Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq
    Sosial CƏBHƏ BÖLGƏSİ OLAN TƏRTƏR GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞİR üçün şərhlər bağlıdır

    0102Tərtər Rayon İcra Hakimiyyətinin elektron saytında qeyd olunur ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Respublika Prezidentinin öz həyatını riskə ataraq xanımı ilə birgə Tərtər rayonuna səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi sakinlərin əhval-ruhiyyəsini, ölkə rəhbərinə– Ali Baş Komandana inamını daha da artırmış, tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğını hiss etmiş, əmin olmuşlar ki, Ali Baş Komandan, öz dediyi kimi, hər bir vətəndaşın prezidentidir.
    Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan rayona 3 milyon manat pul ayırmışdır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Sosial YENİ AÇILMIŞ İŞ YERLƏRİ üçün şərhlər bağlıdır

    Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanyar 2014-cu ildən 1 iyul 2016-cü il tarixinə qədər olan dövr ərzində rayonda ümumilikdə 3790 olmaqla 1880 daimi iş yerləri yaradılmışdır. 2016-cı ilin birinci yarısı ərzində rayonda 1360 yeni , o cümlədən 1008 daimi iş yerləri açılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 70,2 faizi qeyri-dövlət sektorunda açılmışdır. 2016-cı ilin 6 ayı ərzində açılmış daimi iş yerlərinin 21,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,8 faizi mövcud müəssisə və təşkilatlarda, 9,9 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 45,9 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
    Yanvar-iyun ayları ərzində iqtisadi fəaliyyət növlərinə görə 1008 daimi açılmış yeni iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 45,9 faizi fiziki şəxslərdə, 26,1 faizi sənaye sahəsində, 19,0 faizi tikinti sahəsində, 4,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 3,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 1,2 faizi təhsil sahəsində, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 0,1 faizi digər sahələrdə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılmışdir.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər:

  • 28İyl
    Sosial GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞƏN ŞƏHƏRİM üçün şərhlər bağlıdır

    0306Tərtər cəbhə bölgəsində yerləşir, mənfur qonşularımız olan ermənilərlə üzbəüz yaşayırıq. Buna baxmayaraq, şəhərimiz günbəgün qurulur, gözəlləşir. Həyat oz axarı ilə davam edir. Bu gözəlliyi hamı görür. Hətta şəhərimizə gələn istər yerli, istərsə də xarici qonaqlar bu gözəllikdən zövq alırlar.
    Quruculuq-abadlıq işləri son illər daha da surərləndirilib. Belə ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydan yenidən qurulmuş, meydanın 8200 kvm sahəsi yeni keyfiyyətli tamet daşı ilə üzlənmişdir. Yagış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətti çəkilmişdir. Heydər Əliyev prospektində və şəhərin digər yaşayış məhəllələrində 4 500 metrdən çox su xətti yenilənmişdir. Şəhərin Nizami küçəsində 100 yerlik körpələr evi-uşaq bagçası, Heydər Əliyev prospektində kənd təsərrüfatı idarəsi üçün inzibati laboratoriya binası, Şahmat məktəbi inşa olunmuşdur. Gənclər Mərkəzinin və təhsil şöbəsinin inzibati binalarının fasad hissələri aqlay daşı ilə üzlənmişdir. Mərkəzi meydanın yaxınlığında bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi uçmərtəbəli inzibati binanın əsaslı təmir işləri başa çatdırılmışdır. Şəhərin E. Səfərov küçəsində Qarabağ müharibəsi, əlillər və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış evi rayon icra hakimiyyətində mənzil növbəsində duran əlillərə və şəhid ailələrinə paylanmışdır. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Sosial UĞURLU LAYİHƏ üçün şərhlər bağlıdır

    01Redaksiyamizin qonağı sabirabadlı Rüstəm Məmmədovdur. Sabirabadlı olsa da, şəhərimizdə Rüstəm müəllimi bəzi yerli sakinlərdən daha yaxşı taniyırlar. Adını hörmətlə çəkirlər. “Nəyə görə?” sualının cavabını isə onunla söhbətimiz zamanı aydınlaşdırdıq. Öyrəndik ki, Rüstəm Məmmədov 1963-cü ildə Sabirabad rayonunda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. İlk iş yeri Muğan su Tikinti Trestində iş icraçısı olub. Hazırda Tərtər rayonunda su və kanalizasiya sistemlərinin yenidən qurulmasını həyata keçirən şirkətdə sahə rəisi vəzifəsində çalışır.
    Bu layihənin icrasına 2015-ci ilin iyun ayında başlanıb və cari ilin dekabrında işlər yekunlaşmalıdir.

    – Rüstəm müəllim, bir ildən çoxdur ki, rayonumuzdasınız. Tərtər və tərtərlilər haqqında fikrinizi bil-mək maraqlı olardı.
    – Bu rayona gələnədək respublikamızın müxtəlif regionlarında yeni su və kanalizasiya sistemlərinin çəkilişində çalışmışam. Azərbaycanın bütün bölgələri gözəldir, insanlar hər yerdə qonaqpərvərdilər. Amma, mən bunu səmimi deyirəm, Tərtərdəki kimi isti münasibəti heç yerdə görməmişik. Bu, birinci növbədə rayon rəhbərinə aiddir. İlk günlərdən rəhbərlik bu layihənin müvəffəqiyyətlə icra olunmasından ötrü bizə bütün lazımi şəraiti yaratdı. Bu gün də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun diqqətini hiss edir və onun köməyinə arxalanırıq. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Sosial 2016-cı İLİN BİRİNCİ YARISI İSLAHATLAR DÖVRÜ OLDU üçün şərhlər bağlıdır

    Изображение 059Изображение 071Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısında Tərtər rayonunda sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclas keçirilib. Iclasda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı giriş nitqində göstərib ki, aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısı ordumuz tərəfindən igidliklə alınmış, əks hücum əməliyyatları nəticəsində 2000 hektar ərazi, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəklik düşməndən azad edilmişdir. Rayon rəhbəri qeyd edib ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Prezidentin öz xanımı ilə birgə rayonumuza səfəri, rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşləri, şəhərin özündə və Qapanlı kəndində ermənilərin artilleriya hücumları nəticəsində dağılmış evlərə baş çəkmələri tərtərlilərin əhval-ruhiyyəsini yüksəltmiş, ölkə rəhbərinə inamını daha da artırmışdır.
    Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün prezidentin ehtiyat fondundan 3 milyon manat pul ayırmışdır. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Xəbərlər, Sosial CƏBHƏ BÖLGƏSİNDƏ DAĞIDILAN EVLƏR  DÖVLƏT TƏRƏFİNDƏN BƏRPA EDİLİR üçün şərhlər bağlıdır

    38726dd0479ae708d5d5e8485f8b4792_9945603DSC_9350__copy_copy_9945605Prezident İlham Əliyevin təmas xəttində yaşayan insanlara
    davamlı diqqət və qayğısı böyük minnətdarlıqla qarşılanır

    Aprel hadisələrində Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində çox sayda yaşayış evlərinə ziyan dəymişdi.
    Ermənilər törətdikləri bu təxribatın layiqli cavabını aldılar. Canlı qüvvə və xeyli döyüş texnikası itirən düşmən geri otuzduruldu. Ancaq bu da faktdır ki, rayonun cəbhə xəttinə yaxın ərazilərdə yaşayan əhalinin rahatlığı pozulmuş, evləri yararsız vəziyyətə düşmüşdü. O ağrılı günlərdə Prezident İlham Əliyev bölgəyə səfər etmişdi. Ağdam və Tərtər rayonlarında yaranmış vəziyyətlə yerindəcə tanış olmuşdu. Ağır gündə, bərk ayaqda öz rəhbərini yanında görən insanların keçirdiyi hissləri təsəvvür etmək çətin deyil. Bölgə əhalisi ilə səmimi və unudulmaz görüşün sabahı günü Prezident xüsusi sərəncam imzaladı, müharibədən zərər çəkən evlərin təmiri və bərpası üçün dövlət büdcəsindən yetərincə vəsait ayırdı. Daha ətraflı »

    Teqlər:

  • 05İyl
    Sosial GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR üçün şərhlər bağlıdır

    140210_7483REGİONLARIMIZIN SİMASININ DƏYİŞMƏSİ, BURADA SOSİAL-İQTİSADİ PROBLEMLƏRİN UĞURLU HƏLLİ HEYDƏR ƏLİYEV STRATEGİYASININ REALLAŞDIRILMASININ NƏTİCƏSİDİR

    1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında hökm sürən xaos və anarxiya ilə yanaşı, iqtisadiyyatın da tamamilə dağılması ilə üz-üzə qalmışdır. Xüsusən regionlarda vəziyyət çox çətin idi. Sosial infrastruktur bərbad hala salınmış, iş yerləri bağlanmış, insanlarda torpağın əkilib-becərilməsinə maraq qalmamışdı. Ümummilli Liderimizin Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün zəmin yaratdı.
    1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bununla da regionların inkişafında yeni mərhələ başladı. Həmçinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanın imzalanması ölkədə geniş-miqyaslı dinamik inkişafın yeni istiqamətlərini müəyyənləşdirdi. Məhz həmin Fərman əsasında Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası hazırlandı və bu mühüm vəzifənin sonrakı illərdə icrası Prezident İlham Əliyevin üzərinə düşdü.

    HƏLLEDİCİ MƏRHƏLƏ
    Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu dövrə aid vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ olmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Sosial QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ EVLƏR VERİLDİ üçün şərhlər bağlıdır

    DSC_7897 (Копировать)DSC_7827 (Копировать)Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı oldu.
    Rayonun Poladlı kəndində II qrup Qarabağ müharibəsi əlili Azad Abbasov üçün tikilən evdə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Tədbiri giriş sözü ilə Mamırlı kənd İƏD üzrə nümayəndə Şikar Əliyev açaraq nümayəndəlik haqqında ətraflı məlumat verdi. Sonra kənd ağsaqqalı Asif Abbasov, ikinci qrup Qarabağ müharibəsi əlili Azad Abbasov, Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov çıxış edərək müharibə veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursu hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmışdır. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Sosial SU HƏYATDIR, BƏS ONA MÜNASİBƏTİMİZ NECƏDİR? üçün şərhlər bağlıdır

    77_1440680700скачанные файлыHamımız bilirik ki, havadan sonra insan həyatı üçün vacib olan əsas element sudur. Qida qəbul etmədən insan bir aydan artıq yaşaya bilər, amma susuz bir neçə gün dözmək mümkün deyil.
    Insan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu bizə məktəb vaxtından öyrədiblər. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişir və 45 faizdən 60 faizə qədər ola bilər.
    Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi hüceyrələr arasındakı boşluqlarda və damarlarda olur. Orqanizmdə gedən bütün proseslər məhz suyun vasitəsilə tənzimlənir. Bu səbəbdən də deyirlər ki, su insan üçün həyat deməkdir.
    Gəlin bəzi faktlara müraciət edək. Son 100 ildə əhalinin sayı 3, içməli sudan istifadə 6 dəfə artdığı üçün alimlər çıxış yolu axtarmaqdadırlar. Silahlı münaqişələr, müharibələr təhlükəsi bəşəriyyətin başını onsuz da qatdığı bir vaxtda indi də dünyanın içməli su qıtlığı ilə üz-üzə qaldığını deyirlər. NASA-nın elmi heyəti kosmik müşahidələr əsasında belə nəticəyə gəlib ki, ildən-ilə şiddətlənən quraqlıq nəinki yerüstü, hətta yeraltı içməli su ehtiyatlarının da tükənməsinə səbəb olmaqdadır.
    Hazırda dünyanın 80 ölkəsində əhalinin 40 faizindən çoxu şirin su çatışmazlığından əziyyət çəkir. Belə ölkələrin arasında Çin, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Liviya da vardır.
    Azərbaycanda əhalinin içməli su ilə təminatı dövlətin daimi diqqət mərkəzindədir. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Sosial RAYONUMUZUN SOSİAL-İQTİSADİ HƏYATI üçün şərhlər bağlıdır

    2016-cı İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI

    Kənd təsərrüfatı. 2016-cı ilin birinci rübündə rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyon 506,5 min manat olmuşdur. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artmışdır. Onun 130,5 min manatı bitkiçiliyin, 5 milyon 376 min manatı heyvandarlığın hesabına formalaşmışdır.
    Bitkiçilik. Rayonda yazlıq bitkilərin kütləvi əkininə başlanmışdır. Aprelin 1-i vəziyyətinə 3149.4 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Mövsümün əvvəlindən 81,5 hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalı da daxil olmaqla), 20 hektarda pambıq, 929 hektarda emal üçün şəkər çuğunduru, 366 hektarda dən üçün günəbaxan, 448,1 hektarda kartof, 362,8 hektarda tərəvəz, 942 hektarda çoxillik otlar (yonca) əkilmişdir. Ümumi əkinin 25,7 faizini, yaxud 810,9 hektarını kartof və tərəvəz, 29,9 faizini, yaxud 942 hektarını çoxillik otlar, 2,6 faizini, yaxud 81.5 hektarını dənli və dənli paxlalılar (qarğıdalı da daxil olmaqla), 41,8 faizini, yaxud 1315 hektarını texniki bitkilər təşkil edir.
    Heyvandarlıq. 2016-cı ilin birinci rübündə diri çəkidə 766 ton ət, 4804.7 ton süd, 2 milyon 495 min ədəd yumurta istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 13,6 faiz, yumurta istehsalı 1,2 faiz, artmışdır. Daha ətraflı »

    Teqlər: