Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr
    Xəbərlər 11 APREL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    GÖRÜŞLƏR KEÇİRİLİB

    11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan ATƏT-in uzunmüddətli müşahidə missiyasının üzvləri – Türkiyə vətəndaşı Ebubekir Akbina və Almaniya vətəndaşı Brigitta Hoya Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
    Rayon rəhbəri qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
    Rayon rəhbəri ATƏT-in nümayəndələri ilə görüşdə təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal altında saxlanılmasına, əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsinə, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, hələ də qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə laqeyd yanaşırlar. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır


    Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəlcə şəhidlər abidə–kompleksinin və qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyublar. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş fəaliyyəti barədə ətraflı danışıb.
    Sonra “Tərtər Özünümüdafiə Batalyonu”nun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, gənc şair Lamiyə İsazadə və digər döyüş yoldaşları çıxış ediblər. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR AZƏRBAYCANLILARIN SOYQIRIMININ 100 İLLİYİNİ YAD ETDİLƏR


    31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Ümumrayon toplantısı keçirilib. Əvvəlcə Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Sonra Şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyulub. Tədbir rayon Gənclər Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon məktəblilərinin rəsmlərindən ibarət sərgiyə baxıblar. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov geniş məruzə ilə çıxış edib və Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar ətraflı məlumat verib.
    Tədbirdə rayon prokuroru Şıxəli Alməmmədov, “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq komandiri Pənah Məmmədov, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov çıxış ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər “DƏYİRMİ MASA” KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində “Unudulmaz tarix – 31 mart soyqırım günü” adlı “dəyirmi masa” keçirilib. Tədbirdə şəhər 1, 5 saylı tam orta və 3 saylı orta məktəbin müəllim və şağirdləri və mədəniyyət işçiləri iştirak ediblər.
    Soyqırım şəhidlərinin xatirəsi anıldıqdan sonra Mərkəzin direktoru Səlimə Yusibova tariximizin bu unudulmaz səhifələri barədə məlumat verib. Tarix müəllimləri Rizvan Sultanov və Kifayət Kərimova öz çıxışlarında şagirdlərə bu dəhşətləri heç zaman unutmamağı tövsiyə ediblər.
    Sonra 3 saylı məktəbin şagirdlərinin ifasında faciəyə həsr olunmuş şeirlər dinlənilib. Tədbir iştirakçıları həmçinin soyqırımı əks etdirən videoçarxa tamaşa ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər Aprel döyüşlərindən 2 il ötdü üçün şərhlər bağlıdır

    ŞƏHİDİN ADI VERİLMİŞ KÜÇƏNİN AÇILIŞI

    Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Nicat İsgəndərovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aprel döyüşlərinin əsas mahiyyətindən, şəhid Nicat Bəhruz oğlu İsgəndərovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan ətraflı danışıb.
    Şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin döyüş yoldaşı Nemət Haqverdiyev, müəllimi Hümbət Əliyev, “N” saylı hərbi hissənin komandir müavini Anar Cavadov, rayon “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, Tərtər Özünümüdafiə Batalyonunun sabiq qərərgah rəisi Pənah Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin əməkdaşı Həcər Xeyri tədbirdə çıxış edərək, Nicat İsgəndərovun döyüş şücaətlərindən danışıb Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər “VƏTƏN DEYİB CANINDAN KEÇƏNLƏRİM VAR MƏNİM” üçün şərhlər bağlıdır

    MKS-in təşkilatçılığı ilə aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər.
    Tədbir mərkəzi kitabxanada davam etdirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərin hamısının ruhu bir dəqiqəlik sükutla yad olunub. Ətrabə Süleymanova 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük müharibənin əhəmiyyətindən danışıb. Bildirib ki, Tərtərin igid oğlu, hamımızın sevimlisi Nicat İsgəndərov kimi qəhrəmanların sayəsində aprel hadisələri Qarabağ savaşında dönüş nöqtəsinə çevrildi, torpaqlarımızın bir qismi işğaldan azad edildi.
    Çıxış edənlərdən MKS-in direktoru Ulduzə Qurbanova, Gülbəniz Səmədova, baş kitabxanaçı Kifayət Cavadova, tarixdiyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Məmmədova, Reyhan İsmayılova, Almas Həsənova, Şəlalə Əliyeva, Kəmalə Abbaszadə Nicat İsgəndərovun qısa, lakin çox şərəfli və mənalı həyat yolundan danışdılar. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər YENİ AVTOMOBİL YOLU üçün şərhlər bağlıdır

    Rayonumuzda 21,5 kilometr uzunluğunda yeni avtomobil yolu inşa olunur. 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Hüləbətli-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir. 32 yerdə 384 poqonmetr uzunluğunda müxtəlif diametrli dəmir və dəmir-beton boruların tikintisi işləri aparılır. Yolun inşası ilə yolboyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər KÜÇƏLƏR ASFALTLANIR üçün şərhlər bağlıdır

    Mehdi Hüseynzadə və Nəriman Nərimanov küçələrində asfaltlanma işləri aparılır.
    Burada 10 nəfərdən çox işçi çalışır. Yola asfalt salınmasında 10-dan çox texnikanın gücündən istifadə olunur.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 saylı Tərtər Yol İstismarı “MMC”-nin direktoru Ramil Bayramov bildirdi ki, şəhərimizin ərazisində indiyədək görülən bütün asfaltlanma işlərini kollektivimiz həyata keçirir. Bu iki küçənin asfaltlanması iş icraçısı Elxan Muradova və yol ustası Mircavad Seyidova həvalə olunub.

    Əvəz NƏSİROV

    Teqlər:

  • 29Mar
    Xəbərlər YENİ QƏSƏBƏDƏ NOVRUZ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 1170 məcburi köçkün ailəsi üçün Şıxarx qəsəbəsi ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksində Novruz şənliyi keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məcburi köçkünləri Növruz bayramı münasibətilə təbrik edərək, dövlətimizin başçısının daim diqqət mərkəzində olan bu insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, heç bir şəraiti olmayan ictimai binalarda məskunlaşmış məcburi köçkünlər artıq ən müasir mənzillərlə təmin olunub.
    Sonra 2 saylı Şıxarx qəsəbə tam orta məktəbin direktoru Tofiq Hacıyev, Ağdərə şəhər İƏD üzrə nümayəndə Şura Əliyeva, “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq komandiri Pənah Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıblar.
    Məcburi köçkünlər Novruz bayramı ərəfəsində onlara sevinc bəxş edən ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Mar
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ BAHAR OVQATI üçün şərhlər bağlıdır

    Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə “N” saylı hərbi hissədə bayram tədbiri keçirib.
    Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxuyublar.
    Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandiri belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş Sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbçiləri təbrik ediblər. Daha ətraflı »

    Teqlər: