Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev
    Kənd təsərrüfatı ARIÇILIQ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    15166208333434413395_1000x669Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da ilbəil inkişaf edir. Belə ki, beş il əvvəl rayonda 180 arıçılıq təsərrüfatı mövcud idisə, hazırda 242 ailə bu işlə məşğul olur. Rayonda arı ailələrinin sayı da hər il artmaqdadır. Əgər 2015-ci ildə rayonda 2434 arı ailəsi var idisə, indi arı ailələrinin sayı 2881-ə çatıb.
    Rayonun arıçıları hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına müxtəlif çeşiddə arıçılıq məhsulları çıxarırlar.
    Bu yaxınlarda Azərbaycan Arıçılar Assosiasiyasının Tərtərdə rayon şöbəsi yaradılıb. İyirmi ilə yaxın müddətdə arıçılıqla məşğul olan Bəkir Ağayev assosiasiyanın rayon şöbəsinin sədri seçilib. O, Azərbaycan Arıçılar Assosiasiyasının rayon şöbəsinin yaradılmasını yüksək qiymətləndirərək, bunun Tərtərdə arıçılığın inkişafına töhfə verəcəyini deyib. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Kənd təsərrüfatı YAZ ƏKİNİNƏ HAZIRLIQ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    IMG_1583Tarixə qovuşan 2017-ci il ərazimizdəki fermer və ailə fermer təsərrüfatları üçün də yaddaqalan oldu. Belə ki, fermerlərimiz həm pambıq, həm də şəkər çuğunduru sahələrindən yüksək məhsul götürüb, ailə büdcələrini xeyli möhkəmləndirdilər.
    Miri Rzayev becərdiyi 20 hektar çuğundur sahəsinin hər hektarından 70 ton, Anar Şirinov 4 hektarın hər hektarından 50 ton məhsul götürüblər.
    Şəkər çuğunduru kimi pambıq sahələri də aqrotexniki qaydalar əsasında becərildiyindən Mütalib Rzayev hektardan 36 sentner, Firuz Rzayev 10 hektarın hər hektarından 35 sentner, İlham Ağayev, Anar Şirinov, Allahverdi Qənbərov və başqaları nəzərdə tutulandan xeyli çox məhsul götürdülər.
    Hal-hazırda cari ilin yaztarla işlərinə hazırlıq məqsədilə 135 hektar çuğundur sahəsində qış şumu başa çatıb. Fermerlər şumdan əvvəl torpaq altına yemləmə kübrəsi verib, qış aratı aparırlar.

    Gülustan ƏHMƏDOVA,
    Hüsənli kənd İƏD üzrə nümayəndə

    Teqlər:

  • 23Fev
    Kənd təsərrüfatı 2018-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA MAL-QARA VƏ QUŞLARIN TAM UÇOTA ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2018-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.
    İribuynuzlu mal-qara. 2018- ci il yanvarın 1-i vəziyyətinə rayonda 27367 baş iribuynuzlu mal-qara, o cümlədən 12022 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 2,2 və 0,6 faiz artmışdır.
    2018-ci il yanvarın 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın rekord həddə çatması ilə yanaşı, onların sayı 2010-cu il yanvarın 1-nə nisbətən 3462 baş və ya 14,5 faiz, 2017-ci il yanvarın 1-nə nisbətən isə 590 baş və ya 2,2 faiz çoxalmışdır.
    Son 10 il (2008-2017-ci illər) ərzində inək və camışların sayı 10805 başdan 12022 başa çatmaqla 11,3 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 43,9 faizi inək və camışlar, 1284 başı və ya 4,7 faizi düyələr təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qaranın 27197 baş və ya 99,4 faizini inək naxırı, 170 baş və ya 0,6 faizini camış naxırı təşkil edir. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Kənd təsərrüfatı 2017-Cİ İLDƏ TƏRTƏR RAYONUNDA BİTKİÇİLİK MƏHSULLARI İSTEHSALININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır

    1509788381_zerdab-pambiqRayon üzrə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26 min 36,4 hektar olmuşdur. Əkin sahəsinin 9843,2 hektarını və yaxud 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 6316,4 hektarını və yaxud 24,3 faizini texniki bitkilər, 1583,3 hektarını və yaxud 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8293,5 hektarını və yaxud 31,8 faizini yem bitkiləri təşkil etmişdir.
    2017-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 2721.8 hektar və yaxud 21,7 faiz azalmışdır. Bu azalma texniki bitkilərin əkin sahələrinin artımı ilə əlaqədardır. Yalnız qarğıdalı əkini 131 hektar və yaxud 85,6 faiz artmışdır. Nəticədə 2017-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 36 min 274,7 ton taxıl məhsulu toplanmışdır.
    Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2017-ci ildə 498 hektar kartof sahəsindən 5458,6 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2016-cı ilə nisbətən 0,4 sentner artaraq 109,6 sentnerə çatmışdır. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Kənd təsərrüfatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

    QIŞLAMA ÜÇÜN NORMAL ŞƏRAİT YARADILIB

    gjjjj23544Bu yazı çapa hazırlanan dövrdə rayonumuzun təsərrüfatlarında 27 min 139 baş iri mal saxlanılır. Onların 11 min 929 başı ana inəklərdir. Bundan başqa təsərrüfatlarda 70 min 558 baş qoyun, keçi bəslənilir.
    Bu sahədə çalışan qabaqcıl fermerlərdən biri Eldəniz Əliyevin başçılıq etdiyi “Tufan” MMC-də 67 baş iribuynuzlu mal-qara, 1591 baş qoyun-keçi bəslənir. Fermer Murad Paşayevin təsərrüfatında isə 418 baş qoyun bəslənilir. Belə iri heyvandarlıq kompleksindən biri də Bəyimsarov kəndində fermer Habil İsmayılovun rəhbərlik etdiyi təsərrüfatdır. Kompleksdə 300 baş Hol-landiya cinsli mal-qara var.
    Burada bəslənən malların 150 başı sağılandır. Malların çoxaldılması həm süni mayalanma, həm də təbii üsulla həyata keçirilir. Hər gün təsərrüfatdan Bərdə Süd Emalı Zavoduna 2,5-3 ton süd göndərilir. Burada soyuducu anbar da var.
    Adları yuxarıda qeyd olunan fermerlərin mal-qara bəsləmək üçün müasir tipli kompleksləri var. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Kənd təsərrüfatı TİNGÇİLİK GƏLİR MƏNBƏYİDİR üçün şərhlər bağlıdır

    gjjjj2222Təsərrüfatın yaxşı gəlir gətirən sahələrindən biri də tingçilikdir. Bizim Ələsgərli, Bayandur və Yenikənd kəndlərində əksər insanlar əsasən ting əkib becərir, onları calayır, sonra ilin payız, qış fəsillərində tingləri bazara çıxarıb satırlar. Tingçilikdən, calaqçılıqdan yaxşı qazanc götürür, ailə büdcələrini bu hesaba möhkəmləndirirlər.
    Ələsgərli kəndində Əbil Əliyevi hamı yaxşı təsərrüfatçı, işgüzar bir əmək adamı kimi tanıyır. İxtisasca aqronomdur. Hər il 3 hektar sahədə ting əkir, calayır və becərir. Bu ailə ata-babadan tingçiliklə məşğul olub. İndi də bu peşəni ailənin böyük oğlu Əbil davam etdirir. İşlərin görülməsində ona bütün ailə üzvləri kömək edirlər.
    Əbil hər il həyətyanı torpaq sahəsində 80-100 min müxtəlif növ ağac tingi becərir. Bu tinglər içə-risində müxtəlif növ meyvə, yaşıl dekorativ bəzək ağacları, Eldar şamı, zeytun, badam çoxluq təşkil edir. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Kənd təsərrüfatı ÇƏKİLƏN ZƏHMƏT BƏHRƏ VERİR üçün şərhlər bağlıdır

    хлопокоKəndimizdə əkinçiliklə məşğul olub öz işini yaxşı bilən əmək adamlarından biri də fermer Firuz Rzayevdir. O, bu il 21 hektar sahədə taxıl, 18 hektarda şəkər çuğunduru, 10 hektarda isə pambıq əkib becərmişdi.
    İlin payız fəsli öz ömrünü başa vurmaq üzrədir.
    Firuz 21 hektar taxıl sahələrinə aqrotexniki qaydalar əsasında qulluq etdiyi üçün, hər hektardan 60 sentner buğda götürdü. Bu, təsərrüfatlar arasında ən yüksək göstəricidir.
    18 hektar şəkər çuğunduru sahəsinin isə hər hektarından İmişli şəkər zavoduna 70 ton məhsul təhvil verib. Becərdiyi 10 hektar pambıq sahəsində də məhsul toplanışı başa çatıb. Pambıqçılıqda da çəkilən zəhmət bəhrəsini verib. Hektarın məhsuldarlığı 30 sentner olub. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı YENİ TUT TİNGLƏRİ ƏKİLİR üçün şərhlər bağlıdır

    DSC_6791 (Копировать)Tərtərdə baramaçılığın inkişafı ilə əlaqədar yeni tut bağları salınır. Bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda tut tinglərinin əkilməsi üçün lazım olan şərait yaradılıb. Ümumilikdə, cari ildə rayon ərazisində 139 min tut tinginin əkini planlaşdırılıb ki, bunun da artıq 30 mini əkilib. Hazırda tut tinglərinin əkilməsi prosesi davam edir. Təşkil olunan növbəti əkin zamanı torpağa 10 minə qədər Çin Xalq Respublikasından gətirilmiş ting basdırılıb.
    Qeyd edək ki, ötən il Tərtərdə 31 min 357 ədəd tut tingi əkilib. Onlardan 30 min ədədi Çin Xalq Respublikasından, 1357 ədədi isə Bərdə Meşə Mühafizə və Bərpası Müəssisəsindən gətirilib.
    Rayon ərazisində yeni tut bağlarının salınması və köhnə bağların bərpası üçün görülən işlər davam etdirilir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı RAYONUMUZDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    PAMBIĞIN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILIR

    DSC_5634 (Копировать)Pambıq qiymətli texniki bitki olmaqla lif verən bitkilər içərisində ən faydalısıdır.
    17 sentyabr 2016-cı ildə Sabirabad rayonunda möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr olunan müşavirədəki çıxışı, tapşırıq və tövsiyələri, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli Sərəncamı Tərtər rayonunun fermerlərində də bu sahəyə olan marağı artırmışdır.
    Qeyd edilən tədbirlərdən sonra Tərtər Rayon İcra Hakimiyyətində geniş iclas keçirilmiş, iclasda pambığın istehsalı və tədarükü ilə məşğul olan idarə-müəssisə rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və digər aidiyyəti şəxslər istirak etmişlər. Aqro-texniki tədbirlərin vaxtında və düzgün aparılmasına mütəxəssislər tərəfindən tövsiyələrin verilməsi məqsədilə rayon qərargahı yaradılmışdır. Qərargah üzvlərindən kəndlərə təhkimçilər təyin edilmişlər. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı ZƏHMƏT BƏHRƏ VERİR üçün şərhlər bağlıdır

    2017-04-04-19-02-36shekercugunduruSon zamanlar rayonumuzda şəkər çuğundurunun əkin sahələri ilbəil artırılır. Bunu rəqəmlərdən daha aydın görmək olar. Əgər ötən il rayonumuzun fermer və ailə fermer təsərrüfatlarının üzvləri 724 hektar sahədə şəkər çuğunduru əkmişdilərsə, bu il həmin sahələr genişləndirilərək 1539 hektara çatdırılmışdır.
    Çuğundur tədarükü ilə bağlı Azərbaycan Şəkər İstehsalat Birliyinin Tərtər Bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibovla əlaqə saxladıq. O bildirdi ki, rayonun təsərrüfatlarından İmişlidəki şəkər zavoduna 63 min 500 ton keyfiyyətli məhsul təhvil verilib. Çuğundur yığımı başa çatıb. Təhvil verilən məhsul tapşırıqda nəzərdə tutulandan 3 min ton çoxdur. Əksər fermerlər nəzərdə tutulandan çox məhsul istehsal ediblər. Bunlara misal olaraq Qazyan kəndindən fermerlər Namət Ələkbərovun, Rizvan İsmayılovun, Köçərlidən Ramiz Yusibovun, Qaraqoyunludan Nabil Əliyevin, Vidadi Nəcəfovun, İsmayılbəylidən Ədalət Novruzovun, Qapanlıdan Fərahim Əvəzovun və başqalarının adlarını çəkmək olar.

    Əvəz NƏSİROV

    Teqlər: