriylə, tarkamanda, sazda ruhları oxşayan şirin nəğmələriylə, yaratdığı bütün əsərləriylə qiymətli irs qoymuş Məmməd Araz. “Qayalarda bitən bir çiçəyin” “Vətən daşı” Məmməd Araz.
    Sözü layiq olduğu ucalıqda saxlamağı bacaran, sözə son dərəcə qənaət edən, israfçılığı sözə hörmətsizlik sayan, şairlərdən biri, bəlkə də birincisi olan Məmməd Araz.
    Onun poeziyası oxuculara şeiri ilahi sirr, şairliyi isə möcüzə-İlahi tərəfindən qulağa pıçıldanmış “vergi” kimi andırır. Daha ətraflı »

  • 10İyl
    Ədəbiyyat MƏMMƏD ARAZIN ÜRƏK ÇIRPINTILARI üçün şərhlər bağlıdır

                                                      ƏLVİDA, DAĞLAR !

    Bəlkə bu yerlərə bir də gəlmədim,

    Duman, salamat qal, dağ, salamat qal!

    Dalımca su səpir yoxsa buludlar?

    Leysan, salamat qal, yağ, salamat qal!

     

    Gəldim, qarşıladı güllər-çiçəklər,

    Gedirəm, əl edir boz biçənəklər.

    Nidamı çaylara dedi küləklər:

    Bulan, salamat qal, ax  salamat qal!

     

    Qıy vuran qartallar yox oldu çəndə,

    Nərgizlər saraldı şehli çəməndə.

    Ey qaragöz pəri, dalımca sən də

    Boylan, salamat qal, bax, salamat qal!

    Dağların pələngi, şiri də sənsən,

    Şairi də sənsən, şeiri də sənsən.

    Varı, bərəkəti, xeyri də sənsən

    Çoban, salamat qal, sağ-salamat qal!

     

  • 10İyl
    Ədəbiyyat DAĞLAR KÜSÜB üçün şərhlər bağlıdır

     

    . Neçə yazdı düşmür yolum,

    Yəqin dağlar küsüb məndən.

    Gedib öpüm, qurban olum,

    Yəqin dağlar küsüb məndən.

    . Sağsağanlar səksəkəli,

    Kim baltalı, kim gülləli?..

    Yarpaq gördüm qan ləkəli,

    Yəqin dağlar küsüb məndən.

     

    Çoxdan dağa-daşa yadam,

    Salmır qonum-qonşu yada.

    Əlim yatmır qoşmaya da,

    Yəqin dağlar küsüb məndən.

     

     

    Düzlərimə şöhrət Araz,

    Harayıma həsrət Araz.

    Gecikmisən, Məmməd Araz,

    Yəqin dağlar küsüb səndən.

     

    Kəklik uçmur çopur daşdan,

    Dağ kəlləri baxmır qaşdan.

    Bulaq tutqun, çay pərişan,

    Yəqin dağlar küsüb səndən.

     

  • 10İyl
    Ədəbiyyat VƏTƏN MƏNƏ OĞUL DESƏ… üçün şərhlər bağlıdır
    Buyruqlara sığışmayan inaddım,

    Çox qanadlar yorub salan qanaddım.

    Ulduzlara barmaq silkib, daş atdım,

    Nizamlara baş əyməzdi nizamım.

    Vətən mənə oğul desə, nə dərdim?!

    Mamır olub qayasında bitərdim.

    Bu torpaqsız  harda,  nə  vaxt,  nə dərdim –

    Xəzanımdır, xəzanımdır, xəzanım.

     

    Qayaları haçalardı qüdrətim,

    Buludları parçalardı qüdrətim.

    Şimşəkləri qıçalardı qüdrətim,

    Yorulanda nur mizrablı ozanım.

    Dünənimi döşdən asan deyiləm,

    Dünənimə qəbir qazan deyiləm.

    Ürəyimsiz kəlmə yazan deyiləm,

    Nə qədər ki, öz əlimdi yazanım.

     

     

    O selablar seləliyim yalanmış,

    Ötən günlər çalağanmış, çalanmış.

    Bircə kövrək xatirələr qalanmış,

    Onu da ki, ha çevirim, ha sanım…

     

     

  • 10İyl
    Ədəbiyyat ANA YAŞI üçün şərhlər bağlıdır
    Daha gəlməyəcək anamın səsi,

    Mənə də taleyin yumruğu dəydi.

    Düzü acığıma gəlir: bəzisi

    Soruşur mərhumun yaşı neçəydi?

    Bilmirəm… düşmüşdü saçlarına dən. …

    Dolaşır sualla cavab başımda.

    Ana kədərini yaşmıdır ölçən?

    Ana itirmişəm ana yaşında

  • 10İyl
    Ədəbiyyat QANADLI QAYALAR üçün şərhlər bağlıdır
    Bir daşmı sıyrılıb qopdu qayadan?

    Başı hamarlandı bir şiş qayanın.

    Burda qayaları qartal sayanın

    Uşaq heyrətinə baş əyir adam.

    Burda hər zirvəni zirvə qoruyur,

    Qartal gözləriylə baxır qayalar.

    Bir gündə neçə yol bir qartal boyu

    Alçalır qayalar, qalxır qayalar…

  • 10İyl
    Ədəbiyyat GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK! üçün şərhlər bağlıdır
    Azdı ac gödənə yüz haram tikə,

    Paslı dəmirləri gəmirmə nahaq.

    İşıqla qarnını kim doydurub ki,

    Zülmətlə qarnını kim doyuracaq?

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Söyüd də dartınır suyunu alcaq,

    Bir quru kötüyün ədası yoxdur!

    Qurd itdən süləngi, it qurddan alçaq,

    Sinəmdə yer versəm, faydası yoxdur,

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Sanma ki, dünyanın bəxtəvəriyəm,

    Yuxuda xoşbəxtəm, o da ki,  yatsam.

    Nahaq haqq əritsə, mənəm əriyən,

    Əsrin caynağında yumaqdı ad-san.

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Pəncərə sındıqca pişiklər artır,

    Görən nə yemişik, nə yedirtmişik?

    Astana yalayan pəncərə yırtır,

    Yəqin çox pişiyə pələng demişik,

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Hər haya-haraya zaman inanmır,

    Bəlkə Allahlığı bacarmır Allah?!

    Çoxdandı qəlbimin çırağı yanmır,

    Vallah, gözlərindən od versən, allam,

    Gecə pəncərəmə dırmaşan pişik!

    Elə marıtdama altdan yuxarı,

    Nə var yuxarıda? büdrəmək, aşmaq…

    Başa başsızları başsız çıxarır,

    Yeri get qabını yala, ay axmaq!

    Gecə pəncərəmə dırmaşan pişik!

     

    Səninçün fərqi yox hər kim çağırdı,

    Qapıdan qapıya qaçmağın asan…

    Mənim ürəyimə gələn cığırda

    Fil azar, şir azar, hörümçək azar,

    Gecə pəncərəmə dırmaşan pişik!