Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev
    Xəbərlər SATIŞ -YARMARKA TƏŞKİL EDİLİB üçün şərhlər bağlıdır

    TER_8137Tərtər şəhərində təşkil edilən satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaqdır.
    Şəhərin Mehdi Hüseynzadə küçəsində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən yarmarkaya alma, mandarin, apelsin, qoz və fındıq ləpəsi, yerli soğan, kartof, pendir və şor, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb. Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil edilməsi nəzərdə tutulur.

    Teqlər:

  • 23Fev
    Xəbərlər ƏHALİNİN PULSUZ KÜTLƏVİ TİBBİ MÜAYİNƏSİ üçün şərhlər bağlıdır

    TER_8224Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2014-cü ildən başlayaraq hər il fevral ayının 12-dən mayın 1-dək əhali pulsuz olaraq tibbi müayinədən keçirilir.
    Bununla bağlı mərkəzi rayon xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva ilə əlaqə saxladıq. Həkim bildirdi ki, ötən illərdə olduğu kimi bu il də pulsuz tibbi müayinəyə insanlar həvəslə gəlir, bu kampaniyada yaxından iştirak edirlər.
    Rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş cədvələ əsasən rayon mərkəzi xəstəxanasında vətəndaşların pulsuz müayinəsi davam edir.
    Ümumiyyətlə, rayon üzrə əhalinin kütləvi müayinə olunması üçün 6 həkim briqadası fəaliyyət göstərir. Bununla yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da əhalinin tibbi müayinədən keçirilməsi işləri mütəşəkkilliklə təşkil olunub. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Xəbərlər YAP ÜZVLƏRİ AĞACƏKMƏ KAMPANİYASINDA İŞTİRAK EDİBLƏR üçün şərhlər bağlıdır

    TER_7682“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının YAP Tərtər Rayon Təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tərtər rayonunun Buruc–Hüləbətli kəndləri ərazisində yerləşən meşə zolağının daha 2,5 hektar sahəsində 3 min ədəd ağac əkilmişdir. Beləliklə, YAP rayon təşkilatı ümumilikdə meşə zolağında 7 min ədəd ağacın əkinini başa çatdırmışdır.
    Ağacəkmə kampaniyasında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan yüzlərlə YAP üzvü böyük həvəslə iştirak etmişdir.

    “Yeni Tərtər”

     

    Teqlər:

  • 23Fev
    Milli-mənəvi dəyərlər GƏNC NƏSLİN MİLLİ MƏNLİK ŞÜURUNUN İNKİŞAF ETDİRİLMƏSİ VƏ VƏTƏNPƏRVƏRLİK HİSSLƏRİNİN TƏRBİYƏSİ üçün şərhlər bağlıdır

    VƏTƏNPƏRVƏR, FƏAL VƏ BİLİKLİ GƏNCLƏR AZƏRBAYCAN DÖVLƏTİNİN ƏN BÖYÜK SƏRVƏTİDİR

    2017-03-29-17-00-56kivdfƏsl azərbaycanlı haqqında söhbət
    Rayonumuzdakı Heydər Parkı digər bölgələrdəkindən seçilir. Bu fərq onun təbii relyefi ilə bağlıdır. Parkın içərisindən keçən iki təbii arx bura xüsusi gözəllik verir. Nəvələrim Heydər Parkında gəzməyi çox sevirlər. Amma bir məsələ onları narahat edir: nəyə görə soyuq qış aylarında arxlarda su bol olur, yazda və yayda isə quruyur? Sualların getdikcə artdığını görüb, hiss elədim ki, uşaqlar böyüyüblər və onlara bəzi məsələləri izah etməyin vaxtı çatıb.
    Elə buradaca, parkda, Heydər Əliyev Mərkəzi yerləşir. Uşaqların əllərindən tutub, bu müqəddəs məkana gəlirəm. Azərbaycanda körpəlikdən Ulu Öndərimizi yaxşı tanıyırlar. Mənim məqsədim onun haqqında nəvələrimin bilmədiklərini danışmaq və göstərmək idi. Mərkəzin direktoru Səlimə Yusibovadan icazə alıb, bələdçi ilə birlikdə pilləkənlərlə yuxarı qalxırıq. Burada hər bir eksponat Ümummilli Liderimizin Vətənimizə, xalqına olan məhəbbətindən və bu istiqamətdə gördüyü misilsiz işlərdən danışır. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Kənd təsərrüfatı RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    PAMBIQÇILIQDA QABAQCIL TƏCRÜBƏNİN ÜNVANI

    318df4739c13664d733765d41d8d16a9Respublika Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq məqsədilə böyük uzaqgörənliklə verdiyi tapşırıq və tövsiyələr uğurla reallaşdıqca respublikamızın iqtisadi mənzərəsi də dəyişib yeniləşir. Kənd təsərrüfatında ənənəvi sahə olan pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə dövlət başçısının müəyyən etdiyi istiqamət ölkənin pambıqçılıq rayonlarında qeyri-adi bir canlanma yaratdı. Torpaqdan küsdürülən, əli işdən soyuyan kəndli yeni həvəslə, xoş arzularla bərəkətli çöllərə qədəm qoydu. Bolluğa, firavanlığa, xoş güzarana aparan bu halal zəhmət yolunun yolçularına Tərtər kəndlisi də böyük ümidlərlə qoşuldu. Yeni qədəm qoyduğu ot basmış, gəlişi-gedişi seyrəlmiş tarla yolu ürəyi təpərli, bolluq həvəsli Tərtər kəndlisinə çoxdan tanış idi. Yaxşı bilirdi ki, bu yol şöhrət yoludu. Yaxşı bilirdi ki, bu yolun yolçularının, ağ örpəkli tarlaları hünər meydanına çevirib xarüqələr yaradan əmək adamlarının adına nəğmələr qoşulur, şeirlər yazılır. Onlar mötəbər məclislərə dəvətlər alır, el-obanın xeyir–şər məclislərinin yuxarı başında əyləşirlər. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Kənd təsərrüfatı MALDARLIQDA SÜNİ MAYALANDIRMA XÜSUSİ ƏHƏMİYYƏT KƏSB EDİR üçün şərhlər bağlıdır

    14307461961624530109_1000x669Regionların sosial-iqdisadi inkişafına dair Dövlət Proqramlarının icrası ilə əlaqədar yerlərdə aqrar sahənin,o cümlədən maldarlığın inkişafına xüsusi diqqət yetirilir.
    Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin 19 avqust 2015-ci il tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da heyvandarlığın inkişafına təkan vermişdir.
    Damazlıq işinin məqsədi cinsindən və növündən asılı olmayaraq, kənd təsərrüfatı heyvanlarının genetik potensialını və məhsuldarlıq keyfiyyətini yaxşılaşdırmaqdır. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldarlığa malik olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Kənd təsərrüfatı ARIÇILIQ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    15166208333434413395_1000x669Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da ilbəil inkişaf edir. Belə ki, beş il əvvəl rayonda 180 arıçılıq təsərrüfatı mövcud idisə, hazırda 242 ailə bu işlə məşğul olur. Rayonda arı ailələrinin sayı da hər il artmaqdadır. Əgər 2015-ci ildə rayonda 2434 arı ailəsi var idisə, indi arı ailələrinin sayı 2881-ə çatıb.
    Rayonun arıçıları hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına müxtəlif çeşiddə arıçılıq məhsulları çıxarırlar.
    Bu yaxınlarda Azərbaycan Arıçılar Assosiasiyasının Tərtərdə rayon şöbəsi yaradılıb. İyirmi ilə yaxın müddətdə arıçılıqla məşğul olan Bəkir Ağayev assosiasiyanın rayon şöbəsinin sədri seçilib. O, Azərbaycan Arıçılar Assosiasiyasının rayon şöbəsinin yaradılmasını yüksək qiymətləndirərək, bunun Tərtərdə arıçılığın inkişafına töhfə verəcəyini deyib. Daha ətraflı »

    Teqlər:

  • 23Fev
    Kənd təsərrüfatı YAZ ƏKİNİNƏ HAZIRLIQ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    IMG_1583Tarixə qovuşan 2017-ci il ərazimizdəki fermer və ailə fermer təsərrüfatları üçün də yaddaqalan oldu. Belə ki, fermerlərimiz həm pambıq, həm də şəkər çuğunduru sahələrindən yüksək məhsul götürüb, ailə büdcələrini xeyli möhkəmləndirdilər.
    Miri Rzayev becərdiyi 20 hektar çuğundur sahəsinin hər hektarından 70 ton, Anar Şirinov 4 hektarın hər hektarından 50 ton məhsul götürüblər.
    Şəkər çuğunduru kimi pambıq sahələri də aqrotexniki qaydalar əsasında becərildiyindən Mütalib Rzayev hektardan 36 sentner, Firuz Rzayev 10 hektarın hər hektarından 35 sentner, İlham Ağayev, Anar Şirinov, Allahverdi Qənbərov və başqaları nəzərdə tutulandan xeyli çox məhsul götürdülər.
    Hal-hazırda cari ilin yaztarla işlərinə hazırlıq məqsədilə 135 hektar çuğundur sahəsində qış şumu başa çatıb. Fermerlər şumdan əvvəl torpaq altına yemləmə kübrəsi verib, qış aratı aparırlar.

    Gülustan ƏHMƏDOVA,
    Hüsənli kənd İƏD üzrə nümayəndə

    Teqlər:

  • 23Fev
    Kənd təsərrüfatı 2018-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA MAL-QARA VƏ QUŞLARIN TAM UÇOTA ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2018-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.
    İribuynuzlu mal-qara. 2018- ci il yanvarın 1-i vəziyyətinə rayonda 27367 baş iribuynuzlu mal-qara, o cümlədən 12022 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 2,2 və 0,6 faiz artmışdır.
    2018-ci il yanvarın 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın rekord həddə çatması ilə yanaşı, onların sayı 2010-cu il yanvarın 1-nə nisbətən 3462 baş və ya 14,5 faiz, 2017-ci il yanvarın 1-nə nisbətən isə 590 baş və ya 2,2 faiz çoxalmışdır.
    Son 10 il (2008-2017-ci illər) ərzində inək və camışların sayı 10805 başdan 12022 başa çatmaqla 11,3 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 43,9 faizi inək və camışlar, 1284 başı və ya 4,7 faizi düyələr təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qaranın 27197 baş və ya 99,4 faizini inək naxırı, 170 baş və ya 0,6 faizini camış naxırı təşkil edir. Daha ətraflı »

    Teqlər:

  • 09Fev

    Digər üçün şərhlər bağlıdır

    _AZpressAZ_Ilham_Eliyev_Heyder_Eliyev_Merkezi__5Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşgul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.

    İlham Əliyev,

    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər: