Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar
    Səhiyyə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN MƏLUMATI üçün şərhlər bağlıdır

    Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: Daha ətraflı »

  • 30Yan
    Səhiyyə İCBARİ TİBBİ SIĞORTA AKTUAL MƏSƏLƏDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Tərtər şəhərində “Ölkə üzrə
    icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Agentliyin əməkdaşı Elvin Abbasov iştirak ediblər.
    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
    Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.
    Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat verib.
    Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
                                                                                                                                                                                                       “Yeni Tərtər”

  • 19Dek
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    SİQARETİN ZƏRƏRLƏRİ

    Artıq hamı siqaretin nə qədər zərərli olduğunu bilir. Tütünün insanın orqanizminə vurduğu ziyanı eşitməyən, bilməyən yoxdur. O, hər cür ürək və ağ ciyər xəstəliklərinə yol açır, damar tutulmasına qədər apara bilir. Siqaret çəkərkən elə ilk anda orqanizminizə təsir edir, nəbz yüksəlir, qan dövranı yavaşıyır.
    Siqaretin tərkibində 3700 zəhərli maddə vardır ki bunların da böyük bir hissəsi kanserogen (xərçəng əmələ gətirən) maddələrdir. Ən zərərliləri isə tərkibindəki monoksi, hidrogen siyanid və amonyakdır. Siqaretin təsiri nəticəsində bronxial astma, ağ ciyər çatmamazlığı və döş qəfəsində ağrılar başlayır və nəticədə tez-tez qrip, soyuqdəymə halları başlayır.
    Məlum olmuşdur ki, hər 13 saniyədə bir nəfər siqaretlə bağlı hər hansı bir xəstəlikdən həyatını itirməkdədir. Hər il dünyada təxminən 2.500.000 (iki milyon beş yüz min) insan siqaret üzündən həyatını itirir. Bu ölümlərin əsas səbəbi ağ ciyər xərçəngidir. İkinci yerdə ürək xəstəlikləri və digər orqanların xərçəngidir. İnsan orqanizmində elə bir orqan yoxdur ki, siqaretin tərkibində olan kimyəvi maddələrdən öz payını almasın. Siqaret çəkənlərdə ağız böşluğu orqanla-rının xərçəng risqi artır, dişlərin çürüməsinə və ağızdan xoşagəlməz qoxunun gəlməsinə səbəb olur. Beyin damarla-rının daralması nəticəsində qan dövranının pozulmasına və nəticədə iflicə qədər aparıb çıxarır. Siqaretin tərkibindəki hidrogen siyanid bronxların divarını yandırır və nəticədə xroniki öskürək meydana çıxır. Bir sözlə, siqaret çəkənlər çəkməyənlərə nisbətən on qat artıq ağ ciyər xərçəngi olma riski daşıyırlar. Daha ətraflı »

  • 09Dek
    Səhiyyə Narkomaniya əsrin bəlasıdır üçün şərhlər bağlıdır

    GƏLƏCƏYİMİZİN
    XATİRİNƏ

    Doğru deyirlər ki, narkomaniya narkotik tələdir. Bu tələyə düşən oradan çox çətinlik nəticəsində çıxa bilir. Yaxşı olar ki, ondan heç vaxt istifadə etməyəsən. Narkotik maddələr insan düşüncəsinə təsir edən, psixoloji asılılıq yaradan xəstəlik hesab olunur. Nar-komaniya yaddaşı və təfəkkürü pozaraq həyata qarşı la-qeydlik yaradır. Narkomaniya gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Digər vərdişlərdən daha təhlükəli olur. Narkotik satışı ilə məşğul olanlar hər il bir çox insanları bu işə cəlb edir ki, bunların da əksəriyyəti uşaq və gənclərdən ibarət olur. Bu baxımdan valideynlərin övladları ilə arasındakı münasibət narko-tiklərə qarşı mübarizədə böyük rol oynayır.
    Narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, mümkündür. Tez bir zamanda ailəsini, dostlarını, sağlamlığını, işini, həyatını itirməmiş bu uçurumdan xilas olmaq gərəkdir.
    Müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkir. Əvvəl-lərdə bu təhlükə bir neçə ölkə qarşısında dururdusa, artıq narkotizasiyanın acı nəticələ-rini hiss etməyən ölkə tapmaq mümkün deyil. Vaxtı ilə bu problemə diqqət yetirilmə-diyindən artıq yoluxucu xəs-təlik kimi insanlar, xüsusi ilə gənclər arasında yayılmaqda davam edir, hətta yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Hazırda dünyada milyonlarla narkoman var. Onların bir qismi kişilər, bir qismi qadınlar, digər bir qismi də gənclər və uşaqlardır. Daha ətraflı »

  • 09Dek
    Səhiyyə SOĞAN SUYU İLƏ ŞƏKƏR XƏSTƏLİYİNDƏN XİLAS OLACAQSINIZ üçün şərhlər bağlıdır

    Soğan suyunun faydaları arasında bakteriyalara qarşı bədənin müqavimətini artırması, qan təzyiqini normada saxlaması və bəzi xərçəng növlərinə qarşı qorunma təmin etməsidir.
    Diabet: Qida lif baxımından zəngin olan soğan qan şəkəri dalğalanmalarını önləyər və az miqdarda qida lifi istehlakı səbəbiylə yaşanan qəbizliyə yaxşı gəlir. Soğan həm 1-ci tip, həm də 2-ci tip diabet xəstələrində qlükoza səviyyələrinin salınmasına köməkçi bir tərəvəzdir.
    Sidikqovucu: Soğan güclü bir sidikqovucudu və qanın təmizlənməsinə köməkçi olar.
    Öskürək: Ənənəvi olaraq bron-xit və astma müalicəsində istifadə soğan suyu eyni zamanda quru öskürəyə də yaxşı gəlməkdədir. Daha ətraflı »

  • 20Noy
    Səhiyyə AZTƏMİNATLI AİLƏLƏRƏ DÖVLƏT QAYĞISI üçün şərhlər bağlıdır

    Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə aztəminatlı ailələrin, sosial cəhətdən az müdafiə olunan vətəndaşların, döğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan həssas qəlbli insanlar mənzillərlə, evlərlə, maşınlarla təmin edilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Əlillər və aztə-minatlı ailələr daim dövlət qayğısı ilə əhatə olunurlar. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı xüsusilə qeyd edilməlidir. Bu sərəncam əlillərin, aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud insanların həyat səviy-yəsinin yüksəldilməsində mü-hüm rol oynadı. Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı. Daha ətraflı »

  • 09Avq
    Səhiyyə Xaricdə yaşayan həmyerlimiz üçün şərhlər bağlıdır

    21 YAŞINDAN TƏRTƏRLİ QIZ 6 İLDİR ALMANİYADA HƏKİMDİR

    Yaxın günlərin söhbətidir. Adəti üzrə boş vaxtımda sosial şəbəkəni nəzərdən keçirirdim. Xəbər lentində bir paylaşım varıydı: “Tərtərli qız 21 yaşından Almaniyada 6 ildir həkim işləyir”. Gənc qızın şəklinə çox diqqət yetirsəm də tanıya bilmədim. Elə orada facebook sə-hifəmdə maraqlandım, axtarış edib tapdım. Öyrəndim ki, rayonumuzun tanınmış pedaqoqlarından biri–“Əməkdar müəllim” Zümrüd Zamanovanın qızıdır. Ertəsi gün iş otağından telefonla Zümrüd müəllimlə əlaqə saxlayıb, qızı barəsində yazmaq istədiyimi söylədim. Ana kimi məmnun olduğunu bildirdi.
    Bazar ertəsi iş vaxtının başlamasından iki saat keçmiş Tərlan Mehdizadənin atası Şahin müəllim redaksiyada idi. Atanın gözlərindən və danışığından qürur hissi duyulurdu. Suallara fəxrlə cavab verirdi:
    –Qızım Tərlan anamın adını daşıyır. Hələ ibtidai sinifdə oxuyarkən həkim olmaq arzusunda idi. İllər ötdükcə bu arzu qızımı özünə daha çox cəlb etdi. 2008-ci ildə şəhər 6 saylı tam orta məktəbi fərqlənmə ilə bitirdi və yüksək balla Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə qəbul oldu. 2014-cü ildə bu universiteti müvəffəqiyyətlə başa vurdu.
    Bəs necə oldu ki, Almaniyada işləyəsi oldu?
    Ata qürurla dilləndi:
    –Hələ orta məktəbdə oxuyarkən anası ingilis dili müəllimi olduğundan bu dili çox gözəl bilirdi. Alman dilini isə universitetin 3-cü kursundan sonra öyrəndi. Universiteti bitirdik-dən sonra interna zamanı Al-maniyanın Hamburq bölgəsinin Şverin şəhərində 2 ay təcrübə keçdi. Sonra klinikanın rəhbərliyi tərəfindən orada qalıb işləməsi təklif olundu. Daha ətraflı »

  • 09Avq
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    YAY FƏSLİNDƏ BAŞ VERƏN XƏSTƏLİKLƏR

    Keçən dəfə bütün fəsillərdə baş verən xəstəliklər haqqında az da olsa məlumat vermişdim. İndi isə yay fəslində baş verən xəstəliklərdən danışmaq istədim.
    Yay fəslində ən geniş yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Həmçinin bu infeksiyalar insana yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsilə keçə bilər. Ümumi olaraq bu xəstəliklər ishal, yüksək temperatur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşahidə olunur. Bir pediatr kimi valideynlərə tövsiyəm ət, süd, yumurta və digər heyvan mənşəli məhsulların suda yaxşı qaynadılması, heyvanlarla və ya onların çiy məhsulları ilə təmasda olarkən gigiyena qaydalarına əməl edilməsi, uşaqların əllərinin tez-tez yuyulması qaydalarına riayət olunmasıdır.
    Bildiyimiz kimi yayda uşaqların ən sevdiyi qida dondurmadır. Mən 5 yaşa qədər uşaqlara dondurma verilməsini düzgün hesab etmirəm. Çünki 1-5 yaş dövrü uşaqlarda limfoid toxumanın sürətlə inkişaf etdiyi dövrdür. Bu səbəbdən həmin yaş qrupunda olan uşaqların dondurma qəbul etməsində hər zaman risk var. Tərkibində süd məhsulları olduğundan salmo-nelyoz yoluxması, dondurma nəticəsində udlaqda iltihabi xəstəliklərin yaranması təhlükəsi mövcuddur. Daha ətraflı »

  • 20İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tərtərdə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.
    Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkə-mizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini nəzərə çatdıraraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi. Daha ətraflı »

  • 10İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla da əlaqədar olaraq, Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikasının tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycanın səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq, müasir avadanlıqlarla təmin edilir. Səhiyyə işçilərinin problemlərinin həlli də dövlətin diqqətindədir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə realaşdırılan səhiyyə proqramları çərçivəsində 1100-ədək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapıb. Daha ətraflı »