Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev
    Milli-mənəvi dəyərlər GƏNCLƏR ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ROLU üçün şərhlər bağlıdır

    Mehriban və Bağışlayan Allahın adı ilə!
    AZZ_6884Изображение 104Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “xəstələnməmiş sağlamlığın, qocalmamış cavanlığın, o dünyaya getməmiş bu dünyanın qədrini bilin!”
    Böyük yunan filosofu Platondan (Şərqdə Əflatun deyirlər) insanların əməlləri barədə soruşduqda belə cavab vermişdi: “İnsan uşaq olarkən tez böyüməyə can atar, böyüdükdən sonra isə uşaqlığı üçün darıxar. İnsan əvvəl pul qazanmaq üçün sağlamlığını qurban verər, sonra da sağlamlığı qazanmaq üçün pulunu. İnsan heç ölməyəcəkmiş kimi yaşayar, sonra da yaşamamış kimi ölər. Insan yaxşı həyat yaşamaq üçün o qədər vaxt sərf edər ki, yaşamağa vaxtı qalmaz. Insan sabahı o qədər düşünər ki, bu günün əlindən getdiyini hiss etməz. Halbuki həyat dünən və sabah deyil, bu gündür!”
    Bəli, həm Hz. Peyğəmbərin (s) və həm də bütün dahilərin tövsiyəsi budur ki, hər bir əməli, işi öz vaxtında etmək lazımdı, əsasən də gənclərimiz, cavanlarımız öz qüdrətli enerjilərindən elm, bilik öyrənməyə xərcləməlidirlər. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN İSLAM DƏYƏRLƏRİNƏ SADİQ ÖLKƏDİR

    5656565Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri olur. Bunlara həm də ictimai dəyərlər aiddir. Çünki müxtəlif cəmiyyətləri bir-birindən fərqləndirən dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dəyərlərdir.
    Azərbaycanın coğrafi mövqeyi, onun Şərqlə Qərb arasında körpü rolunu oynaması xalqımızda xüsusi keyfiyyətlərin formalaşmasına təsir göstərmiş, tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin, konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşamasına şərait yaratmışdır.
    Bu gün, XXI əsrin əvvəlində, dünyada baş verən müharibələr, toqquşmalar, dini zəmində qarşıdurmalar fonunda xalqımıza xas olan bu multikultural dəyərlərin nə qədər önəmli olması bir daha aydın olur. Din pərdəsi altında müxtəlif radikal dini təşkilatlar müsəlman aləmində çaxnaşma yaradır, İslam dünyasını zəiflətməyə çalışırlar. Əslində bu qarşıdurmaların dinlə heç bir əlaqəsi yoxdur və bunları törədənlərin yalnız bir məqsədi var–ayrı-ayrı dövlətləri, xalqları zəiflədərək dünyada hegemonluq etmək, təbii və digər sərvətlərə yiyələnmək. Nəticədə günahsız insanlar ölür, ev-eşiklərini tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur olurlar. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Milli-mənəvi dəyərlər DİNİ RADİKALİZMƏ QARŞI MÜBARİZƏ üçün şərhlər bağlıdır

    IMG_6547IMG_6559Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Tərtər şəhər “Cümə” məscidi dini icması “Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tərtər rayonunda dini qurumlarla işin təşkilatçısı Elvin Umudov tədbiri giriş sözü ilə açaraq son illər rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Milli-mənəvi dəyərlər Tolerantlıq və multikultural dəyərlər üçün şərhlər bağlıdır

    ÇİTADAN İSMAYILBƏYLİYƏDƏK 33 İLLİK ÖMÜR YOLU

    Изображение 219Изображение 222Azərbaycan tolerant ölkədir. Burada müxtəlif millətlərin və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Rayon statistika idarəsinin məlumatına görə, Tərtərdə azərbaycanlılarla çiyin-çiyinə 26 kürd, 52 rus, 3 tatar, 4 uk-raynalı, 1 yəhudi, bir neçə ləzgi və digər xalqların nümayəndələri yaşayır. Onların hər biri ölkəmizin bərabər-hüquqlu vətəndaşıdır və rayonumuzda aparılan quruculuq proseslərində fəal iştirak edir.
    Bu gün qeyri millətin nümayəndələrindən biri–Çita vilayətində doğulmuş, milliyətcə rus olan Nataşa Burdin-skayanın, hal-hazırda Babayevanın həyat yolundan danışacağıq.

    * * *

    Əsgərlik həyatının başa çatmasına az qalmışdı. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Zarafat deyil axı, iki ilə yaxın müddətdə onlar lap dünyanın o başında, Çitada xidmət etmişlər.
    Hər kəsin evləri üçün burnunun ucu göynəyirdi. Daha ətraflı »

    Teqlər:

  • 29Okt
    Milli-mənəvi dəyərlər “QƏBİRİSTANLIQ QARĞALARI” üçün şərhlər bağlıdır

    04“Quran təfsiri islam aləmində ən çətin elm hesab olunur. Təfsirə yalnız elmdə müctəhidlik mərtəbəsinə yetişən alim cürət edə bilər. Qurani-kərimi təfsir etməyə girişən müctəhid iyirmi ana (əsas) elmi və ondan ayrılan altmış qolu mükəmməl bilməlidir ki, bunların da məcmuu səksən elm təşkil edir. Həmin elmlərə dərindən yiyələnməyən şəxsin etdiyi Quran təfsiri yarımçıq, naqisdir ki, bu da böyük günah sayılır”.
    Qurani-Kərimin tərcüməsinə
    yazılmış “Ön söz”dən
    Belə fikirləri oxuyanda adam Quranın nəinki surələrindən, hətta ayələrindən belə danışmağa cürət eləmir, qorxur. Çünki adi bir yanlışlıq böyük günahlara yol aça bilər və nəticədə Cəhənnəmin əzablarına düçar olarsan. Ona görə də ya bildiyini danış, ya da dinmə.
    Amma bizim bəzi “mollalar” özlərini müctəhidlərdən də savadlı bilir və pulun xətrinə o dünyanın zülüm-zillətini bu dünyada qazanmış olurlar. Ərəb əlifbasını hıqqına-hıqqına, zorla, birtəhər, alayarımçıq öyrəndikdən sonra başlarına bir fəs qoyub, qəfildən olurlar “molla”. Halbuki dünənə qədər “alkaşlıq” eləyir, qumar oynayır, bir sözlə, yüz hoqqadan çıxan bu yaramaz islam aləmindən bixəbər ola-ola, özünü cəmiyyətə “din adamı” kimi sırımağa çalışır.
    Tərtərdə də belə “mollalar” var. Heç bir dini təhsil almayan, ağızdan-ağıza eşitdiklərini özü bildiyi kimi əzbərləyən, ərəb sözlərini höccələyə-höccələyə oxuyan, islam dininin elmi əsaslarına nabələd olan, hər Quran kəlməsini qələtlə tələffüz edən belə “din xadimləri” çox yerdə əsil mollaların adına ləkə gətirirlər. Daha ətraflı »

    Teqlər:

  • 19Okt
    Milli-mənəvi dəyərlər 18 OKTYABR AZƏRAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    519531Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. İmperiyanın siyasi beyin mərkəzi Sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olub. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Daha ətraflı »

    Teqlər:

  • 18Okt
    Milli-mənəvi dəyərlər NARAHAT ŞƏHİD RUHU üçün şərhlər bağlıdır

    15buNəcməddin Savalanov İmişli rayonunun Göbəktala kəndində 1985-ci ilin 26 fevralında dünyaya gəlmişdi. O, üç qardaşın ortancılı idi. Uşaqlıqdan onu qardaşlarından fərqləndirən bir cəhət varıydı, o da hərbçi olmaq arzusu idi. Bu arzu ilə yaşamağının səbəbi isə 2 əmisinin hərbçi olması idi…O, əmisinin əsgər papağını başına qoyub, güzgüyə baxıb deyirdi: “ Mən də əmim kimi komandir olacam”.
    …Quş qanadlı illər bir-birini əvəz etdikcə Nəcməddin də arzularının dalınca qanadlanıb uçurdu. Səkkizinci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil oldu. Sonra Heydər Əliyev adına Hərbi Komandirlər Məktəbində təhsilini davam etdirdi. İlk iş yerinə leytenant rütbəsi ilə başlayan Nəcməddin ayrı-ayrı hərbi hissələrdə komandir, qərargah rəisi işləyib. Həmişə də üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib.
    Nəcməddin 4 yaşında olarkən atasını itirmişdi. Atasının 31 yaşı olarkən avtomobil qəzası nəticəsində dünyasını dəyişmişdi. Anası Ramilə müəllimə yaşadıqları Göbəktala kəndindəki orta məktəbdə sinif müəllimi işləyərək ailənin yükünü öz çiyinlərinə götürmüşdü. Övladlarının üçünə də həm ata, həm ana qayğısı göstərərək ərsəyə çatdırmışdı. Hər üçü ailəli idi. Ana övladlarından güc-qüvvət alaraq yaşayırdı. Lakin cəbhə bölgəsində olduğu üçün oğlu Nəcməddindən nigaran idi. Sən demə bu narahatçılıq nahaq deyilmiş Ramilə ananın ürəyinə qara fikirlərin gəlməsi onun hissiyatından qaynaqlanırmış.
    Aprelin 2-də Tərtər rayonunun Qapanlı kəndində düşmən təxribatının qarşısını almaq üçün döyüş tapşırığını yerinə yetirən bu vətənpərvər oğlan ağır yaralanır. Döyüş yoldaşı Nəcmulla Əliyev deyir: Daha ətraflı »

    Teqlər: ,

  • 07Okt
    Milli-mənəvi dəyərlər İSLAMDA ÖVLAD TƏRBİYƏSİ üçün şərhlər bağlıdır

    12tiMehriban və Bağışlayan Allahın adı ilə!
    Bəşəriyyətə göndərilmiş dinlərin ən sonuncusu olan islam dini demək olar ki, həyatın bütün sahələrinə öz töfhəsini vermişdir. İstər yemək qaydaları olsun, yaxud qohumluq-qonşuluq və ya hər hansı bir ictimai əlaqələr. Bunların içərisində ailəyə aid olan qanunlar daha çox diqqət çəkir. Dinimizdə kişi-qadın, valideyn-övlad, böyük-kiçik münasibətləri ən çox önəm verilən məsələlərdəndir. Müqəddəs Kitabımız Quranda övladlara tövsiyə və göstəriş verilir ki, valideynlərinizə “uf” belə deməyin, onlar üçün Allahdan bağışlanma diləyin və onlar üçün Allaha şükür edin. Bəs övlada qarşı valideynin haqqı nədir? Axı, dinimiz bizə əmr edir ki, bir-birimizin haqqına riayət edək! Sevimli Peyğəmbərimiz (s) buyurur:”Övladın valideyn boynunda (əsasən atanın) haqqı budur ki, ona gözəl ad qoya (ki, adı ona utanc gətirməyə), tərbiyə verə və ona elm öyrədə.”
    Mənbələrdə deyilir ki, tərbiyə vermək işi hələ körpə dünyaya gəlməmiş başlamalıdır. Bu necə ola bilər? Lap əvvəldən ata gələcək övladın mayasını halal ruzi ilə bərqərar etməlidir və sonra ki, artıq körpə anasının “qonağıdır”, ata və ana ədəbdən, etikadan kənar sözlərdən uzaq olmalıdır. Çünki bu günün texnoloji inkişafı Quranın bir sirrini də təsdiqlədi ki, həqiqətən körpə ana bətnində olarkən ilk işləyən orqan onun eşitmə orqanlarıdır.
    İmam Cəfər Sadiq (ə) buyurur: “Qidada insan xasiyyətinə təsir edən çoxlu amillər var”. Yəni, övlada halalından ruzi yedirmək valideynlərin boynunda olan mənəvi bir borcdur, Peyğəmbərimiz (s) yenə buyurur: Uşaq dünyaya gəldikdən sonra ilk günlərdə sağ qulağına azan (minarələrdən ucalan namaz çağrışı), sol qulağına isə iqamə deyin: Daha ətraflı »

    Teqlər:

  • 19Sen
    Milli-mənəvi dəyərlər QƏBİRİSTANLIQ:DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH?! üçün şərhlər bağlıdır

    01245Yaxşı ki, o dünyada varlıya, kasıba fərq qoyulmur. Yoxsa axirət dünyasının da bir dadı-ləzzəti olmazdı. Bu dünyadakı kimi orada da təbəqələşmə getsəydi, yenə də kasıblar ağlar günə qalacaqdırlar. Niyə? Çünki varlılar cənnəti satın alacaqdılar və başlayacaqdılar huri-mələklərlə eyş-işrətə (bu dünyadakı kimi). Yazıq kasıbların yeri isə Cəhənnəmin ortası olacaqdı–gah qır qazanında yanacaqdılar, gah “Qıl körpüsü”ndən keçiriləcəkdilər, gah İnkirminkir sorğu-sual edəcəkdi, gah da alovu zəban çəkən tonqallara atacağıydılar onları. Bir sözlə, başlarına yüz oyun açacağıydılar (bu dünyadakı kimi). Yaxşı ki, orada vara-dövlətə görə ayrıseçkilik yoxdur. Bəs onda qəbiristanlıqlardakı bu dəbdəbə, bu təmtəraq kimə və nəyə lazımdır? Onların ölülərə bir xeyri var, ya yox? Bəlkə yerlərini isti saxlayır və yaxud qarınlarını doydurur? Kimlərisə qonaq da qəbul eləmirlər ki, qəbirlərinin üstündəki möhtəşəm baş və sinə daşlarını, bahalı qranit və mərmərləri göstərib öyünsünlər. Və yaxud bu dəm-dəstgahı o dünyadakılara nümayiş elətdirib desinlər ki, biz sizin tayınız deyilik.
    Islamda buyrulur ki, müsəlmanın qəbri itib torpağa qarışmalıdır. Çünki, birincisi, dünya binnət olandan gəlib-gedən milyardlarla insanın qəbri belə təmtəraqla düzəldilsəydi, onda Yer üzündə boş yer qalmazdı ki! Ikincisi, bu bahalı bər-bəzəyin ölən insana bir köməyi varmı? Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Milli-mənəvi dəyərlər QURBAN BAYRAMININ TARİXİNDƏN üçün şərhlər bağlıdır

    03. jpgMehriban və bağışlayan Allahın adı ilə! Tarixdə elə hadisələr baş vermişdir ki, zaman-zaman insanların qəlbinə sirayət etmiş, daim onları yaxşı işlərə və xoş əməllərə istiqamətləndirmişdir. Belə hadisələr sanki bəşəriyyətə bir mayak olmuş, dinindən, irqindən və milliyətindən asılı olmayaraq insanları düz yola yönəltmişdir. Bu kimi hadisələrdən biri təxminən dörd min ildən yuxarı yaşı olan Həzrət İbrahim (ə) və onun ailəsinin əzəmətli sınaq əhvalatıdır. Müqəddəs Kitabımızda buyrulur ki, “Biz heç kəsin çiyninə gücü çatmadığı yükü qoymarıq” və yenə də bir ayədə buyrulur ki, “insan imtahandadır”. Kimisi imanı ilə, kimisi mal-canı və ən əziz, şirin nemet olan övladı ilə. Hər birimiz gec-tez ilahi imtahandan keçməliyik. Allah güc-qüvvət inayət etsin ki, inşallah biz də imtahan və sınaqlardan üzüağ çıxaq. Amin!
    Hz.İbrahim (ə) özü elə bir ailədə dünyaya göz açır ki, ailənin böyüyü olan ana babası Azər məşhur bütyonan və satan idi. Belə bir mühitdə və belə bir babanın yanında iman qorumaq çox zəhmət tələb edən bir iş idi. Babası bütü düzəldir və İbrahimə (ə) verir ki, apar sat bunu və pulunu gətir. Hz.İbrahim də (ə) bütün ayağına kəndir bağlayaraq sürüyür və “heç kimə nə xeyri, nə də zərəri olmayan bu bütləri alın” deyə car çəkir. Hiddətlənmiş avam, cahil, bütpərəst camaat az qalır ki, onu qətlə yetirsin. Doğrudan da bu çox təhlükəli bir iş idi və hər an Hz.İbrahim (ə) şirin canından ola bilərdi. Sonrakı dönəmlərdə babasını və xalqı müvəhhid dininə (Təkallahlı) dəvət etməklə daha böyük bir fədakarlıq nümayiş etdirmiş oldu. Daha ətraflı »

    Teqlər: