Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr
    Digər Vətəndaşlıq borcu üçün şərhlər bağlıdır

    sariQuliyev Yelmar Süleyman oğlu 9 iyul 1973-cü ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1980-ci ildə Qaradağlı kənd orta məktəbinin I sinfinə getsə də, orta təhsilini 1988-ci ildə həmin kənddə yerləşən 183 saylı Texniki Peşə məktəbində bitirmişdir.
    1992-ci ildə avqustun 22-də həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-cü ildən Tərtər rayonunda yerləşən hərbi hissədə qulluq etmiş, dəfələrlə döyüş əməliyyatlarında fəallıq göstərmişdir. 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşdə yaralanmışdır. Gəncə hərbi hospitalında müalicə olunduqdan sonra təkrar ön cəbhəyə qayıtmışdır. Daha ətraflı »

  • 11Apr
    Digər Hüsənli kəndinin itkin oğulları üçün şərhlər bağlıdır

    s-2Qanlı-qadalı Qarabağ müharibəsi! Azğınlaşmış ermənilərin qıcanmış dişləri ilə Azərbaycanın kəsilən-çeynənən hissəsi. Ərən-ərgən oğul-larımızın səbr kasasının coşub-daş- dığı, ürəklərin Xocalı dəhşətindən, düşmənə əsir düşən torpaqlarımızın həsrətindən intiqam hissi ilə alışıb yandığı vaxt.s-1 Kaş bu vaxtın hər dəqi-qəsini, saatını çəkib dayandı-ran ilahi qüvvə olaydı. Onda oğullarımız şəhid, itkin olmazdı. O zaman yağı düşmənin üzərinə nərə çəkərək atılan cəngavərlərimiz yaralı qartala çevrilməzdilər. Heyflər olsun ki, bu günləri gördük və yaşadıq. Özü də düşünmədiyimiz, heç bir xəbərimiz olmadığı halda yaşadıq. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    ÖMRÜN BAHAR FƏSLİNİN UĞURLARI

    новый-1Aprelin 7-də Sənan Əli-zadənin 20 yaşı tamam olur. Yazın ən gozəl çağında ömrünün bahar fəslini qeyd edən bu gənc rayonumuzun Qara-ğacı kəndində anadan olub. 2012-ci ildə şəhərimizdəki 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-nın İnzibati idarəetmə fakültəsinin III kurs tələbəsidir. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Ədəbiyyat ƏSL ŞAİR, HƏQİQİ ZİYALI üçün şərhlər bağlıdır

    Bir şair tanıyıram–anadan şair doğulan şair, “Şairəm”-söyləməyə haqqı olan bir şair.
    Bir ziyalı tanıyıram–ali təhsili ilə deyil, vəzifəsi ilə deyil, amalı, ilə, əqidəsi ilə, Günəş ziyasına bənzəyən bir ziyalı.
    Bir şair tanıyıram– hər bir ifadənin üzərində zərgər dəqiqliyi ilə, əsl şair məsuliyyəti ilə işləyən bir şair.
    Bir ziyalı tanıyıram–çalışdığı kollektivdə səmimiyyəti və qayğıkeşliyinə görə mənəvi ailə başçısı simasında qəbul olunan bir ziyalı.
    Bir şair tanıyıram–qüdrətiylə adi qələmi “qızıl”a çevirən, poeziyanın sərt yoxuşlarında Məmməd Araz cəsarətiylə addımlayan bir şair. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Ədəbiyyat İŞIQLI ÜRƏYİ OLAN İNSAN üçün şərhlər bağlıdır

    Qəzetimizin baş redaktoru Tofiq Yusufin 65 illiyi münasibəti ilə redaksiyamızda da tədbir keçirilmişdir.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və müavini Elvin Umudov da iştirak etmişlər.

    DSC_1353Şirin çay süfrəsi arxasında təşkil olunan mərasimi Tofiq Yusif açaraq özünə və baş redaktoru olduğu “Yeni Tərtər” qəzetinin kollektivinə göstərilən diqqət və qayğıdan danışdı, buna görə mətbuatın yaxın dostu, ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi, cəbhə bölgəsi olan Tərtərdə medianın xüsusi önəm daşıdığını qeyd etdi. Hazırda rayon qəzetinin redaksiyasında səmimi bir ailəni xatırladan kollektivin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Tərtər RİH-də Diqqət və qayğıya layiq mənəviyyat adamı üçün şərhlər bağlıdır

    Rayonumuzdakı “Gənclər Mərkəzi”ndə Tərtər ictimaiyyətinin və “Yeni Tərtər” qəzeti redaksiyası kollektivinin iştirakı ilə hörmətli həmkarımız, qəzetimizin baş redaktoru Tofiq Yusifin 65 illik yubileyi qeyd olundu .
    Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu yubiley tədbirini Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açdı. O bildirdi ki, Tofiq Yusif uzun illər rayon qəzetinə rəhbərlik etməklə yanaşı, həm də çoxsevilən şair və ziyalıdırDSC_1296. Nəinki Tərtərdə, eləcə də respublikamızda onun kitabları maraqla oxunur. Xüsu-sən də müharibə mövzusunda yazılmış əsərlər, o qanlı-qadalı illəri əks etdir-məklə, gələcək nəsillər üçün örnəkdir və gənclərin vətənpərvərlik tərbiyə-sində mühüm rol oynayır. “Yeni Tərtər”in rayonumuzun ictimai-siyasi həyatına müsbət təsirini qeyd edən rayon rəhbəri onun redaktorunu 65 illik yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik etdi, ona və başçılıq etdiyi kollektivə cansağ-lığı və yeni yaradıcılıq uğurları arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 11Apr
    Digər Çanaqqala savaşının 100 illiyi üçün şərhlər bağlıdır

    teleqraf.com1426666512258295Elə mövzular var ki, onu yazmağa uzun zaman ürək edə bilmirsən. Qorxursan ki, bu mövzuları layiq olduğu kimi yaza bilməzsən. Məsələn, Çanaqqala, Qarabağ, Gü-ney Azərbaycan və s. Bunların için-də Çanaqqala xüsusilə fərqlənib. Ona görə ki, nə qədər şəhid versə də, türk oğlu son gücünü bütün dünyaya göstərdi. Dedi ki, türk oğ-lu son övladına qədər ölər, ac-susuz qalar, amma torpağını yadelliyə verməz. 13 yaşında getdilər cəbhəyə, əlləri silah tuta bilmirdi. Bütün ərzaq bitmişdi. Analar körpə uşağının üstündən adyalı çəkib top mərmisini bürüyürdü. Bu gün və-tənin xilası üçün top mərmisi daha vacib idi, hətta uşaqdan da… Vətən Daha ətraflı »

    Teqlər: