Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Sen
    Hərbi vətənpərvərlik Dəmir yumuruq düşmənə öz yerini tanıtdı üçün şərhlər bağlıdır

    Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

    Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Daha ətraflı »

  • 26Sen
    Digər Vətən müharibəsi və şanlı Qələbə üçün şərhlər bağlıdır

    44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür.

    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Daha ətraflı »

  • 26Sen
    Şəhidlər Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının əməkdaşları  27 sentyabr  Anım günü ərəfəsində rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqlarının ətrafında təmizlik işləri aparmışlar üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur, “Şəhidlər ölməz, Vətən bölünməz” deyir.

    Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa  versin!

  • 23Sen
    Digər Tərtərdə gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi və dövlət dəstəyi mexanizmləri haqqında maarifləndirici tədbir keçirilib üçün şərhlər bağlıdır

    22 sentyabr 2022-ci il tarixdə Tərtər Gənclər mərkəzində KOBİA-nın Tərtər nümayəndəliyinin və Tərtər Gİİ-nin təşkilatçılığı ilə gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi və dövlət dəstəyi mexanizmləri haqqında maarifləndirici dəyirmi masa keçirilmişdir.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər rayon şöbəsinin, KOBİA-nın Tərtər nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin Qarabağ regional filialının nümayəndələri də olmaqla ümumilikdə 25 nəfər iştirak etmişdir.

    Dəyirmi masa ətrafında gənclərə dövlət dəstəyi mexanizmlərindən, özünüməşğulluq layihələrindən ətraflı söhbət aparılaraq gənclər arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq təşviq edilmişdir.

     

  • 23Sen
    Şəhidlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov rayon rəhbərliyi ilə birlikdə şəhid Məftun Əhmədzadənin yeddi mərasimində iştirak edib üçün şərhlər bağlıdır

    Mərkəzi İcra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin yerlərdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq 22 sentyabr 2022-ci il tarixdə Tərtər rayonunda vətəndaşları qəbul edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov qəbuldan sonra rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanlarının və digər qrumların rəhbərləri ilə birlikdə rayonun Evoğlu kəndindən olan şəhid Məftun Əhmədzadənin yeddi mərasimində iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər.

    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.

    Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu Ermənistan tərəfindən 12-13 sentyabr 2022-ci il tarixində sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Daha ətraflı »

  • 23Sen
    Xəbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov sentyabrın 22-də Tərtərdə Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

    Qəbuldan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

    Sonra Tərtər rayon İcra Hakimiyyətində rayon rəhbəri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

    Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 52 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, könüllü hərbi xidmətə göndərilmə, eləcə də digər məsələlər ilə bağlı olub. Daha ətraflı »

  • 22Sen
    Digər İcra başçısının Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Soyulan kəndində səyyar qəbul-görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

    Rayon icra hakimiyyətinin başçısı Sentyabrın 13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan danışıb, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib. Daha ətraflı »

  • 22Sen
    Təhsil İcra başçısı Soyulan kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun 164 şagird yerlik Soyulan kənd tam orta məktəbində  mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 22Sen
    Şəhidlər Tərtərdə Vətən müharibəsi şəhidi Rüstəm Hacıyevin ad günü məzarı önündə qeyd olundu üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Yuxarı Qapanlı kənd sakini Hacıyev Rüstəm Firqani oğlununun doğum günü məzarı önündə qeyd olunub.

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

    Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olmuşdur. Daha ətraflı »

  • 22Sen
    Şəhidlər 21 sentyabr 2022-ci il tarixdə Qəhrəman Tərtərin igid oğlu şəhid Verdiyev İsax Ədalət oğlunun doğum günüdür üçün şərhlər bağlıdır

    Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.