Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn
    Xəbərlər MÖHTƏŞƏM BAYRAM TƏDBİRİ üçün şərhlər bağlıdır

    DSC_6964DSC_6828Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Heydər parkında Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir.
    Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənli-yində rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar da iştirak etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bayram tədbirinə topla-şan çoxsaylı uşaqları salamlayaraq onları təbrik etmiş və bildirmişdir ki, uşaqlar dünyada hamı üçün əzizdir.
    Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Rayon rəhbəri bugünkü uşaqların XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacağını söylədi. Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etmişlər.
    Bayram tədbirində uşaqlara şirniyat paylanmış, 4 nəfər uşağın valideyninə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən doğum şəhadətnaməsi təqdim edilmişdir.

    Teqlər:

  • 13İyn
    Sosial SU HƏYATDIR, BƏS ONA MÜNASİBƏTİMİZ NECƏDİR? üçün şərhlər bağlıdır

    77_1440680700скачанные файлыHamımız bilirik ki, havadan sonra insan həyatı üçün vacib olan əsas element sudur. Qida qəbul etmədən insan bir aydan artıq yaşaya bilər, amma susuz bir neçə gün dözmək mümkün deyil.
    Insan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu bizə məktəb vaxtından öyrədiblər. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişir və 45 faizdən 60 faizə qədər ola bilər.
    Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi hüceyrələr arasındakı boşluqlarda və damarlarda olur. Orqanizmdə gedən bütün proseslər məhz suyun vasitəsilə tənzimlənir. Bu səbəbdən də deyirlər ki, su insan üçün həyat deməkdir.
    Gəlin bəzi faktlara müraciət edək. Son 100 ildə əhalinin sayı 3, içməli sudan istifadə 6 dəfə artdığı üçün alimlər çıxış yolu axtarmaqdadırlar. Silahlı münaqişələr, müharibələr təhlükəsi bəşəriyyətin başını onsuz da qatdığı bir vaxtda indi də dünyanın içməli su qıtlığı ilə üz-üzə qaldığını deyirlər. NASA-nın elmi heyəti kosmik müşahidələr əsasında belə nəticəyə gəlib ki, ildən-ilə şiddətlənən quraqlıq nəinki yerüstü, hətta yeraltı içməli su ehtiyatlarının da tükənməsinə səbəb olmaqdadır.
    Hazırda dünyanın 80 ölkəsində əhalinin 40 faizindən çoxu şirin su çatışmazlığından əziyyət çəkir. Belə ölkələrin arasında Çin, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Liviya da vardır.
    Azərbaycanda əhalinin içməli su ilə təminatı dövlətin daimi diqqət mərkəzindədir. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Digər 2015-Cİ İLDƏ TƏRTƏR RAYONUNDA DEMOQRAFİK VƏZİYYƏT üçün şərhlər bağlıdır

    2016-cı ilin əvvəlinə Tərtər rayonunun əhalisinin sayı 725 nəfər və ya 0,7 faiz artaraq 102 min 493 nəfər olmuşdur. Bu göstəricinin ölkə əhalisinin 1,1 faizini, Yuxarı Qarabağ iqtisadi rayonunun əhalisinin 15,5 faizini təşkil edir. Əhalinin ümumi sayından 29,4 faizi şəhər, 70,6 faizi isə kənd sakinidir. Rayon əhalisinin 49,4 faizini kişilər, 50,6 faizini qadınlar təşkil edir. Hazırda 1000 kişiyə 1022 nəfər qadın düşür.
    Əhalinin yaş strukturu aşağıdakı kimidir. Əhalinin ümumi sayında 0-14 yaşda olanlar 22,5 faiz, 15-64 yaşda olanlar 66,3 faiz, 65 və yuxarı yaşda olanlar isə 11,2 faiz təşkil etmişdir. Əhalinin 26,8 faizini 14-29 yaşda olan gənclər təşkil edir.
    Rayon üzrə əhalinin orta yaşı 31 yaş təşkil edir.
    2015-ci ildə rayonda 1253 körpə və ya hər gün təxminən 3 yeni kiçik vətəndaş dünyaya gəlir. Bu göstərici ölkə üzrə doğulanların 0,8 %-ni, Yuxarı Qarabağ iqtisadi rayon üzrə doğulanların 12,5 %-ni təşkil edir. Doğulanlardan 53,9 faizini oğlanlar, 46,1 faizini isə qızlar təşkil edir. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 16,4-dən 12,2-ə qədər azalmışdır. Doğulanların 14,0 faizi rəsmi nikahdan kənar doğulmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 2015-ci İLDƏ “DÜNYADA İLİN ADAMI” SEÇİLİB üçün şərhlər bağlıdır

    PRESID_1(1)Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
    Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.
    Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏCLİSİN DEPUTATLARI TƏRTƏR RAYONUNDA OLUBLAR üçün şərhlər bağlıdır

    DSC_6746 (Копировать)Sehfe 1Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəti-cəsində dağılmış evlərə baş çəkiblər.
    Baş nazirin müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi Mey-danında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
    Sonra Mərkəzi meydanda aprelin əvvəllərində cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüş keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər RESPUBLİKA GÜNÜ QEYD EDİLDİ üçün şərhlər bağlıdır

    DSC_0007 (Копировать)Heydər Əliyev Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
    Sonra rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Respublika Günü münasibəti ilə məruzə etmişdir. O bildirmişdir ki, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 May Günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün kimi tarixdə yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
    Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən öz istiqlalına qovuşsa da, həmin vaxt hakimiy-yətin savadsız və qətiyyətsiz adam-ların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu.
    Yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından sonra həmin mənzərə dəyişdi. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏ BAŞ KONSULU ORXAN İŞIQ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_6306Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan İşıq rayonumuza səfəri zamanı Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə tutması nəticəsində dinc əhaliyə dəymiş ziyanla tanış olub.
    Bu barədə qardaş ölkənin diplomatına Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ətraflı məlumat verib. Bundan sonra konsul Orxan İşıq rayon icra hakimiyyətinin başçısı ilə fikir mübadiləsi edib, müzakirələr aparıb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 01İyn
    Milli-mənəvi dəyərlər PREZİDENTLƏ GÖRÜŞƏN MAYA NƏNƏ üçün şərhlər bağlıdır

    53945“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”,–deyən Prezident İlham Əliyev cəbhə bölgəsinə son səfəri ilə bunu bir daha təsdiq etdi. Onun Tərtərdə Maya nənə ilə görüşü, 80 yaşlı nənəyə doğru irəliləyərək əsl oğul məhəbbəti ilə ona əl verməsi öz səmimiliyi ilə hər kəsi həyəcanlandırdı.
    Prezident Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən rayonlara ölkənin birinci xanımı Mehriban Əliyeva ilə səfər etmişdir. Onlar bu addımları ilə bir daha sübut etdilər ki, ən çətin günlərdə xalqla bir yerdədilər.
    Maya nənə bu görüş barədə belə danışdı:
    –Prezidentimizlə Mehriban xanımı qızım Elmiranın ermənilərin atdığı mərmilər nəticəsində dağılmış evində görəndə, elə bildim ən əziz adamlarım gəliblər. İnsanın doğmalığı çətin gündə səninlə birgə olmasında sınanır. On-larla söhbətimdən sonra xeyli yüngülləşdim. Belə mətin, ağıllı rəhbəri olan xalqı sarsıtmaq olmaz. Biz inanırıq ki, tezliklə o nankor qonşularımız üzərində qələbə çalacağıq. İstər sülh yolu olsun, istərsə də müharibə.
    Bu sözləri təkcə Maya ana demir, bütün tərtərlilər söyləyirlər. Ermənilər daimi olaraq atəşkəs rejimini pozmağa cəhd göstərsələr də, əhali qüdrətli Azərbaycan Ordusuna güvənərək, öz evində-eşiyindədir, iş-gücü ilə məşğul olur.
    “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əhalinin ruh yüksəkliyini daha da artırmışdır.
    Aprel ayının çətin sınaqları xalqla Prezidentin, ordu ilə xalqımızın sıx birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

    Svetlana Bağırova

    Teqlər:

  • 01İyn
    Milli-mənəvi dəyərlər O GÜNÜ UNUDA BİLMİRƏM üçün şərhlər bağlıdır

    99019ddd854780313d9bb8990da33fdfQarabağ savaşında bütün Azərbaycan xalqı ağır itkilərə məruz qaldı. Torpaq, yurd, övlad, qardaş itkisi ilə üzləşdik. 20 ildən çoxdur ki, bu ağrılarla yaşayırıq. Qardaşım, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudov bu müharibədə böyük igidliklər göstərərək vətən, torpaq uğrunda şəhid olub.
    Aprel ayının əvvəllərində erməni faşistləri yenidən cəbhədə təxribat törətdilər. Lakin, vətənimizin mübariz oğlanlarının, güclü ordumuzun sayəsində düşmənə layiqli cavab verilərək geri oturduldu. Əlbəttə, bu cavab itkisiz ötüşmədi. Şəhidlərimiz oldu, şəhər və kəndlərimizdə cəbhə bölgə-sinə yaxın yerlər dağıntılara məruz qaldı. Lakin bunlar heç kəsi ruhdan salmadı, əksinə, insanlarda böyük inam yarandı. Bu inam əbəs deyildi.
    O günü heç unuda bilmirəm. Mayın əvvəlində ölkə Prezidenti İlham Əliyevin öz xanımı Mehriban xanım Əliyeva ilə Ermənistan ordusunun iriçaplı silahlarla, top və mərmiatanlarla dağıtdığı yerləri ziyarət etməsi insanlarda böyük inam və coşğu yaratdı. Dövlətin rəhbəri adi bir insan deyil. O, seçilmişlərin seçilmişi olan dahi bir siyasətçinin, Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı siyasi varisi İlham Əliyevdir. Prezidentin təmas xəttinin 200 metr məsafəsində yerləşən Qapanlı kəndində evləri bir-bir gəzməsi, sadə insanlarla səmimi görüşü, balaca uşaqları əyilib öpməsi necə səmimi, gözəl insan olmasından xəbər verirdi. Zərər çəkmiş insanlara öz səmimi qayğısı və sözləri ilə təskinlik verərək, əvvəlkindən də yaxşı şəraitdə yaşayacaqlarına ümid yaradırdı. Sonda camaatla birgə xatirə şəkli çəkdirməsi Prezidentlə xalqın birliyini əks etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 01İyn
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ ƏLİ HƏSƏNOV MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Изображение 214Изображение 139Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov rayonumuza səfəri zamanı məcburi köçkünlərlə görüşüb. O, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə aprel döyüşləri zamanı ermənilərin atdıqları mərmilərdən zərər çəkmiş evlərdə olub. Bildirib ki, bu evlərin hamısı əvvəlkindən də yaxşı bərpa olunacaq.
    Şıxarx qəsəbəsində olarkən Əli Həsənov xeyli hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa–150” abidəsinə baxıb. O deyib ki, erməni məkrini və yalanını ifşa etmək üçün bu abidənin böyük əhəmiyyəti var. Abidə tezliklə bərpa olunmalı, ölkəmizə səfər edən xarici nümayəndələr ermənilərin Qarabağda məskunlaşması münasibətilə ucaltdıqları bu abidədəki tarixi görməlidirlər.

    “Yeni Tərtər”

    Teqlər: