Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Yan
    Digər Xaricdə yaşayan həmvətənlərimiz üçün şərhlər bağlıdır

    AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDƏN HƏMYERLİMİZ

    Дис-2img349 копияÖtən ilin Novruz bayramı günləri idi. Həmişəki kimi Tərtərin mərkəzi meydanında bayram şənliyi keçirilirdi. Şənlikdə rayon sakinləri ilə yanaşı qonaqlar da vardı. Onların arasında hündürboylu, yaraşıqlı bir qadın diqqətimi cəlb etdi. Bir azdan o, aparıcı tərəfindən şənlik iştirakçılarına təqdim olundu: Abdullayeva (Həsənova) Mehriban Surxay qızı. Onu da öyrəndik ki, Mehriban xanım Moskva şəhərində yaşayır, Rusiya Dövlət Xarici Dillər Universitetinin Şərq və nadir dillər fakültəsində Azərbaycan dili fənnini tədris edir. Mehriban xanım Rusiyada yaşayan həmvətənlərimiz adından tərtərliləri bayram münasibəti ilə ürəkdən təbrik etdi. Sonra şənlikdə onun atası Surxay Həsənovun sözlərinə yazılmış “Tərtərim” mahnısı səsləndi. Moskvadan gəlib tərtərlilərlə birgə Novruz bayramını qeyd etməsi də, şənlikdə rayonumuza aid mahnının səslənməsi də Vətəndən uzaqda yaşayan bu qadının sonsuz vətən sevgisinin təsdiqi idi. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Milli-mənəvi dəyərlər Tolerantlıq və multikultural dəyərlər üçün şərhlər bağlıdır

    ÇİTADAN İSMAYILBƏYLİYƏDƏK 33 İLLİK ÖMÜR YOLU

    Изображение 219Изображение 222Azərbaycan tolerant ölkədir. Burada müxtəlif millətlərin və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Rayon statistika idarəsinin məlumatına görə, Tərtərdə azərbaycanlılarla çiyin-çiyinə 26 kürd, 52 rus, 3 tatar, 4 uk-raynalı, 1 yəhudi, bir neçə ləzgi və digər xalqların nümayəndələri yaşayır. Onların hər biri ölkəmizin bərabər-hüquqlu vətəndaşıdır və rayonumuzda aparılan quruculuq proseslərində fəal iştirak edir.
    Bu gün qeyri millətin nümayəndələrindən biri–Çita vilayətində doğulmuş, milliyətcə rus olan Nataşa Burdin-skayanın, hal-hazırda Babayevanın həyat yolundan danışacağıq.

    * * *

    Əsgərlik həyatının başa çatmasına az qalmışdı. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Zarafat deyil axı, iki ilə yaxın müddətdə onlar lap dünyanın o başında, Çitada xidmət etmişlər.
    Hər kəsin evləri üçün burnunun ucu göynəyirdi. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Sosial Əlillərimizə necə qayğı göstərirlər? üçün şərhlər bağlıdır

    YARADILAN ŞƏRAİTDƏN RAZILIQ

    Изображение 0011465394501_dsc_7759-kopirovatCəmiyyətimizin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri əlillərdir. Ölkəmizdə onların sosial müdafiəsi üçün çoxlu məqsədyönlü proqramlar həyata keçirilir. Dövlətimizin rəhbəri Prezident İlham Əliyev bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsini belə tövsiyə edir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki bunu edək.”
    Bu gün Azərbaycanda minlərlə Qarabağ əlili, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş yüzlərlə şəhid ailələri yaşayır. Təkcə bizim Tərtər rayonunda 300-dən çox şəhid ailəsi, 160 nəfərdən çox Qarabağ müharibəsi əlili vardır. Onlara göstərilən qayğı ilə əlaqədar Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər Rayon Şöbəsinin sədr müavini İlham Paşayevlə söhbət etdik. O dedi:
    –Ailədən 3 şəhid vermiş bir insan kimi deyə bilərəm ki, təkcə bizim rayonumuzda deyil, bütövlükdə ölkəmizdə Qa-rabağ əlillərinə və şəhid ailələrinə qayğı yüksək səviyyədə təşkil olunub. Belə ki, bu insanların sağlamlığı, cəmiyyətə adaptasiyası, maddi və mənəvi təminatları hökumətimiz və rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    İdman “QARABAĞ MÜBARİZLƏRİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ŞAHMAT YARIŞI üçün şərhlər bağlıdır

    2(1)Изображение 158Bu günlərdə Tərtər Rayon Uşaq-Gənclər Şahmat məktəbində Tərtər Rayon İcra Hakimiyyəti və “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
    Tədbirin açılışında çıxış edən Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov il ərzində idman sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, yarışda iştirak edən gənclərə uğurlar arzulayıb.
    “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
    Yarışda hər bir komandanın tərkibində 10 nəfər olmaqla 5 komanda iştirak edib. 50 şahmatçının mübarizə apardığı yarışın sonunda qalib komandaya kubok və diplomlar təqdim olunub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 25Yan
    Digər Müharibə veteranının xatirələri üçün şərhlər bağlıdır

    “VƏTƏN ELƏ EVİMİZDƏN BAŞLAYIR…”

    Изображение 008Qarabağ müharibəsi əlili Saleh Sultani əlillərə göstərilən qayğı ilə əlaqədar redaksiyaya dəvət olunmuşdu. Belə qərara gəldim ki, onun xatirələrini dinləyib bir yazı hazırlayım. Məlumdur ki, ötüb keçən hər gün ömrümüzün yaddaşı, tariximizin səhifəsidir. Elə bir insan yoxdur ki, onun ömür kitabına ağlı-qaralı sətirlər düşməmiş olsun. Saleh Sultani də belə insanlardandır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Bütün müharibə iştirakçıları kimi o da qanlı-qadalı günləri həyəcansız xatırlamır. Saleh Sultaninin dediklərindən:
    –1992-ci il elə bir iliydi ki, ölkəmizin, eləcə də bizim rayonumuzun üzərində qara buludlar toplaşmışdı. Məlumdur ki, ermənilərin iki addımlığındaydı Tərtər. O günlərdə nəinki kişilər, hətta qadınlar, uşaqlar öz evlərini tərk etmirdilər. Tərtərin əli silah tutan kişiləri kimi mən də vətənin müdafiəsinə qoşulmuşdum. Kimin gücü nəyə çatırdısa onu edirdi ki, təki o murdarların ayağı bizim torpaqlarımıza dəyməsin. 1992-ci ilin mayından “Tərtər özünümüdafiə Batalyonuna” üzv yazıldım. Marquşevan, Madagiz, Çaylı, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etdim. 1992-ci il iyun ayının 21-də Madagiz uğrunda gedən döyüşlərdə sağ budumdan ilk güllə yarası aldım. Onbeşiyirmi gün müalicə götürdükdən sonra yenidən döyüşlərə qatıldım. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Digər VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

    Vergi-logoAzərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinmişdir.
    Qanunun 2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar za-manı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Digər “ZİNGER” TİKİŞ MAŞINLARININ SİRRİ üçün şərhlər bağlıdır

    27031502060775_mini1851-ci il avqustun 12-də amerikalı mühəndis-sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Bu tikiş maşınları tezliklə populyarlaşdı və dünya şöhrəti qazandı. Onun satışa çıxarılan ilk nümunəsi 100 dollar dəyərləndirildi, lakin o dövrdə çox az adam tikiş maşınını faydalı hesab edirdi, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əmək daha əlverişli idi.
    İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. O, tikiş maşınının ehtiyat hissələrini ayrılıqda satışa buraxdı. Bunun sayəsində tikiş maşını ev şəraitində təmir olunurdu.
    “Zinger” şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr var. Bəziləri deyirlər ki, qədim “Zinger” tikiş maşınları qiymətli metallardan hazırlanıb. Ən məhşur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal polladium olması haqqındadır. Hətta bu əfsanələrə inanan “Zinger ovçuları” cinayət də törədiblər. Onlar üzərinə qapını açan qadını evindəcə qətlə yetirib, “Zinger” tikiş maşınını oğurlayıblar. Polislər görüblər ki, evdən yalnız tikiş maşını oğurlanıb.
    Digər əfsanəyə görə 1998-ci ildə “Zinger” kampaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan edib. Guya, həmin seriyalı maşınlar keçmiş Sovet ölkələrindədir. Daha ətraflı »

    Teqlər:

  • 25Yan
    Kənd təsərrüfatı HÜSƏNLİ KƏNDİNDƏN XƏBƏRLƏR üçün şərhlər bağlıdır

    Hüsənli kəndinin fermer və ailə fermer təsərrüfatlarının üzvləri ötən il taxıl sahələrinin hər hektarından 40 sentner, arpa sahələrindən isə 28 sentner məhsul götürdülər.
    Fermerlər cari ilin məhsulu üçün ötən ilin payızında 276 hektar sahəyə buğda və 268 hektara arpa səpiblər. Keyfiyyətli suvarma aparıldığına görə sahələrdə normal bitiş alınıb.
    Əkinçilər taxıl və arpa sahələrində ziyanvericilərə qarşı dərmanlama işləri aparıblar.
    ***
    Ötən il Hüsənlidə 11 hektar sahədə pambıq əkilmişdi. Fermer Şirəli Qasımov pambıq əkini sahəsinin hər hektarından 38 sentner məhsul götürdü.
    Bu sahənin kəndli üçün yaxşı qazanc yeri, gəlir mənbəyi olduğunu bilən fermerlər bu il pambıq sahələrini 150 hektara çatdırmağı qarşılarına məqsəd qoyublar.
    Hazırda həmin sahələr arat olunur. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Digər Sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr üçün şərhlər bağlıdır

    2017-ci İL AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR

    14840371175355555285_1000x669Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
    Iclasda söylədiyi giriş nitqində Prezident İlham Əliyev deyib ki, 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr davam etmişdir. Azərbaycan isə öz yoluna sadiqdir.
    Iqtisadi sahədə əldə edilən uğurlardan danışan ölkə başçısı deyib: “Iqtisadi sahədə 2016-cı ildə önəmli ad-dımlar atılmışdır. 2016-ci il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qə-rarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir”.
    Kənd təsərrüfatının inkişafını önəmli göstərici kimi diqqətə çatdıran cənab Prezident qeyd edib ki, bu sahədə görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.
    Iclasda cənab Prezident bir daha bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu yalnız işğalçı qüvvələrin bizim torpaqlarımızdan çıxarılmasıdır. Daha ətraflı »

    Teqlər:

  • 17Yan
    Xəbərlər Azərbaycanın Milli Qəhrəmanları üçün şərhlər bağlıdır

    “BİTMƏYƏN MÜHARİBƏNİN QƏHRƏMANLARI” FİLMİNİN SONU TƏRTƏRDƏ ÇƏKİLDİ

    Изображение 025Изображение 017Rayonumuzdakı Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin təşkilatçılığı ilə Azərbaycanın Mlli Qəhrəmanı Murad Mirzəverin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qəhrəmanın atası Telman Mirzəyev, Naxçıvancki adına hərbi liseydə onunla birlikdə təhsil almış dostları, döyüş yoldaşları, Tərtər rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak ediblər.
    Rayon icra hakimiyyəti aparatının mümayəndəsi Zabil Paşayev tədbiri açaraq Murad Mirzəyevin nəsillərə nümunə olan ömür yolundan, Vətənə sonsuz məhəbbətindən danışıb. Qeyd edib ki, hazırda igid döyüşçü haqqında “Bitməyən müharibənin qəhrəmanları” sənədli filmi çəkilir.
    Sonra tədbir iştirakçıları həyəcan və ehtiram hissi ilə qəhrəmanın atasını dinləyiblər. “Muradın qəlbində olan Vətən sevgisi onu xalqın övladına çevirib” deyən ata şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının heç zaman unudulmaması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə və xalqımıza, o cümlədən qəhrəman tərtərlilərə minnətdarlığını bildirib. Daha ətraflı »

    Teqlər: